Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu



Yüklə 3,55 Mb.
səhifə11/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Avtoreferat-az (3)

Z10 < 55 dbz dolusuz;

  • 55 < Z10 < 65 dbz zəif dolu leysanla, ziyansız;

  • 65 < Z10 < 75 dbz dolu ziyanla (doluvurma);

  • Z10 > 75 dbz fəlakətli doluvurma.

    Burada Z10 - 10 sm-lik dalğa uzunluğunda buludun radiolokasion əksolun­masıdır. Analiz üçün elə buludlar seçilmişdir ki, öz radiolokasion xarakteristikalarına əsasən, son 2 şərtdən birini ödəsin, başqa sözlə dolu­vurmaya səbəb olsun.

    Gün ərzində heç olmasa bir dəfə müvafiq xarakteristikaları olan dolu buludu qeydə alınırsa, həmin gün doluvurma baş verən gün olaraq qəbul edilir. Tədqiq olunan dövrdə 976 dolu buluduna baxılmışdır.

    Baxılan materialın analizi göstərdi ki, doluvurma əsasən saat 14-dən 22-ə qədər müddətdə baş verir. Lakin doluvurmanın təkrarlanmasının sutkalıq maksimumları müxtəlif ərazilər üçün fərqlidir. Məsələn, əgər Gədəbəy və Daşkəsən rayonları ərazisində sutkalıq maksimum saat 16-dan 18-ə qədər müddətə düşürsə, Qazax, Tovuz və Şəmkir rayonları ərazisində saat 18-dən 20-ə qədər, Ağstafa rayonu ərazisində isə saat 20-dən 22-ə qədər müddətə təsadüf edir.

    Tədqiqat regionunda doluvurma əsasən apreldən oktyabra qədər olan müddətdə müşahidə olunur ki, bu da əsasən bitkilərin vegetasiya vaxtı ilə üst-üstə düşür.

    Əksər ərazilər üçün yazdan yaya doğru doluvurmanın təkrarlanmasının artması və may-iyunda maksimum qiymətə çatması xarakterikdir. Dağlıq ərazilərdə maksimal doluvurma aktivliyi (Daşkəsən, Gədəbəy) iyun-iyula təsadüf edir. Cədvəl 1-dən göründüyü kimi, avqust ayında bəzi rayonlar ücün doluvurma təkrarlanmasının ikinci maksimumu müşahidə olunur. Bu xüsusilə Ağstafa və Qazax rayonları üçün xarakterikdir.

    Cədvəl 1


    Yüklə 3,55 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   21




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə