Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə127/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   123   124   125   126   127   128   129   130   ...   138

271 
 
143
 Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi, s. 179. 
144
 Bax: Dəmirçizadə Ə.М. Azərbaycan ədəbi dilinin tarixi, s. 230-248. 
145
 Bax: Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. I cild, s. 449-450. 
146
Dadaşzadə А. XVIII əsr Azərbaycan lirikası, s. 51-52. 
147
 Yenə orada, s. 17-18. 
148
  Azərbaycan  klassik  ədəbiyyatı  kitabxanası.  20  cilddə.  VI  cild.  XVII-XVIII 
əsrlər Azərbaycan ədəbiyyatı, s. 312-318. 
149
 Yenə orada, s. 325-326. 
150
 Yenə orada, s. 327-352. 
151
 Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. VI cild, s. 17. 
152
 Yenə orada, s. 367. 
153
 Köçərli F. Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 1978, s. 214. 
154
 Cəfərov N. Füzulidən Vaqifə qədər, s. 93. 
155
 Yenə orada, s. 109. 
156
 Molla Pənah Vaqif. Əsərləri, s. 78-79. 
157
 Yenə orada, s. 127-129. 
158
Məhəmmədi А. Ərəbcə-Azərbaycanca qarşılıqlı atalar sözləri və zərbi-məsəllər. 
Bakı, 1978, s. 39. 
159
 Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. VI cild, s. 477-489. 
160
 Cəfərov N. Göstərilən əsəri, s. 109. 
161
 Köçərli F. Azərbaycan ədəbiyyatı. I cild, s. 159. 
162
 Cəfərov N. Göstərilən əsəri, s. 120. 
163 
Məhəmməd Şəhriyar. Tərtib, ön söz və lüğət Əliyar Səfərlinindir. Bakı, 1987, s. 
25. 
164
 Bax:  Araslı H. ХVII-ХVIII əsr Azərbaycan ədəbiyyatı tarixi; Səfərli Ə. ХVII-
ХVIII  əsrlər  Azərbaycan  epik  şeiri;  Səfərli  Ə.,  Yusifov  Х.  Qədim  və  Orta  əsrlər 
Azərbaycan ədəbiyyatı. 
165
 Cəfərov N. Göstərilən əsəri, s. 136. 
166 
Yenə orada, s. 141. 
167
Сумбатзаде  А.С.  Азербайджанцы  -  этногенез  и  формирование  народа,  с. 
265. 
168
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi, s. 255. 
169
  Bax:  Nemətova  М.Х.  Azərbaycanın  epikrafik  abidələri  (ХVIII-ХVIII  əsrlər). 
Bakı, 1963. 
170
Azərbaycan tarixi. 7 cilddə. III cild, s. 473. 
171
  Salamzadə  Ə.R.,  İsmayılov  М.Ə.,  Məmmədzadə  K.М.  Şəki.  Tarixi-memarlıq 
oçerki, s. 15. 
172
 Yenə orada, s. 114. 
173
Salamzadə Ə.R., Məmmədzadə K.М. Şəkinin memarlıq abidələri, s. 41. 
174
 Salamzadə Ə.R., Məmmədzadə K.М. Şəki, s. 127. 
175
 Yenə orada, s. 139-142. 


272 
 
176
 Bax: Azərbaycan incəsənəti. Bakı, 1992, s. 198-202. 
177
Ашурбейли С. Экономические и культурные связи Азербайджана с Индией 
в средние века, с. 38. 
178
 Yenə onun. История города Баку (Период средневековья), с. 328. 
179
 Azərbaycan tarixi. 7 cilddə. III cild, s. 485. 
180
 Azərbaycan incəsənəti, s. 183. 
181
 Əfəndiyev R. Azərbaycan xalq sənəti, s. 103. 
182
Bax: Расим Эфенди. Каменная пластика Азербайджана, Баку, 1986. 
183
 Yenə orada, s. 15. 
184
Bax: Salamzadə Ə.R., Məmmədzadə K.М. Şəkinin memarlıq abidələri, s. 47-56. 
185
Hüseynzadə  Ə,.  ХIХ  əsrin  ikinci  yarısında  Azərbaycan  tarixşünaslığı.  Bakı, 
1967. 
186
 Bax: Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. VI cild, s. 476-491. 
 
NƏTİCƏ 
 
Orta  çağlar  Azərbaycan  xalqının,  mədəniyyətinin  təkamülü  prosesində 
zənginliyi,  ziddiyyətliliyi,  bənzərsizliyi  ilə  fərqlənən  böyük  tarixi  mərhələ 
olmuşdur.  Eramızın  III  əsrinə  doğru  Azərbaycan  mədəni  inkişaf  səviyyəsi, 
potensialı  baxımından  Şərqin  aparıcı  ölkələri  sırasında  idi.  Vətənimiz  insanın 
əmələ  gəlməsi,  ilkin  cəmiyyətlərin,  qədim  dövlətlərin  yaranması  mərkəzlərindən, 
ocaqlarından  biridir.  Araşdırma  obyektinə  çevrilmiş  dövrdə  tədricən 
formalaşmaqda  olan  Azərbaycan  xalqı  Şərq,  İslam  və  türk  mədəni  dəyərlərinin 
bənzərsiz  örnəklərini  yaratmışdır.  Təqdim  olunan  monoqrafiyada  Azərbaycan 
mədəniyyətinin  təkamülü prosesi VII əsrin ilk onilliklərindən,  yəni ərəb işğalları, 
bir  çox  Yaxın  və  Orta  Şərq  xalqlarının  (eləcə  də  Azərbaycan  xalqının), 
islamlaşması dövründən izlənilir. Lakin xalqımızın islamaqədərki mədəni keçmişi 
vardır.  İslam  dinini  artıq  VII  əsrin  ilk  onilliklərindən  qəbul  etmiş  Azərbaycan 
əhalisinin  (xalqının)  mədəni  –  mənəvi  həyatında,  düşüncə  tərzində  islamaqədərki 
dini  baxışların  (bütpərəstlik,  atəşpərəstlik,  xristianlıq),  adət-ənənələrin  yüzilliklər 
boyu  yaşarı  olduğu  şübhəsizdir.  Azərbaycan  tarixinin,  mədəniyyətinin 
islamaqədərki  təkamül  mərhələsinə  doğma  münasibətin  formalaşdırılmasına, 
həmin tarixi mərhələnin daha dərindən araşdırılmasına kəskin ehtiyac vardır.  
Azərbaycanın  islamlaşması,  İslam  mədəni-tarixi  sisteminə  daxil  olması, 
xeyli müddət ərzində vahid dövlət (Ərəb Xilafəti) daxilində inkişaf etməsi xalqın 
etnik,  mədəni  baxımdan  bütövləşməsinə  yardım  etmiş  mühüm  amil  idi.  Halbuki 
ərəb  işğalına  qədərki  dövrdə  ölkənin  cənub  və  şimal  vilayətlərinin  müxtəlif 
dövlətlər (Atropatena,  Albaniya, Sasanilər  imperiyası)  tərkibində  olması,  əhalinin 
müxtəlif  dinlərə  tapınması  (bütpərəstlik,  atəşpərəstlik,  xristianlıq)  həmin 
konsolidasiya (bütövləşmə) prosesini ləngidirdi. Təqribən XII əsrə qədərki dövrdə 
Azərbaycan mədəniyyəti Yaxın və Orta Şərq xalqları üçün ümumi olan “müsəlman 


273 
 
mədəniyyəti”  sisteminin  daxilində  inkişaf  etmiş,  həmin  mədəniyyət  xəzinəsini 
özünəməxsus,  nadir  dəyərlərlə  zənginləşdirmişdir.  İspaniyadan  Hindistanadək  bir  
çox  ölkələri  və  xalqları  hərbi  və  ideoloji  (dini)  baxımdan  tabe  etmiş  ərəblər  fəth 
olunmuş böyük ərazidə yaşayan xalqların (eləcə də Azərbaycan xalqının) VII əsrə 
qədərki  zəngin  mədəni,  siyasi,  iqtisadi  potensialının  təsirinə  məruz  qaldılar. 
Mədəniyyətlərin qarşılıqlı təsiri prosesində Azərbaycanın rolu və mövqeyi mühüm 
olmuşdur.  Ərəb  Xilafətinin  tənəzzülü  və  süqutu,  yerlərdə  müstəqil  siyasi 
qurumların  yaranması  və  möhkəmlənməsi  prosesi  çox  uzun  çəkdi.  Bir  imperiya 
dağılmamış  yeni  (Səlcuqilər)  imperiya  yaranmağa  başladı  və  bu  proses 
Azərbaycanın  (eləcə  də  bir  çox  İslam  Şərqi  ölkələrinin)  böyük  bölgə  daxilində 
mədəni-tarixi  təkamülünü  təmin  etdi.  Siyasi  müstəqilliyini  müxtəlif  vasitələrlə 
qoruyub  saxlamış  Şirvanşahlar  dövləti  bu  dövrdə  Azərbaycan  mədəniyyətinin 
mühüm  inkişaf  mərkəzlərindən  olmuşdur.  Atabəylər  (Eldənizlər)  dövləti  (1136-
1225)  nəzərdən  keçirilən  dövrün  güclü  siyasi  gərçəkliklərindən  idi  və 
Azərbaycanın  mədəni  baxımdan  uğurlu  tərəqqisini  təmin  etmişdi.  Ədəbiyyatda 
Əfzələddin  Xaqani  Şirvani,  Nizami  Gəncəvi  zirvələri,  görkəmli  Azərbaycan 
alimləri,  filosofları,  memarlıq  inciləri  və  s,  bu  ziddiyyətli,  böyük  tarixi  dövrün 
faktlarındandır.  Ərəb  işğalından  XII  əsrin  sonunadək  olan  uzun,  ziddiyyətlərlə 
zəngin, dövlətlərin  və  imperiyaların  yaranışı,  inkişafı,  tənəzzülü  və  süqutu, daxili 
(Azərbaycan miqyaslı) və regional səciyyəli çəkişmələri, etnik və dini, mədəni və 
ideoloji  səciyyəli  prosesləri  ilə  fərqlənmiş  tarixi  mərhələdə  Azərbaycan 
mədəniyyəti  öz  təkamülünün  yeni,  keyfiyyətcə  daha  zəngin  səviyyəsinə  çatmış, 
dünya mədəniyyəti xəzinəsinə elmin, ədəbiyyatın, incəsənətin müxtəlif sahələrində 
fərqlənmiş  dahilərin  bənzərsiz  irsini  əlavə  etmiş,  Şərq-islam-türk  mədəniyyəti 
məcmusunu  Azərbaycan  özəllikləri  ilə  zənginləşdirmişdir.  Azərbaycanın  antik 
dövrünün,  atəşpərəstlik  və  xristianlıq  mərhələsinin  mədəni  dəyərlər  sisteminə 
İslami dəyərlər, ərəb dünyası vasitəsi ilə isə qədim yunan və Roma mədəni faktları 
da əlavə olundu. Azərbaycan bu zaman kəsimində də dünyada baş vermiş mədəni 
inteqrasiya prosesinin ən fəal obyekti və subyekti olmuşdur. 
XIII-XIV  əsrlərdə  Azərbaycan  mədəni  həyatı  regional  miqyaslı  hərbi-
siyasi  hadisələrin böyük təsiri şəraitindən asılı idi.  Monqol işğalçılarının talan  və 
qarətləri,  mədəniyyət  ocaqları  olan  Azərbaycan  şəhərlərinin  tənəzzülü  XIII  əsrin 
ikinci  yarısının  gerçəkliklərindən  olmuşdur.  1256-cı  ildə  Azərbaycanın  ictimai-
iqtisadi,  siyasi,  mədəni  potensialına  arxalanaraq,  bu  ölkəni  mərkəz  seçərək  yeni 
dövlət  (Hülakülər-Elxanilər)  qurmuş  monqollar  dağıdıcılıq  fəaliyyətindən 
yaradıcılıq  yoluna  əsaslı  dönüş  etdilər.  Azərbaycanın  mədəni  həyatında  yeni 
canlanma  məhz  bu  zamandan  başlandı.  XIII  əsrin  sonlarında-XIV  əsrin 
əvvəllərində  monqolların  (və  onlarla  birgə  kütləvi  surətdə  yeni  ərazilərdə 
məskunlaşmış türk tayfalarının) İslam dinini qəbul etməsindən sonra onların yerli 
türklərlə  bütövləşməsi  prosesinin  əsası  qoyuldu.  Fəth  olunmuş  Azərbaycana  yeni 
vətən  kimi  yanaşan  Elxanilər  şəhər  həyatının,  iqtisadiyyatın,  ticarətin, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə