Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu


Dissertasiyanın strukturu və həcmi



Yüklə 3,55 Mb.
səhifə10/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Avtoreferat-az (3)

Dissertasiyanın strukturu və həcmi. İş giriş, 6 fəsil və nəticədən ibarət­dir. Ümumi həcmi 29 cədvəl və 42 şəkil daxil olmaqla 296 səhifədir. İşdə 260 adda ədəbiyyatdan istifadə olunmuşdur.
İŞİN MƏZMUNU
Girişdə tədqiqatın aktuallığı əsaslandırılır, işin məqsəd və vəzifələri göstərilir, predmeti, metodoloji və nəzəri əsasları xarakterizə olunur, alınan nəticələrin elmi yeniliyi və praktiki əhəmiyyətliliyi göstərilir.

Birinci fəsildə 1961-2006-cı illər ərzində aparılmış meteoroloji müşa­hidə materiallarına əsasən atmosfer yağıntılarının, həmçinin şimşək və dolu hadisələrinin respublika ərazisi üzrə paylanması tədqiq olunur.

Məlum olduğu kimi, Azərbaycan ərazisində yağıntı rejiminin müxtəlif aspektləri və onun paylanma xarakteri Ə.M. Şıxlinski, Ə.A.Mədət-zadə və baş­qaları tərəfindən ətraflı öyrənilmişdir. Lakin bu məsələnin tədqiqinə müasir iqlim dəyişmələri şəraitində yenidən baxılması xüsusi maraq doğurur.

60 meteoroloji stansiyanın müşahidə materiallarının anaizi göstərdi ki, respublikanın əksər ərazilərində əvvəlki dövrlərə (1935-1960) nisbətən yağıntıların azalması qeyd olunsa da, onların ərazi üzrə paylanma xarak­terində nəzərəçarpacaq dəyişikliklər baş verməmişdir. Belə ki, ən az orta illik yağıntılar respublikanın şərq hissəsində, daha doğrusu, Xəzər dənizinin ada stansiyalarında, ən çox isə Böyük Qafgazın cənub yamacının dağlıq ərazilərində və Lənkəran-Astara zonasında müşahidə olunur. Ümumiyyətlə hündürlüyün dəniz səviyyəsindən artması ilə və dəniz sahilindən qərbə doğru yağıntıların artması müşahidə olunur. Lakin bəzi hallarda bu qanuna­uyğunluq pozulur və hətta əks xarakter alır (Lənkəran-Astara zonası).

Azərbaycanın əksər ərazilərində təhlükəli hidrometeoroloji hadisələrin əsas hissəsi dolu-şimşək və leysan hadisələri ilə bağlıdır. Məlum olduğu kimi, bu proseslər də öz növbəsində şaquli inkişafla xarakterizə olunan və əsasən ilin isti vaxtlarında (aprel-sentyabr) müşahidə olunan topa-yağış buludları Cb ilə əlaqədardır. Bu səbəbdən də leysan xarakterli təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması, intensivliyi və ərazi üzrə paylanmasına yalnız orta illik yağıntılar deyil, həmçinin mövsümi və aylıq yağıntıların öyrənilməsi konteksindən də baxılmalıdır.

Topa-yağış buludları xüsusi tip sinoptik və termodinamik proseslərlə, daha doğrusu, qeyri dayanıqlı atmosferdə konveksiya ilə əlaqədardır. Onla­rın əmələ gəlməsinə havanın yüksək temperaturu və rütubətliliyi, axınların soyuq hava cəbhələri və okklüziya cəbhələri yaxinliğında konvergensiyası, həmçinin səth örtüyünün qeyri bircinsliyi və dağ silsilələri təsir edir.

İlin isti dövründə ən az yağıntılar Pirallahı, Səngi-Muğan, Çilov və Neft Daşları dəniz hidrometeoroloji stansiyalarında müşahidə olunur. Burada müvafiq dövrdə orta hesabla 70 mm-ə qədər yağıntı düşür ki, bu da orta illik yağıntının 30%-ə qədərini təşkil edir. Dəniz sahilindən uzaqlaşdıqca Kur-Araz ovalığının böyük bir hissəsində və Lənkəran-Astara zonasında isti dövrün yağıntıları tədricən artır, lakin orta illik yağıntiların 40%-ni keç­mir. Dağlıq və dağətəyi ərazilərdə, o cümlədən Böyük Qafqazın cənub yamacında isə bu 60-75% təşkil edir.

İqlimin bir sıra komponentlərinin, xüsusilə havanın qlobal tempera­turunun dəyişdiyi şəraitdə ayrı-ayrı təhlükəli hidrometeoroloji hadisələrin, o cümlədən şimşək və dolunun fəza-zaman paylanmasının xüsusiyyət­ləri­nin dəqiqləşdirilməsinə ehtiyac vardır.

Dəniz səviyyəsindən -25 m-dən 2300 m-ə qədər yüksəklikdə yerləşən 34 hidrometeoroloji stansiyanıın 1966-2006-cı illər dövründəki müşahidə materiallarına əsasən, respublikanın ayrı-ayrı ərazilırində relyef müxtəlifli­yinə və digər amillərə görə şimşəkli günlərin sayı geniş diapazonda (5-dən 43 günə qədər) dəyişir. Ən az şimşəkli günlər dəniz və sahilboyu ərazilər­də qeydə alınır. Dəniz sahilindən uzaqlaşdıqca və hündürlük artdıqca o tədricən artır.

Kicik Qafqazın şimal və şərq yamaclarında şimşəkli günlərin orta illik sayı əsasən zonal xarakter daşıyır. Məsələn, Ağstafa, Şəmkir və Gəncə stansiyalarında şimşəkli günlərin orta illik sayı 27-28 təşkil edirsə, dağətəyi və dağlıq ərazilərdə by 35-43 günə qədər artır. Bəzi dağətəyi ərazilərdə bu qanunauyğunluq qismən pozulur, belə ki, Ağstafa stansiyasına nisbətən daha hündürdə yerləşən Ceyrançöl stansiyasında şimşəkli günlərin sayı cəmi 15-16 gün təşkil edir. Ümumiyyətlə şimşəkli günlərin sayının qərb­dən şərqə doğru tədricən azalması müşahidə olunur. Məsələn, Gədəbəy stansiyasından hündürdə, lakin şərqdə yerləşən Daşkəsən və Göygöl (kurort) stansiyalarında şimşəkli günlərin sayı nisbətən azdır. Ayrı-ayrı illərdə şimşəkli günlərin sayı orta illik normadan xeyli fərqlənə bilər. Bunun əsas səbəbi ilin isti vaxtlarında Arktikadan respublika ərazisinə daxil olan soyuq hava kütlələrinin dəyişkənliyi ilə əlaqədardır. Şimşəkli günlərin sayı aylar üzrə qeyri bərabər paylanır. Ərazidə ən şimşəkli ay iyundur.

Böyük Qafqazın cənub yamacında dağ silsilələri şimşək hadisələrinin intensivliyinə və təkrarlanmasına öz təsirini göstərir. Ən çox şimşək aktiv­liyi rütubətli hava axınlarına doğru yönəlmiş dağ yamaclarında müşahidə olunur. Əlibəy stansiyasında orta illik şimşəkli günlərin sayı daha çox - 41,5 təşkil edir. Bu ərazidə ən şimşəkli aylar may və iyundur.

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycanın ən şimşək təhlükəli zonalarından biridir. Burada şimşək aktivliyinin ərazi üzrə paylan­ması özünəməxsusluğu ilə seçilir. Dərə və dağətəyi ərazilərdə şimşəkli günlərin orta illik sayı 34-dən 39-a qədər dəyişir. Şimşək aktivliyinin hündürlükdən zəif asılılığı müşahidə olunsa da, müəyyən hündürlükdən sonra inversiya qeydə alınır. Məsələn, 2400 m hündürlükdə yerləşən yüksək dağlıq Parağaçay stansiyasında şimşək aktivliyi nisbətən zəifdir – 23 gün. Beləliklə, ən yüksək şimşək aktivliyi may ayında, sentyabrda isə ikinci zəif maksimum müşa­hidə olunur. Əgər Kiçik Qafqazın şimal-şərq yamacında və Böyük Qafqazın cənub yamacında mart-iyun dövründə illik şimşəkli günlərin 52-57%-i müşahidə olunursa, Naxçıvan zonasında bu 68-72% təşkil edir.

