Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   35   36   37   38   39   40   41   42   ...   138

84 
 
isə  Şirazda  keçirmişdir.  3  cilddən  ibarət  “Simq  əl-fəraid”  (“İncilər  boyunbağısı”) 
və  2  ciddən  ibarət  “Səbt  əl-məsail”  (“Məsələlərin  səlisi”)  kimi  əsərlər  onun  elmi 
fəaliyyətinin nəticəsidir. Beləliklə, orta çağların bu mərhələsində (VII-XII əsrlərdə) 
Azərbaycanda  (eləcə  də  bütün  İslam  Şərqində)  mədəni  həyatda  öncül  mövqe 
ilahiyyata,  müsəlman  hüququna  (fiqhə),  fəlsəfəyə  məxsus  olmuş,  varlıq  və  idrak, 
insan  təfəkkürünün  mahiyyəti,  potensial  imkanları  müxtəlif  mövqelərdə  duran 
mütəfəkkirlərin  araşdırma  obyektləri  olmuşdur.  Azərbaycan  fəqihlərinin, 
alimlərinin  rolu  “müsəlman  mədəniyyəti”nin  bu  istiqamətində  xüsusilə  nəzərə 
çarpırdı. 
Elmin hələ də xüsusi sahələrə ayrılmadığı bu dövrdə yalnız elmi biliklərin 
bütün  məcmusuna  yiyələnmiş  şəxslərə  “alim”  adı  verilirdi.  İslam  Şərqində 
alimlərin formalaşdığı başlıca obyektlər mədrəsələr olmuşdur. Ona görə nəzərdən 
keçirilən  tarixi  dövrün  mədəni  həyatından  bəhs  olunarkən  Əbu  Əli  Həsən  ibn 
İshaqı  (Nizaməlmülkü)  xatırlatmamaq  qeyri-mümkündür.  Çünki  bu  şəxs  orta 
çağlar  İslam  Şərqinin  görkəmli  elm  təşkilatçısı,  incəsənətin  müxtəlif  sahələrinin 
inkişafına himayəçilik etmiş dövlət xadimi idi. O, Xorasanın Tus şəhərində anadan 
olmuş, Səlcuq hökmdarları Alp Arslanın (1063-1072) və Məlikşahın (1072-1092) 
vəziri  vəzifəsini  icra  etmiş,  Səlcuq  dövlət  aparatının  yaranması  və  inkişafında 
mühüm  rol  oynamışdır.  Nizaməlmülk  1067-ci  ildən  etibarən  imperiyanın  bir  çox 
şəhərlərində  “Nizamiyyə”  mədrəsələri  açdırmışdı  (ilk  belə  mədrəsə  1067-ci  ilin 
sentyabrında Bağdadda açılmışdı). O,  görkəmli Azərbaycan ədibi Xətib Təbrizini 
Bağdaddakı  “Nizamiyyə”nin  kitabxana  müdiri  və  ədəbiyyat  bölümünün  rəhbəri 
təyin  etmişdi.  Nizaməlmülk  ictimai-siyasi  görüşlərini  fars  dilində  yazdığı 
“Siyasətnamə”  əsərində  izhar  etmişdir.  Dövlət  xadiminin  əsərində  Azərbaycan, 
xürrəmilər təlimi, Babək haqqında da müəyyən məlumatlar vardır. Mübaliğəyə yol 
vermədən  demək  olar  ki,  vəzirliyi  dövründə  imperiyanı  əslində  Səlcuq  sultanları 
deyil, Nizaməlmülk idarə edirdi.
67   
“Nizamiyyə” mədrəsələri içərisində ən məşhuru 
bir çox dövlət və din xadimləri,  münəccimlər, filosoflar, hüquqşünaslar və  şairlər 
hazırlamış  Bağdad  “Nizamiyyə”si  olmuşdur.    “Nizamiyyə”lərin  yaranması  həyati 
zərurətin törəməsi idi: Səlcuqların hərtərəfli inkişaf etmiş böyük kadrlar ordusuna 
ehtiyacı  vardı  və  Nizaməlmülk  də  Səlcuq  sultanları  üçün  tapıntı  idi.  Bu  dövrdə 
hərbi  təcrübəni  əla  bilən  Səlcuq  sultanları  maliyyə,  idarəçilik  və  s.  məsələlərdə 
yerli  kadrların  yardımına  böyük  ehtiyac  hiss  edirdilər.  Təqribən  Səlcuq  dövlət 
aparatının  bütün  divan  işləri  ərəb  və  fars  dillərinə  bələd  olan  fars  zadəganlarının 
əllərində  cəmləşmişdi.
68
  Ərəb  (Abbasi)  xəlifələrinin  dini  dəstəyinə  də  böyük 
ehtiyac var idi. Məhz bu şəraitdə Nizaməlmülk adını əbədiləşdirmiş və ona dünya 
şöhrəti  qazandırmış  təhsil  sistemini  yaratmışdı.  “Nizamiyyə”lərdə  Şəriət  qayda-
qanunları,  iqtisadi  biliklər,  fəlsəfə,  riyaziyyat,  nücum,  bəlağət,  fəsahət,  katiblik, 
nədimlik  və  s.  kimi  zamana  uyğun,  zəruri  olan  fənlər  tədris  edilirdi.  “Məlikşah 
Nizaməlmülkə  çox  üstün  səlahiyyət  və  ixtiyarat  vermişdi”.
69   
İmperiyada  mədəni 
həyat  məhz  bu  zaman  ərzində  çiçəklənmə  dövrünü  keçirirdi.  “Məlikşah  özünün 


85 
 
tarixdə nadir olan vəziri Nizaməlmülkün ağıllı məsləhətçilərinin təsiri ilə dövlətdə 
islahatlar apardı. Məlikşah şair idi və elmlərə himayəçilik edirdi. Onun hakimiyyəti 
təbəələr üçün ən məsud zaman idi”.
70
  1076-cı  ildə,  30  fəsildən  ibarət  yazılmış  və 
Sultan  Məlikşaha  təqdim  olunmuş  “Siyasətnamə”  adlı  əsər  Nizaməlmülkün 
mütərəqqi baxışlarının aynasıdır. Sonralar Əl-Yəməni adlı bir katib əsərə daha 15 
fəsil əlavə etmiş, digər katiblər də öz əlavələrini edərək “Siyasətnamə”nin həcmini 
50  (və  yaxud  51)  fəslə  çatdırmışlar.    Bu,  Səlcuqilər  dövrünün  ən  etibarlı  ədəbi-
tarixi  abidəsidir.  Nizaməlmülk  1092-ci  ildə  öldürülmüş,  lakin  nəcib  əməllərinin 
müsbət  nəticələri  yeni  əsrə  də  adlamışdır.  Səlcuq  sultanları  Nizaməlmülkün 
açdırdığı  mədrəsələrə  dövrün  məşhur  alimlərini  cəlb  etmişdilər.  Təsis  olunan 
mədrəsələr  adətən  həmin  tədris  obyektlərini  açdırmış  şəxslərin  adlarını  daşıyırdı. 
1127-ci  ildə  Xoyda  əl-Fərəc  əl-Xuveyyi  mədrəsəsi  açıldı.  İbn  əl-Fufati  XI-XII 
əsrlərdə  yalnız  Marağada  açılmış  3  mədrəsənin  (“Əhmədağa”,  “Atabəgiyyə”  və 
“Əl-Qadi”)  adını  qeyd  edirdi.  Bağdaddakı  “Nizamiyyə”  mədrəsəsində  Xətib 
Təbrizidən başqa digər Azərbaycan alimləri də dərs deyirdilər. “Azərbaycan tarixi” 
(“Tarixe  Azərbaycan”)  kitabının  müəllifi  Fəxrəddin  Əbülfəzail  İsmayıl  ət-Təbrizi 
(1185-ci ildə vəfat etmişdir), Həmədanda və başqa mədrəsələrdə çalışmış, 1160-cı 
ildə  Mərvdə  vəfat  etmiş  Tacəddin  Əbülfəzail  Məhəmməd  əl-Urməvi,  Əminəddin 
Müzəffər  ət-Təbrizi  (1163-1225),  Bağdaddakı  “əl-Kamaliyyə”  mədrəsəsində  də 
dərs  demiş  Əbülfəzail  əl-Ərdəbili  (1228-cı  ildə  vəfat  etmişdir),  1258-cı  ildə 
monqolların  Bağdada  hücumu  zamanı  həlak  olmuş  Qəvaməddin  Əbunəsr  Yunis 
Əş-Şirvani  və  başqaları  həmin  alimlərdən  olmuşlar.
71
  Dövrünün  ən  əzəmətli 
Azərbaycan  alimləri  sırasında  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  (Xətib  Təbrizi) 
xüsusilə  fərqlənirdi.  O,  1030-cu  ildə  Təbrizdə  anadan  olmuş  və  1109-cu  ildə 
Bağdadda dünyasını dəyişmişdir. Xətib Təbrizi İslam Şərqində görkəmli alim kimi 
məşhurlaşmışdı.  O,  ilk  təhsilini  Təbrizdə  almış,  gənc  ikən  Suriyaya  gedərək 
məşhur şair-filosof Əbüləla əl-Məərridən ədəbiyyat tarixi, dil, fəlsəfə və ilahiyyat 
elmlərini  öyrənmişdir.  Tədricən  kamilləşmiş  Xətib  Təbrizi  Suriya  və  Misirdə 
görkəmli  alimlərlə  elmi  mübahisələrdə  olmuş,
72
  “Nizamiyyə”  açılandan  ömrünün 
sonunadək  orada  filologiya  elmlərinin  tədrisi  işinə  başçılıq  etmiş  və  kitabxana 
müdiri  olmuşdur.  Onun  elmi  biliklərə  can  atması  bir  çox  orta  çağ  qaynaqlarında 
misilsiz nümunə kimi xatırlanır. Yaqut əl-Həməvi Xətib Təbrizinin şəxsiyyətinə və 
fəaliyyətinə  daha  geniş  yer  verməsi  ilə  diqqəti  cəlb  edir:  “Bəzən  ona  əl-Xətib  də 
deyirlər.  O,  qrammatika  və  ədəbiyyatşünaslıq  sahəsinin  imamlarından  biri 
olmuşdur… Xətib Təbrizi Misirə gəncliyinin çiçəkləndiyi  bir dövrdə daxil olmuş 
və burada… leksikologiyanı öyrənmiş, sonra Bağdada qayıdaraq vəfat edənə qədər 
orada  qalmışdır…  O,  dilçilik  sahəsində  nüfuzlu  şəxs  idi.  İbn  əl-Xətib  Nizamiyyə 
mədrəsəsində  dilçiliyin  tədrisi  kafedrasına  və  oradakı  kitabxanaya  rəhbərlik 
etmişdi.  O,  ədəbiyyat  və  dilçilikdə  yüksək  məqama  çatır,  adı  ölkələri  dolaşır  və 
adamlar onun yanına axışırdılar. Xətib Təbrizi 502-ci il cumadə əl-ulə ayının 28-də 
(1109-cu il  yanvarın 3-də) bazar günü qəflətən  vəfat elmişdir. Onun anadan olma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə