Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə17/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   13   14   15   16   17   18   19   20   21
Avtoreferat-az (3)

J - nin qiymətinin çayın su toplayıcısının və ya sel təhlükəli ocağın sahəsi üzrə cəmlənməsi axın yaradan yağıntı miqdarını J1 verir:

burada SkjJkj – sel ocağının və ya çayın su toplacısının k- cı məsafə və j- ci azimut diskretində yağınti layının sahəsi və qalınlığıdır.

Əvvəlki 10 gün ərzində su toplayıcıya düşən yağıntının miqdarı aşağıdaki formul üzrə hesablanır:

burada J1i – əvvəlki i-ci gündə düşən yağıntının miqdarı (kompüterin yaddaşında saxlanılır); Bi – yağıntıların köhnəlməsi ilə azalan çəki əmsalları; n – əvvəlki günlərin say sırasını ifadə edən rəqəmdir.

Beləliklə, cari və əvvəlki günlərdə düşən yağıntıların miqdarı ASU-MRL-in köməyilə real zaman miqyasında ölçülür. Radiolokasiya ölçmələrinin nəticələri sistemin monitorunda, ərazinin xəritəsi fonunda yağıntı miqdarının paylanması şəklində təsvir olunur (şəkil 7). Xəritədə daşqın və sel təhlükəli çayların su toplayıcıları da göstərilir.

Yaxın saatlarda gözlənilən yağıntıların miqdarı sel ocağına tərəf hərəkət edən yağıntı zonasınin hərəkət sürəti və intensivliyinin paylanmasına əsasən, su toplayıcının sahəsi nəzərə alınmaqla hesablanır.

Yağıntı zonasının hərəkət sürəti və istiqaməti onların ardıcıl və­ziyyətlətinə əsasən hesablanır. Yağıntıların intensivliyinin və miqdarının  ,  ,   ölçülməsi və J - nın hesablanması gecə-gündüz, bütün su toplayıcılar üzrə aparılır. Su toplayıcılara düşən yağıntıların miqdarı tonla ölçülür.

Yağıntıların köhnəliyindən asılı olaraq azalan (9) ifadəsindəki çəki əmsalları aşağıdakı kimi götürülə bilər:

Bi = 1 / ni . (10)

Burada ni - i-ci köhnəlikli yağıntılı gündür.



Şəkil 7. 2004-cü il iyulun 22-dən 26-dək müddətdə düşən yağıntıların ərazi üzrə paylanması xəritəsi.

Qeyd etmək lazımdır ki, praktiki işdə hövzənin sutoplayıcısına düşən orta yağıntı layından istifadə etmək daha məqsədəuyğundur. Bu lay sutoplayıcıya düşən və (8 və 9) ifadələri ilə hesablanan yağıntı miqdarının onun sahəsinə olan nisbəti ilə müəyyən olunur.

Bir sıra fiziki-coğrafi, geoloji, oroqrafik və digər amillərdən asılı olaraq daşqın və sel axınlarının yaranması üçün zəruri olan kritik yağıntı layının qiyməti müxtəlif sutoplayıcılar ücün ümumiyyətlə müxtəlifdir və çoxillik radiolokasiya müşahidələrinə əsasən müəyyən oluna bilər.

Yağış daşqınlarının gözlənilən maksimal su sərfi sutoplayıcıya düşən orta yağıntı layının kritik həddi aşma dərəcəsindən asılı olaraq qiymət­ləndirilə bilər



burada Q – daşqının proqnozlaşdırılan maksimal axın sərfi, Q0 – yağıntı layının kritik qiymətində müşahidə olunan maksimal axın sərfi, J – sutoplayıcıya düşən və ASU-MRL tərəfindən hesablanan orta yağıntı layı, J0daşqın yarada bilən kritik orta yağıntı layı, β – sutoplayıcının xüsusiyyətlərindən asılı olan əmsal, t – yağıntıların davametmə müddətidir. Q0 , J0 β - nın qiymətləri müxtəlif sutoplayıcılar üçün müxtəlifdir və çoxillik radiolokasiya və hidroloji mühahidə materiallarına əsasən müəyyən edilə bilər. Əgər nəzərə alsaq ki, konkret sutoplayıcı üçün Q0/J0 –nın



qiyməti praktiki olaraq dəyişmir, onda (11) ifadəsini aşağıdakı kimi yazmaq olar:

 J  (12)

Burada С = Q0/J0 . (12) ifadəsindən göründüyü kimi, daşqının gözlənilən maksimal axın sərfi düşən orta yağıntı layının artması ilə artır, lakin yağıntıların davam etmə müddətinin artması ilə azalır (yağıntiların eyni miqdarında).

Yağıntıların radiolokator vasitəsilə qiymətləndirilməsi leysan mənşəli sel hadisələrini də qabaqcadan proqnozlaşdırmağa imkan verir. Qeyd etmək lazımdır ki, sel hadisələrinin proqnozlaşdırılması hallarında (6) ifadəsində 2-ci toplananın rolu xeyli azalır. Bu ilk növbədə sel proseslərinin formalaşma xüsusiyyətləri ilə əlaqədardır. Məlumdur ki, sellərin yaranması üçün intensiv yağıntılardan əlavə, çıxışa hazırlanmış qırıntılı kövrək mate­rialın olması vacibdir. Çoxillik məlumatların analizi göstərər ki, Böyük Qafqazın cənub yamacında güclü sel axınları adətən iyul-avqust aylarında müşahidə olunur. Bu aylarda uzunmüddətli yağıntısız dövr güclü struktur sel axınlarının formalaşması üçün vacib olan qırıntılı kövrək materialın yaranmasına səbəb olur. Beləliklə, adi daşqınlardan fərqli olaraq daha güclü struktur sel axınları uzunmüddətli quraqlıq dövründən sonra intensiv leysan yağıntılarının düşməsi nəticəsində yaranır. Buna görə də sel hadisələrinin proqnozlaşdırılmasında (6) ifədəsinin 2-ci toplananını nəzərə almamaq olar.

5-ci fəsildə göstərildiyi kimi, güclü sel axınları yağıntı zonasının hərəkət istiqaməti ilə sel təhlükəli çayın axın istiqamətinin müəyyən qarşılıqlı yerləşməsi vəziyyətində formalaşır. Müəyyən edilmişdir ki, 2001-2009-cu illər dövründə Böyük Qafqazın cənub yamacında baş vermiş struktur sel axınlarının faktiki olaraq hamısı intensiv yağıntı zonalarının çayın axını istiqamətinin əksinə hərəkət etdiyi hallarda müşahidə olunmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və çoxillik radiolokasiya müşahidələrinin (2001-2009) analizinin nəticələrinə əsasən, sel axınlarının baş vermə ehtimalını aşağıdakı kimi ifadə etmək olar:

burada α – yağıntı zonasının hərəkət istiqaməti ilə çayın axın istiqaməti arasındakı bucaq, K1 – sutoplayıcının 10 mm-dən artıq yağıntı layı ilə örtülmə dərəcəsi, K2 – sel ocağının 20 mm-dən artıq yağıntı layı ilə örtülmə dərəcəsi (900< α<1800 olduqda) və ya 40 mm-dən artıq yağıntı layı ilə örtülmə dərəcəsi (00<α<900 olduqda). Örtülmə dərəcələri aşağıdakı ifadələrin köməyilə hesablanır:




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə