Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   27   28   29   30   31   32   33   34   ...   138

68 
 
vilayətlərində  ərəblərə  qarşı  müqavimət  on  ildən  artıq  davam  etdi.  İlk  ərəb 
işğallarından  sonra  Azərbaycanın  cənub  hissəsi  siyasi  müstəqilliyini  tamamilə 
itirmiş, bilavasitə xəlifə canişinliyinin hakimiyyətinə tabe olunmuşdu. Albaniya isə 
Ərəb Xilafətinin vassalı kimi vergi ödəmək şərtilə ondan asılı vəziyyətə düşmüşdü. 
705-ci  ildən  etibarən  Albaniya  vassallıq  mövqeyini  də  itirdi.  Azərbaycanın  cənub 
və  şimal  əraziləri  qəti  surətdə  ərəblərin  tabeliyinə  keçdi.
2
  VIII  əsrin  əvvəllərində 
Ərəb  Xilafəti  özünün  ən  qüdrətli  dövrünü  keçirirdi.  Sasani  dövlətini  651-ci  ildə 
siyasi  tarix  səhnəsindən  çıxarmış  (Azərbaycan  3  əsrdən  artıq  Sasani  dövlətinin 
tərkibində  olmuşdur),  Bizansı  xeyli  zəiflətmiş  Ərəb  Xilafəti  bir  əsrdən  çox 
xəzərlərin  həmlələrinə,  hücumlarına  qarşı  gərgin  mübarizə  apardı  və  bu 
qarşıdurmadan  daha  çox  zərər  çəkən  Azərbaycan  oldu.
3
  Mənbələrin  məlumatına 
görə,  Azərbaycanda  məskən  salan  ərəb  qəbilələrinin  “hər  biri  bacardığı  qədər 
torpaq zəbt etdi, bir hissəsi isə əcəmlərin (qeyri-ərəblərin) torpağını satın aldı. İşğal 
edilmiş  torpaqları  bu  yolla  ələ  keçirən  ərəblər  tədricən  iri  torpaq  sahiblərinə 
çevrilirdilər”.
4
 
İspaniyadan Hindistanadək bir çox ölkələri və xalqları tabe etmiş ərəblər 
fəth  olunmuş  yerlərdə  yeni  tipli  idarəçilik  sistemi  qura  bilmədilər  və  yerlərdə 
mövcud  olan  idarəçilik  sistemi  saxlanıldı.  Ərəb  Xilafəti  Azərbaycanda  da  əldə 
olunmuş  mövqelərini  qorumaq,  gücləndirmək  məqsədilə  fəal  köçürmə  siyasəti 
yeridirdi.  Öncə  Ərəbistan  yarımadasının  şimal  hissəsində  yaşayan  bir  sıra  ərəb 
tayfaları  (Abbasi  sülaləsinin  hakimiyyətə  gəlişinədək),  sonra  isə  həmin 
yarımadanın  cənub  qismində  yaşayan  ərəb  tayfaları  Azərbaycana  köçürülərək 
məskunlaşdırıldı.  “Ərəblərin  Azərbaycanda  köçürmə  siyasəti  IX  yüzilin  birinci 
rübünə  qədər  davam  etdi.  Ancaq  Harun  ər-Rəşidin  dövründə  baş  qaldıran  və  əl-
Məmun dövründə ən yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox 
ərazilərin Xilafət tərkibindən çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir 
etdi  və  nəhayət,  onu  tamamilə  dayandırdı”.

Ərəblərin  gəlişi  və  yeni  ərazilərdə 
qərarlaşması ilə Azərbaycanın dini, mənəvi həyatında əsaslı dəyişikliklər baş verdi. 
“Ərəb  işğalının  ilk  dövründə  yerli  əhali  ilə  ərəblər  arasındakı  münasibət  çox 
mürəkkəb idi və əsasən işğal prosesində bağlanılmış müqavilələrlə tənzimlənirdi”.
6
 
Azərbaycanda  da  yalnız  bütpərəstlər  zorla  müsəlmanlaşdırıldı,  “əhli-kitab”a 
(xristianlara,  yəhudilərə,  atəşpərəstlərə)  etiqad  və  adətlərini  icra  etmək  icazəsi 
verilmişdi.  Bu icazə  müqabilində  həmin əhali can  vergisi-cizyə  ödəyirdi.  Cizyəni 
yalnız  “sağlam  kişilər”  ödəyirdilər,  əhalinin  qalan  qismi  bu  vergidən  azad 
olunmuşdu.  Lakin  çox  keçmədən  islam  ideoloqları  bütpərəstliklə  yanaşı 
atəşpərəstliyi  də  aradan  qaldırmaq  xəttini  yeritməyə  başladılar.  Mənbələr  və 
arxeoloji  materiallar  sübut  edir  ki,  İslam  dini  Azərbaycanın  şimalında  cənub 
vilayətlərinə nisbətən daha gec mənimsənilmişdir. Şəhərlilər islamı kənd əhalisinə 
nisbətən daha “həvəslə” qəbul edirdilər. Lakin bu “həvəsin” iqtisadi səbəbi vardı: 
Ərəb  işğalı  dövründə  kəndlilərə  nisbətən  daha  ağır  cizyə  vergisi  ilə  yüklənmiş 
şəhərlilərin, xüsusilə tacir və sənətkarların islamı ilk növbədə qəbul etməsi onların 


69 
 
öz  varidatını  qorumaq  cəhdindən,  ərəb  üsuli-idarəsinin  isə  tacir  və  sənətkarlara 
daha  böyük  güzəştlər  verməsindən  irəli  gəlirdi.
7
  Artıq  X  əsrdə  Azərbaycanın 
təqribən  bütün  şəhərlərində  came  məscidlərinin  olması  bu  qarşılıqlı  iqtisadi 
marağın ideoloji təzahürü idi. Ərəblər Azərbaycanı  yalnız  fəth etmək deyil,  uzun 
müddət  ərzində  burada  qərarlaşmaq,  ölkənin  iqtisadi  potensialından  maksimum 
dərəcədə  bəhrələnmək  məqsədini  güdürdülər  və  bu  məqsədlərin  gerçəkləşməsi 
naminə müəyyən güzəştlərə getmək məcburiyyətində  idilər. VIII-X əsrlər ərzində 
Dərbənd  Azərbaycanın  şimal  vilayətlərində  islamın  yayılmasının  mərkəzi 
olmuşdur.  Təbiidir  ki,  Azərbaycan  əhalisi  də  yeni  dini  (İslamı)  sürətlə  və  qeyd-
şərtsiz qəbul etmədi. Əsrlər boyu islamaqədərki dinlərə, dini baxışlara bağlı olmuş 
Azərbaycan  əhalisinin  yeni  dinlə  tanış  olması  üçün  zaman  tələb  olunurdu. 
Mənbələrin və elmi ədəbiyyatın nəzərdən keçirilməsi əsasında belə qənaətə gəlmək 
olar  ki,  Azərbaycan  əhalisinin  əksəriyyətinin  islamlaşması  prosesi  ilk  ərəb 
işğallarından keçən təqribən 3 əsr ərzində baş vermişdir. Ölkə miqyasında İslamın 
qərarlaşması Azərbaycanın mədəni təkamülündə əsaslı dönüşün başlanğıcınıqoydu. 
Ərəb  yürüşləri  ərəfəsində  Azərbaycanda  onlarla  müxtəlif  miqyaslı  şəhər 
vardı.  Lakin  ərəb  işğalı  ərəfəsində  Azərbaycanın  bütün  şəhərləri  ticarət  və 
sənətkarlıq mərkəzləri deyildi. Yalnız beynəlxalq tiranzit ticarətinin başlıca yolları 
üzərində  olan  Bərdə,
8
  Beyləqan  (Paytakaran),  Dərbənd  (Bab  əl-Əbvab)  kimi  iri 
şəhərlər  bu  cür  mərkəzlərdən  idilər.  Bu  şəhərlərdə  dünyəvi  və  ruhani  əyanlar, 
sələmçilər,  tacirlər,  əkinçiliklə  əlaqəsini  üzmüş  sənətkarlar  yaşayırdılar.  Həmin 
şəhərlər hərbi-inzibati mərkəzlər olduğu üçün daha geniş inikşaf imkanlarına malik 
idilər. Əsasən ticarət-sənətkarlıq mərkəzləri olan şəhərləri (Şəki, Qəbələ, Naxçıvan, 
Ərdəbil, Girdiman, Amaras) ikinci kateqoriyaya aid etmək mümkündür. Kənd tipli 
şəhərlər  üçüncü  kateqoriyaya  aid  oluna  bilər.  Bu  kateqoriyaya  aid  etdiyimiz 
şəhərlər xırda feodal mülklərinin inzibati mərkəzləri olduğuna baxmayaraq, natural 
həyat  tərzinə,  əkinçiliyə  mail  idilər.  VIII  əsrdən  təqribən  X  əsrin  II  yarısınadək 
(təqribən  150  il)  Azərbaycanın  şəhər  həyatında  nisbi  iqtisadi  durğunluq  hökm 
sürmüşdür:  Ərəb  işğalı,  xəzər  yürüşləri,  ərəb-xəzər  hərbi  qarşıdurması,  yerli 
əhalinin  Xilafətə  qarşı  çıxışları  bu  durğunluğun  başlıca  səbəblərindən  olmuşdur. 
Ərəb  işğallarından  sonra  qədim  Albaniyanın  Şəki,  Qəbələ,  Amaras  şəhərləri 
beynəlxalq  ticarətdəki  mövqelərini  itirdilər  və  Bərdə,  Dərbənd,  Ərdəbil,  Marağa, 
Gəncə,  Şamaxı  bu  ticarətdə  aparıcı  mövqelər  qazandılar.  Ərəb  canişinlərinin 
iqamətgahı  uzun  müddət  ərzində  Bərdədə  yerləşmiş,  bu  isə  həmin  şəhərin  daha 
üstün  inikşafını  təmin  etmişdir.  Şəhər  xəlifə  Osmanın  (644-656)  hakimiyyəti 
dövründə  ərəb  işğalına  məruz  qalmış,  654-cü  ildə  Xilafətin  Şimal  vilayətlərinin 
canişini  öz  iqamətgahını  Dvindən  Bərdəyə  köçürmüş,  şəhər  ərəblərin  Qafqazdakı 
canişinliyinin  mərkəzinə  çevrilmişdi.  Lakin  ərəblərin  Arranı  işğalınadək  Sasani 
mərzbanlarının  (canişinlərinin)  iqamətgahı  və  alban  katolikoslarının  patriarxlıq 
taxtı burada yerləşdiyinə görə

şəhərin yüksəliş meylli təkamülündə təqribən fasilə 
olmamışdır.  Sasani-Bizans  müharibələri  zamanı  xəzərlər  tərəfindən  dağıdılmış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə