|
Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu
|
səhifə | 7/21 | tarix | 04.02.2022 | ölçüsü | 3,55 Mb. | | #83443 | növü | Referat |
| Avtoreferat-az (3)Müdafiənin predmeti mühüm elmi problemin həllidir: təhlükəli dolu-şimşək proseslərinin və onlarla əlaqədar olan daşqın və sel hadisələrinin tədqiqi, həmçinin onların baş vermə yeri və vaxtı göstərilməklə etibarlı proqnoz metodlarının hazırlanmasıdır.
Müdafiəyə çıxarlan elmi müddəalar:
Qlobal istiləşmə tempinin artdığı dövrdə (1991-2006-cı illər) Azərbaycanın müxtəlif regionlarında temperatur və yağıntı rejimlərinin dəyişmə xarakteri tədqiqinin nəticələri.
İqlimin qlobal istiləşməsi fonunda dolu və şimşək hadisələrinin ərazi paylanması və yeni irəli sürülmüş radiolokasiya metodunun köməyilə aparılmış doluvurmanın zaman dəyişmələri tədqiqinin nəticələri.
Cənubi Qafqaz ərazisində müşahidə olunan dolu-şimşək proseslərinin tipləri, onların ən informativ parametrləri, regional xüsusiyyətləri və yarandığı ərazilər. Konvektiv dolu özəklərinin yaranma və inkişafının səciyyəvi xüsusiyyətləri.
1967-1990-cı illərdə Azərbaycan ərazisində yerinə yetirilmiş doluya qarşı mübarizə işlərinin analizinin və onların fiziki və iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin nəticələri.
Güclü dolu-şimşək hadisələrinin aşkara çıxarılmış xarakteristika və regional xüsusiyyətlərinə əsaslanan və onların baş vermə yeri və vaxtını göstərməyə imkan verən ən qısamüddətli radiolakasiya proqnozu metodu.
Dolu-şimşək və leysan buludlarının inkişaf dinamikası ilə əlaqədar olan və sellərin əmələ gəlməsinə təsir göstərən yeni amillər.
Su toplayıcı və sel ocaqlarında yağıntıların radiolokator vasitəsilə qiymətləndirilməsinə və yağıntı buludlarının çay məcrasının səmtinə, həmçinin axın istiqamətinə nəzərən hərəkət xarakterini nəzərə alan daşqın və sel proqnoz metodları.
Dostları ilə paylaş: |
|
|