Kiçik Qafqazın cənub-şərq hissəsi, o cımlədən Dağlıq Qarabağ da şimşək təhlükəli ərazilərdəndir. Burada ən şimşəkli aylar may və iyundur ki, bu dövrdə illik normanın 60-63%-i müşahidə olunur.

Respublikanın digər ərazilərində şimşək aktivliyi nəzərəçarpacaq dərə­cədə aşağıdır.

Dolu buludlardan sferik zərrəciklər və buz parçaları şəklində düşən, diametri 5-dən 50 mm-ə qədər və bəzən daha artıq olan yağıntı növüdür. Dolu dənələri konusvari, armudvari, ellipsoidvari, formasız və s. ola bilər. Yaranma şəraitindən asılı olaraq dolunun sıxlığı 0,6-dan 0,9 q/sm3-ə qədər dəyişir.

Dolu tez-tez kənd təsərrüfatına ciddi ziyan vurur. İntensiv və fəlakətli doluvurmalar həmçinin floraya, faunaya, avtomobil və tikililərə külli miq­dar­da zərər vurmaqla yanaşı, elektrik, rabitə və digər kommunikasiya xətlə­rini də sıradan çıxarır. Adətən dolu şimşək çaxması, intensiv leysan yağmtıları və bəzən sürəti saniyədə 20-30 m-dən artıq olan qasırğa küləyi ilə müşaiyət olunur.

Azərbaycan ərazisi, xüsusilə də onun qərb hissəsi, Qafqazın ən təhlükəli dolu düşən regionlarından biridir. Mürəkkəb relyef şətaiti, yer örtüyünün yüksək temperaturu və əsasən Qara dənizdən gələn rütubətli hava kütlələri ərazinin ayrı-ayrı yerlərində intensiv dolu proseslərinin baş verməsini şərtləndirir. Hava şəraitinə həmçinin Xəzər dənizindən uzaqlıq amili də təsir göstərir. Qeyd edilən xüsusiyyətlər təhlükəli hidrometeoroloji hadisə­lərin, o cümlədən dolunun ərazi üzrə paylanması xarakterini müəy­yən edən mikro hava dövranı sistemlərinin yaranmasına şərait yaradır.

Dolu proseslərinin inkişafında relyef əhəmiyyətli rol oynayır. Relyef regionda mezo hava dövranı formalaşdıraraq atmosferin ümumi hava dövranına əlavə dinamik təsir göstərir. Bunun nəticəsində konkret mezo­rayonda aşağı troposferin termodinamik vəziyyəti və konvektiv proseslərin yaranma şəraiti dəyişir. Beləliklə, makro miqyaslı hava dövranının ərazi relyefinin xüsusiyyətləri ilə qarşılıqlı təsiri nəticəsində fon konvektiv proseslərin intensivliyinin dəyişməsinə gətirən şərait yaranır.

Ə.A.Mədət-zadə, F.A.Mütəllibov və başqalarının tədqiqatlarında, əsasən keçən əsrin 60-cı illərinin əvvəllərinə qədər olan çoxillik meteoroloji məlumatlar əsasında respublikanın müxtəlif fiziki-coğrafi əraziləri üzrə dolu aktivliyinin paylanma xüsusiyyətləri aşkara çıxarılmışdır. Bu tədqiqatlarda həmçinin müxtəlif regionlar üçün dolunun təkrarlanmasının iqlim normaları da müəyyənləşdirilmişdir. Lakin son illərdə qlobal iqlimin ayrı-ayrı komponentlərinin (havanın temperaturu, yağıntıların miqdarı və s.) dəyişməsi ilə əlaqədar olaraq yeni yaranmış şəraitdə dolunun ərazi üzrə paylanma xüsusiyyətlərini tədqiq etmək və onun təkrarlanmasının dəyişmə tendensiyasını müəyyənləşdirmək böyük maraq doğurur.

25 stansiyanın 1966-2006-cı illər üzrə meteoroloji məlumatlarının analizi göstərdi ki, dolunun ən çox təkrarlanması dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur (şəkil1). Dağlıq relyef konvektiv fəaliyyəti gücləndirir və atmosfer cəbhələrinin kəskinləşməsinə səbəb olur. Dolu düşən günlərin minimum sayı dəniz və sahilboyu ərazilərdə müşahidə olunur. Ən çox yağıntı qeydə alınan Lənkəran zonasında dolu düşən günlərin sayının nəzərəçarpacaq dərəcədə az olması sahilboyu zonanın atmosferində dəniz duzunun iri hiqroskopik nüvələrinin varlığı ilə əlaqədardır. Yağıntıların əmələ gəlməsini sürətləndirən bu nüvələr, hələ buludda dolu yaranmamış, topa-yağış buludlarının dağılmasına səbəb olur.

Respublika ərazisinin əksər hissəsində dolu daha çox may və iyun aylarında müşahidə olunur. Yalnız Naxçıvan zonasında dolu aktivliyi aprel və may aylarına təsadüf edir. Dolu-şimşək aktivliyinin belə erkən kəskinləşməsi dağ silsilələrinin, dərələrin və onların yamaclarının nəzərəçarpacaq dərəcədə çılpaq olması ilə əlaqədardır.

Qeyd etmək lazımdir ki, dolu düşməsi lokal hadisə olduğundan, onun yerüstü hidrometeoroloji şəbəkə məlumatlarına əsasən müəyyənləşdirilən təkrarlanması həqiqətdə olduğundan nəzərəçarpacaq dərəcədə azdır. Buna görə də ayrı-ayrı meteoroloji stansiya və məntəqələrin müşahidə məlu­matları müvafiq rayonların dolu aktivliyini obyektiv xarakterizə edə bilmir. Digər tərəfdən, dolu hadisələrinin heç də hamısı doluvurmaya səbəb olmur.

Şəkil 1. 1966-2006–cı illər dövründə orta illik dolu düşən günlərin sayının Azərbaycan ərazisi üzrə paylanması xəritə- sxemi

. İqtisadi nöqteyi-nəzərdən doluvurmaya səbəb olan dolu hadisələri daha böyük marag doğurur.

Bu məsələni həll etmək məqsədilə 1981-2004-cü illərdə aparılmış radiolokasiya müşahidə materiallarından istifadə olunmuşdurr. Müşahidələr MRL-5 radiolokatorunun köməyilə Ağstafa Atmosfer Proseslərinə Fəal Təsir Təcrübə-Sınaq Poliqonunda 100 km-lik radiusda aparılmışdır. Radiolokasiya metodunun üstünlüyü ondan ibarətdir ki, görünüş radiusunda fəzanın istənilən hissəsini nəzarətdə saxlamaq, dolu buludlarını yaranandan yox olub gedənədək izləmək, dolu təhlükəsi şəraitini qiymətləndirmək, dolu-şimşək buludlarının hərəkət trayektoriyasını, dolunun ölçülərini müəyyənləşdirmək və s. mümkündür. Digər tərəfdən, buludun radioloka­sion xarakteristikaları - konvektiv buludluluğun yuxarı sərhəddinin hündürlüyü Hv(km), buluddan radiolokasion əksolunma Z(dbz), bulud və dolu özəyinin en kəsiyinin sahəsi, bulud və yağıntıların hərəkət sürəti və istiqaməti - buludlu atmosferin müvafiq meteoroloji parametrləri ilə sıx fiziki-statistik əlaqəlidirlər.

Buludun dolu təhlükəliliyi halını müəyyən etmək üçün aşağıdakı meyarlarından istifadə olunmuşdur:

1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə