|
Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu
|
səhifə | 5/21 | tarix | 04.02.2022 | ölçüsü | 3,55 Mb. | | #83443 | növü | Referat |
| Avtoreferat-az (3)Tədqiqatın metodoloji əsasları: Yuxarıda qeyd edilən məsələlərin həlli öz növbəsində çoxillik meteoroloji məlumatların toplanılması və analizini, müxtəlif zaman kəsiklərində ayrı-ayrı iqlim xarakteristikalarının müqayisəsini və alınan nəticələrin statistik yoxlanılmasını tələb etmişdir. Bulud və yağıntılar üzrə muasir proqram-texniki komplekslərin tətbiqilə radiolokasiya müşahidələri təşkil olunmuşdur. 1967-1990-cı illərdə yerinə yetirilmiş doluya qarşı mübarizə əməliyyatları ətraflı analiz edilmiş və istifadə olunmuş fəal təsir texnologiyasının səmərəliliyini qiymətləndirmək məqsədilə psevdo randomizasiya və randomizasiya eksperimentləri həyata keçirilmişdir. Müvafiq yerüstü meteoroloji və hidroloji məlumatlar vasitəsilə radiolokasiya müşahidə materiallarının obyektivliyinə nəzarət edilmişdir. İşdə alinmış nəticələlr digər müəlliflərin aldığı nəticələrlə müqayisə olunmuşdur. Dissertasiya işində ilkin materiallar qismində hidrometeoroloji muşahidələrin fond və arxiv məlumatlarından, bulud və yağıntılar üzrə çoxillik radiolokasiya müşahidə məlumatlarından, Doluya Qarşı Mübarizə Xidmətinin istehsalat hesabatlarından, buludluluqlar üzrə peyk məlumatlarından və gözlənilən hava şəraitinin müxtəlif xarakte-ristikaları haqqında model məlumatlarından istifadə olunmuşdur. Materialların işlənilib təhlil edilməsində iqlimşünaslıqda istifadə olunan metodlardan, alınan nəticələrin etibarlılığını və əhəmiyyətliliyini qiymət-ləndirmək ücün isə riyazi statistikanın bir sıra formul və meyarlarından istifadə olunmuşdur.
Dostları ilə paylaş: |
|
|