Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə10/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

171.

İtin təzə doğulan balasına küçüh deyillər. Küçüh biraz ye­kə­lə­nən­də olur ənih. Dişisi qancıxdı. Erkəyi də itdi də. Küçüyün qu­la­ğın kəsmillər. Küçüh olan kimi qulağın burullar belə, çıxardıllar. Lap o ilk vaxlarında, iki-üş günlüh olanda onun qulağı yumşax to­xu­malardan ibarət olur. Bur belə, qopar, at ayna. Elə bil ki, bir tikan ba­tıf əlinə, çıxart. Səbəbi nədi? Qulaxsız itdərin eşitmə qabiliyəti yax­şıdı. Yəni onda sərvaxd olullar. Birinci nöbədə budu. Bir də it quy­­ruxlu olsa, davada-zadda boğuşanda özünü ələ verir. Həm də bit­­di-birəli olur. Ona görə də quyruğunu da kəsiv atıllar, qulağını da çı­xardıllar. Bu olur çovan itdəri. Amba qalankını qulaxlı saxlıyıllar.

Tərəkəmənin itinə ağaş vurunca, təpəsinə vursan, onnan ra­hat­dı. Tərəkəmə həməşə köç eliyəndə hökmən qazan götürür, itə yem, yal bişirməhçün. İt saldatdı ey. Sürünü saxlıyan odu. Bəzən tə­rə­kəmə özünə çörəh götümür, özünə tədarük götümür. Amba iti­nin yal qa­za­nı­nı götürür kü, o, aj qala bilər. İtə baxmax lazımdı. Hey­vanı sax­lı­yan itdi. Deer, kimin yaxşı iti varsa, elə bil ki, beş-altı kö­məyi var. Ona görə it qiymətdidi. Bizdə bir Tatallar kəndi var. Yax­şı it sax­lı­yıl­lar olar. Oların itinə çırtma vursan, adamı öl­dü­rəl­lər.
172.

Qardaşımın Ağbiləy addı bir iti vardı. Yekə itdi, heyvərə. Çəm­bər quyruxdu. İki biləyində ağ səkil olduğuna görə buna Ağ­bi­ləh deerdih. Qağam yoruluf gəlif yatıfdı. Söykənif çubuğa, yu­xu­lu­yuf. Mən də bunun böyründə yatmışam. Dədəm qaroul çəkir hey­va­na. Canavar-manavar bura girən kol döy. Ağbiləh də açıxdı. Bax, əziz­dərimin goru hakqı, gördüm kü, qapının böyrünnən it başını sal­­dı içəri. İki dəfə hav, hav hürdü içəri. Bax helə and içirəm, bu bə­rəkət hakqı, imamın çayı hakqı, girdi ağız atdı kişinin üsdündəki çu­la. Silkələdi belə. Kişi yuxudan oyandı, durdu. İt getdi. Qağam çıx­dı çölə. Qoyun yoxdu. (Ə, hanı tərəkəmənin o günü? İş oydu e). Ayə, atı minin, atdanın. Fərmayıl da quzuya gedir. Fərmayıl da bir at mindi, bu tərəfə. Tarapbatarap gəzdilər, qoyunnan əsər-əlamət yox­du. Qayıtdı kişi bir-iki güllə atdı. Atın üsdündə hay gəl, hay. At­ın əyağının səsi çox pis şakqıldeer e. Ə, gördüm şarakhaşarak mil­lət gəlir e. Ayə, gəl, güllə atma. Bir dəyğənin içində Budaxlının fer­­malarınnan hamsı, atdılar cəmləşdi bura. Ə, nədi? Qoyunnar yox­du. Ferma müdü­rü dedi, ə, atdarı da sərbəs sürün. Atın şak­qıl­tı­sı­na qoyun aradan çıxar. Atdarı yavaş sürün. Sən filan dəriyə, sən fi­lan obuya, sən filan obuya, sən filan yerə. Bölüşdülər, baxdılar üç-üç, iki-iki, bir-bir. Hərə bir istiqamətə döşədi atı. İşıxlandı. Atdılar qa­yıtdı, boş gəldi. Qoyun yoxa çıxıb. İt də yoxdu. Ağbiləh də ki ona görə kişini dartırmış ki, qoymuyun. Bir də gördüh Şirin quma sa­rı gedir it. Atdılar da qayıdıf gəlmişdilər. Elə interesə bunun da­lın­nan şarpaşurp getdilər. Gedillər ki, Şirin Qumda Boz Qovu de­yi­lən yer var. İtdər qoyunu dolduruv o Boz Qovuya. Saldat kimi alıf­lar qoyunu mühasiriyə. Ağbiləh də, o biri itdər elə vəziyətdədilər ki, üzdəri, başdarı hamsı qandı. Demə, canavarnan döyüşürmüş e bu­lar. Bir dənə heyvan verməmişdilər e. Qoyunu sanamışdılar, gör­müş­dülər düpbədüz. Ona görə də iti vurmağ olmaz. Elə orda qağam bir qoçu kəsif, paylamışdı o itdərə.


173. ATLAR HAQQINDA
Atın balasına lap sifdə qulun deellər. Yəni o anasının əlində dü­zələnə qədər qulundu. On günnən sora artığ o keçir dayçıya. Dişi at, tutax ki, yaşı var, muna deellər qulan. Erkəyinə deellər day. Yaş ya­rımnan sora da onu örgədillər minilməyə, yühlənməyə. Onnan so­ra erkəyi olur ayğır. At bala verdisə, döl verdisə, artıx bu oldu mad­yan. Yabı atın axmağına deellər. Elə çox yarıyan döy. Buna de­el­lər yabı.
174-175. DƏVƏLƏR HAQQINDA
Dəvə qatarına gallah deerlər. Dokquz dəvəni arxa-arxıya bağ­le­erdılar, ona gallah deerdilər. Dəvə qatarranıf gederdi. Qavağında da bir yaxşı nər olordu. Qavağındakı nərin muncuğu olordu qotaz­dı. Dəvənin osarında muncuxlu döşdüyü olordu. Gəvədən toxuyuf döş­düh vurordular. Osarında olurdu muncux. Qotazı olurdu ba­şın­da. Nərin bırasında (boğazını göstərir – top.) qomru olordu.

175.

Çoxlu dəvə saxlıyana gəlladar deellər. Qoyununku sürüdü. Ma­­lınkı naxırdı. Atınkı ilxıdı. Dəvəninki gəllahdı. Dəviyə sürü de­məz­dər.

Dəvə də doğulanda köşəhdi. Köşəhdən sora olur maya. Day­lax, maya, nər. Belə gedir. Dəvə var, yük üçün, dəvə var, minməy üçün. Dəvənin də bir neçə növu var ha. Bax, balxı var. Balxı o topa kö­yənni olur. Dilçəhli deellər ona. Balxılar bir az caydağ olullar. Ne­jə tək təkər araba kimi əyaxları sürüşən olur, tez yıxılan olullar. Yüh götürməh qabiliyətdəri də bir o qədər olmur. Balxıyla neft da­şı­yıllarmış Bakıdan. Ama o maya dediyin çox gözəl heyvandı, sə­li­qə­lidi, döl verəndi. Nər də ki erkəyinə deellər. Nər adamcıldı. Ama nə vax? Olar yazda qızıllar. Gəlir mart ayı qutarır. Mart ayı quta­ran­nan sora nərrər qızajax. Ağızdarınnan köpüh daşdanajax. Dəviyə bir pisdih eləsən, əgər vursan, döysən, bax bu vaxda saxlıyır, kin­ni­di. Bax bu vaxdı o çalışır ki, qisasını ala. O adamı tutsa, nətəər öl­dü­rür? Nə onu yerə çırpır, nə bir şey eləmir. Onun sinəsində belə fır var, zindan deyillər ona. Nərin zindanıdı bu. Tutduğu adamı qoyur ora. Yatır üstündə. O ölənə qədər üsdünnən qalxmaz. Bütün ağır­rı­ğı­nı da salır onun üsdünə.

O insan kimi nəfər gedir. Heyvan başdı, dəvə nəfər. Dəviyə də adam kimi nəfər deyəllər. Məsələn, beş baş dəvəm var yox, beş nə­fər dəvəm var deyəllər.

İki yerdən kəsilir dəvə. Bir burdan, bir burdan (əlini boğazına apa­rır – top.). Onun boyun fəqərəsi çox uzundu. Qan getmir də. Qan çıxsın deyə onu iki yerdən kəsillər. Dəvənin südünü də sa­ğan­nar olur. Yunu da ki özgə şeydi. Onnan nə toxuyullarsa, nə dü­zəl­dir­sə, o da cana xeyirdi. Dəvənin yunu burun çəpərində qan­ax­­mada dər­­mandı. Onu yandırıb iyini versən, qanaxma dayanır. Də­vənin ən qüv­­vətdi südiyidi. Dəvənin siydiyi asma xəsdəliyinin dər­manıdı. İç­məh lazımdı amma. Dəvə həm də halal heyvandı. Xa­yin adam gəlif mi­nəndə dəvə az qalır onun başın qopartsın ha.

176-177. ADAMCIL NƏRLƏR
Mənim bir qohumum varıdı Alxannı kəndinnən. Dəveynən bi­zim kəndə gəlmişdi – bizim əvə. Bı dəvə də qızmış dəveymiş. Mən çox aralıydım. O Edilli yolu yuxarı gedirdi. Bir az nəmişdiyidi de­yin, oreynan gedirdi ki, gedə çıxa bizə. (Ora daşdı yoldu). Mən də qo­yun otarırdım. Bir də gördüm, məni görüp dəvə maa tərəf gəlir. Qaş­dım çıxdım armıdın yanına. Armıt varıdı e orda. Bı, yolun saldı o dərənin qırağı yuxarı, başdadı getməyə. Gəl­dim axşamçağı gördüm hə, bıde bizim qapıda həmən dəvə ya­tıp. Ə, bı dəvə məni hərriyirdi, bı nə olan şeydi? Rəhmətdih nənəm qa­yıtdı ki, Səfər dayıındı. (Adı Sə­fə­ri­di kişinin). Həə, dəvə məni gör­dü, bir də qalxdı əyağa. Ə, mən bına neynəmişəm? Bını ölsün. Də­və qalxdı belə quyruğun başdadı döy­mə­yə, quyruğun g..ünə dö­yür. Səfər gəldi dəvəni yatırtdı, quyruğun bağladı belinə. O quy­ru­ğun döydühcən qızışır dana. İşiyir quyru­ğu­na, döyür ora, qızışır. Sə­hər dədəm dedi ki, kişi, nəyə gəlmisən? Azın­nan-çoxunnan gö­tür, düş yola e. Bı dəvə bırda qalsa, bir xata tö­rə­dəjəh. Rədd elə bını bır­dan.
177.

Deyillər ki, nər adamcıldı. O qızanda həylə olur. Vaxd olur, kö­püy ater ağzınnan. İsdeer ki, dəveynən görüşə. Onda o təmiz hes zad yemer, bax ortası belə olor (əli ilə balaca yumru göstərir – top.). Yanına adam getsə, alıf, qoyuv altına, öldürördü. Bax, qaraltı gör­dümü, özün çatdırmalıdı. O nərin qızan vaxdı nəri xoyluyullar, qıl­çaların bağlıyıllar.

Dəvəmiz çox oluf, bala. İndi gəlif belə daşa qısıldığıma bax­ma. Qoyunumuz, malımız, dəvəmiz çox oluf. Dəviyə maya, nər de­yir­dih. Maya dişiyə deyillər, nər erkəyə deyillər. Balası da köşəh. Bu­ğur da o gəzdə32 olur e, belə haça. Bax ona da buğur deellər.

178. CEYRANLAR HAQQINDA
Deerdilər, əyə, əyə, qoymuyun xamı cığ33 basdı, cığı çıxardın. Cığ­da bəlkə beş yüz, altı yüz ceyran olordu. Cığ xama girdisə, qo­yu­nun otun təmiz yeerdi, qalerdı quru yerdə. Gederdilər atnan. Tü­fəh atırdılar kin, cığ qaçsın, getsin. Özü də topa getməzdi. Olar bir-bi­ri­nin dalıncan gedərdi. Bax belə cərgeynən. Bax biri gederdi qa­vax­da, o birilər də düzülördü dalınca. Göz işdədihcən görördün ki, ge­der.
TƏRƏKƏMƏ YEMƏKLƏRİ
179. QIZARTMA
O vax dağda qoyunu kəserdilər. Sajı qoyurduğ ojağın üsdünə. Əti tökördülər sajdakı yağın içinə, canın üçün, ta bir yeməli ol­or­du kin, ayrı forma. Qızartma deerdilər. Katlet qızardırdığ ha, o for­mu bişerdi. Onun ləzəti ayrı olordu. Sağınnan kəsilmiş heyvan, da­ğın ba­şında otdamış heyvan. Sajın da içində yağnan qı­zar­der­dı­lar, əm­cəh yağıynan.
180. QATMALI
Gederdih pencər dənnəməyə. Pencəri dənnerdih. Anam de­er­di, ay bala, dənniyin, umac pişirəh. Gətirerdi bir qazan pencərnən uma­cı pişirirdi qatı. Umacı ovordu, pencərnən bişirerdi. Bişənnən so­ra qazannan tökördü teşdə, soyuyordu. Soyuyannan sora ayranı tö­kördü o umacnan pencərin üsdünə dana. Belə çömçüynən qa­rış­dı­rer­dı, vererdi içerdih. O yeməyin adı qatmalıdı. Qatmalı deyillər. Bax belə yaşamışıx, bala.
181. BAĞIR-BEYİN
Bir əmlih kəsersən – quzu. Onun quyruğun dört bölörsən. Əti də belə doğroorsan, tökörsən qazana, qayneer. Qayneer, tökörsən teş­də, soyuyur. Bağırı da atersan, quyruğu da atersan, bir də qara bağ­rı atersan, qəşəy orda qayneer, həll olor. Bir də başın soyuf, bey­ni çıxardersan. Onu da atersan ətnən, quyruxnan qayneer. Ordan qa­ra bağırı da götürörsən, quyruğu da, beyni də – quzunun beynin. Əlin­də əzersən. (Onda maşın yoxudu). Əlində belə qara bağrı əzer­sən, quyruğu əzersən. O beyni tökörsən olların içinə, belə həll eleer­sən. Qayıdırsan qara isdotu səpersən. Sora dağlarda ətotu biter. Onu qum təki eliyiv onnan səpersən. Duzu səpersən. Soyutmaya duzu sə­persən, qoyersan mejməyidə gələn qonağın qavağına, yerdə. (Stol yo­xuydu). Yerdə yeellər. Bax bağır-beyin odu.
182-183. CANAÇƏKMƏ34
Düyünü tököllər, pişirellər. Aş təki südə töküf pişirellər. Qo­yul­lar yerə. Onun təmiz südün çəkellər, bir də qoyullar üsdə. Təmiz aş tək olor. Onun ortasın yarellar, yağı töküf yeellər, bala. Buna da de­erdih canaçəhmə. Südnən pişer. Ələzığ da atellar içinə – dağ otu.
183.

Dağda cannan çəhmə bişirirdim. Cannan çəhməni düyüdən bi­şirirsən, ləzzətdi. Düyünü südünən qaynadırsan. Qayıdıv onun hə­li­min alırsan. Sora onu yağnan dəmniyirsən. Üsdünə də qara hazır­rı­yırsan. Quzunu kəsdirirsən. Qəşəh quzu ətinnən, quru gavalıdan, qu­ru ərihdən... tökürsən qarıya. Onnan qayıdıv üsdə də yağ tö­kür­sən, yeyirsən. Cannan çəhməni elə bişirirdim.


184. ŞAMPUR
Ojağı qaleersan. Belə-belə dilimniyersan əti, bu uzunnuxda. Qa­­yıdırsan tökörsan o közün üsdünə. Orda qızarer. Çırpersan qo­yer­san qava, yeersən. Şampur ona deyellər. Közün üsdə bişer.
185. QOVURMA
İndi ət azdı deyin, qovurma eliyən azdı. Quzunun ətin qo­vur­ma eliyirdih, yığırdıx böyüh qablara. Qovurmanı qəşəh doğ­ru­yur­dux, nejə kavaf deyillər e, tava kavavı. Bax o fasonda doğ­ru­yur­dux. Öz yağıynan erkəy ətini bişirirdih, yığırdıx böyüh qablara. Elə bil, qış düşür, day gəlirih arana. Aranda yeyirdih qovurmanı. İndi kim­­di qovurma eliyən?
186. BUĞLAMA
Dərələyəzdilər dağın gicitcənini yığırdılar, qabığın sıyı­rır­dı­lar. Bir kiloyatan yığırdılar onun özəyin, gətirirdilər. Doğruyurdular so­ğanın birin, ikisin. Dərinin yağınnan çıxarırdılar, soğanı qo­or­ur­du­lar. Bu gicitkəni də töküb bunnan qoorub, içinə də bir-iki istəkan su tökərdilər. Onun bibarın tökərdilər, zoğal axtasın da tökərdilər, hər bir ədavasını tökərdilər. Yeyəndə adama ləzət eliyir. O yeməyin adı buğlamadı.
187. YUXA
Otaxların içinnən təndir qoyurdular. O təndiri də gərmə de­yir­di­lər, onnan yandırırdılar. Yuxardan bir belə baja açıllar. O tüsdü or­dan pramoy cölə çıxır. Çörəyi nə təhər bişirirdilər? Bunnan irəli xa­mıra deyirih də. Xamırı xamıra ilə yoğururdux. (Hamma hindi droj­nan yoğurullar, birəz də çox qalanda görürsən ki, içi xamır kimi olur). Dörd arvad bir meşox unu bir gündə bişirməlidi ki, bir ay ye­yə. Az külfət olanda bir ay gedirdi, çox külfətə iki meşox bi­şi­rir­di­lər. Deməli, arvadın ikisi yayırdı, biri (def lapatqa kimi olurdu. Sa­pı uzun olurdu. Başında da belə döşəkcə qayırırlar, yuxanı ora sa­lır­dı­lar.) yuxanı defin üsdünə salıf təndirə vururdu. Biri də şişnən çı­xar­dır. Tez-tez götüməlisən, elə vuran kimi bişir. Bir meşoğu dörd ar­vad bişirir. Qonşular birrəşirdi, buyün maa bişiririh, sabah ona bi­şi­rirdih, birigün ona bişirirdih. Həfdeynən gedirdi. Bişən yuxanı du­a­ğın üsdünə yığır, üsdün sırpaynən örtüllər. Hər çörəh yeyəndə isdi su­dan belə çiliyirdilər yuxuya, bükürdülər sırpaya. Çörəh yeyəndə qat­dıyıb belə dördkünc, qoyurdular ora. Çörəyi Dərələyəzin ca­ma­ha­tı heylə bişirif yeyirdilər. (Mənim ana tərəfim Dərələyəzdəndi).
188. TƏNDİR KABABI
Təndirdə kabap pişirirdih. Çörəyi yapıb qutarannan sora tən­di­rin közün közərdirdih. Qabı varıdı, saj deyirdih, təndir sajı. Dü­zür­düh əti ora, hər ədvasın vururdux, qapağın da qoyurduğ ağzına. Bi­lirdih də nə qədər vaxda hazır olajax. Gedip çöörürdüh bir də o üzü­nə, baxırdığ ki, qıpqırmızı qızarıf. Hələ şiş kababınnan o yaxşı olur­du. İndi hanı?
189. FƏSƏLİ
Fəsəli bişirirdih yağlı. Belə qəşəh yayırdıx yuxa kimi. Bü­kür­düh onu. Bir də yayıf, bir də yağlıyırdıx şirniyat qarışıx. Qayıdıv onu bir də əlimiznən yayıf, qoyurdux, deşdəhliyirdih. Altına bir az yağ tökürdüh. Örtürdüy ağzını, qoyurdux təndirə, bişirdi.

Fəsəlini sajda da pişirirdih. Genə o fasonda yayırdıx. Pe­sox­nan, şirniyatnan, yumurtaynan yoğururduğ. Həbelə deşdəhliyif, altı­na da yağ tökürdüh, üsdünə də yağ töküf qavına qoyurdux. Sajayax de­yi­rih, üçayaxlı. Təndirin közün belə yayıf qoyurdux sajayağı tən­di­rə, qoyurdux həmən qabı üsdə, gəlirdih ki, pişif. Hər ikisi yaxşıy­dı. Pis odu, olmuyoydu. Burda eləmirih nə kömbəni, nə fəsəlini. İn­di­kilər eləmir. İndikilər biskivit eliyir, kətə bişirir. Əziyətdidi, ona gö­rə eləmillər. İndi bıllar da mana çətin gəlir. Nejə indiki mana çə­tin gəlir, o vədəki də bıllara çətindi.


190. KÖMBƏ
Xamırı belə yayırsan. Yayannan sora onu bir də pükə-pükə kün­dəliyirsən. Sora onu əlnən yayırsan o qab qərəli. Gərəy onun ya­ğı hopa canına. O yeddi qat olur. Xamırına yumurta, şirniyat, pe­sux qatırsan, kündəliyirsən. Yayıv üsdün yağlıyırdın. Qayıdıv onu pü­kürsən, bir də yannarın da qatdıyıf bir də yayırsan. Bı səfər əlin­nən yayırsan. O qabın içi qədər. Qayıdıv onu qəşəh qoyursan qaba, ağ­zın örtüf qoyursan təndirə, üsdünə də qoru çəkirsən, vaxdın bi­lir­din, gedif götürürdün ki, bişip.
191. MOTAL
Qoyunu kəserdilər, onun qursağın yuyuf, duzduyurdular, ater­dılar məfdilə, quruyurdu. Onu bir üş kilolux saxsı küpüyə ater­dı­lar. Suyu da qaynadıb, bir litir, iki litir tökörlər üsdünə. Onun içi­nə duz atellar, turşu atellar, bir dənə zoğal axdası aterdılar. Soora onun içinə toxmaya (quzu sifdə ağuzu əməndə onun toxmayası olor) aterdılar. O, bir on gün qalanda yetişer. Olur safsarı maya. Qo­yunu sa­ğıf gətirirdih, süzördüh, bunun mayasın aterdıx. Maya atannan sora görüsən pendir olor, qəşəy. Onu qaşıxnan, çömçəynən kəser­sən. Bir belə kəsersən, bir də belə kəsersən, onun suyu çıxer. Suyu çı­­xannan sora onu qəşəy ağ torvalara tökörsən, süzörsən. Burorsan ağ­zın, qoyursan bir qaba, üsdünə də daş qoyursan, bir-iki saat qa­lan­da süzülör. Onu götürüf belə dördkünc, lay-lay (bu qalınnıxda) doğ­ruyorux. Yığerdıx qazana, üsdən də belə duzu çiliyerdih ki, bo­şal­masın. Bir gün qalannan sora yığerdıx motala.

Cılğı deerdilər. Qoyunun dərisin ət üzünə elə-belə üş kəsib be­lə qoyordular orya. Orda dəyerdi. Suyu çəkilerdi. Qoyunun də­ri­sin yolordular, ağapbağ eliyerdilər. Pişih ciynağı olur düzdə. Ge­der­­dilər, yığerdılar arvatdar, qaynaderdılar. (Pişiy ciynağı başı ti­kan­nı olor, qaynadanda qıpqırmızı olur. Elə tikannı şeydi. Başında da belə qozu olur). Dərini ağarderdılar sifdə, qoyunun dərisin. Pişih ciynağını qaynadanda qıfqırmızı suyu olordu. Bını soyudordular. So­yu­dannan sora bı dərini baserdılar ora. Ağarmış dərini. İki gün qa­lerdı. Deerdin, qıfqırmızı boyaxdı. Sora dərinin g..ün tikerdilər, çi­lihliyerdilər bunu, ağaşdan da çilih qayırerdılar, belə yığerdılar qat­meynan bağlıyıf... (Çilihləmə deyirdiy ona). Tənəyin ağzın bax, bax, bax belə eliyerdi, tənəyi eliyerdilər (yumşax vaxdı), belə eli­yer­dilər. Bunun ağzın çəmbərleerdilər çubuğuynan. Bı yekəlihdə olor­du. İçini dolduruf, ağzın iyneynən tikerdilər.


192. EYMƏ35
Qatığı çalerdılar bir qazan, üsdünə bir kilo-iki kilo çiyə tö­kör­dü­lər, pişirer­di­lər.­ Tökördülər eymiyə. Tökördülər ona, çalxeer­dı­lar. Cığıldıyanda deyerdilər, bıde oldu. Tökördülər qazana, üzün­ yı­ğer­dılar yağın. Ta onu iki boşqav yesan da, ürəyına dəyməz. Tö­kör­dü­lər orya, yağı götürördülər.
193. TƏRƏKƏMƏ PAPAQLARI
Yapba papax vardı, kətil papax vardı. Kətil papax bilirsən han­­sıdı? Yuxarıları belə kətil üsdünə oxşuyan, taburetka üsdünə ox­şu­yan papaxlar olurdu e. Bağlanırdı e, burdan da. Qulaxlı papaxlar bur­dan bağlanırdı. Üsdü belə kətil kimi olurdu. O, kətil papağıdı.

Biri də vardı, yapba papax. Saçaxlı çoban papağı. Yanı onun qu­laxlığı-zadı olmur. Qoyun dərisinnən tikilir. Əsasən də, qara qo­yun dərisinnən hazırranır.


TƏRƏKƏMƏ XARAKTERİ
194. SƏN ÖL, SANAMARAM
Atam gedif Xanqulu dayının yanına. Gedif deyif ki, Xanqulu ki­şi, maa bir az əlborcu pul ver. Bir üş min manat. O vaxdı üş ma­nat da çox böyüh puluydu. Çətin tapılan puluydu. Deyif:

– Ay Zərda (yoldaşının da adı Zərda xalaydı), o mütəkgəni bır­ya gətir.

Mütək­gə­ni gətirif, ta kişi almıyıf, Xanqulu kişi mütəkgəni gö­tü­müyüf. De­yif:

– Həmid (mənim atam), nə qədər götürsən götü.

Mütəkgənin için­də pul teyxa doludu. Gör insannar arasında nə qədər etibar varı­mış.

Deyif:


– Ə, ver dana üş min manat.

Deyif:


– Saa deyirəm götü. Sora deyif ki, ala, bu pulu sana da, gör ne­çə manat getdi. Deyif, sən öl, sanamaram.
195-196. AĞACLI KİŞİLƏR
Bı Kəbirri camahatı var bırda. Kəbirri camahatıynan Ovşar ca­ma­­hatının el davası düşür. Atmış ikinci illərdi ha. Söypət onnan ge­dir. (Bunu mənə danışıflar). Ovşarrar çox dəliqannı camahatdı da. De­yir, Ofşara hay gəldi ki, Kəbirriynən dava düşüp. Deyir, hamı köh­nə maşınnan, atnan, eşşəhnən qaşdı dava isdiqamətinə. Deyir, nəy­­sə gəldih dava yerinə. Mən uşağıydım, davıya qoşulmadım, aşa­ğı­da duruf baxırdım. Çatdım ki, Kəbirrilər sırıya düzülüflər, sanki əs­gər nizam-intizamıdı. Hamısı üst paltarın soyu­nuf qoluna do­lu­yuf­lar, əllərində də ağac, əsgər kimi sırıya dü­zü­lüf­lər. Bax o for­ma­da nizam-intizamlı savaş gedir. Kəbirrilər də köhnə el camahatıdı. De­yir, bı kəbirrilər gözdədilər, ovşarrar da üst pal­tar­ra­rın soyun­du­lar, keşdilər, sırıya düzüldülər. Nə qədər ollar, bı qədər də bıllar. Ar­tığ olmaz. Tam bərabər olmalıdı. Yaxınnaşdılar, – deyir, – dava baş­dadı. Bu təzə gələnnər də isdədilər qoşulsunnar davıya. Deyir, Ov­şarın yaşdıları çıxdı qabağa, əllərinə ağacı aldılar, bı gələnnəri döy­dülər, qaytardılar. Öz camahatın döydülər qay­tar­dılar. Deyir, de­dilər, bı, el davasıdı, gərəh bərabərrih ola. Deyir, burda davanın özü­nün qaydaları varıydı. Yıxılan adamı vur­mağ olmazdı. Arxadan ki­m­isə vurmağ olmazdı, gərəh üz-üzə döyüşəsən. Nə kəbirri ofşara de­miyif, belə eləməy olmaz, nə ofşarrı kəbirriyə. Amma hamı bilir ki, qayda belədi. Görümməz qaydalar var. Siz təsəvvür eliyin, heş kim heş kimə bını örgətmiyif, məşq keş­miyif. Ama sanki on illərdi ki, bıllar hazırraşıflar bı hadisiyə. Bı for­mada bir gün dava getdi. Çox ağır davaydı. O vaxdı da insannar indiki kimi zəyif dəyildilər ki, bayavoyuydular. Ovşarrar üsdün gəldi. Qolu qırılan, başı yarılan kim... Sora o adamnar bizə gəldi, getdi, deyir. El davasıydı deyə heç düşmənçilih də olmadı.
196.

Bizim atalarımız kalxozduxdan qavax tərəkəmə oluflar. Kal­xoz­dux yaranannan sora mənim atam sahə qarolçusu oluf, bı kişi­nin də atası sahə qarolçusu oluf. İkisi də qonşu oluflar. Orda eyva­za­lılar deyillər, ollar da tərəkəmədi. Dayima elə-ovaya, dağa gedən adam oluflar, çox da qoçağ adam oluflar. Çomaxlarının qabağın heş kim ala bilmirmiş da. Orda dava düşüf. Mənim dədəmin qoruduğu ye­rə həmən bu çobannar tökülüf. Dava düşür – el davası. Orda tü­fəh­ yoxdu ha, ağaş davası düşür. Mənim dədəm çox da səsdi ada­mı­dı da. Qışqırır ki, ay Xanqulu, gəl. Xanqulu kişi atı minir. Bu­la­rın arası da bir-iki kilometirdi. Kişi çatırır. Çatırır, atı buraxır. De­mə­li, iki qoja kişi irmi-irmi beş dənə çomaxlı adamnarın hamısın şil-küt eliyillər. Başı yarılan kim, qolu sınan kim. Davadan sora kişi (mə­­nim atam) ağaca dirənif belə söhbət eliyirmiş. Biri qəfildən, dal­dan (kopoolunun biri kişi durduğu, söypət elədiyi yerdə) kişinin kü­rəyinə bir ağaş vırır. Bının başın yarmışımış da kişi, döy­mü­şü­müş. Bir qəfildən kişinin kürəyinnən vırır. Onun müdürü çatmışı­mış – fermanın müdürü. Müdür, deyir, atı minif düşüf mının dalına, bir-iki şallağnan vırıf ki, ə, köpöyoğlu, belə insanı adam vırardı? Vı­rırdın, döyürdünsə, sənnən döyüşürdü də, onda vırardın. Başın ya­reydın. Sora eyvazalıların kalxoz sədri maşının dalına heyvan qo­yur, gəlir kişini görməyə. Görəh bullar nətəər insandı ki, iki kişi bir hey­lə adamın qavağın qaytardı. Dağda-aranda olların qavağına du­ran yoxumuş da. Əsl tərəkəməymişdər.




197-198. TƏRƏKƏMƏ OĞURLUQLARI
Atamın dayısı oluf. Bunun toyuymuş. Toy günü yoldaşdarı gəl­­di, dedi ki, gedəh oğurruğa. Gəlini də gətirif. Aşıx burda çala-ça­la, özü gediv oğurruğa. Oğurruxda bular bir nəfər adam vuruflar. Bu­nun da qulağına qara cücü giriv. Bular döyüşdə bir dənə çovan vu­ruflar, qaçıflar. Meyidi də götürüflər, aparıf şumda basdırıflar. İti­riflər dana. Gejə nənəm gözdüyüf, gəlsin bu. Hara gəlir? Savaxa ya­xın görüflər başı çalmalı gəlir. Əşi, hardasan? Nədi? Da demiyif. Nə­sə, açılıf ki, bu, oğurruğa gedif. Qulağna da cücü girif. Səhər qa­pı­nı kəsiflər ki, elə adamı öldürən budu. Yox, bu döy. Öldürən ay­rı­dı. Nəsə, gəlif açıf deef ki, bə bunun qulağna cücü girifdi. Onnan so­ra o qan bağlanmıyıf. Neçə il o qan gedif. Elə axdarıflar. Tap­mı­yıf­lar. Soradan-soruya traxtor gedif yeri şumnuyanda onda onun me­yi­di çıxıfdı. Adı Rəsul oluf. Oların da dədəsi oluf Ağadədə. O, məş­hur, ən yaxşı döyüşçü oluf. Deməh, o vaxdı irannılar bu tərə­kə­mə camahatına hücuma keçirmişdər. Gəlif burda qoyunnarı-zadı, ha­mısını yığıv aparırmışdar. Deməh, olar gəliflər. Bu Ağadədə bu­lar­­nan döyüşüf. Bu da girif quyunun içində döyüşürmüş e. Deməh, olar­nan döyüşdə irannılardan bir nəfər öldürüf. Öldürdüyü adam dok­quz bajının bir qardaşı oluf. Oların dəsdənin kamandiri deef ki, bu adamı igiddiyinə görə öldürməy olmazdı. Amba dokquz bajının bir qardaşı öldürdüyünə görə bunu hansı yolnan da olsa, öldürməh la­zımdı. Ağadədəni o vaxdı irannılar öldürüf.

Bu tərəkəmə o tərəkəmiyə oğurruğa gedirdi. Öz kəntdərinə yox, bir ayrı kəndə. Alpənahlı, Alqululular, Sərxannı36 – belə kətdər oluf hamısı. Eldən-elə oğurruğa gedirmişdər.

Əmimgil gediv oğurruğa. Nənəm də duruf həmişə çağırırdı ki, ay Kərim, uşaxlar getdi oğurruğa. (Kərim addı bir kişi vardı.) Ar­vat­dan xəlvət gedirmişdər. Uşaxlar qayıdıv otururdu evdə dana. Da ha­ra gedir ki? Kərim bildisə, aləm bildi. Bular xəlvət gedir. Bir dəfə də gediflər yenə. Bax belə yekə betonnan bal, yağ gətirmişdilər gə­lən­də. Bular aranda getmiyiflər ha, dağda gediflər. Murat təpəsində ge­diflər, yaylaxda. Burdan deyiflər, ə, elə balnan yiməyə hərəmiz bir beton da yağ götürəh. Aparax balnan yeyilsin. Gətdilər. Nənəm de­di, nə bu balı, nə yağı evə qoymaram. Aparın qoyun odey, bax o dü­zə. Aparıf qoydular düzə. İndi bunu axı gərəh yeyəsən. Aparıf çöl­də bir parça salıllar, sırfa kimi. Uşax tökülür orda balı-yağı qa­tış­dırıf yeyir qəşəh, çıxıf gedir. Bax belə urvatsız elədi. Arvat qoy­mur­du evə. O qədər həylə oğurruxlar oluv o vaxlar.
198.

O qədir anamın atının tərkində yıxılmışam köş gedəndə. Mü­har­bə illəriydi. Onda uşağıdım. Getdik, Həkəri çayı deerik. Mühar­bə­də bir qardaşım qalıf. İndi ona nişan paltarı almışıx gərdəhliyinə, hər şeyin alıf yığmışıx. Getdih həmən o Həkəri çayının o tayına düş­düh. Belə bu boyda bir çəmadandı. Bir də biz xurcun deerdih, to­xun­ma, qəşəh, ağzına da kilit vurordux, ona yığerdıx. Xurcunnan çə­madanı qoymuşux. Həmən qardaşım da, itgin getdi, heş qa­yıt­ma­dı da. İndi dağa çıxejıyıx, ona toy eleyjiyih. And olsan Allaha, gejə gə­liflər. (Deer, bizim üsdümüzə ölü torpağı səpiflər). Bax çəmadanı da götürüflər, xurcunu da götürüflər. Təmiz öyü yığıflar. Elə bir ya­ta­ca­ğmız qalıf. Alaçıx. Köş gederih dana. Səhər açıldı. Anam qış­qır­dı: “Uyy, ay bala”. Qardaşım əl atdı anamı tutdu ku, deyjəhlər, bu boyda oğlun yanında, tüfəh də yanında, öyün yarıf, nişan, toy pal­tarını aparıflar. Dəymə. Allah rəhmət eləsin, mənim atam Quran oxu­yanıdı. O çəmadanın üsdə də Quranı qoymuşdu ku, bəlkə də bi­ri dana nazarına gətirər, götürməz. Qurana bağışdar, qoar. Quranı da, çamadanı da aparıf, deməli, düşdüymüz məhlədən aralı qoy­muş­dular, için təmiz boşaltmışdılar. İçini aparıf, Quranı da qoyuflar üs­dünə. Səhər orya-burya gəzdilər. Dedilər, odey, Quran orda va­rağ-varağ oluf, tökülüfdü. O adam da bildih kimdi. Onun qızdarı bi­zim qapıya dilənməyə gəldi. Qardaşımı müharbiyə apardılar. Hə­mən qardaşım getdi müharbiyə, heş toy da eləmədi. Oğurrux bax be­­lə vardı.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə