Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   29   30   31   32   33   34   35   36   ...   138

72 
 
qarşısında  qalmışdılar.  “Azərbaycan  torpaqlarını  ilk  dəfə  vahid  dövlət 
hüdudlarında  birləşdirən  Yusif  ibn  Əbu-s-Sacın  müstəqil  hakimiyyəti  927-ci  ildə 
sona  çatır”.
17
  941-ci  ildə  Sacilər  sülaləsinin  hakimiyyətinə  son  qoyuldu.  50  ildən 
artıq  bir  müddət  ərzində  Qafqazda  Xilafətin  dayağı  olmuş  bu  dövlət  bir  çox 
hallarda  Xilafətin  təsir  dairəsindən  çıxa  bilirdi.  Azərbaycanın  etnik-mədəni, 
ictimai-iqtisadi birliyinin təkamülü prosesində bu dövlətin mühüm rolu olmuşdur. 
“Şirvanşah” titullu hakimlərin idarə etdiyi yeni siyasi qurumun təşəkkülü 
üçün əlverişli zəmin VI əsrin əvvəllərində  yaranmışdı.  “VI əsrdə Şirvanda Sasani 
hökmdarları  ilə  qohumluq  əlaqələrində  olmuş  sülalə  hakimiyyətdə  olmuşdur”.
18 
Ərəblərin  Qafqaza  gəlişindən  sonra  Şirvanda  təşəkkül  tapmış  siyasi  qurumun 
təkamülündə yeni dönüş baş verdi. Xilafətin bütün Qafqaz mülklərini idarə etmiş, 
“Şirvan məliki” titulunu daşımış ilk rəsmi Şirvan hökmdarı ərəb rəbia qəbiləsinin 
şeyban  nəslindən  olan  Yəzid  ibn  Məzyəd  əş-Şeybani  olmuşdur.
19
  Yeni  sülalə 
banisi  801-ci  ildə  Bərdədə  vəfat  etmişdir.
20
  “Heysəm  ibn  Xalid  ərəb  mənşəli 
Məzyədilər  sülaləsinin  “şirvanşah”  titulu  daşımış  ilk  müsəlman  Şirvan  hökmdarı 
olmuşdur”
21
.  Məzyədilərin  (Şeybanilərin)  hökmdarlığı  qədim  bütpərəstlik 
inamlarını,  islamaqədərki  baxışları  mühafizə  edən  “Kafir  qonşulara”  qarşı  hərbi 
yürüşlərlə  əlamətdar  olmuşdur.  “İslam  dinini  yaymaq”,  “dinsizləri  İslam  yoluna 
dəvət  etmək”  şüarları  altında  gerçəkləşdirilmiş  bu  yürüşlər  əslində  dövlətin 
ərazisini genişləndirmək məqsədinə xidmət edirdi. Yəzid ibn Əhmədin hakimiyyəti 
dövründə (991-1027) Yəzidilər sülaləsinin iranlılaşması prosesi başlandı. Şirvanda 
gedən  bu  prosesin  başlanmasında  Ərəb  Xilafətinin  müxtəlif  yerlərində  İran 
mənşəli, yerli sülalələrin yenidən siyasi hakimiyyətə qayıtması, islamaqədərki İran 
mədəniyyətinin  (xüsusilə  ədəbiyyatın)  vaxtilə  Sasanilərin  tabeliyində  olmuş 
vilayətlərdə dirçəlişi, eləcə də vətənpərvər ruhlu, ziyalı iranlıların apardıqları geniş 
təbliğat  az  rol  oynamamışdır.  “Sasani  dövrü  nisgili  şeybani  nəslindən  olan  ərəb 
soykökü haqqındakı xatirələrdən daha cəlbedici oldu”
22
. Bu əməllə əslən ərəb olan 
sülalənin  nümayəndələri  Azərbaycan,  Şirvan  zəmininə  bağlandıqlarını,  Sasani 
ənənələrinə  hörmət  bəslədiklərini  sübut  etməyə  çalışır,  siyasi  hakimiyyətlərinin 
sosial  zəminini  möhkəmləndirməyə,  genişləndirməyə  can  atırdılar.  “Yəzid  ibn 
Əhmədin  hakimiyyəti  zamanı  hökmranlıq  edən  xanədanın  daxilində  ilkin 
qaynaqlarda  öz  əksini  tapmamış,  məchul  hadisələr  baş  verirdi.  Lakin  bir  cəhət 
şübhəsizdir:  Şirvanşahların  adları  dəyişdi  -  Yəzid  ibnƏhməddən  sonra  ərəb 
adlarının  əvəzinə  qədim  Sasani  adlarına  qayıdış  baş  verdi  (Yəzidin  oğlulları 
Ənuşirəvan  və  Mənuçöhr  adlanırdılar).  Ola  bilər  ki,  artıq  X  əsrin  I  yarısında 
Məzyədi  sülaləsindən  olan  Şirvanşahlar  Sasani  mənşəli,  nəcabətli  xanədanlarla 
nikah əlaqələri yaratmış və həmin xanədanların qadın nümayəndələri əski ənənəni 
dirçəltmişlər”.
23
  Şirvanşahlar  X-XI  əsrlər  ərzində  rusların  qəfil  həmlələrinə, 
bölgədə  hegemonluğa  can  atan  digər  dövlətlərə  (Sacilərə,  Şəddadilərə,  gürcü 
hökmdarlarına, Dərbənd əmirlərinə, Salarilərə) qarşı müqavimət göstərməli olmuş, 
bir  çox  hallarda  həmin  siyasi  qurumlardan  asılı  hala  düşmüş,  əlverişli  siyasi 


73 
 
məqamlarda isə dövlət ərazisini genişləndirməyə can atmışlar. 1066-cı ildən Şirvan 
Səlcuqilərin  hücum  və  təsirinə  məruz  qaldı.  Şirvanı  vassal  tabeliyinə  salmış 
“Səlcuqilər  Şirvanşahların  hakimiyyətini  zəiflədə  bilmədilər.  Artıq  XI  əsrin 
sonunda  Şirvanda  siyasi  yüksəlişin  başlanğıcı  nəzərə  çarpırdı.  Bü  yüksəliş  XII 
əsrədək davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə 
qədəm qoydu”.
24
  Bu  baxımdan  I  Əxsitanın  (Axsitanın)  hakimiyyəti  dövrü  (1160-
1197)  daha  əlamətdardır.  Həmin  şirvanşahın  uğurlu  daxili  və  xarici  siyasəti, 
mərkəzi  hakimiyyətin  gücləndirilməsi  Şirvanşahlar  dövlətinin  iqtisadi,  siyasi  və 
mədəni həyatının inkişafı üçün əlverişli şərait yaratmışdı.
25
 1192-ci ildə baş vermiş 
güclü  zəlzələ  nəticəsində  Şirvanşahlar  dövlətinin  paytaxı  Şamaxı  dağıldı,  xeyli 
əhali, habelə şirvanşahın ailə üzvləri həlak oldu. Bu hadisədən sonra şirvanşah öz 
iqamətgahını  Bakıya  köçürmək  məcburiyyəti  qarşısında  qaldı.  Bu  dövrdə  Şirvan 
dövlətinin İraq Səlcuq sultanlığından  əslində sultanlıqda hakim olmuş Azərbaycan 
Atabəylərindən  vassal  asılılığı  formal  səciyyə  daşıyırdı.  Şirvanşahlar  dövləti  XII 
əsrin  sonunadək  Azərbaycan  ərazisində  mövcud  olmuş  ən  güclü  siyasi  qurum 
olmuşdur  (bir  sıra  hallarda  qonşu  dövlətlərdən  formal  asılılıqda  olmasına 
baxmayaraq). Bu dövlət ölkənin müəyyən qisminin mədəni, ictimai-iqtisadi, siyasi 
təkamülü prosesinin fasiləsizliyini təmin etmişdir. 
Dərbənd Haşimi əmirliyi bu dövrün Azərbaycan siyasi həyatında nəzərə-
çarpacaq rol oynamışdır. Dərbəndi uzun müddət ərzində xəlifənin təyin etdiyi ərəb 
sərkərdələri idarə etmişlər. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə 
yetirilirdi.  851-ci  ildə  isə  xəlifə  əl-Mütəvəkkil  şəhəri  və  onun  ətraf  ərazilərini  o 
zaman  Azərbaycan,  Arran  və  Ərminiyyə  hakimi  olan  Məhəmməd  ibn  Xalid  ibn 
Yəzid  əş-Şeybaniyə  iqta  payı  kimi  bağışladı.  869-cu  ildə  mənşəcə  ərəb  olan, 
Sulaym nəslinə mənsub Haşim ibn Suraka əs-Suləmi Dərbənddə əmirliyin əsasını 
qoydu.  Əmir  Xilafətin  və  Şirvanşahların  tabeçiliyindən  çıxdı.  Dərbəndi  özünün 
qanuni mülkü hesab edən Şirvanşahlar bu əmirliyi tabe etməyə, onun varlığına son 
qoymağa  çalışırdılar.  Lakin  şimaldan  baş  verən  hücumlara  sipər  olan  ən  yaxın 
qonşuları  ilə  münasibətləri  gərginləşdirmək  Şirvan  hökmdarları  üçün  sərfəli 
deyildi. Ona görə də onlar Dərbənd əmirliyinin nisbi müstəqilliyi faktı ilə barışmalı 
oldular. XI əsrin 60-70-ci illərində Dərbəndin ictimai-siyasi həyatına Səlcuqilər də 
fəal  müdaxilə  etdilər.  “Mənbələrdən  aydın  olur  ki,  Dərbənddə  Haşimilər 
sülaləsinin hakimiyyətinin sonu təxminən 1077-ci ilə - XI əsrin axırlarına təsadüf 
edir”.
26
  XII  əsrin  sonlarına  doğru  Dərbənd  şəhəri  və  onun  ətrafı  Şirvanşahlar 
dövlətinin  tərkibinə  daxil  edildi  (qaytarıldı).  851-ci  ildən  XI  əsrin  sonlarınadək 
(200  ildən  artıq  bir  müddət  ərzində)  müstəqil  mövcud  olmuş,  daha  100  il  isə 
Haşimilər  sülaləsi  ilə  şəhər  rəisləri  arasındakı  hərc-mərclik  şəraitində  olduqdan 
sonra Dərbənd Haşimi əmirliyi də siyasi tarix səhnəsini tərk etdi. 
Salarilər dövləti nəzərdən keçirilən dövrdə Azərbaycanın siyasi həyatında 
mühüm rol oynamış gerçəklik olmuşdur. 941-981-ci (başqa məlumata görə 983-cü) 
illərdə  mövcud  olmuş  bu  dövlətin  paytaxtı  Ərdəbil  şəhəri  idi.  Dövlətin  əsasını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə