Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   36   37   38   39   40   41   42   43   ...   138

86 
 
tarixi 421 (1030)-ci ildir”.
73
 Xətib Təbriz bədii yaradıcılığa şeirlə başlamışdır. Bəzi 
qaynaqlara  (İbn-Əsir)  əsasən  onun  şeirlər  “Divan”ı  mövcud  olmuşdur.  Ərəbdilli 
ədəbiyyatın elmi poetikasının yaranması Xətib Təbrizinin fəaliyyəti ilə bağlıdır. O, 
ədəbiyyatşünaslığa dair xeyli əsərin müəllifidir. Həmin əsərlər hələ sağlığında ikən 
onu  Yaxın  və  Orta  Şərqdə  məşhurlaşdırmışdı.  Görkəmli  tənqidçi  olmuş  Xətib 
Təbrizi qeyd edirdi ki, “şeri tənqid etmək onu yazmaqdan çətindir”. Onun fikrincə, 
tənqidçi  şairin  yaradıcılığını  düzgün  təhlil  etmək  üçün  onun  dövrünü,  əsərlərində 
ictimai məsələləri, xalqın adət və ənənələrini dərindən öyrənməli, tarix, fəlsəfə və 
digər  elmləri  bilməlidir.  Xətib  Təbrizi  ensiklopedik  biliklərə  malik  olan  şəxs  idi 
idi.  O,  yalnız  ədəbiyyatşünaslıq  problemləri  ilə  məhdudlaşmamış,  etnoqrafiyanın, 
fəlsəfənin  və  ilahiyyatın  mürəkkəb  məsələlərini  də  araşdırmışdır.
74
  “Xətib 
ədəbiyyatşünaslıqda ən görkəmli şəxsiyyətlərdən olaraq, ərəb dilinin “anası” idi”.
75
 
Şəmsəddin  Əbülabbas  Əhməd  əl-Xuveyyi  (1187-1240)  Yaxın  və  Orta 
Şərqdə ədəbiyyatçı, dilçi, təbib və filosof kimi tanınmışdı. O da dövrünün bir çox 
alimləri  kimi  xeyli  səyahət  etmişdir.  Alim  Dəməşqdə  “Adiliyyə”  mədrəsəsində 
müəllimlik  etmiş,  “Kitab  fi-l  üsul”  (“Üsul  haqqında  kitab”),  “Kitab  fənn  əl-
hikmiyyə” (“Fəlsəfi simvolları əhatə edən kitab”) adlı məşhur əsərlərini yazmışdır. 
Şəmsəddin  Xoylu  müəyyən  müddət  ərzində  Xoy  (Xuveyy)  şəhərinin  qazısı 
vəzifəsini  icra  etmişdir.  “O,  hikmət  elmlərində  zəmanəsinin  yeganəsi,  şəriət 
işlərində  də  dövranının  alimi,  tibb  və  s.  elmlərin  bilicisi,  idraklı,  vüqarlı,  cəmal 
sahibi,  xeyirxah  və  xeyir  işləri  sevən  bir  şəxsiyyət  olmuşdur…  Böyük  sultan  İsa 
ibn Məlik əl-Adilin zamanında… sultan ona Dəməşqdə yer verib, onun üçün maaş 
müəyyən  etmişdir.  Sonralar  böyük  sultan  Şəmsəddini  Dəməşqin  baş  qazisi  təyin 
etmişdir…  Şəmsəddin  Adiliyyə  mədrəsəsində  yaşamış  və  vəfat  edənədək  orada 
dərs  vermişdir”.
76
  Yusif  ibn  Tahir  Əbu  Yəqub  Əl-Xuveyyi  XII  əsrin  I  yarısında 
yaşamış,  orta  çağların  ərəbdilli  şərhçilik  ədəbiyyatının  görkəmli  nümayəndəsi 
olmuşdur.  “Şərh  ət-tənvir”  (“İşıqlandırmanın  şərhi”)  əsəri  onun  yaradıcılığının 
parlaq  nümunələrindən  biridir.  Bu  əsər  ərəb  şairi-mütəfəkkiri  Əbül  Əla  əl-
Məərrinin  poetik  irsinə  həsr  olunmuşdur.  Alim  təbabət,  psixologiya,  astronomiya 
və həndəsə ilə məşğul olmuşdur. Yaqut əl-Həməvi Yusif əl-Xuveyyi haqqında belə 
məlumat vermişdir: “Ədibdir. Əbu Yaqub Xoy sakinidir. Əla ədib, bacarıqlı fəqih, 
saçlı,  nizam-intizamlıdır. Onun ədəbiyyat haqqında  bir sıra əsərləri  vardır… Əbu 
Səad demişdir ki, Tusda 549 (1154/55) cu ildə ərəblərin qiyamı vaxtı və ya ondan 
əvvəl əsir qullar tərəfindən öldürülmüşdür”.
77
 Bu dövrün məşhur alimlərindən biri 
də  Fəridəddin  Şirvani  olmuşdur.  O,  30  il  ərzində  zəmanəsinin  mütərəqqi  mədəni 
uğurlarını  mənimsəmiş,  araşdırmalarının  obyekti  kimi  səma  cisimlərini  seçmişdi. 
Alim bir  neçə  ulduz cədvəlinin  müəllifidir. Şamaxı  şəhəri  yaxınlığındakı Məlhəm 
kəndində  “Tibb  mədrəsəsi”  (“Mədrəseye-tibb”)  və  müalicəxana  açmış  Kafiəddin 
Ömər ibn Osman (məşhur şair Xaqani Şirvaninin əmisi idi) həkim və filosof kimi 
tanınmışdı.  Mühzəbəddin  Təbrizi  XII  əsrdə  Təbrizin  tanınmış  həkimlərindən 
olmuşdur.  Bu  şəxs  “əl-Müxtar”  (“Seçilmiş”)  və  “Kitabi-tibb  əl-Camali”  (“Gözəl 


87 
 
tibb  kitabı”)  əsərlərini  yazmışdır.  Həmin  əsərlərdə  bir  çox  xəstəliklərin  müalicə 
üsulları  nəzərdən  keçirilmişdir.  Digər  bir  təbib  və  alim  -  Mahmud  ibn  İlyas  öz 
əsərində  əczaçılıq  və  bir  sıra  xəstəliklərin  müalicə  prinsiplərindən  bəhs  etmişdir. 
XI-XII  əsrlərin  tarixi,  filoloji,  fəlsəfi  (professional  filosofların  əsərləri  nəzərdə 
tutulur) əsərlərin çoxu zamanımıza qədər gəlib çatmamışdır. Lakin bu cür əsərlərin 
yazılması,  onların  həmin  dövrdə  mövcudluğu  haqqında  ilkin  qaynaqlarda  xeyli 
məlumat vardır. Həmin qaynaqlardan məlumdur ki,  Fəxrəddin Əbülfəzail İsmayıl 
ibn  Müsənna  ət-Təbrizi  irihəcmli  “Tarixi  -  Azərbaycan”  (“Azərbaycan  tarixi”) 
əsərini  yazmışdır.  Bu  alim  Bağdaddakı  “Nizamiyyə”  mədrəsəsində  mühazirələr 
oxumuş, 1185-cı ilidə Təbrizdə vəfat etmişdir. 
Ədəbiyyat  VII-XII  əsrlərin  Azərbaycan  mədəni  həyatında  müstəsna 
mövqeyi  olan  spesifik  incəsənət  sahəsi  kimi  diqqəti  cəlb  edir.  Xilafət  dövrünün 
yazılı ədəbiyyatı ərəb dilində inkişaf edirdi. Lakin ədəbiyyatın ərəb dilində inkişafı 
o  demək  deyildi  ki,  qeyri-ərəb  xalqları  əski  keçmişindən,  mədəni-mənəvi 
dəyərlərindən  əl  çəkmişdilər.  Tədricən  ədəbiyyatda  “Şüubilik”  (“xalqçılıq”) 
meylləri  aşkara  çıxmağa  başladı.  Ədəbiyyatda  bu  meyllər  özünü  islamaqədərki, 
yerli  mədəni  ənənələri  ərəb  mədəniyyəti  sisteminə  daxil  etmək  yolu  ilə  qorumaq 
cəhdlərində göstərirdi. Bu meyl VIII əsrdən IX əsrin ilk rübünün sonunadək ərəb 
(ərəbdilli)  ədəbiyyatının  inkişafı  dövrünü  əhatə  etmişdir  və  ədəbiyyatda 
“yeniləşdirmə  hərəkatı”  (“əl-hərəkət  ət-təcdidiyyə”)  adlandırılmış  dövrünü 
“şüubilik”  olmadan  təsəvvür  etmək  qeyri-mümkündür.  Azərbaycanın  ən  erkən 
ərəbdilli ədiblərinin yaradıcılığı VII-VIII əsrlərin qovşağına təsadüf etmişdir. Musa 
Şəhəvat, Əbülabbas əl-Əma, İsmayıl ibn Yaşar, İbrahim ibn İsmayıl, Məhəmməd 
ibn  Yaşar  bu  dövrün  ərəbdilli  Azərbaycan  ədibləri  olmuşlar.  Məkkədə  yaşamış, 
ömrünün  sonunadək  Əməvilər  sülaləsinə  sadiq  qalmış,  Əməvi  xəlifələrini  mədh 
etmiş  Əbülabbas  əl-Əma  hədislərin  mahir  bilicisi  kimi  də  tanınmışdı.  Ərəbdilli 
Azərbaycan ədibləri dövrün ədəbi prosesində fəal mövqelərdə olmuş, ictimai-siyasi 
həyatda layiqli yer tutmuşlar. 
X-XII əsrlər ərəb-müsəlman ədəbiyyatının (ümumiyyətlə mədəniyyətinin) 
təkamülü  tarixində  ən  məhsuldar  dövrlərdən  biri  kimi  qiymətləndirilir.  IX  əsrdən 
etibarən  Xilafətin  tənəzzülü  prosesi  ilə  bağlı  olaraq  “şüubilik”  meylləri  daha  da 
gücləndi.  İran  tarixinə,  ədəbiyyatına,  fars  dilinə  ədəbiyyatda  qayıdış  faktları 
artmağa  başladı.  X  əsrin  II  yarısında  İran  mənşəli  Buveyhilərin  Bağdadı  ələ 
keçirmələri  Abbasilərin  zahiri  siyasi  hökmranlığına  son  qoyulması,  ictimai-siyasi 
və  mədəni  həyatda  İran  ünsürünün  güclənməsi  ilə  nəticələndi.  Əbülqasim 
Firdovsinin  (934-1024)  “Şahnamə”  poeması  İran  poeziyasında  fars  dilinin  ərəb 
dilinə  üstün  gəlməsi  prosesini  gücləndirdi.  Bu  əsər  yeni-farsdilli  ədəbiyyatın 
yaranmasına,  dövlətçilikdə  irançılıq  ənənələrinin  artmasına  təkan  vetmiş  mühüm 
amil  oldu.  “Məhz  bu  zaman  Azərbaycan  ərazisində  deyləmi  Salarilərin,  mənşəcə 
kürd olan Şəddadilərin, əsilləri ərəb olsa da artıq yerliləşmiş Rəvvadilərin müstəqil 
hökmranlıq  dövrləri  başlanır;  hələ  IX  əsrin  60-cı  illərində  Şirvan  və  Layzanda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə