Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   37   38   39   40   41   42   43   44   ...   138

88 
 
hakimiyyəti  ələ  keçirmiş  ərəb  mənşəli  Məzyədilər  də  …  iranlaşdılar.  Hətta 
Şirvanşahların  ərəb  adları  obyektiv  və  subyektiv  amillər  üzündən  fars  adları  ilə 
əvəz  edildi”.
78
  Beləliklə,  Azərbaycanda  da  farsdilli  poeziyanın  inkişafı  üçün 
əlverişli  ictimai-siyasi,  mədəni  şərait  yaranmışdı.  Lakin  fars  dili  elmi  yaradıcılıq 
prosesində ərəb dilini əvəz edə bilmədi. XI əsrin 70-ci illərinin əvvəllərində Yusif 
Balasaquninin (1017-1077) Firdovsinin “Şahnamə”sinə cavab olaraq yazdığı, artıq 
o  zaman  “Şahnameyi-türki”  (“Türk  Şahnaməsi”)  adlandırılmış  “Qutadqu-bilik” 
(“Xoşbəxtliyə aparan elm”) əsəri türk milli şüurunun oyanışı faktlarından biri idi. 
Lakin  Azərbaycanda  hakim  dairələrin  tarixi  obyektivlik  üzündən  irançılığa  daha 
artıq  meyl  etməsi  türk  dilinin  bu  dövrdə  türk  xalqlarının  ümumi  ədəbi  dilinə 
çevrilməsinə  əngəllər  yaratdı.  1055-ci  ildə  Bağdadı  fəth  etmiş  Səlcuqilər 
zamanında  da  türk  dili  ədəbi,  habelə  rəsmi  dilə  çevrilmədi.  Səlcuqilər 
imperiyasının 
geniş 
ərazisində 
fars 
dilinin 
mövqelərinin 
daha 
da 
möhkəmlənməsinin  başlıca  səbəbi  “yalnız  yürüşlər  və  vergi  toplamaq  qayğısına 
qalmış  səlcuq  sultanlarının  savadsızlığı”
79
  və  “farslardan  ibarət  məmurlara 
arxalanması”  olmuşdur.  Səlcuqilər  dövründə  vəzir  vəzifəsində  ənənəvi  olaraq 
yalnız İran mənşəli şəxslər olmuşlar. Azərbaycan Atabəylərinin də vəzirləri qeyri-
türklər  idilər.
80
  Fars  dili  XIV  əsrədək  Yaxın  və  Orta  Şərqdə  bədii-ədəbi  dil 
funksiyasını  yerinə  yetirmişdir.  XI-XII  əsrlərdən  bizə  Azərbaycan  türkcəsində 
yazılmış əsər çatmamışdır, lakin bir sıra qaynaqlarda buna dair məlumatlar vardır. 
Məsələn,  XI  əsrdə  Məsud  ibn  Namdarın  ərəb  və  fars  (əcəmi)  dilləri  ilə  yanaşı 
türkcə və zimmicə (yəni yerli dildə) şeirlər yazmasına dair mənbə məlumatı bunu 
təsdiqləyir. Şirvanşah I Əxsitanın Nizami Gəncəviyə “Leyli və Məcnun” əfsanəsini 
türkcə deyil, farsca və ya ərəbcə yazmasını sifariş etməsi də təsdiqləyir ki, həmin 
dövrdə türkcə bədii əsərlər yazılması ənənəsi də mövcud olmuşdur. Bu tarixi faktla 
Nizami  Gəncəvinin  də  türkcə  yazdığı,  azərbaycanlı  olduğu  vasitəli  surətdə 
təsdiqlənir. Ədəbi prosesdə mövcud olan yeni meyllər ərəb dilinin mövqelərini tam 
sarsıda bilməmişdi. XI əsrin sonunda şirvanşah I Fəriburzün sarayında ona ərəbcə 
mədhiyyələr  yazmış  şairlərin  toplandığı  faktı  bir  çox  mənbələrdə  qeyd  olunur.
81
 
Əbu  Nasr  Mənsur  Təbrizi,  Xəttat  Nizami  Təbrizi,  Hüseyn  Təbrizi  bu  dövrün 
tanınmış  Azərbaycan  şairləri  olmuşlar.  Xəttat  Nizami  Təbrizi  Nizaməlmülkün 
himayəçiliyi sayəsində yaşamış, Nişapurdakı iri mədrəsədə dərs demişdir. Ərəbcə 
yazmış Azərbaycan ədibləri arasında əslən beyləqanlı, “mənşəcə kürd” olan Məsud 
ibn  Namdar,
82
  Ömər  Gəncəvi,  Hüseyn  Urməvi,  İşkafi  Zəncani  xüsusilə 
fərqlənmişlər.  Şeirlər  Məsud  ibn  Namdarın  əsərlər  toplusunun  üçdə  birindən 
çoxunu  təşkil  edir.  Bu  ədibin  əlyazmaları  hekayətlərdən,  məktublardan  və 
şeirlərdən  ibarətdir.  Məsud  ibn  Namdar  həyatını  o  dövrün  bir  çox  şairləri  kimi 
rəsmi  dövlət  vəzifələrində  keçirmiş,  “Bədi  əz-zaman”  (“Zamanın  möcüzəsi”) 
ləqəbini  qazanmışdı.  Mütəfəkkir  şair  Beyləqan,  Gəncə  və  Şirvanda  yaşayıb-
yaratmışdır.  Farsca  yazmış  Əfzələddin  Xaqani  Şirvani  və  Mücirəddin  Beyləqani 
ərəbcə  poetik  örnəklər  də  yaratmışlar.  Şihabəddin  Yəhya  əs-Sührəvərdi, 


89 
 
Eynəlqüzzat əl-Miyanəci, Yusif əl-Xuveyyi (Xoylu) kimi peşəkar filosoflar ərəbcə 
şeirlər  də  yazmışlar.  Eynəlqüzzat  əl-Miyanəci  min  beytdən  ibarət  şeirlər 
toplusunun müəllifidir. 
Qətran  Əbu  Mənsur  Təbrizi  (1012-1088)  bu  dövrün  farsca  yazmış 
görkəmli  şairi olmuşdur.  O,  gənc  yaşlarında  Gəncəyə gəlmiş Şəddadi əmirlərinin 
sarayında  şöhrət  qazanmışdı.  Şair  bir  müddət  Naxçıvanda  Əbu  Düləf  Deyraninin 
sarayında  yaşamışdır.  Onun  yaradıcılığında  hökmdarlara  həsr  olunmuş  qəsidələr 
mühüm yer tutur. Qətran Təbrizinin tarixi mövzuda mənzumələri də vardır. Onun 
“Qövsnamə” (və ya “Quşnamə”) adlı məsnəvisi, yüksək sənətkarlıqla yazılmış bir 
çox əsərləri fars və  türk poeziyasının inkişafına  xeyli təsir etmişdir. Ədibin tərtib 
etdiyi “ət-Təfasir” (“Təfsirlər”) adlı lüğət fars dilinin ilk izahlı lüğətlərindən hesab 
olunur.
83
  Qətran  Təbrizi  12  min  beytdən  ibarət  olan  şeirlər  “Divan”ının 
müəllifidir.
84
  Qətran  və  onun  yolunu  davam  etdirən,  Yaxın  Şərqdə  ədəbi  məktəb 
halını  alan  Gəncə-Şirvan  şairləri  öz  milli  xüsusiyyətlərini,  Azərbaycan  dilinin  və 
xalq ədəbiyyatının xüsusiyyətlərini şeirlərində canlandırdıqları zaman onların bədii 
ifadə tərzi klassik İran şeirindən fərqlənirdi; mövzu isə Azərbaycan xalqının tarixi 
ilə  əlaqədar  idi.  Bütün  bunlar  fars  dilində  yazılmasına  baxmayaraq,  Azərbaycan 
şeirinin xüsusi bir yol ilə inkişaf etməsinə səbəb olmuşdur ki, bu yolun ilk böyük 
nümayəndəsi  Qətran  Təbrizi  idi.
85
  Azərbaycan  poeziyasında  Nizami  Gəncəvi 
zirvəsinin  əzəli  Qətran  Təbrizinin  yaradıcılığındadır.  “Biz  Azərbaycanda  fars 
dilinin nə zamandan etibarən işlənilməyə başlandığını, onun ilk addımlarını hələlik 
izləyə  bilmirik.  Lakin  artıq  XI  əsrin  əvvəllərində  Cənubi  Azərbaycanın  mərkəzi 
şəhəri Təbrizdə, farsca şeirin müstəsna ustadı, məşhur Qətran ibn Mənsur kimi bir 
şairin  meydana  gəldiyini  müşahidə  etməkdəyik”.
86
  Qətran  Təbrizinin  əsərləri 
“mövzu etibarilə Azərbaycan xalqının tarixi, həyat və məişətilə bağlı olduğu kimi, 
özünün  dil  xüsusiyyətlərilə  də,  məhz  bu  xalqın  canlı  dili  ilə  bağlı  idi,  bu  dilin 
xüsusiyyətlərini əks etdirirdi. Yaradıcılığının bu qiymətli, yeni keyfiyyətlərilə orta 
əsrlərdə  fars  dilində  yaranan  Azərbaycan  şeirini  düzgün  bir  istiqamətə  yönəltmiş 
olan  Qətran,  yalnız  bu  cəhətləri  ilə  də  orijinal  bir  şairdir”.
87
  Bu  Azərbaycan 
ədibinin “şeri özünün bədii sənətkarlıq xüsusiyyətlərilə də XI əsr ədəbiyyatı üçün 
yeni  idi  və  Samanilər,  Qəznəvilər  sarayında  yüksələn  şairlərin  yaradıcılığından 
tamamilə  fərqlənirdi”.
88   
“Yeni  Azərbaycan  ədəbiyyatının  binasını  qoymuş  olan 
Qətran  Təbrizinin”
89
  yaradıcılığı  Azərbaycan  atalar  sözləri,  məsəlləri  ilə  diqqəti 
cəlb edir. “Həkim Qətran Azərbaycanın məşhur şairlərindən və Təbrizin şirindilli, 
fərasətli şəxsiyyətlərindəndir”.
90
 
XII  yüzilliyin  əvvəllərindən  başlayaraq  Əbülüla  Gəncəvi,  Əfzələddin 
Xaqani  Şirvani,  Fələki  Şirvani,  İzzəddin  Şirvani,  Mücirəddin  Beyləqani,  Nizami 
Gəncəvi  kimi  ədiblər  Gəncə  və  Şirvanda  fəaliyyət  göstərən  Azərbaycan  ədəbi 
məktəbinin  əsasını  qoydular.  Fars  poeziyasının  Xorasan-Türküstan  üslubundan 
(səbkindən) fərqli olan yeni poetik, “Səbkitəmtəraqi” (“təmtəraqlı üslub”) adlanan 
Azərbaycan  üslubu  yaradıldı.  X  əsrdən  etibarən  Şirvanşahlar  sarayında  fəaliyyət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə