81
zəruridir”.
53
Cəmiyyət üzvlərinin fəlsəfi baxışları Şərq peripatetizminə yaxın
olmuşdur.
54
Bu dövrdə Azərbaycanda islamaqədərki adət-ənənələr, əski baxışlar,
xüsusiyyətlər bir çox mədəniyyət faktlarında (xüsusilə elmi-fəlsəfi baxışlarda,
ədəbiyyatda) öz əksini tapmışdı. Xürrəmilik (işığa vurğunluq), şüubilik (el-obanın
üstünlüyü ilə fəxr etmə) və azadfikirlilik Azərbaycan mədəni həyatının
gerçəkliklərindən idi. “Bu dövrdə Azərbaycanda İslam Şərqi üçün səciyyəvi olan
başlıca fəlsəfi cərəyanlar yayıldı, inkişaf etdi və Azərbaycan mütəfəkkirlərinin
simasında bu cərəyanların öz böyük nümayəndələri vardı. Peripatetizm
Bəhmənyarla, panteizm Baba Kuhi ilə və Eynəlqüzzatla, İşraqiyyə Sührəvərdi ilə
təmsil olunurdu. Bu dövrdə Şərqin digər ölkələrində olduğu kimi Azərbaycanda da
daha geniş yayılmış mistik-bidətçi cərəyan sufizm idi”.
55
Sufilik Azərbaycanda IX
əsrdən etibarən geniş yayılmağa başlamışdı. Lakin nəzərə almaq zəruridir ki,
sufizm vahid cərəyan deyildi: R.Nikolson XI əsrədək olan yazılı mənbələri
araşdıraraq “təsəvvüf” anlayışının və onun məzmununun 78 tərifini aşkara
çıxarmışdı.
56
“Bütün İslam Şərqində olduğu kimi Azərbaycanda da məhz sufizm
zəminində fəlsəfədə panteist istiqaməti yarandı və inkişaf etməyə başladı. Tədqiq
olunan dövrdə (X-XII əsrlərdə) Azərbaycanda panteizmin ən böyük nümayəndələri
Məhəmməd Əli Bakuvi (Baba Kuhi) və Əbülfəzail Abdulla ibn Məhəmməd
Miyanəci (Eynəlqüzzat Həmədani) olmuşlar”.
57
XI-XII əsrlərdə Azərbaycanda
fəlsəfi fikir fiqhə (hüquqşünaslığa), kəlama (sxolastikaya) və təsəvvüfə (mistikaya)
aid olan risalələrdə, xüsusilə peşəkar filosofların əsərlərində öz əksini tapırdı.
Mütəkəllimlər adətən dövlət işlərində çalışır, hüquq məsələləri ilə də məşğul
olurdular. Təbriz qazisi Büdeyl əl-Bərzəndi (1082-ci ildə vəfat etmişdir), “Bağdad
fəqihi” fəxri adını almış, ədalətli hüquqşünas Əbu Ömər Osman əl-Dərbəndi
(1106-cı ildən sonra dünyasını dəyişmişdir), Əbdüləziz əl-Uşnuhi (1111-ci ildə
vəfat etmişdir), Əbülfəzl Məhəmməd əl-Urməvi (1067-1152), Əbuhəfs Ömər əz-
Zəncani əl-Xətibi (1098-ci ildə anadan olmuşdur) bu dövrün tanınmış Azərbaycan
fəqihləri-mütəkəllimləri olmuşdur. XI-XII əsrlərdə Azərbaycanda rəsmi əqidə
İslamın sünnilik qolu, xüsusilə onun şəfiilik məzhəbi idi. Bu dövrün başlıca mistik
cərəyanı
təsəvvüf idi və o, iki istiqamətdə (mötədil və ifrat) inkişaf edirdi.
1066-cı ildə vəfat etmiş Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-
Azərbaycani Şərq peripatetizminin ən böyük nümayəndələrindən biri idi. Bu
Azərbaycan mütəfəkkirinin anadan olduğu yer və il məlum deyildir. İlkin
qaynaqlarda Bəhmənyar məcusi (yəni zərdüşt, atəşpərəst) kimi təqdim olunur. Bir
sıra müəlliflər isə onun İslam dinini sonradan qəbul etdiyini bildirirlər.
58
Əbülhəsən Bəhmənyar İbn Sinanın (980-1037) bilavasitə şagirdi və davamçısıdır.
59
O, “Təhsil kitabı” (“Kitab ət-təhsil”), “Məntiqə dair zinət kitabı” (“Kitab əz-zinə
fi-l-məntiq”), “Gözəllik və səadət kitabı” (“Kitab əl-bəhcə və-səadə”), “Musiqi
kitabı” (“Kitab fi-l-musiqa”), “Metafizika elminin mövzusuna dair risalə” (“Risalə
fi maidi ilm ma bəd ət-təbiə”), “Mövcudatın mərtəbələrinə dair risalə” (“Risalə fi
məratib əl-maucidat”) əsərlərinin müəllifidir. Alimin “Təhsil kitabı” orta çağlarda