253
Ümumiyyətlə, XVIII əsri ədəbiyyatımızın təkamülü prosesində “keçid dövrü” kimi
qiymətləndirmək mümkündür. Bu dövrün ədəbi prosesinin öyrənilməsində əsas
çətinliklərdən biri həmin “dövr nümunələrinin bizim günlərə pərakəndə, səliqəsiz
və çox natamam gəlib çatması ilə əlaqədardır. Onu demək kifayətdir ki, XVIII
əsrdə yaşamış şairlərdən heç birinin küll halında divanı hifz edilməmişdir…Bütün
bunlar əsrin obyektiv şəraitinin meydana çıxardığı təbii hallar olsa da, ədəbi
mənzərənin dolğun lövhəsini yaratmağı çətinləşdirir”.
147
XVIII yüzilliyin Azərbaycan ədəbi prosesində Şakir Şirvani, Ağa Məsih
Şirvani, Nəbi, Aşıq Şikəstə Şirin, Məhcur Şirvani, Xəstə Qasım, Baba Şirvani,
Nişat Şirvani, Arif Təbrizi, Arif Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif
nəzərəçarpacaq mövqe qazanmış, milli ədəbiyyatın təkamülü prosesində mühüm
rol oynamışlar. Şakir Şirvani Nadir şaha məktub şəklində yazdığı “Əhvali-Şirvan”
adlı müxəmməsində şahidi olduğu viranedici hadisələrdən mütəəssir olduğunu
bildirirdi. O, mükəmməl mədrəsə təhsili almış, əruz və heca vəznlərində şeirlər
yazmış, müasirlərinin bədii əsərlərini toplamağa səy göstərmişdir. Şamaxının
Dədəgünəş kəndində anadan olmuş Ağa Məsih Şirvanı Füzuli ədəbi məktəbinin
davamçılarından idi, dövrünün görkəmli şairi Nişat Şirvaninin təsirilə ədəbi
yaradıcılığa başlamış, xalq şeiri ruhunda əsərlər yaratmışdır. Onun şeirləri XVIII
əsrdə geniş yayılmış, hətta yeni (XIX) əsrdə də Azərbaycan şairləri (Q.B.Zakir,
M.Ə.Sabir və b.) Ağa Məsihə bənzətmələr yazmışlar. Şair klassik ədəbi üslubda
qəzəllər, müxəmməslər yaratmışdır. O, bir çox qoşmaların müəllifidir. O, 1749-cu
ildə baş vermiş hadisələrin gerçək təsvirini vermişdir. Avantürist Əhməd xan
Şahsevən bir neçə xanı Şamaxını zəbt etməyə, Azərbaycanın digər vilayətlərinə də
öz təsirini yayamağa çalışırdı. Şamaxının tanınmış şəxsləri bir neçə feodal
hökmdardan yardım istədilər. Qarabağlı Pənahəli xan, şəkili Hacı Çələbi xan da bu
çağırışa biganə qalmadılar. Həlledici döyüş qəsbkarların məğlubiyyəti ilə başa
çatdı, Əhməd xan öldürüldü, talançı ordu darmadağın edildi. Şairin bu hadisələrə
həsr olunmuş müxəmməsində qaliblərə dərin rəğbət hissi vardır.
148
Ağa Məsih
Şirvaninin bu əsərində həlledici döyüşün gedişinin ətraflı təsviri verilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində Füzuli ənənələrini davam etdirən, milli poeziyada
bənzərsiz dəst-xətti olan görkəmli sənətkarlardan biri də Nişat Şirvani idi.
Əsərlərindən məlum olur ki, o, Şamaxıda anadan olmuş, sonra isə Salyan şəhərinə
köçmüşdü. Nişat Şirvani XVIII əsrin I yarısında yaşayıb-yaratmış ən tanınmış
Azərbaycan şairlərindən idi. XVIII əsrdə Şəki hakimi Hüseyn xan Müştaqın
sarayında yaşamış Nəbi əruz və heca vəznlərində şeirlər yazmışdır. O, tarixi
mənzumələrində dövrünün hadisələri, şəxsiyyətləri haqqında kifayət dərəcədə
dürüst təsəvvür yarada bilmişdir. İncəsənəti himayə etmiş Şəki hakimi Hüseyn xan
Müştaq Nəbidən başqa bir neçə şairin (habelə Molla Vəli Vidadi) mədh obyekti
olmuşdur. Şəki hakimi də şeirlər yazmağa aludəçiliyi ilə tanınmışdı. XVIII əsrdə
yaşamış Aşıq Şikəstə Şirinin əsəri Ağa Məhəmməd şahın Tiflisə soxulması (1795)
ilə baş vermiş fəlakətli hadisələrə həsr edilmişdir. Dövrün tanınmış şairlərindən
254
biri də Məhcur Şirvani idi. Azərbaycan ədəbiyyatşünaslığında “Qisseyi-Şirzad”
poemasının ona məxsus olduğu barədə qənaət vardır. Bu məsnəvini epik janra aid
etmək olar, əsər xalq nağıllarının motivləri əsasında yazılmışdır. Şair çox uzaq olan
tarixi keçmişə müraciət etməklə müasiri olduğu gerçəkliyin başlıca cəhətlərinə
toxunur. Əsərdə Nadir şahın rejiminə etiraz ruhu duyulmaqdadır. XVIII əsrin II
yarısında Azərbaycan şeirində meydana gəlmiş realist meyllər Baba Şirvaninin
yaradıcılığında bariz şəkildə aşkara çıxmışdı. Dünyəvi mövzulara daha çox meyl
göstərmiş şairin “Can ilə cəsədin bəhsi” əsərində dünyəvi ədəbiyyatla dini
ədəbiyyat arasındakı mübarizə öz əksini tapmışdır.
149
Arif Şirvani aşiqanə qəzəlləri
və həcvləri ilə tanınmışdı. Şirvan hakimi Mustafa xan şairin tənqid obyektinə
çevrilmiş əsas şəxsiyyətlərdən birincisi idi. Arif Şirvani xanı xeyirli əməllərə
səsləyir, ona müəyyən məsləhətlər verməyə çalışırdı. XVIII yüzillik aşıq
poeziyasının yüksəlişi dövrü idi. Xəstə Qasım, Saleh, Saimi, Ürfani, Məlali bu
zaman yaşayıb-yaratmışlar. Xəstə Qasım yüzilliyin aşıq poeziyasının ən görkəmli
nümayəndəsi idi. Onun bir çox ustadnamələrindən müxtəlif dastanların giriş
hissələrində istifadə olunmuşdur. Təbriz yaxınlığındakı Tikmədaş kəndində anadan
olmuş bu şəxs öz yaradıcılığı ilə aşıq şeirinin inkişafına ciddi təsir göstərmiş
sənətkarlardan idi.
150
Molla Vəli Vidadi (1709-1809) və Molla Pənah Vaqif (1717-1797) XVIII
yüzilliyin Azərbaycan ədəbi prosesində müstəsna mövqeyi olmuş görkəmli
şairlərdən idilər. Azərbaycan dilinin və ədəbi dilinin kamilləşməsində onların
həlledici rolu olmuşdur. “Yeni realist ədəbiyyatın formalaşmasında, Azərbaycan
şeir dilinin inkişaf edib, zənginləşməsində Vaqifin bir çox müasirlərinin, o
cümlədən onun yaxın dostu Vidadinin də böyük rolu olmuşdur. Bu şairlərin
yaradıcılığı Azərbaycan poeziyasının sonrakı inkişafına, onun ərəb-fars təsirindən
qurtarmasına və daha artıq dərəcədə milli zəminə əsaslanmasına, demokratik və
realist istiqamətdə irəliləməsinə təkan vermişdir”.
151
Azərbaycan ədəbiyyatında ilk
dəfə olaraq sadə xalq üslubunun ədəbi prosesin ümumi simasını müəyyən edən bir
istiqamətə çevrilməsində Vidadi ilə Vaqifin rolu müstəsna əhəmiyyətə malik idi.
Molla Vəli Vidadi öncə anadan olduğu Şəmkirdə, sonra isə Qazaxın Poylu
kəndində təhsil almışdı. O, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Vidadi
Şıxlı kəndində mirzəlik və məktəbdarlıq etmiş, maarifin inkişafına çalışmışdır. O,
əruz və heca vəznlərində şeirlər yazırdı. İctimai zülm, siyasi pərakəndəlik
dövrünün hərc-mərcliyi şairin daxili aləmində kədər və ümidsizlik, tənhalıq
hisslərini formalaşdırmışdı. Mənəvi tənhalıqdan şikayət Vidadi yaradıcılığının
başlıca motivlərindən biridir. O, Şəki xanı, şair Məmmədhüseyn xan Müştaqın
öldürülməsi münasibətilə “Müsibətnamə” adlı mənzumə yazmış (1780), dövrün
səciyyəvi və gerçək lövhəsini yaratmışdı. Vidadinin xalq kədərindən doğmuş
bədbinlik fəlsəfəsi onun Vaqiflə müşairəsində və “Belə qalmaz” rədifli
müsəddəsində qabarıq şəkildə aşkara çıxır. Şairin aşiqanə şeirləri də vardır. Onun
lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadinin heca vəznində yazdığı
Dostları ilə paylaş: |