Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu


Elmi yeniliklər ondan ibarətdir ki



Yüklə 3,55 Mb.
səhifə6/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   21
Avtoreferat-az (3)

Elmi yeniliklər ondan ibarətdir ki, ilk dəfə olaraq:

1. 1991-2006-cı illərdə - qlobal istiləşmənin tempinin artması fonunda Azərbaycanın müxtəlif regionları üzrə havanın temperaturu və atmosfer yağıntılarının dəyişmə xarakteri müəyyənləşdirilmiş və bu dəyişmələrin mümkün nəticələri haqqında mülahizələr irəli sürülmüşdür.

2. Meteoroloji və radiolokasiya müşahidələrinə əsasən dolu-şimşək hadisə­lərinin geniş kompleks analizi aparılmışdır. Doluvurmanı iqlim­şünaslıq baxımından tədqiq etmək məqsədilə yeni radiolokasiya metodu irəli sürülmüş və onun köməyilə iqlimin istiləşməsi fonunda doluvurmanın zaman dəyişmələrinin xarakteri müəyyənləşdirilmişdir.

3. Müasir proqram-texniki komplekslər və radiotexniki vasitələrin kömə­yilə aparılmış çoxillik radiolokasiya müşahidə materiallarının anali­zinə əsasən Cənubi Qafqaz ərazisində müşahidə olunan dolu-şimşək buludlarının təsnifatı aparılmış, onların təkrarlanması və əsas radiolokasiya xarakteristikaları hesablanmiş, regional xüsusiyyətləri və yaranma əraziləri, həmçinin dolu özəklərinin yaranma və inkişaf xüsusiyyətləri aşkara çıxarılmışdır.

4. 1967-1990-cı illərdə Azərbaycan ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə işləri ətraflı analiz edilmiş, yeni səmərəlilik göstəricisi qismində “doluvurmadan itki”ni qəbul etməklə bu işlərin fiziki-statistik və iqtisadi səmərəliliyi qiymətləndirilmişdir. Yeni təklif olunmuş psevdo randomizasiya və randomizasiya metodlarının köməyilə müxtəlif kateqo­riyalı dolu buludlarına fəal təsirin fiziki səmərəliliyi qiymətləndirilmişdir.

5. Dolu-şimşək buludlarının yeni aşkara çıxarılmış xarakteristika və regional xüsusiyyətlərinə əsasən, onların baş vermə yeri və vaxtı göstəril­məklə ən qısa müddətli radiolokasiya proqnoz metodu işlənmişdir.

6. Sellərin yaranmasına təsir göstərən və dolu-şimşək proseslərinin inkişaf dinamikası ilə əlaqədar olan yeni amillər aşkara çıxarılmışdır.

7. Daşqın və sel hadisələrinin, su toplayıcılarına və sel ocaqlarına düşən yağıntıların radiolokasiya vasitəsilə ölçülməsinə əsaslanan və leysan yağın­tıları zonasının sel təhlükəli çayların məcrasının səmtinə və axının istiqa­mətinə nəzərən hərəkət xarakterini nəzərə alan, yeni proqnoz metodları işlənmişdir.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə