Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə13/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Avtoreferat-az (3)

Dördüncü fəsildə geniş ədəbiyyat materialı əsasında müxtəlif ölkələrdə tətbiq olunan atmosfer proseslərinə fəal təsir texnologiya və metodları şərh edilir, Azərbaycan ərazisində yerinə yetirilmiş doluya qarşı mübarizə işləri analiz olunur və onların səmərəliliyinin statistik analizi aparılır. Analizdə, ilkin material kimi, geniş radiolokasiya müşahidə məlumatlarından, doluya qarşı mübarizə əməliyyatlarının protokollarından, illik hesabatlardan və dolunun vurduğu ziyan haqqında müvafiq aktlardan istifadə olunmuşdur.

Məlum olduğu kimi, 1967-1991-ci illərdə Azərbaycanın bir sıra dolu təhlükəli regionlarında doluya qarşı mübarizə tədbirləri təşkil olunmuşdu. Doludan mühafizə işləri 1330000 ha sahədə, 12 hərbiləşdirilmiş dəstə və 94 fəal təsir məntəqəsinin köməyilə aparılmışdır. Doludan qorunan ərazi kifa­yət qədər yüksək dolu-şimşək aktivliyi ilə xarakterizə olunur. Dolu təhlü­kə­li özəklərin müəyyən edilməsi və onlarən fəal təsirə məruz qalacaq sahə­lərinin seçilməsi MRL-5 radiolokatorları vasitəsilə həyata keçirilirdi. Dolu­ya qarşı mübarizə əməliyyatları sovet fəal təsir texnologiyası əsasında apa­rıl­mışdı. 1982-ci ilə qədər fəal təsir metodları təbii və süni kristallaşma mərkəzlərinin rəqabəti konsepsiyasına əsaslanırdı. Lakin sonradan o yağıntı əmələgəlmənin surətləndirilməsi konsepsiyası ilə əvəz olundu. Yağıntı əmələ­gəlməni surətləndirmək məqsədilə buz əmələ gətirən reagentin (AgJ) -60S±30S izotermi səviyyəsində dolunun yaranması ücün şərait for­ma­laşan zonanın üfiqi kəsiyinin bütün sahəsinə birbaşa və eyni vaxtda çatdırılması tövsiyyə olunurdu.

Aparılan analiz göstərdi ki, 1981-1990-ci illərdə fəal təsirə məruz qalmış 387 obyektdən 288-nə (75%) müvəffəqiyyətli (qorunan ərazidə dolu burax­madan), 99-na (25%) isə qeyri müvəffəqiyyətli (dolu buraxmaqla) əmə­liyyat həyata keçirilmişdi.

Qorunan ərazilərdə dolu buraxmanın əsas səbəbləri ayrı-ayrı təşkilati-texniki qüsurlar olmuşdu ki, bunlar da tədricən sonrakı illərdə minimuma endirilmişdi. Doludan qoruma illərində məhsul itkisi orta hesabla 15-20 dəfə azalmışdı.

Göstərilmişdir ki, doluya qarşı mübarizə işlərinin mövsüm və ayrıca dövr üçün səmərəliliyinin daha informativ göstəricisi kimi doluvurmadan məhsul itkisinin faizlə miqdarını götürmək olar. Bu parametr özündə dəyən ziyanın dərəcəsini, zərər dəyən ərazinin sahəsini, becərilən ərazinin sahəsini birləşdirməklə, qorunan ərazilərin sahəsinin ildən ilə dəyişməsindən asılı olmayaraq, bircinsli məlumat sıralarının alınmasını təmin edir:

burada S100 dolu vurmuş ərazilərin 100% zərərə hesablanmış sahəsi, Sk – doludan qorunan ərazidə becərilən torpaqların sahəsi.

Məhsul itkisinin qorunmadan əvvəlki illər və qorunma dövründəki qiymətlərinin müqayisəsi göstərdi ki, doluya qarşı mübarizə tədbirləri nəticəsində onun statistik sıralarında modifikasiya baş vermişdir.

Doluya qarşı mübarizə tədbirlərinin fiziki-statistik və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi müvafiq olaraq aşağıdakı formullar üzrə aparılmışdır:



 



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə