171.
İtin təzə doğulan balasına küçüh deyillər. Küçüh biraz yekələnəndə olur ənih. Dişisi qancıxdı. Erkəyi də itdi də. Küçüyün qulağın kəsmillər. Küçüh olan kimi qulağın burullar belə, çıxardıllar. Lap o ilk vaxlarında, iki-üş günlüh olanda onun qulağı yumşax toxumalardan ibarət olur. Bur belə, qopar, at ayna. Elə bil ki, bir tikan batıf əlinə, çıxart. Səbəbi nədi? Qulaxsız itdərin eşitmə qabiliyəti yaxşıdı. Yəni onda sərvaxd olullar. Birinci nöbədə budu. Bir də it quyruxlu olsa, davada-zadda boğuşanda özünü ələ verir. Həm də bitdi-birəli olur. Ona görə də quyruğunu da kəsiv atıllar, qulağını da çıxardıllar. Bu olur çovan itdəri. Amba qalankını qulaxlı saxlıyıllar.
Tərəkəmənin itinə ağaş vurunca, təpəsinə vursan, onnan rahatdı. Tərəkəmə həməşə köç eliyəndə hökmən qazan götürür, itə yem, yal bişirməhçün. İt saldatdı ey. Sürünü saxlıyan odu. Bəzən tərəkəmə özünə çörəh götümür, özünə tədarük götümür. Amba itinin yal qazanını götürür kü, o, aj qala bilər. İtə baxmax lazımdı. Heyvanı saxlıyan itdi. Deer, kimin yaxşı iti varsa, elə bil ki, beş-altı köməyi var. Ona görə it qiymətdidi. Bizdə bir Tatallar kəndi var. Yaxşı it saxlıyıllar olar. Oların itinə çırtma vursan, adamı öldürəllər.
172.
Qardaşımın Ağbiləy addı bir iti vardı. Yekə itdi, heyvərə. Çəmbər quyruxdu. İki biləyində ağ səkil olduğuna görə buna Ağbiləh deerdih. Qağam yoruluf gəlif yatıfdı. Söykənif çubuğa, yuxuluyuf. Mən də bunun böyründə yatmışam. Dədəm qaroul çəkir heyvana. Canavar-manavar bura girən kol döy. Ağbiləh də açıxdı. Bax, əzizdərimin goru hakqı, gördüm kü, qapının böyrünnən it başını saldı içəri. İki dəfə hav, hav hürdü içəri. Bax helə and içirəm, bu bərəkət hakqı, imamın çayı hakqı, girdi ağız atdı kişinin üsdündəki çula. Silkələdi belə. Kişi yuxudan oyandı, durdu. İt getdi. Qağam çıxdı çölə. Qoyun yoxdu. (Ə, hanı tərəkəmənin o günü? İş oydu e). Ayə, atı minin, atdanın. Fərmayıl da quzuya gedir. Fərmayıl da bir at mindi, bu tərəfə. Tarapbatarap gəzdilər, qoyunnan əsər-əlamət yoxdu. Qayıtdı kişi bir-iki güllə atdı. Atın üsdündə hay gəl, hay. Atın əyağının səsi çox pis şakqıldeer e. Ə, gördüm şarakhaşarak millət gəlir e. Ayə, gəl, güllə atma. Bir dəyğənin içində Budaxlının fermalarınnan hamsı, atdılar cəmləşdi bura. Ə, nədi? Qoyunnar yoxdu. Ferma müdürü dedi, ə, atdarı da sərbəs sürün. Atın şakqıltısına qoyun aradan çıxar. Atdarı yavaş sürün. Sən filan dəriyə, sən filan obuya, sən filan obuya, sən filan yerə. Bölüşdülər, baxdılar üç-üç, iki-iki, bir-bir. Hərə bir istiqamətə döşədi atı. İşıxlandı. Atdılar qayıtdı, boş gəldi. Qoyun yoxa çıxıb. İt də yoxdu. Ağbiləh də ki ona görə kişini dartırmış ki, qoymuyun. Bir də gördüh Şirin quma sarı gedir it. Atdılar da qayıdıf gəlmişdilər. Elə interesə bunun dalınnan şarpaşurp getdilər. Gedillər ki, Şirin Qumda Boz Qovu deyilən yer var. İtdər qoyunu dolduruv o Boz Qovuya. Saldat kimi alıflar qoyunu mühasiriyə. Ağbiləh də, o biri itdər elə vəziyətdədilər ki, üzdəri, başdarı hamsı qandı. Demə, canavarnan döyüşürmüş e bular. Bir dənə heyvan verməmişdilər e. Qoyunu sanamışdılar, görmüşdülər düpbədüz. Ona görə də iti vurmağ olmaz. Elə orda qağam bir qoçu kəsif, paylamışdı o itdərə.
173. ATLAR HAQQINDA
Atın balasına lap sifdə qulun deellər. Yəni o anasının əlində düzələnə qədər qulundu. On günnən sora artığ o keçir dayçıya. Dişi at, tutax ki, yaşı var, muna deellər qulan. Erkəyinə deellər day. Yaş yarımnan sora da onu örgədillər minilməyə, yühlənməyə. Onnan sora erkəyi olur ayğır. At bala verdisə, döl verdisə, artıx bu oldu madyan. Yabı atın axmağına deellər. Elə çox yarıyan döy. Buna deellər yabı.
174-175. DƏVƏLƏR HAQQINDA
Dəvə qatarına gallah deerlər. Dokquz dəvəni arxa-arxıya bağleerdılar, ona gallah deerdilər. Dəvə qatarranıf gederdi. Qavağında da bir yaxşı nər olordu. Qavağındakı nərin muncuğu olordu qotazdı. Dəvənin osarında muncuxlu döşdüyü olordu. Gəvədən toxuyuf döşdüh vurordular. Osarında olurdu muncux. Qotazı olurdu başında. Nərin bırasında (boğazını göstərir – top.) qomru olordu.
175.
Çoxlu dəvə saxlıyana gəlladar deellər. Qoyununku sürüdü. Malınkı naxırdı. Atınkı ilxıdı. Dəvəninki gəllahdı. Dəviyə sürü deməzdər.
Dəvə də doğulanda köşəhdi. Köşəhdən sora olur maya. Daylax, maya, nər. Belə gedir. Dəvə var, yük üçün, dəvə var, minməy üçün. Dəvənin də bir neçə növu var ha. Bax, balxı var. Balxı o topa köyənni olur. Dilçəhli deellər ona. Balxılar bir az caydağ olullar. Nejə tək təkər araba kimi əyaxları sürüşən olur, tez yıxılan olullar. Yüh götürməh qabiliyətdəri də bir o qədər olmur. Balxıyla neft daşıyıllarmış Bakıdan. Ama o maya dediyin çox gözəl heyvandı, səliqəlidi, döl verəndi. Nər də ki erkəyinə deellər. Nər adamcıldı. Ama nə vax? Olar yazda qızıllar. Gəlir mart ayı qutarır. Mart ayı qutarannan sora nərrər qızajax. Ağızdarınnan köpüh daşdanajax. Dəviyə bir pisdih eləsən, əgər vursan, döysən, bax bu vaxda saxlıyır, kinnidi. Bax bu vaxdı o çalışır ki, qisasını ala. O adamı tutsa, nətəər öldürür? Nə onu yerə çırpır, nə bir şey eləmir. Onun sinəsində belə fır var, zindan deyillər ona. Nərin zindanıdı bu. Tutduğu adamı qoyur ora. Yatır üstündə. O ölənə qədər üsdünnən qalxmaz. Bütün ağırrığını da salır onun üsdünə.
O insan kimi nəfər gedir. Heyvan başdı, dəvə nəfər. Dəviyə də adam kimi nəfər deyəllər. Məsələn, beş baş dəvəm var yox, beş nəfər dəvəm var deyəllər.
İki yerdən kəsilir dəvə. Bir burdan, bir burdan (əlini boğazına aparır – top.). Onun boyun fəqərəsi çox uzundu. Qan getmir də. Qan çıxsın deyə onu iki yerdən kəsillər. Dəvənin südünü də sağannar olur. Yunu da ki özgə şeydi. Onnan nə toxuyullarsa, nə düzəldirsə, o da cana xeyirdi. Dəvənin yunu burun çəpərində qanaxmada dərmandı. Onu yandırıb iyini versən, qanaxma dayanır. Dəvənin ən qüvvətdi südiyidi. Dəvənin siydiyi asma xəsdəliyinin dərmanıdı. İçməh lazımdı amma. Dəvə həm də halal heyvandı. Xayin adam gəlif minəndə dəvə az qalır onun başın qopartsın ha.
176-177. ADAMCIL NƏRLƏR
Mənim bir qohumum varıdı Alxannı kəndinnən. Dəveynən bizim kəndə gəlmişdi – bizim əvə. Bı dəvə də qızmış dəveymiş. Mən çox aralıydım. O Edilli yolu yuxarı gedirdi. Bir az nəmişdiyidi deyin, oreynan gedirdi ki, gedə çıxa bizə. (Ora daşdı yoldu). Mən də qoyun otarırdım. Bir də gördüm, məni görüp dəvə maa tərəf gəlir. Qaşdım çıxdım armıdın yanına. Armıt varıdı e orda. Bı, yolun saldı o dərənin qırağı yuxarı, başdadı getməyə. Gəldim axşamçağı gördüm hə, bıde bizim qapıda həmən dəvə yatıp. Ə, bı dəvə məni hərriyirdi, bı nə olan şeydi? Rəhmətdih nənəm qayıtdı ki, Səfər dayıındı. (Adı Səfəridi kişinin). Həə, dəvə məni gördü, bir də qalxdı əyağa. Ə, mən bına neynəmişəm? Bını ölsün. Dəvə qalxdı belə quyruğun başdadı döyməyə, quyruğun g..ünə döyür. Səfər gəldi dəvəni yatırtdı, quyruğun bağladı belinə. O quyruğun döydühcən qızışır dana. İşiyir quyruğuna, döyür ora, qızışır. Səhər dədəm dedi ki, kişi, nəyə gəlmisən? Azınnan-çoxunnan götür, düş yola e. Bı dəvə bırda qalsa, bir xata törədəjəh. Rədd elə bını bırdan.
177.
Deyillər ki, nər adamcıldı. O qızanda həylə olur. Vaxd olur, köpüy ater ağzınnan. İsdeer ki, dəveynən görüşə. Onda o təmiz hes zad yemer, bax ortası belə olor (əli ilə balaca yumru göstərir – top.). Yanına adam getsə, alıf, qoyuv altına, öldürördü. Bax, qaraltı gördümü, özün çatdırmalıdı. O nərin qızan vaxdı nəri xoyluyullar, qılçaların bağlıyıllar.
Dəvəmiz çox oluf, bala. İndi gəlif belə daşa qısıldığıma baxma. Qoyunumuz, malımız, dəvəmiz çox oluf. Dəviyə maya, nər deyirdih. Maya dişiyə deyillər, nər erkəyə deyillər. Balası da köşəh. Buğur da o gəzdə32 olur e, belə haça. Bax ona da buğur deellər.
178. CEYRANLAR HAQQINDA
Deerdilər, əyə, əyə, qoymuyun xamı cığ33 basdı, cığı çıxardın. Cığda bəlkə beş yüz, altı yüz ceyran olordu. Cığ xama girdisə, qoyunun otun təmiz yeerdi, qalerdı quru yerdə. Gederdilər atnan. Tüfəh atırdılar kin, cığ qaçsın, getsin. Özü də topa getməzdi. Olar bir-birinin dalıncan gedərdi. Bax belə cərgeynən. Bax biri gederdi qavaxda, o birilər də düzülördü dalınca. Göz işdədihcən görördün ki, geder.
TƏRƏKƏMƏ YEMƏKLƏRİ
179. QIZARTMA
O vax dağda qoyunu kəserdilər. Sajı qoyurduğ ojağın üsdünə. Əti tökördülər sajdakı yağın içinə, canın üçün, ta bir yeməli olordu kin, ayrı forma. Qızartma deerdilər. Katlet qızardırdığ ha, o formu bişerdi. Onun ləzəti ayrı olordu. Sağınnan kəsilmiş heyvan, dağın başında otdamış heyvan. Sajın da içində yağnan qızarderdılar, əmcəh yağıynan.
180. QATMALI
Gederdih pencər dənnəməyə. Pencəri dənnerdih. Anam deerdi, ay bala, dənniyin, umac pişirəh. Gətirerdi bir qazan pencərnən umacı pişirirdi qatı. Umacı ovordu, pencərnən bişirerdi. Bişənnən sora qazannan tökördü teşdə, soyuyordu. Soyuyannan sora ayranı tökördü o umacnan pencərin üsdünə dana. Belə çömçüynən qarışdırerdı, vererdi içerdih. O yeməyin adı qatmalıdı. Qatmalı deyillər. Bax belə yaşamışıx, bala.
181. BAĞIR-BEYİN
Bir əmlih kəsersən – quzu. Onun quyruğun dört bölörsən. Əti də belə doğroorsan, tökörsən qazana, qayneer. Qayneer, tökörsən teşdə, soyuyur. Bağırı da atersan, quyruğu da atersan, bir də qara bağrı atersan, qəşəy orda qayneer, həll olor. Bir də başın soyuf, beyni çıxardersan. Onu da atersan ətnən, quyruxnan qayneer. Ordan qara bağırı da götürörsən, quyruğu da, beyni də – quzunun beynin. Əlində əzersən. (Onda maşın yoxudu). Əlində belə qara bağrı əzersən, quyruğu əzersən. O beyni tökörsən olların içinə, belə həll eleersən. Qayıdırsan qara isdotu səpersən. Sora dağlarda ətotu biter. Onu qum təki eliyiv onnan səpersən. Duzu səpersən. Soyutmaya duzu səpersən, qoyersan mejməyidə gələn qonağın qavağına, yerdə. (Stol yoxuydu). Yerdə yeellər. Bax bağır-beyin odu.
182-183. CANAÇƏKMƏ34
Düyünü tököllər, pişirellər. Aş təki südə töküf pişirellər. Qoyullar yerə. Onun təmiz südün çəkellər, bir də qoyullar üsdə. Təmiz aş tək olor. Onun ortasın yarellar, yağı töküf yeellər, bala. Buna da deerdih canaçəhmə. Südnən pişer. Ələzığ da atellar içinə – dağ otu.
183.
Dağda cannan çəhmə bişirirdim. Cannan çəhməni düyüdən bişirirsən, ləzzətdi. Düyünü südünən qaynadırsan. Qayıdıv onun həlimin alırsan. Sora onu yağnan dəmniyirsən. Üsdünə də qara hazırrıyırsan. Quzunu kəsdirirsən. Qəşəh quzu ətinnən, quru gavalıdan, quru ərihdən... tökürsən qarıya. Onnan qayıdıv üsdə də yağ tökürsən, yeyirsən. Cannan çəhməni elə bişirirdim.
184. ŞAMPUR
Ojağı qaleersan. Belə-belə dilimniyersan əti, bu uzunnuxda. Qayıdırsan tökörsan o közün üsdünə. Orda qızarer. Çırpersan qoyersan qava, yeersən. Şampur ona deyellər. Közün üsdə bişer.
185. QOVURMA
İndi ət azdı deyin, qovurma eliyən azdı. Quzunun ətin qovurma eliyirdih, yığırdıx böyüh qablara. Qovurmanı qəşəh doğruyurdux, nejə kavaf deyillər e, tava kavavı. Bax o fasonda doğruyurdux. Öz yağıynan erkəy ətini bişirirdih, yığırdıx böyüh qablara. Elə bil, qış düşür, day gəlirih arana. Aranda yeyirdih qovurmanı. İndi kimdi qovurma eliyən?
186. BUĞLAMA
Dərələyəzdilər dağın gicitcənini yığırdılar, qabığın sıyırırdılar. Bir kiloyatan yığırdılar onun özəyin, gətirirdilər. Doğruyurdular soğanın birin, ikisin. Dərinin yağınnan çıxarırdılar, soğanı qoorurdular. Bu gicitkəni də töküb bunnan qoorub, içinə də bir-iki istəkan su tökərdilər. Onun bibarın tökərdilər, zoğal axtasın da tökərdilər, hər bir ədavasını tökərdilər. Yeyəndə adama ləzət eliyir. O yeməyin adı buğlamadı.
187. YUXA
Otaxların içinnən təndir qoyurdular. O təndiri də gərmə deyirdilər, onnan yandırırdılar. Yuxardan bir belə baja açıllar. O tüsdü ordan pramoy cölə çıxır. Çörəyi nə təhər bişirirdilər? Bunnan irəli xamıra deyirih də. Xamırı xamıra ilə yoğururdux. (Hamma hindi drojnan yoğurullar, birəz də çox qalanda görürsən ki, içi xamır kimi olur). Dörd arvad bir meşox unu bir gündə bişirməlidi ki, bir ay yeyə. Az külfət olanda bir ay gedirdi, çox külfətə iki meşox bişirirdilər. Deməli, arvadın ikisi yayırdı, biri (def lapatqa kimi olurdu. Sapı uzun olurdu. Başında da belə döşəkcə qayırırlar, yuxanı ora salırdılar.) yuxanı defin üsdünə salıf təndirə vururdu. Biri də şişnən çıxardır. Tez-tez götüməlisən, elə vuran kimi bişir. Bir meşoğu dörd arvad bişirir. Qonşular birrəşirdi, buyün maa bişiririh, sabah ona bişirirdih, birigün ona bişirirdih. Həfdeynən gedirdi. Bişən yuxanı duağın üsdünə yığır, üsdün sırpaynən örtüllər. Hər çörəh yeyəndə isdi sudan belə çiliyirdilər yuxuya, bükürdülər sırpaya. Çörəh yeyəndə qatdıyıb belə dördkünc, qoyurdular ora. Çörəyi Dərələyəzin camahatı heylə bişirif yeyirdilər. (Mənim ana tərəfim Dərələyəzdəndi).
188. TƏNDİR KABABI
Təndirdə kabap pişirirdih. Çörəyi yapıb qutarannan sora təndirin közün közərdirdih. Qabı varıdı, saj deyirdih, təndir sajı. Düzürdüh əti ora, hər ədvasın vururdux, qapağın da qoyurduğ ağzına. Bilirdih də nə qədər vaxda hazır olajax. Gedip çöörürdüh bir də o üzünə, baxırdığ ki, qıpqırmızı qızarıf. Hələ şiş kababınnan o yaxşı olurdu. İndi hanı?
189. FƏSƏLİ
Fəsəli bişirirdih yağlı. Belə qəşəh yayırdıx yuxa kimi. Bükürdüh onu. Bir də yayıf, bir də yağlıyırdıx şirniyat qarışıx. Qayıdıv onu bir də əlimiznən yayıf, qoyurdux, deşdəhliyirdih. Altına bir az yağ tökürdüh. Örtürdüy ağzını, qoyurdux təndirə, bişirdi.
Fəsəlini sajda da pişirirdih. Genə o fasonda yayırdıx. Pesoxnan, şirniyatnan, yumurtaynan yoğururduğ. Həbelə deşdəhliyif, altına da yağ tökürdüh, üsdünə də yağ töküf qavına qoyurdux. Sajayax deyirih, üçayaxlı. Təndirin közün belə yayıf qoyurdux sajayağı təndirə, qoyurdux həmən qabı üsdə, gəlirdih ki, pişif. Hər ikisi yaxşıydı. Pis odu, olmuyoydu. Burda eləmirih nə kömbəni, nə fəsəlini. İndikilər eləmir. İndikilər biskivit eliyir, kətə bişirir. Əziyətdidi, ona görə eləmillər. İndi bıllar da mana çətin gəlir. Nejə indiki mana çətin gəlir, o vədəki də bıllara çətindi.
190. KÖMBƏ
Xamırı belə yayırsan. Yayannan sora onu bir də pükə-pükə kündəliyirsən. Sora onu əlnən yayırsan o qab qərəli. Gərəy onun yağı hopa canına. O yeddi qat olur. Xamırına yumurta, şirniyat, pesux qatırsan, kündəliyirsən. Yayıv üsdün yağlıyırdın. Qayıdıv onu pükürsən, bir də yannarın da qatdıyıf bir də yayırsan. Bı səfər əlinnən yayırsan. O qabın içi qədər. Qayıdıv onu qəşəh qoyursan qaba, ağzın örtüf qoyursan təndirə, üsdünə də qoru çəkirsən, vaxdın bilirdin, gedif götürürdün ki, bişip.
191. MOTAL
Qoyunu kəserdilər, onun qursağın yuyuf, duzduyurdular, aterdılar məfdilə, quruyurdu. Onu bir üş kilolux saxsı küpüyə aterdılar. Suyu da qaynadıb, bir litir, iki litir tökörlər üsdünə. Onun içinə duz atellar, turşu atellar, bir dənə zoğal axdası aterdılar. Soora onun içinə toxmaya (quzu sifdə ağuzu əməndə onun toxmayası olor) aterdılar. O, bir on gün qalanda yetişer. Olur safsarı maya. Qoyunu sağıf gətirirdih, süzördüh, bunun mayasın aterdıx. Maya atannan sora görüsən pendir olor, qəşəy. Onu qaşıxnan, çömçəynən kəsersən. Bir belə kəsersən, bir də belə kəsersən, onun suyu çıxer. Suyu çıxannan sora onu qəşəy ağ torvalara tökörsən, süzörsən. Burorsan ağzın, qoyursan bir qaba, üsdünə də daş qoyursan, bir-iki saat qalanda süzülör. Onu götürüf belə dördkünc, lay-lay (bu qalınnıxda) doğruyorux. Yığerdıx qazana, üsdən də belə duzu çiliyerdih ki, boşalmasın. Bir gün qalannan sora yığerdıx motala.
Cılğı deerdilər. Qoyunun dərisin ət üzünə elə-belə üş kəsib belə qoyordular orya. Orda dəyerdi. Suyu çəkilerdi. Qoyunun dərisin yolordular, ağapbağ eliyerdilər. Pişih ciynağı olur düzdə. Gederdilər, yığerdılar arvatdar, qaynaderdılar. (Pişiy ciynağı başı tikannı olor, qaynadanda qıpqırmızı olur. Elə tikannı şeydi. Başında da belə qozu olur). Dərini ağarderdılar sifdə, qoyunun dərisin. Pişih ciynağını qaynadanda qıfqırmızı suyu olordu. Bını soyudordular. Soyudannan sora bı dərini baserdılar ora. Ağarmış dərini. İki gün qalerdı. Deerdin, qıfqırmızı boyaxdı. Sora dərinin g..ün tikerdilər, çilihliyerdilər bunu, ağaşdan da çilih qayırerdılar, belə yığerdılar qatmeynan bağlıyıf... (Çilihləmə deyirdiy ona). Tənəyin ağzın bax, bax, bax belə eliyerdi, tənəyi eliyerdilər (yumşax vaxdı), belə eliyerdilər. Bunun ağzın çəmbərleerdilər çubuğuynan. Bı yekəlihdə olordu. İçini dolduruf, ağzın iyneynən tikerdilər.
192. EYMƏ35
Qatığı çalerdılar bir qazan, üsdünə bir kilo-iki kilo çiyə tökördülər, pişirerdilər. Tökördülər eymiyə. Tökördülər ona, çalxeerdılar. Cığıldıyanda deyerdilər, bıde oldu. Tökördülər qazana, üzün yığerdılar yağın. Ta onu iki boşqav yesan da, ürəyına dəyməz. Tökördülər orya, yağı götürördülər.
193. TƏRƏKƏMƏ PAPAQLARI
Yapba papax vardı, kətil papax vardı. Kətil papax bilirsən hansıdı? Yuxarıları belə kətil üsdünə oxşuyan, taburetka üsdünə oxşuyan papaxlar olurdu e. Bağlanırdı e, burdan da. Qulaxlı papaxlar burdan bağlanırdı. Üsdü belə kətil kimi olurdu. O, kətil papağıdı.
Biri də vardı, yapba papax. Saçaxlı çoban papağı. Yanı onun qulaxlığı-zadı olmur. Qoyun dərisinnən tikilir. Əsasən də, qara qoyun dərisinnən hazırranır.
TƏRƏKƏMƏ XARAKTERİ
194. SƏN ÖL, SANAMARAM
Atam gedif Xanqulu dayının yanına. Gedif deyif ki, Xanqulu kişi, maa bir az əlborcu pul ver. Bir üş min manat. O vaxdı üş manat da çox böyüh puluydu. Çətin tapılan puluydu. Deyif:
– Ay Zərda (yoldaşının da adı Zərda xalaydı), o mütəkgəni bırya gətir.
Mütəkgəni gətirif, ta kişi almıyıf, Xanqulu kişi mütəkgəni götümüyüf. Deyif:
– Həmid (mənim atam), nə qədər götürsən götü.
Mütəkgənin içində pul teyxa doludu. Gör insannar arasında nə qədər etibar varımış.
Deyif:
– Ə, ver dana üş min manat.
Deyif:
– Saa deyirəm götü. Sora deyif ki, ala, bu pulu sana da, gör neçə manat getdi. Deyif, sən öl, sanamaram.
195-196. AĞACLI KİŞİLƏR
Bı Kəbirri camahatı var bırda. Kəbirri camahatıynan Ovşar camahatının el davası düşür. Atmış ikinci illərdi ha. Söypət onnan gedir. (Bunu mənə danışıflar). Ovşarrar çox dəliqannı camahatdı da. Deyir, Ofşara hay gəldi ki, Kəbirriynən dava düşüp. Deyir, hamı köhnə maşınnan, atnan, eşşəhnən qaşdı dava isdiqamətinə. Deyir, nəysə gəldih dava yerinə. Mən uşağıydım, davıya qoşulmadım, aşağıda duruf baxırdım. Çatdım ki, Kəbirrilər sırıya düzülüflər, sanki əsgər nizam-intizamıdı. Hamısı üst paltarın soyunuf qoluna doluyuflar, əllərində də ağac, əsgər kimi sırıya düzülüflər. Bax o formada nizam-intizamlı savaş gedir. Kəbirrilər də köhnə el camahatıdı. Deyir, bı kəbirrilər gözdədilər, ovşarrar da üst paltarrarın soyundular, keşdilər, sırıya düzüldülər. Nə qədər ollar, bı qədər də bıllar. Artığ olmaz. Tam bərabər olmalıdı. Yaxınnaşdılar, – deyir, – dava başdadı. Bu təzə gələnnər də isdədilər qoşulsunnar davıya. Deyir, Ovşarın yaşdıları çıxdı qabağa, əllərinə ağacı aldılar, bı gələnnəri döydülər, qaytardılar. Öz camahatın döydülər qaytardılar. Deyir, dedilər, bı, el davasıdı, gərəh bərabərrih ola. Deyir, burda davanın özünün qaydaları varıydı. Yıxılan adamı vurmağ olmazdı. Arxadan kimisə vurmağ olmazdı, gərəh üz-üzə döyüşəsən. Nə kəbirri ofşara demiyif, belə eləməy olmaz, nə ofşarrı kəbirriyə. Amma hamı bilir ki, qayda belədi. Görümməz qaydalar var. Siz təsəvvür eliyin, heş kim heş kimə bını örgətmiyif, məşq keşmiyif. Ama sanki on illərdi ki, bıllar hazırraşıflar bı hadisiyə. Bı formada bir gün dava getdi. Çox ağır davaydı. O vaxdı da insannar indiki kimi zəyif dəyildilər ki, bayavoyuydular. Ovşarrar üsdün gəldi. Qolu qırılan, başı yarılan kim... Sora o adamnar bizə gəldi, getdi, deyir. El davasıydı deyə heç düşmənçilih də olmadı.
196.
Bizim atalarımız kalxozduxdan qavax tərəkəmə oluflar. Kalxozdux yaranannan sora mənim atam sahə qarolçusu oluf, bı kişinin də atası sahə qarolçusu oluf. İkisi də qonşu oluflar. Orda eyvazalılar deyillər, ollar da tərəkəmədi. Dayima elə-ovaya, dağa gedən adam oluflar, çox da qoçağ adam oluflar. Çomaxlarının qabağın heş kim ala bilmirmiş da. Orda dava düşüf. Mənim dədəmin qoruduğu yerə həmən bu çobannar tökülüf. Dava düşür – el davası. Orda tüfəh yoxdu ha, ağaş davası düşür. Mənim dədəm çox da səsdi adamıdı da. Qışqırır ki, ay Xanqulu, gəl. Xanqulu kişi atı minir. Buların arası da bir-iki kilometirdi. Kişi çatırır. Çatırır, atı buraxır. Deməli, iki qoja kişi irmi-irmi beş dənə çomaxlı adamnarın hamısın şil-küt eliyillər. Başı yarılan kim, qolu sınan kim. Davadan sora kişi (mənim atam) ağaca dirənif belə söhbət eliyirmiş. Biri qəfildən, daldan (kopoolunun biri kişi durduğu, söypət elədiyi yerdə) kişinin kürəyinə bir ağaş vırır. Bının başın yarmışımış da kişi, döymüşümüş. Bir qəfildən kişinin kürəyinnən vırır. Onun müdürü çatmışımış – fermanın müdürü. Müdür, deyir, atı minif düşüf mının dalına, bir-iki şallağnan vırıf ki, ə, köpöyoğlu, belə insanı adam vırardı? Vırırdın, döyürdünsə, sənnən döyüşürdü də, onda vırardın. Başın yareydın. Sora eyvazalıların kalxoz sədri maşının dalına heyvan qoyur, gəlir kişini görməyə. Görəh bullar nətəər insandı ki, iki kişi bir heylə adamın qavağın qaytardı. Dağda-aranda olların qavağına duran yoxumuş da. Əsl tərəkəməymişdər.
197-198. TƏRƏKƏMƏ OĞURLUQLARI
Atamın dayısı oluf. Bunun toyuymuş. Toy günü yoldaşdarı gəldi, dedi ki, gedəh oğurruğa. Gəlini də gətirif. Aşıx burda çala-çala, özü gediv oğurruğa. Oğurruxda bular bir nəfər adam vuruflar. Bunun da qulağına qara cücü giriv. Bular döyüşdə bir dənə çovan vuruflar, qaçıflar. Meyidi də götürüflər, aparıf şumda basdırıflar. İtiriflər dana. Gejə nənəm gözdüyüf, gəlsin bu. Hara gəlir? Savaxa yaxın görüflər başı çalmalı gəlir. Əşi, hardasan? Nədi? Da demiyif. Nəsə, açılıf ki, bu, oğurruğa gedif. Qulağna da cücü girif. Səhər qapını kəsiflər ki, elə adamı öldürən budu. Yox, bu döy. Öldürən ayrıdı. Nəsə, gəlif açıf deef ki, bə bunun qulağna cücü girifdi. Onnan sora o qan bağlanmıyıf. Neçə il o qan gedif. Elə axdarıflar. Tapmıyıflar. Soradan-soruya traxtor gedif yeri şumnuyanda onda onun meyidi çıxıfdı. Adı Rəsul oluf. Oların da dədəsi oluf Ağadədə. O, məşhur, ən yaxşı döyüşçü oluf. Deməh, o vaxdı irannılar bu tərəkəmə camahatına hücuma keçirmişdər. Gəlif burda qoyunnarı-zadı, hamısını yığıv aparırmışdar. Deməh, olar gəliflər. Bu Ağadədə bularnan döyüşüf. Bu da girif quyunun içində döyüşürmüş e. Deməh, olarnan döyüşdə irannılardan bir nəfər öldürüf. Öldürdüyü adam dokquz bajının bir qardaşı oluf. Oların dəsdənin kamandiri deef ki, bu adamı igiddiyinə görə öldürməy olmazdı. Amba dokquz bajının bir qardaşı öldürdüyünə görə bunu hansı yolnan da olsa, öldürməh lazımdı. Ağadədəni o vaxdı irannılar öldürüf.
Bu tərəkəmə o tərəkəmiyə oğurruğa gedirdi. Öz kəntdərinə yox, bir ayrı kəndə. Alpənahlı, Alqululular, Sərxannı36 – belə kətdər oluf hamısı. Eldən-elə oğurruğa gedirmişdər.
Əmimgil gediv oğurruğa. Nənəm də duruf həmişə çağırırdı ki, ay Kərim, uşaxlar getdi oğurruğa. (Kərim addı bir kişi vardı.) Arvatdan xəlvət gedirmişdər. Uşaxlar qayıdıv otururdu evdə dana. Da hara gedir ki? Kərim bildisə, aləm bildi. Bular xəlvət gedir. Bir dəfə də gediflər yenə. Bax belə yekə betonnan bal, yağ gətirmişdilər gələndə. Bular aranda getmiyiflər ha, dağda gediflər. Murat təpəsində gediflər, yaylaxda. Burdan deyiflər, ə, elə balnan yiməyə hərəmiz bir beton da yağ götürəh. Aparax balnan yeyilsin. Gətdilər. Nənəm dedi, nə bu balı, nə yağı evə qoymaram. Aparın qoyun odey, bax o düzə. Aparıf qoydular düzə. İndi bunu axı gərəh yeyəsən. Aparıf çöldə bir parça salıllar, sırfa kimi. Uşax tökülür orda balı-yağı qatışdırıf yeyir qəşəh, çıxıf gedir. Bax belə urvatsız elədi. Arvat qoymurdu evə. O qədər həylə oğurruxlar oluv o vaxlar.
198.
O qədir anamın atının tərkində yıxılmışam köş gedəndə. Müharbə illəriydi. Onda uşağıdım. Getdik, Həkəri çayı deerik. Müharbədə bir qardaşım qalıf. İndi ona nişan paltarı almışıx gərdəhliyinə, hər şeyin alıf yığmışıx. Getdih həmən o Həkəri çayının o tayına düşdüh. Belə bu boyda bir çəmadandı. Bir də biz xurcun deerdih, toxunma, qəşəh, ağzına da kilit vurordux, ona yığerdıx. Xurcunnan çəmadanı qoymuşux. Həmən qardaşım da, itgin getdi, heş qayıtmadı da. İndi dağa çıxejıyıx, ona toy eleyjiyih. And olsan Allaha, gejə gəliflər. (Deer, bizim üsdümüzə ölü torpağı səpiflər). Bax çəmadanı da götürüflər, xurcunu da götürüflər. Təmiz öyü yığıflar. Elə bir yatacağmız qalıf. Alaçıx. Köş gederih dana. Səhər açıldı. Anam qışqırdı: “Uyy, ay bala”. Qardaşım əl atdı anamı tutdu ku, deyjəhlər, bu boyda oğlun yanında, tüfəh də yanında, öyün yarıf, nişan, toy paltarını aparıflar. Dəymə. Allah rəhmət eləsin, mənim atam Quran oxuyanıdı. O çəmadanın üsdə də Quranı qoymuşdu ku, bəlkə də biri dana nazarına gətirər, götürməz. Qurana bağışdar, qoar. Quranı da, çamadanı da aparıf, deməli, düşdüymüz məhlədən aralı qoymuşdular, için təmiz boşaltmışdılar. İçini aparıf, Quranı da qoyuflar üsdünə. Səhər orya-burya gəzdilər. Dedilər, odey, Quran orda varağ-varağ oluf, tökülüfdü. O adam da bildih kimdi. Onun qızdarı bizim qapıya dilənməyə gəldi. Qardaşımı müharbiyə apardılar. Həmən qardaşım getdi müharbiyə, heş toy da eləmədi. Oğurrux bax belə vardı.
Dostları ilə paylaş: |