Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə7/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Avtoreferat-az (3)

Müdafiənin predmeti mühüm elmi problemin həllidir: təhlükəli dolu-şimşək proseslərinin və onlarla əlaqədar olan daşqın və sel hadisələrinin tədqiqi, həmçinin onların baş vermə yeri və vaxtı göstərilməklə etibarlı proqnoz metodlarının hazırlanmasıdır.

Müdafiəyə çıxarlan elmi müddəalar:

  • Qlobal istiləşmə tempinin artdığı dövrdə (1991-2006-cı illər) Azərbaycanın müxtəlif regionlarında temperatur və yağıntı rejimlərinin dəyişmə xarakteri tədqiqinin nəticələri.

  • İqlimin qlobal istiləşməsi fonunda dolu və şimşək hadisələrinin ərazi paylanması və yeni irəli sürülmüş radiolokasiya metodunun köməyilə aparılmış doluvurmanın zaman dəyişmələri tədqiqinin nəticələri.

  • Cənubi Qafqaz ərazisində müşahidə olunan dolu-şimşək proses­lərinin tipləri, onların ən informativ parametrləri, regional xüsusiyyətləri və yarandığı ərazilər. Konvektiv dolu özəklərinin yaranma və inkişafının səciyyəvi xüsusiyyətləri.

  • 1967-1990-cı illərdə Azərbaycan ərazisində yerinə yetirilmiş dolu­ya qarşı mübarizə işlərinin analizinin və onların fiziki və iqtisadi səmə­rə­liliyinin qiymətləndirilməsinin nəticələri.

  • Güclü dolu-şimşək hadisələrinin aşkara çıxarılmış xarakteristika və regional xüsusiyyətlərinə əsaslanan və onların baş vermə yeri və vaxtını göstərməyə imkan verən ən qısamüddətli radiolakasiya proqnozu metodu.

  • Dolu-şimşək və leysan buludlarının inkişaf dinamikası ilə əlaqədar olan və sellərin əmələ gəlməsinə təsir göstərən yeni amillər.

  • Su toplayıcı və sel ocaqlarında yağıntıların radiolokator vasitəsilə qiymətləndirilməsinə və yağıntı buludlarının çay məcrasının səmtinə, həm­çinin axın istiqamətinə nəzərən hərəkət xarakterini nəzərə alan daşqın və sel proqnoz metodları.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə