90
göstərmiş şairlər məclisinə bu zaman Əbülüla Gəncəvi başçılıq edirdi.
91
Müəyyən
müddətdən sonra onu “Məlik əş-Şüəra” (“şairlərin başçısı”) mövqeyində
Əfzələddin Xaqani əvəz etdi. Şərq ədəbiyyatı klassiklərinin bir çoxu kimi
Xaqaninin də təvəllüd tarixi, həyatı haqqında mənbələrdə dəqiq məlumatlar
yoxdur. Ədəbiyyatşünas alimlər şairin öz əsərlərinə əsasən belə hesab edirlər ki, o,
təqribən 1120-1122-ci illər arasında Şamaxıda anadan olmuş və 77 yaşında ikən
(1199-cu ildə) Təbrizdə vəfat etmişdir.
92
Əfzələddin İbrahim ibn Əli Nəccar
Şirvani (Xaqani) Nizami Gəncəvinin yaşca böyük müasiri olmuşdur. O, əsərlərini
dövrünün ədəbi ənənəsinə uyğun olaraq farsca yazmışdır. Şairin öz sözlərinə
əsasən anası sonralar İslamı qəbul etmiş nəsturi (xristian) qızı olmuşdur.
93
Əfzələddin 8 yaşında atasını itirmiş (atası ailəsini tərk edərək qürbətə getmişdi),
əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsi sahəsində böyümüş, tərbiyələnmiş,
təhsil almışdır. O, gənclik çağlarında “Həqayiqi” təxəllüsü ilə şeirlər yazırdı.
Əfzələddinin 25 yaşı olarkən əmisi vəfat etmiş, şair Şirvanşahların məlik əş-şüərası
Əbülüla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, Əbülülanın yeganə qızı ilə
evlənmiş,
94
Əbüləlanın ona verdiyi “Xaqani” təxəllüsü ilə bədii yaradıcılığını
davam etdirmişdir. Əsl adı “İbrahim”, kamillik ləqəbi “Əfzələddin”, təxəllüsü isə
“Xaqani” olan şairin saraydakı vəziyyəti III Mənuçöhrün (1120-1160) vəfatı və I
Əxsitanın hakimiyyətə gəlməsindən sonra mürəkkəbləşmiş və o, saray mühitindən
qurtulmaq yollarını aramağa başlamışdı. 1156-cı ildə Xaqani Məkkə ziyarəti
bəhanəsi ilə Şirvanı tərk etmişdi. Onun Məkkə ziyarəti təqribən bir il çəkmişdir.
Şair səfər zamanı bir sıra Şərq ölkələrini gəzmiş, Bağdad, Həmədan, Ərdəbil, Şam,
Mosul, İsfahan kimi mədəniyyət mərkəzlərində olmuşdur. Xaqani bu səfərinin
təəssüratı ilə “Mədain xərabələri” adlı qəsidəsini və “Töhfətül-İraqeyn” (“İki İraqın
hədiyyəsi”) adlı mənzum səfərnaməsini - məsnəvisini yazmışdır. Şirvana qayıtmış
şairi soyuq qarşıladılar. O, özü də artıq mədhiyyə janrına deyil, ciddi fəlsəfi
poeziyaya meyl edirdi. Saraydan tamamilə uzaqlaşmağa can atan Xaqani Şirvanşah
I Əxsitanın əmrinə əsasən 1170-ci ildə həbs olunaraq Şabran qalasına salındı. Şair
7 ay ərzində həbsxanada qaldı. Xaqani 1173-cü ildə Şirvanı ailəsi ilə birgə
həmişəlik tərk etdi. Şair 1184-cü ildə Təbrizdə məskunlaşmış və ömrünün
sonunadək burada yaşamışdır. Təbiidir ki, Xaqani mədhiyyə janrında tam uzaqlaşa
bilmədi. Onun Xarəzmşahlardan Atsıza və Təkişə, Səlcuq sultanları Məsuda və III
Toğrula, Azərbaycan atabəyi Qızıl Arslana ithaf etdiyi mədhiyyələri vardır.
95
Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik nümunələrdən sayılan
“Töfhətül-İraqeyn” (1157) məsnəvisində özü, əsil-nəsəbi, ailəsi haqqında geniş
məlumat vermişdir. Onun “Qəsideyi-Şinniyyə” (“Dinləyənlərin qəsidəsi”) adlı
qəsidəsinə 30-dan artıq məşhur Yaxın və Orta Şərq şairi (Ə.X.Dəhləvi, Ə.Cami,
M.Füzuli və b.) nəzirələr yazmışdır. Yaradıcılığının “saray dövrünün”
mədhiyyələrinə görə peşmançılıq hissini şair “Xaqani” deyil, “Xəlqani” olduğunu
poetik şəkildə bildirmişdir. Onun “Həbsiyyə” adlanan qəsidələr və mərsiyələr
toplusu Şabran həbsxanasında yaşanmış poetik hisslərin inikasıdır. Şair 20 yaşlı
91
oğlunu itirdikdən sonra yaradıcılığında mərsiyələrə çox meylli olmuşdur. “Bədii-
fəlsəfi söz sərrafları ona “Xəllaqe-məani” (“Mənaların yaradıcısı”) ləqəbini
vermişlər.
96
“Fəxriyyə”, “Həbsiyyə”, şeirlər, qəzəllər, qitələr, rübailər, mərsiyələr
onun çoxşaxəli, fəlsəfi məzmunlu ədəbi yaradıcılığının tərkib hissələridir. Şairin
“Divan”ında dövrün tarixi hadisələrinin real təsviri vardır.
Məhsəti Gəncəvi (1089-1182/83) Nizami Gəncəvinin müasiri olmuşdur.
O, mükəmməl təhsil almış, Şərq ədəbiyyatı və musiqisini öyrənmiş, gözəl şətrənc
(şahmat) oynamışdır. Məhsəti 1118-ci ildə Gəncə taxtına çıxmış sultan Mahmudun
sarayında, sultan Səncərin Mərvdəki sarayında keçirilmiş şeir məclislərində iştirak
etmiş, uzun ömür sürmüş, həyatı dastana dönmüşdür (XV-XVI əsrlərin məhsulu
olan “Məhsəti və Əmir Əhməd” dastanının ona və həyat yoldaşına həsr olunması).
Bir neçə il Mərvdə yaşamış, əsasən farsca rübailər yazmış şairənin yaradıcılığı
əsasən Gəncə mədəni mühiti ilə bağlı olmuşdur.
Şirvan ədəbi məktəbinin yetirməsi olmuş, məlik əş-şüəra Əbülməkarim
Mücirəddin Beyləqani (1197/98-ci ildə vəfat etmişdir) qəsidələrinin əksəriyyətini
ona himayəçilik etmiş Azərbaycan Atabəylərinə və səlcuq sultanı II Toğrulun oğlu
sultan Arslanşaha həsr etmişdir. Şair Dərbənd hakimlərinə də mədhiyyələr
yazmışdır. O, tənqidi məzmunlu şeirlərinə görə qətlə yetirilmişdir.
Qəvami Mütərrizi Gəncə şairi idi. Dövlətşah Səmərqəndinin məlumatına
görə, Mütərrizinin Nizami Gəncəvi ilə qohumluq əlaqələri vardı. Bu şair
qəsidələrində Azərbaycan Atabəyləri Qızıl Arslanı, Məhəmməd Cahan Pəhləvanı
mədh etmişdir. Gəncə ədəbi mühitinin yetirməsi, Nizami Gəncəvinin dostu
Əbubəkr ibn Xosrov əl-Ustadın yaradıcılığı bu dövrün diqqətəlayiq mədəni
faktlarındandır. Ədibin bizə gəlib çatmış yeganə əsəri “Munisnamə”dir. Onun
həyatı və yaradıcılığı haqqında məlumatlar isə məhz “Munisnamə” əsərindədir. Bu
məlumata görə, şair Azərbaycan Atabəylərinə xidmət etmiş, gənc şahzadələrin
müəllimi və tərbiyəçisi olmuş, əsərlərini Məhəmməd Cahan Pəhləvana, Qızıl
Arslana və Əbubəkrə ithaf etmişdir. Müəllif əsərin “Giriş” hissəsində Eldənizlərin
adı ilə bağlı olan 6 erkən əsərinin adını çəkmişdir.
97
17 fəsildən ibarət olan
“Munisnamə” əsərində maraqlı hekayə, novella, ibrətamiz hədis və məsəllər
toplanmışdır. Əsərin mətninə xeyli şeir parçası daxil olunmuşdur. “Munisnamə”
farsdilli ədəbiyyatda qafiyəli bədii nəsrin erkən və parlaq örnəklərindəndir. “Bu
dövrdə fars dili özünün inkişafı və təkmilləşməsində məhz Azərbaycan poetik
məktəbinin nümayəndələrinə borcludur. Fars dilinin Azərbaycan hökmdarlarının,
Şirvandan başqa, ana dili olmamasına baxmayaraq, Azərbaycan poetik məktəbinin
Nizamidən başqa bütün nümayəndələri Səlcuq sultanlarının, sonralar isə
Azərbaycan Atabəylərinin saray şairləri olmuşlar”.
98
Camal (Nizami) əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki
Müəyyəd Nizami Gəncəvi (1141-1209) dünya şöhrətli Azərbaycan şairi-
mütəffəkkiridir. “Nizami Qum şəhərində doğulmuşdur. (“Mən mirvari kimi Gəncə
dənizində qərq olsam da, dağda yerləşən Qum şəhərindənəm”). Qum kəndi hazırda
Dostları ilə paylaş: |