Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə16/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   13   14   15   16   17   18   19   20   21
Avtoreferat-az (3)

Altıncı fəsildə ənənəvi proqnoz metodları nəzərə alınmaqla və dolu-şimşək proseslərinin bundan əvvəlki fəsillərdə aşkara çıxarılmış xüsusiy­yətləri əsasında bu proseslərin və onlarla əlaqədar olan daşqın və sel hadisələrinin proqnoz metodları işlənmişdir.

Məlum olduğu kimi, müasir hidrometeorologiyanın əsas vəzifələrindən biri təhlükəli atmosfer hadisələrinin yeni mükəmməl və etibarlı proqnoz metodlarının işlənməsidir. Təhlükəli atmosfer hadisələrinin, o cümlədən intensiv leysan, dolu və qasırğanın ən qısamüddətli proqnozu aviasiyanın meteo təminatında, həmçinin əhali və dövlət orqanlarının vaxtında xəbərdarlıq edilməsində böyük əhəmiyyət daşıyır.

Təklif olunan ən qısamüddətli proqnoz metodu sinoptik şəraitdən və dolu-şimşək prosesinin tipindən asılıdır. Topa yağış buludlarının forma­laşma prosesindəki müxtəlifliklər kütlədaxili və frontal (cəbhəvari) sinoptik şəraitlərdə müxtəlif tip proqnoz tərtibi sxemlərinə gətirir.

Radiolokasiya metodu ilə kütlədaxili proseslərdə yeni kon­vektiv özəklərin yaranma yerlərini proqnozlaşdırmaq çətindir, lakin ilk radioəks göründükdən sonra həmin yerdə konvektiv yağıntıların düşməsini 30-40 dəq əvvəldən xəbər vermək olar. Düşən yağıntıların növü ilk radioəksin yaranma hündürlüyündən asılıdır. Dolu və ya leysanın davam­etmə müddətini, həmçinin gözlənilən yağıntıların miqdarını ASU-MRL vasitəsilə əvvəlki konvektiv özəklərin xarakteristikalarına əsasən proq­nozlaşdırmaq mümkündür. Qeyd etmək lazımdır ki, kütlədaxili şərait­də güclü dolu prosesləri nadir hallarda əmələ gəlir. Ancaq bəzən dağlıq ərazi­lərdə, xüsusilə Kiçik Qafqazın şimal-şərq yamacında lokal xarakterli intensiv doluvurmalar müşahidə olunur.

Frontal şəraitlərdə yerüstü axınların konvergensiyası yer səthinə yaxın ərazilərdə barik çökəkliklərin mövcudluğu ilə şərtlənir. Frontal zonada temperatur və rütubətin böyük qradientləri onu topa-yağış buludları üçün davamlı qidalanma mənbəyinə çevirir.

Məlum olduğu kimi, nizamlı çoxözəkli, superözəkli və hibrid proseslər ərazidən soyuq hava cəbhələrinin keçməsi ilə əlaqədardır. Müxtəlif tip intensiv dolu-leysan proseslərinin baş verdiyi günlərdə sinoptik vəziyyətin analizi göstərir ki, Azərbaycan ərazisində bu proseslər əksər hallarda inkişaf etmiş dərin barik cökəkliklə təmsil olunan meridional tip hava dövranı şəraitində inkişaf edir. Belə hallarda barik çökəkliyin ön hissəsi bilavasitə prosesin inkişaf edəcəyi ehtimal olunan ərazilərdən keçir. Dolu-şimşək buludları ASU-MRL-in monitorunda göründükdən sonra, onların özək quruluşu və inkişaf dinamikasının 3-cü fəsildə aşkara çıxarılmış qanunauyğunluqları nəzərə alınmaqla, qabaqcadan, konkret məntəqədə və konkret vaxtda müvafiq təhlükəli atmosfer hadisəsini proqnozlaşdırmaq mümkündür. Bu sistemin köməyilə bulud sisteminin və ayrı-ayrı konvektiv özəklərin sürət və istiqaməti müəyyənləşdirilir. Konkret proqnoz məntəqəsində yağıntıların gözlənilən başlama vaxtı aşağıdakı formulun köməyilə təyin olunur:

tн = t0 + S/V. (4)

Burada tн - proqnoz məntəqəsində yağıntıların başlama vaxtı (saat); t0 – ASU-MRL vasitəsilə buludun hərəkət sürətinin müəyyənləşdirildiyi müşahidə vaxtı (saat); S – xəritə üzrə proqnoz məntəqəsindən ona qarşı hərəkət edən bulud sistemi radioəksinin qabaq kənarına qədər olan məsafə (km); V – bulud sisteminin hərəkət sürəti (km/saat).

Nəzərə alsaq ki, nizamlı çoxözəkli, superözəkli və hibrid proseslərdə yaşama müddəti kifayət qədər böyükdür (4-5 saat), onda 2-3 saat qabaqcadan proqnoz məntəqələrində yağıntıların başlama vaxtını proqnozlaşdırmaq olar.

Proqnoz məntəqəsində yağıntıların davametmə müddəti aşağıdakı formul üzrə hesablana bilər:

t = L/V. (5)

Burada L – ASU-MRL-in məlumatına əsasən, buludun proqnoz məntə­qəsinə doğru hərəkəti istiqamətində yağıntı zonasının eni (km).

Beləliklə, ASU-MRL-in məlumatlarına əsasən, frontal proseslərdə yağıntı zonasının yer­dəyişməsini və yağıntıların davametmə müddətini 2-3 saat qabaqcadan proqnozlaşdırmaq olar. Bundan əlavə, radio­lokasiya məlumatlarının hər 3,0-3,5 dəqiqədən bir yeniləşməsi istifa­dəçiləri müntəzəm olaraq dəqiqləşdirilmiş proqnozlarla təmin etməyə imkan verir.

Superözəkli proseslərdə bulud sistemi çox güclü bir konvektiv özəkdən ibarətdir. Bu özəyin yaşama müddəti kifayət qədər böyükdür və kvazista­sionar halda onun əsas xarakteristikaları, həmçinin hərəkət sürəti və istiqaməti nəzərəçarpacaq dərəcədə dəyişmir. Belə şərait, radiolokasion müşahidəsi anında buludun vəziyyətinə görə, təkcə hadisənin başlama və davametmə müddətini deyil, həmçinin dolunun maksimal ölçulərini, yağın­tıların intensivliyini, miqdarını və digər xarakteristikalarını proqnoz­laşdırmağa imkan verir.

Beləliklə, peyk, aerosinoptik, meteoroloji, model və radiolokasiya məlu­mat­larının birgə istifadəsi dolu-şimşək və leysan proseslərini onların baş verəcək yeri və vaxtı göstərilməklə proqnozlaşdırmağa imkan verir. Proq­nozların özünü doğrultma dərəcəsi və qabaqcadan xəbər verilmə vaxtı atmosfer proseslərinin tipindən asılıdır.

Əvvəlki fəsillərdə qeyd edildiyi kimi, sellər, bir qayda olaraq, kiçik dağ çaylarında və quru dərələrdə baş verən, tərkibində mineralların, daşların və dağ süxurlarının konsentrasiyası çox böyük olan (axının 10-15%-dən 75%-ə qədər) daşqınlardır. Azərbaycan ərazisində sellər əksər hallarda intensiv leysan yağıntıları ilə əlaqədar olur. Sellərin təhlükəliliyi təkcə onların dağıdıcı qüvvəsində deyil, həm də qəfildən baş verməsindədir. Müxtəlif illərdə sellər böyük dağıntılara və hətta insan tələfatına səbəb olmuşdur. Bu fəlakətlərin baş verməsində əsas səbəblərdən biri sellərin etibarlı proqnoz­laşdırıla bilinməməsi və müvafiq xəbərdarlıq sistemlərinin olmamasıdır.

Hal-hazıra qədər sellərin, xüsusilə də struktur sellərin etibarlı proqnoz metodları mövcud deyil. Bəzi tədqiqatcılar sel hadisələrinin analizində, bir qayda olaraq, ayrı-ayrı müşahidə məntəqələri tərəfindən qeyd olunan yağıntıların miqdarına istinad edirlər. Lakin çoxillik radiolokasiya müşahidə materiallarının analizi göstərir ki, intensiv leysan, dolu, daşqın və sel axınları ilə əlaqədar olan dolu-şimşək proseslərində düşən yağıntıların ərazi üzrə paylanması xarakteri nəzərə çarpacaq məkan-zaman dəyişkən­liyinə malikdir. Azərbaycan şəraitində meteoroloji stansiya və müşahidə məntəqələri bir-birindən nisbətən uzaqda yerləşdiyindən, yağıntıların məkan-zaman dəyişmələri əksər hallarda onlar tərəfindən qeyd oluna bilmir. Bu səbəbdən də ayrı-ayrı müşahidə məntəqələrinin ölçdüyü yağıntı miqdarı, çayların su toplayıcılarına düşən suyun miqdarını obyektiv olaraq xarakterizə edə bilmir.

3 və 5-ci fəsillərdə göstərildiyi kimi, bu məqsədlə ASU-MRL vasitəsilə alınmış yağıntıların miqdarı və intensivliyinin ərazi üzrə radiolokasion paylanması xəritələrindən istifadə edilməsi daha məqsədəuyğundur. ASU-MRL düşən yağıntıların xarakteristikalarını qiymətləndirməyə və eyni zamanda radiolokasion görünüş sahəsində yerləşən bütün sel ocaqlarında yağıntıların toplanmasina nəzarət etməyə imkan verir.

Çayın su toplayıcısına düşən və axını formalaşdıran ümümi yağıntı miqdarını aşağıdaki kimi göstərmək olar:

  (6)

Burada J1 – su toplayıcıya son 24 saat ərzində düşən yağıntı miqdarı (mm); J2 – son 10 gün ərzində düşən və günun köhnəliyindən asılı olaraq azalan çəki əmsalları ilə nəzərə alınan yağıntıların miqdarı (mm); J3 – yaxın saatlarda gözlənilən yağıntıların miqdarı (mm).

Radiolokator vasitəsilə yağıntıların intensivliyinin ölçülməsi onun radiolokasion əksolunmadan asılılığına əsaslanır. Onda düşən yağıntı layının qalınlığı



  (7)
olar. Burada Ii - Dti zaman aralığında yağıntıların intensivliyi; Dti – radiolokasiya müşahidə dövrləri arasında interval (ASU-MRL üçün 3,5 dəq); N – radiolokasiya müşahidə dövrlərinin sayı. Yağıntıların intensivliyi və miqdarının ölçülməsi alqoritmləri ASU-MRL-in altproqramlarına daxil edilmişdir.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə