Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə18/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   13   14   15   16   17   18   19   20   21
Avtoreferat-az (3)

K1 =   K2 =       

Burada S10 – sutoplayıcının 10 mm-dən artıq yağıntı layı ilə örtülmüş hissəsinin sahəsi, SB – sutoplayıcının sahəsi, S20 və ya S40 – sel ocağının 20 və ya 40 mm-dən artıq yağıntı layı ilə örtülmüş hissəsinin sahəsi. K1 K2 yağıntı layının ərazi üzrə paylanması xəritəsinə əsasən hesablanır (şəkil 7).

Qeyd etmək lazımdır ki, əksər hallarda atmosfer yağıntıları üzrə radiolo­kasiya müşahidələri zamanı sel hadisələrini daşqınlara nisbətən daha erkən proqnozlaşdırmaq imkanı yaranır. Məsələ burasındadır ki, eyni bir çay məcrasında daşqınların və turbulent sel axınlarının sürəti struktur axınların sürətindən çoxdur, çünki axında bərk kütlənin artması ilə onun sürəti azalır. Digər tərəfdən, struktur sellərin formalaşması zamanı çay məcrasında tez-tez yaranan tıxanmalar və müvəqqəti bənd göllərinin yaranması nəticəsində onun orta sürəti nəzərəçarpacaq dərəcədə azalır. Bunun nəticəsində adətən sel axını proqnoz məntəqəsinə müəyyən gecikmə ilə çatır ki, bu da radiolokasiya proqnozunun daha qabaqcadan verilməsunə imkan yaradır.

NƏTİCƏ

1. Atmosfer yağıntıları, dolu və şimşək hadisələri üzrə meteoroloji müşahidə materiallarının (1961-2006) analizinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan ərazisində:



  • Relyef forması və digər amillərin müxtəlifliyi şimşəkli günlərin sayının geniş həddə (5-dən 43-ə qədər) dəyişməsinə gətirir. Ən az şimşəkli günlər dəniz və sahil- boyu ərazilərdə müşahidə olunur. Xəzər dənizi sahilindən uzaqlaşdıqca və hündürlük artdıqca onun qiyməti tədricən artır.

  • Dolunun ən çox təkrarlanması yüksək dağlıq, ən az isə dəniz və sahilboyu stansiyalarda müşahidə olunur. Lakin hakim rütubətli hava kütlələrinin hərəkətinə nəzərən dağ yamaclarının və dərələrin istiqaməti və düzülüşü dolunun təkrarlanmasına nəzərəçarpacaq dərəcədə təsir edir.

2. Müxtəlif iqlim dövrlərində meteoroloji və radiolokasiya müşahidə materiallarının analizi və müqayisəsi əsasında müəyyən olundu ki:

  • 1991-2005-ci illər dövründə Azərbaycan ərazisində havanın orta illik temperaturu iqlim normasına nisbətən (1961-1990), müxtəlif regionlar üçün 0,3-dən 0,80S-ə qədər dəyişməklə, orta hesabla 0,50S artmışdır. İstiləşmə ilin bütün fəsillərində qeydə alınsa da, qışda və yayda daha nəzərəçarpacaq olmuşdur (müvafiq olaraq 0,6 və 0,70S).

  • 1991-2006-cı illər dövründə Böyük Qafqazın cənub yamacı və Naxçıvan zonasının qərb hissəsi, Abşeron yarımadası və şimal-qərb sahil boyu zona istisna olmaqla, respublikanın əksər ərazilərində iqlim normasına nisbətən (1961-1990) orta illik atmosfer yağıntıları miqdarının azalması müşahidə olunmuşdur. Əksər ərazilərində orta illik yağıntıların azalması əsasən ilin isti dövründəki (aprel-sentyabr) azalmaların hesabına baş vermişdir ki, bu da öz növbəsində iqlimin istiləşməsi ilə izah oluna bilər. Göstərilmişdir ki, temperaturun bundan sonra da artmağa davam etməsi arid ərazilərdə səhralaşmaya, yanğın təhıükəsi ehtimalının artmasına və ümümiyyətlə ekoloji şəraitin pisləşməsinə səbəb ola bilər.

  • Respublikanın əksər regionları üçün 1966-2006-cı illər dövründə 1936-1965 dövrünə nisbətən dolu və şimşəkli günlərin orta illik sayında nəzərəçarpacaq azalma müşahidə olunmuşdur. Lakin azalmanın əsas payı 1991-2006 dövrünə düşür ki, bu dövrdə daha böyük istiləşmə tempi qeydə alınmışdır. Dolu aktivliyinin azalması əsasən zəif proseslərin azalması hesabına baş vermişdir. Dolu və şimşək aktivliyinin azalması səbəblərindən biri yerüstü atmosferin istilik rejiminin aylar üzrə paylanması xarakterinin dəyişməsi ola bilər.

3. Dolu-şimşək proseslərinin çoxillik (1983-2008) radiolokasiya tədqiqatlarına əsasən və konvektiv buludlarda baş verən fiziki proseslərin analizi yolu ilə aşağıdakı nəticələr alınmışdır:

  • Azərbaycan və umumiyyətlə Cənubi Qafqaz ərazisində özək quruluşuna və inkişaf dinamikasına əsasən dolu-şimşək proseslərini aşağıdakı tiplərə bölmək olar: təközəkli, nizamsız çoxözəkli, normal nizamlı, anomal nizamlı, superşzəkli və hibrid (keçid) proseslər. Bu tiplərin ərazidə təkralanması müvafiq olaraq 8, 19, 16, 11, 17 və 11% təşkil edir.

  • Müxtəlif tip dolu-şimşək proseslərinin təkrarlanması və onların daha informativ xarakteristikaları regional xarakter daşıyır. Geniş əraziləri əhatə edən daha güclü doluvurmalar əsasən superözəkli, hibrid və anomal nizamlı proseslərlə əlaqədardır. Anomal nizamlı çoxözəkli proseslər başlıca olaraq Kiçik Qafqazın şimal-şərq yamacında müşahidə olunur.

  • Kiçik Qafqazın şimal-şərq yamacında müşahidə olunan dolu-şimşək proseslərində konvektiv özəklər gətirilmiş sululuğun yüksək qiymətlərilə, Böyük Qafqazın cənub yamacında isə inteqral sululuğun yük­sək qiymətləri ilə fərqlənir.

  • Dolu özəklərinin ilk radioəksinin görünmə hündürlüyü Hпр bir tərəfdən buludlu atmosferin termodinamik parametrləri, digər tərəfdən isə topa buludların Cu mikrostruktur xarakteristikaları ilə əlaqədardır. Dolu buludları radio əksinin “çıxıntısının” (навес) hündürlüyü dolu əmələ­gətirəcək konvektiv özəklərin ilk radioəkslərinin hündürlüyünü Hпр proqnozlaşdırmaq üçün istifadə oluna bilər.

  • Respublikanın qərb zonasında doluvurmaya səbəb olan superözəkli proseslərin 75%-ə qədəri Ermənistan ərazisində - Zoraget, Pambek və Debeda çaylarının yuxarı çayarası əraziləri üzərində formalaşır. Super­özəkli proseslərin qalan hissəsi və anomal nizamlı çoxözəkli proseslər isə əsasən Tovuz və Zəyəm çaylarının yuxarı çayarası əraziləri üzərində yaranır. Kiçik Qafqazın şimal və şimal-şərq yamaclarında güclü dolu proseslərinin əksəriyyəti dağlıq ərazilərdə, Böyük Qafqazın cənub yama­cında isə nisbətən düzənlik, daha doğrusu Qanıx çayı məcrasına yaxın ərazilərdə formalaşır.

4. Dünyanın müxtəlif regionlarında tətbiq olunan doluya qarşı fəal təsir texnologiya və konsepsiyaların, həmçinin Azərbaycan ərazisində yerinə yetirilmiş doluya qarşı mübarizə əməliyyatlarının (1967-1990) material və hesabatlarının analizi əsasında aşağıdakı nəticələr alınmışdır:

  • Dolunun qarşısının alınması üçün, gələcək dolu əmələgəlmə zona­sından vaxtından əvvəl süni yağıntılar əmələgətirmə konsepsiyası və fəal təsirin raket texnologiyası daha məqsədəuyğundur və elmi cəhətdən daha əsaslandırıla biləndir.

  • Məhsul itkisinin qorunmaya qədər və qorunma dövründəki qiymət­lərinə əsasən hesablanmış doluya qarşı mübarizə işlərinin fiziki-statistik səmərəliliyi 75 < Ef < 99% həddində dəyişməklə, orta hesabla 93% , iqtisadi səmərəliliyi (xərclər çıxılmaqla) isə 6,6 < Ee < 10,6 mln. rub həddində dəyişməklə orta hesabla 8,7 mln. rub təşkil etmişdir (kənd təsərrüfatı məhsullarının 31.12.1990-cı il alış qiymətlərilə). Qorunma tədbirlərinin təşkili və aparılmasına çəkilən xərclər özünü orta hesabla 6-7 dəfə doğrultmuşdur.

  • 1983-1991 və 2001-2008–ci illərdə qoyulmuş psevdo rando­miza­siya və randomizasiya eksperimentləri nəticəsində müəyyən olun­muşdur ki, dolu buludlarına edilən fəal təsir işləri doluvurmanın, həmçinin daşqınlara və sellərə səbəb olan fəlakətli leysanların intensivliyini və davametmə müddətini nəzərəçarpacaq dərəcədə azaldır.

  • Göstərilmişdir ki, doluya qarşı mübarizə işlərinin bərpası doludan gözlənilən ziyanı əhəmiyyətli dərəcədə azaltmaqla dolu təhlükəli region­ların iqtisadi inkişafına yardım etmiş olardı.

5. Sel və leysan proseslərinin meteoroloji, hidroloji və radiolokasiya müşahidə materialları əsasında yerunə yetirilmiş tədqiqatlara və bu mövzu üzrə mövcud olan geniş elmi ədəbiyyat materialının analizinə əsasən aşağı­dakı nəticələri çıxarmaq olar:

  • Ərazinin böyük meylliliyi, sel ocaqlarında qırıntılı kövrək mate­rialın mövcudluğu və bol yağıntılar güclü sel axınlarının yaranması üçün vacib şərtlər olsa da, əksər hallarda kifayət deyil.

  • Yağıntı zonasının çay məcrasının səmtinə və axının istiqamətinə nəzərən hərəkət xarakteri sellərin yaranmasına əhəmiyyətli dərəcədə təsir edir. Daha güclü sel axınları o şəraitdə formalaşır ki, yüksək su tutumlu yağıntı zonası nisbətən aşağı sürətlə (40 km/saat-dan az) cay axınının əksi istiqamətində sel təhlükəli hövzəyə doğru hərəkət edir.

  • Sellərin yaranmasına təsir edən amillər arasında bilavasitə intensiv yağıntılardan əvvəl formalaşan və ASU-MRL tərəfindən aşkara çıxarıla bilən hidrometeoroloji şərait daha vacib və daha informativdir, çünki bu amil belə hadisələrin radiolokasiya proqnozlaşdırılmasında istifadə oluna bilər.

  • Böyük Qafqazın cənub yamacı şəraitində mürəkkəb oroqrafiya və relyeflə şərtlənən yerli hava dövranı əhəmiyyətli dərəcədə yağıntı əmələgəlmənin inkişaf dinamikasına və onun yayılma xarakterinə təsir edir. Orta troposferdə hava axınlarının sürətinin az olduğu hallarda yerli hava dövranının yağıntı əmələgəlməyə və müvafiq olaraq sellərin yaranmasına təsiri daha çox olur.

6. Geniş ədəbiyyat materialına baxılması, həmçinin meteoroloji, aero­roloji və radiolokasiya müşahidə məlumatlarının (1983-2009) kompleks analizi əsasında Azərbaycan ərazisində güclü dolu-şimşək proseslərinin formalaşması və inkişafına təsir edən aerosinoptik və termodinamik amillər aşkara çıxarılmışdır.

7. Güclü dolu-şimşək proseslərinin yeni aşkara çıxarılmış xarakteristika və regional xüsusiyyətləri əsasında və aerosinoptik, meteoroloji, peyk, model və radiolokasiya məlumatlarından birgə istifadəni nəzərdə tutan ən qısamüddətli radiolokasiya proqnoz metodu işlənib hazırlanmış, sınaqdan çıxarılmış və tətbiq edilmişdir.

8. Daşqın təhlükəli çayların sutoplayıcılarında yağıntıların radiolokator vasitəsilə ölçülməsinə əsaslanan və daşqınları proqnozlaşdırmağa imkan verən yeni metod işlənib hazırlanmış, sınaqdan keçirilmiş və tətbiq edilmişdir.

9. Sutoplayıcılarda və sel ocaqlarında yağıntıların radiolokator vasitəsilə ölçülməsinə əsaslanan və yağıntı zonalarının sel təhlükəli çayların məcrasının səmtinə nəzərən hərəkət xarakterini nəzərə alan yeni sel proqnozu metodu işlənib hazırlanmış, sınaqdan kecirilmiş və tətbiq edilmişdir.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə