Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə5/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   21
Avtoreferat-az (3)

Tədqiqatın metodoloji əsasları: Yuxarıda qeyd edilən məsələlərin həlli öz növbəsində çoxillik meteoroloji məlumatların toplanılması və analizini, müxtəlif zaman kəsiklərində ayrı-ayrı iqlim xarakteristikalarının müqayisəsini və alınan nəticələrin statistik yoxlanıl­masını tələb etmişdir. Bulud və yağıntılar üzrə muasir proqram-texniki komplekslərin tətbiqilə radiolokasiya müşahidələri təşkil olunmuşdur. 1967-1990-cı illərdə yerinə yetirilmiş doluya qarşı mübarizə əməliyyatları ətraflı analiz edilmiş və istifadə olunmuş fəal təsir texnologiyasının səmə­rəliliyini qiymətləndirmək məqsədilə psevdo randomizasiya və rando­mizasiya eksperimentləri həyata keçirilmişdir. Müvafiq yerüstü meteoroloji və hidroloji məlumatlar vasitəsilə radiolokasiya müşahidə materiallarının obyektivliyinə nəzarət edilmişdir. İşdə alinmış nəticələlr digər müəlliflərin aldığı nəticələrlə müqayisə olunmuşdur. Dissertasiya işində ilkin materiallar qismində hidrometeoroloji muşahi­dələrin fond və arxiv məlumatlarından, bulud və yağıntılar üzrə çoxillik radiolokasiya müşahidə məlumatlarından, Doluya Qarşı Mübarizə Xidməti­nin istehsalat hesabatlarından, buludluluqlar üzrə peyk məlumatlarından və gözlənilən hava şəraitinin müxtəlif xarakte-ristikaları haqqında model məlumatlarından istifadə olunmuşdur. Materialların işlənilib təhlil edil­mə­sin­də iqlimşünaslıqda istifadə olunan metodlardan, alınan nəticələrin etibarlılığını və əhəmiyyətliliyini qiymət-ləndirmək ücün isə riyazi statistikanın bir sıra formul və meyarlarından istifadə olunmuşdur.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə