Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   30   31   32   33   34   35   36   37   ...   138

74 
 
Deyləm  hakimi  Salar  Mərzban  ibn  Məhəmməd  (941-957)  qoymuşdu.  Yüksəliş 
dövründə bu dövlətin ərazisi Qafqaz sıra dağlarından İraq və Mesopotamiya, Xəzər 
dənizindən  Göyçə  gölünədək  böyük  ərazini  öz  sərhədləri  daxilində  ehtiva  edirdi. 
Bu  dövrdə  də  Azərbaycanın  cənub  və  şimal  vilayətləri  vahid  dövlət  tərkibində 
birləşmişdi.  Şirvanşahlar  və  Dərbənd  əmirləri  də  Salarilərdən  asılı  vəziyyətə 
düşmüşdülər.  X  əsrin  sonlarına  doğru  zəifləmiş  bu  dövlətin  varlığına  Rəvvadilər 
nəslindən  olan  Təbriz  və  Əhər  hakimi  Əbul-Hica  son  qoydu.  Salarilər  dövründə 
Azərbaycanın  iqtisadi  həyatında  nisbi  dirçəliş  nəzərə  çarpırdı.  Bu  dövrdə  ölkədə 
memarlıq,  sənətkarlıq,  elm  və  mədəniyyətin  digər  sahələri  nisbətən  inkişaf 
etmişdir.
27
 
Hələ  VIII  əsrdən  Azərbaycanda  məskunlaşmış  Rəvvadilər  Salarilərin 
tabeliyində  olan  Əhər  və  Qaradağda  müstəqillik  uğrunda  mübarizə  aparırdılar.  X 
əsrin sonundan etibarən təqribən bir əsr  ərzində  Rəvvadilər dövləti Azərbaycanın 
siyasi  tarixində  çox  mühüm  rol  oynamışdır.  Bu  dövlət  X  əsrin  I  yarısından 
1116/17-ci  ilədək  mövcud  olmuşdur.  Paytaxtı  Təbriz  şəhəri  olan  bu  dövlətin 
əsasını  Vəcnə  ibn  ər-Rəvvad  qoymuşdu.  Rəvvadilər  mənşəcə  Əzdi  ərəb  nəslinə 
mənsub idilər. Rəvvadilər Salarilər dövlətinin varlığına son qoyaraq Azərbaycanın 
cənub  və  cənub-qərb  ərazilərində  hakimiyyəti  ələ  keçirmişdilər.  1070/71-ci  ildə 
Rəvvadilərin  hakimiyyəti  səlcuqilərin  zərbələri  altında  müvəqqəti  olaraq  süqut 
etmiş,  1108-ci  ildə  isə  sülalə  siyasi  müstəqilliyini  bərpa  etmişdir.  Baş  vermiş 
feodal müharibələrinə baxmayaraq, Rəvvadilər dövründə Azərbaycanın iqtisadi və 
mədəni həyatı nisbətən inkişaf etmişdir. Bu dövrdə Təbriz abadlaşdırılmış, şəhərin 
ətrafına  qala  divarları  çəkilmiş,  elm  və  memarlıq,  mədəniyyətin  digər  sahələri 
inkişaf  imkanları  qazanmışdı.  Mədəniyyətin  inkişafına  qayğı  göstərmiş  Rəvvadi 
hökmdarlarına  şair  Qətran  Təbrizi  bir  neçə  qəsidə  həsr  etmişdir.  1071-ci  ildə 
təqribən bir əsr hakimiyyətdə olmuş “Rəvvadilər sülaləsi Səlcuqların əli ilə siyasi 
fəaliyyətlərinə  uzun  müddət  ara  verdilər.  Bütün  Cənubi  Qafqaz  bölgəsi  Orta 
Asiyadan Aralıq dənizinə, Qafqazdan İran körfəzinədək geniş ərazini tutan qüdrətli 
Səlcuq dövlətinin tərkibinə daxil olur”.
28
 1117-ci ildən sonra Rəvvadilərin qulamı 
olmuş  Ağsunqur  və  onun  varisləri  “atabəy”  titulu  ilə  öz  mülklərini  monqol 
işğallarınadək qoruya bildilər. 
X-XII əsrlərdə mövcud olmuş Şəddadilər dövləti 3 əmirliyin (Gəncə, Ani 
və  Dvin)  federasiyasından  ibarət  idi.  Şəddadi  sülaləsi  Bizans  imperiyasına, 
Sacilərə,  Rəvvadilərə,  Şirvanşahlara  və  gürcülərə  qarşı  mübarizə  aparmışdır. 
Şəddadilər  dövləti  Səlcuqilərin  Cənubi  Qafqazdakı  siyasətini  dəstəkləmiş  yeganə 
müttəfiqi  idi.  Məhz  buna  görə  də  Səlcuq  sultanları  bu  sülaləni  özlərinin  Cənubi 
Qafqazdakı  valiləri  təyin  etmiş  və  Şəddadi  hökmdarlarının  öz  ərazilərini 
genişləndirmək  siyasətinə  mane  olmamışlar.  Şəddadi  əmirləri  Səlcuqlarla 
müttəfiqlik  sayəsində  XI  əsrdə  Cənubi  Qafqaz  bölgəsinin  ən  qüdrətli  dövlət 
başçıları  kimi  tanınmışlar.  Arran-Naxçıvan-Gəncə  əmirliyi  (971-1075),  Dvin 
əmirliyi  (951-1130),  Ani  əmirliyi  (1072-1199)  bu  federativ  orta  əsr  dövlətinin 


75 
 
tərkib  hissələri  idi.  Səlcuqlar  Şəddadilərə  müvəqqəti  müttəfiq  kimi  yanaşırdılar. 
Onlar  Cənubi  Qafqazda  mövqelərini  möhkəmləndirdikdən  sonra  1075-ci  ildə  3 
Şəddadi  əmirliyi  arasında  daha  güclüsü  olan  Gəncə  əmirliyinin  varlığına  son 
qoydular.  Şəddadilər  sülaləsinin  banisi  Məhəmməd  ibn  Şəddad  ibn  Qurtaq 
olmuşdur.  Ani  və  Dvində  Şəddadilər  nəslindən  olan  əmirlər  Səlcuqilərin  vassalı 
kimi fəaliyyət göstərmişlər. 1199-cu ildə Ani gürcülər tərəfindən ələ keçirildi. Dvin 
Şəddadiləri  isə  1130-cu  ildə  Səlcuqilərin  əsaslı  zərbələri  nəticəsində  siyasi 
hakmiyyətdən məhrum olunmuşdular. 
Səlcuqi fəthləri, siyasi nüfuzu Azərbaycanın mədəni təkamülü prosesində 
mühüm rol oynamışdır. 1040-cı ilin 24 mayında Dəndənəkan (Mərv yaxınlığında) 
döyüşündə səlcuqların Qəznəvi qoşunları üzərindəki qələbəsindən sonra oğuzların 
tarixində,  Orta  və  Ön  Asiyanın,  habelə  orta  əsr  Avropasının  taleyində  əsaslı 
dəyişiklik  baş  verdi.  Oğuzların  işğalçılıq  yürüşləri  və  miqrasiyaları  bir  neçə 
istiqamətdə baş vermişdir. Oğuzların Cənubi Qafqaz ərazisində görünməsi XI əsrin 
ilk  rübünə  təsadüf  edir:  1018-1021-ci  illərdə  onlar  Araz  çayını  keçərək  cənub 
istiqamətindən Arrana daxil olmuşdular. Səlcuqilər dövləti (1038-1157) oğuzların 
siyasi  fəaliyyətinin  nəticəsi  idi.  Sülalənin  adı  tayfa  başçısı  Səlcuqun  adı  ilə 
bağlıdır.  Səlcuqilərin  ilk  sultani  Səlcuqun  nəvəsi  Toğrul  bəy  (1038-1063) 
olmuşdur. 1055-ci ildə Toğrul bəy Bağdadı ələ keçirərək Abbasi xəlifəsinin xeyir-
duası  ilə  “İslam  aləminin  ali  dünyəvi  hökmdarı”  oldu.  Dövlətin  ərazisi 
Türküstandan  Aralıq dənizinə, Cənubi Qafqazdan Fars  körfəzinədək  uzanırdı.  Bu 
imperiyanın  çiçəklənmə  dövrü  XI  əsrin  II  yarısına  təsadüf  etmişdir.  “Səlcuq 
dövlətinin  tənəzzülünün  başlanğıc  anı”
29
  Sultan  Məlikşahın  1092-ci  ildə 
ölümündən  sonra  10  ildən  artıq  sürmüş  ara  müharibələri  dövrü  olmuşdur.  Sultan 
Səncərin  zamanında  (1118-1157)  imperiyanın  varlığı  artıq  nominal  səciyyə 
daşıyırdı.  Xorasan  və  bir  sıra  başqa  qonşu  vilayətlər  istisna  olunmaqla  böyük 
dövlətin  ərazisi  müstəqil  siyasi  qurumlara  parçalandı.  İraq  Səlcuq  sultanlığından 
“yaxa  qurtarmış”,  əslində  bu  sultanlığı  da  idarə  etmiş  Azərbaycan  Atabəyləri 
dövləti (1136 - 1225) həmin siyasi qurumlar arasında xüsusilə fərqlənirdi. Bir sıra 
türk  xalqlarının  təşəkkülü,  türk  dilinin  geniş  yayılması,  elm  və  ədəbiyyatın, 
memarlığın,  incəsənətin  digər  sahələrinin  çiçəklənməsi  Səlcuqilərin  hakimiyyəti 
dövrünün əlamətdar cəhətlərindən idi.  Səlcuqilər imperiyasında  inzibati idarəçilik 
işi  tamamilə  yerli  məmurların  üzərinə  qoyulmuşdu.  Məlikşahın  dövründə  (1072-
1092)  “Oğuz  imperiyasının  hərbi-siyasi  qüdrəti  ən  yüksək  zirvəyə  çatdı”.
30
  XI 
əsrin  70-ci  illərinin  sonundan  bu  imperiyanın  tərkibində  olmuş  Azərbaycan 
nəzərdən  keçirilən  dövrün  passiv  obyekti  deyildi:  Azərbaycanda  siyasi 
hakimiyyətdə  olan  şəxslərin  nüfuzu  və  təsiri  XII  əsrin  30-cu  illərindən  imperiya 
miqyasında  nəzərə  çarpırdı.  1160-cı  ilin  sonlarından  etibarən  yeni  -  Azərbaycan 
Atabəyləri  (Eldənizlər)  dövlətinin  banisi  Şəmsəddin  Eldəniz  İraq  Səlcuq 
Sultanlığının  real  hökmdarına  çevrilmişdi.
31
  Azərbaycan  Atabəyləri  dövlətinin 
paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur. Bu dövlətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə