Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə18/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

302. ŞAH ABBASIN QIZI
Şah oğlu Şah Abbas cənnət məkan. Onun bi dənə qızı varıydı. De­yif ki, mən elə bir oğlana gedəjəm ki, o, hər şeyi bilsin. Bir oğ­lan gəlif bunnan nişannana. Qız deyif ki, oğlan, saa üş sual ve­rə­jəm. Cavaf verdin, saa gedəjəm, vermədin, getməyəjəm. Deyir:

– Nədi ki?

Deyir:

– Dünyada gedəjəh çoxdu, gələjəh?



Deyir:

– Gedəjəh.

Deyir:

– Nətəər gedəjəh çoxdu?



Deyir:

– Gedən gedif, qalan da gedəjəh.

Deyir:

– Ölü çoxdu, diri?



Deyir:

– Ölü çoxdu.

Deyir:

– Nətəər çoxdu ölü?



Deyir:

– Ölü ölüdü, sağ da öləjəh, olajağ ölü.

Deyir:

– Bəs dünyada kişi çoxdu, arvad?



Deyir:

– Arvat.


Deyir:

– Nətəər arvad çoxdu?

Deyir:

– Arvad arvatdı, arvadın sözünə baxan kişi də arvatdı.



İndi arvadın sözünə gah baxasan gərəh, gah baxmıyasan, bala (gü­lür – top.). Qız bu oğlana da ərə getdi.
303. YEDDİ QARDAŞ DEVİN NAĞILI*
Bir Günnən qorxan Əhməd varımış. Bunun da iki arvadı va­rı­mış. Bular deyir ki, nətəər eliyəh ki, Əhməd evdən çölə çıxsın. Bir gün çörəyi pişirillər təndirdə. Gətirif töküllər qapının ağzına. Deyir:

– Əhməd, Əhməd, göydən çörəh yağır. Dur, bir-ikisini də sən gə­ti.

Bu çölə çıxanda qapını kilitdiyillər.

– Ay məni Gün yedi, ay məni ayı yedi, ay məni tülkü yedi, ay mə­ni çakqal yedi.

Deyir:

– Yox, sənin canınçün. Gedif qazanş gətiməsən, səni evə qo­yan döyülüh.



Deyir:

– Allah üzünüzü qara eləsin. Xurcuna bir-iki çörəh qoyun, ve­rin mana, gedim.

Xurcuna çörəyi qoyullar, abışqadan tulluyullar. Bu götürür, ya­vaş-yavaş yolnan gedir. Bir bərəni aşır, xeylax gedəndə görür bir tül­kü ölüf. Birin aşır, görür, biri də ölüf. Birin də aşır, görür biri də ölüf. Amma bircə tülküdü ha. Bu, burdan keçənnən sora durur, hər­rə­nir, gedir bunun qavağında yıxılır. Deyir ki:

– Sən öl, elə bu tülküləri soysam, dəriləri bəsdi. Xeylax qa­zanş­dı.

Xurcunu qoyur yerə. Qayıdır geridən soya-soya gəlsin. Gəlir gö­rür heş tülkü-zad yoxdu. Tülkü də durur bunun çörəyini yeyir, çı­xır gedir. Hə, gəlir boş xurcunu götürür, gedir yol qırağında oturur. Elə bil, bu Beyləqannan Daşburuna, Sedmoya gedən yolun qırağın­da oturur. Görür orda bir ağaş var. Bunun kölgəsində oturur. Görür, qa­rış­qa gedir belə. Qarışqadan bir neçəsin öldürür. Öldürənnən sora (sa­vadı varmış dana) ağacın o biri tərəfinə yazır ki:

Usdacan Əhməd, usdacan,

Yeddi canı bir can eliyən, usdacan Əhməd.

Bunu yazır o ağacın o üzünə vurur, özü bu tərəfdə yatır. Yed­di qardaş dev gəlir görür kü, burda bir nəfər yatıf, bura da belə şey ya­zılıf.

Deyir:

– Onu sən yazmısan?



Deyir:

– Hə.


Deyir:

– Biz yeddi qardaşıx, gəl olax səkgiz qardaş. Gəl biznən ge­dəh.

Deyir:

– Nolar.



Alır bunu boynuna, gedir. Bular oçerednən gedif meşədən odun gətirirmişdər, su gətirirmişdər. Buna oçur54 düşəndə, bunun əlin­nən heş-zad gəlmir dana. Gedir meşədə odunu yığır, başdıyır oy­namağa. Gözdüyüllər, gəlmir. Gəlif görür ki, odunu şəliyə yığıf gə­tirə bilmir. Deyir:

– Qardaş, bə niyə gətirmirsən?

Deyir:

– Elə isdiyirəm bu meşənin hamısını bir yollux yığam, apa­ram evə.



Odunu şəllənir dev, bunu da alır boynuna. Gətirir. Suya ge­dən­də gənə heylə eliyir. Axırı, bular cana doyullar. Gejə sözü bir ye­rə qoyullar ki, yatanda bunu öldürsünnər. Bu da başa düşür, gedir me­şoğu doldurur samannan, gətirir qoyur yerinə. Özü qaçıf giz­də­nir. Yeddi qardaş devin hərəsi bir ağaş götürür, tap-tup, tap-tup, gu­ya bunu öldürdülər. Bular döyüv qutarannan sora, bu meşoğu aparır qo­yur ayna, bu səsin çıxardır: “Hehəhə”. Deyillər:

  • Ə, bu kopoyoğlu ölmüyüf hələ.

Bu­lar durur, qaçıllar öydən. Tezdən durur, çıxır evin üsdünə. Bu dev­lər qaçanda tülkü çıxır buların qavağına. Deyir ki, niyə qa­çır­sı­nız?

Deyillər, bəs belə-belə. Deyir:

– Ə, o mənnən qorxur. Gəl mən apa­rım.

Bu devin boğazına bir kəndir salır, bağlıyır irtməyinə, Əh­mə­din yanına gəlir. Gələndə Əhməd çıxır evin üsdünə, deyir:

– Hey, hey, hey! Sənin dədən maa yeddi dev borşdudu, sən bi­rin gətirirsən?

Dev qaçır o sahat. Tülkü orda yıxılır, deyir, vakqıdı, yalandı. İn­di odu-budu, tülkü vakqılıyanda, deyir, vakqıdı, yalandı. Ordan ev­in-eşiyin yığır Əhmət, götürür gəlir. Bu da sana yeddi qardaş de­vin nağılı (gülümsəyir – top). Allah canını sağ eləsin.


304. ŞAH ABBAS VƏ QARDAŞLIĞI
Bir dəfə şah çıxır öz vəziriynən ölkəni gəzməyə. Şah dəvriş li­basında çıxıp deyir:

– Bu ölkə bizimdi axı, bu vilayət bizimdi, çıxax gəzəh, görəh xal­qımız nətəər dolanır?

Deyir:

– Çox gözəl.



Şah Abbas çox anekdotcul adam olub. Vəziri Allahverdi xan da elə olub. Amma vəzir həmməşə Şah Abbasa qalib gəlirmiş söz­də. Çı­xıllar, dərviş libasında, başdıyıllar vilayəti gəzməyə. Gəzil­lər, gə­­zil­lər, axşam yaxınnaşır. Şah soruşur ki, vəzir, bəs harda qalax? De­yir:

– Allah öyuu tihsin, deyirsən, bə bu qədər vilayət bizimdi, in­di yer tapmırıx qalmağa.

Deyir:

– Bu yaxınkı evlərə dönəh.



Yaxınnaşır ki, ay ev yiyəsi, ay ev yiyəsi. Bir kadın çıxır. De­yir ki, eşidirəm, qardaş, sizi. Görür dərvişdi da bı. Nə bilsin ki, Şah Ab­­basdı, bu da bunun vəziridi. Deyir:

– Qərib adamıx, bejəlih qalmağa yer.

Deyir:

– Qəribə də qurban olum, Allaha da, gəlin bəri. Kişi də çöl­də­di, indi gələjəh.



Bular gəlillər, oturullar. O vaxdı xırdaja evlərdi. Amma ürəh­lə­ri açıx, qəlpləri təmiz insannar oluplar. Kişi heyvannan gəlincə, bı gə­tirir bir isdəkan çay qoyur. Kişi də heyvan gətirir. (O dövrdə nə hey­vanı olup, üş dənə keçisi olurdu da, artığ olmurdu ki). Gətirir, ar­vat qabağa çıxır. Deyir ki, evdə qonağımız var, üş keçi səni in­cit­mir ki? Mən uşaxlara deyərəm, onu bağlıyallar, ya salallar yerinə. Gəl bəri içəri. O da girir, çox xoş, ədəb-ərkənnən bıları qəbul eliyir. Sa­­lam-kalamnan sora oturullar, söhbət qızışır.

(Kişiyə düzəliş verən kadındı. Kadın yaxşı olsa, kişi hara qə­dər desən, düzələjəh. Amba kadında çatışmıyan cəhət oldusa, ba­şar­ma­dı­sa, o kişi milyonçu olsun, xeyri yoxdu, xətir-hörməti ol­mu­ya­jax).

Çölə çıxanda deyir:

– Ay arvat, nədi?

Deyir ki, ə, söhbəti qızışdırırsan, qonağ ajdı e.

Deyir:


– Ay arvat, nəyimiz var? Toyuğumuz yox, bir şeyimiz yox.

Bullar da içəridən eşidir axı.

– Sənin üş keçin var, üç keçiynən səni kim tanıyır? Gəti, bi­rin­ kəs.

Srazı keçinin birin gətirir, kəsir. O axşam xoş məramnan yax­şı yeyillər-içillər, söhbət eliyillər, yıxılıp yatıllar. Səhər duruf ge­dil­lər.­ Gedəndə şah deyir ki, vəzir!

Deyir:

– Bəli.


Deyir:

– Bu axşam da qayıdıp gələjih, burda qalajıx, ayrı yerdə qal­mı­yajıx.

Deyir:

– Nə olar.



Gedillər, vilayəti gəzə-gəzə gəlillər. Hələ vilayəti gəzəndə ba­xıl­lar ki, elə bil, uşaxdı da, çıxıp həyətdə oynuyur, ama boğazında sum­kası var. Şah soruşur vəzirdən ki, vəzir, bu nə deməhdi? Yəni uşax həyətdə oynuyursa, oynasın. Amma bunun boğazında axı sum­­kası var, torbası var. Bu, nə deməhdi? Vəzir deyir:

– Vallah, mən özüm də baş açmadım, gəlsənə, uşaxdan so­ru­şax.­

Yaxınnaşıllar uşağa, deyir:

– Oğul!


Deyir:

– Bəli.


Deyir:

– Bu boğazındakı nədi? Bu torba?

Deyir:

– Evdə mənə anam tapşırıp ki, çöldə çörəh yeyəndə elə elə çö­rəyin qırıxları torbuya tökülsün. Oynuyuram ajıram, elə bil, o çö­rə­yi yeyəndə torbanın belə ağzın açıram, çörəyin qırığı ora düşsün, çö­rəh yerə düşməsin.



Şah deyir ki, vəzir. Deyir:

– Hə.


Deyir:

– Gör bizim vilayət əhli nə qədər gözəldi, çörəyə qiymət ve­rir, deməli, bizim çörəyimiz heç vaxt əskiy olmaz. Ona görə də bu gün çörəy əskiy olmur.

Nəysə, axşam fırranıllar, bir də qayıdıllar evə. Bu minvalnan ke­çinin üçün də yeyillər, üş gün qalıllar. Səhər durup gedəndə, mö­hür­rü-peçatdı bına kağız verir, bınnan sığa qardaş olullar. Deyir:

– Qardaş, havax vəziyyətin ağırraşsa, gəlip məni taparsan.

Deyir:

– Yaxşı.


Şah Abbah gedənnən sora isdiir cıra, sora deyir, yox e, bəlkə la­­zım olar, qoyur civinə, gəlir evə. Arvad soruşur ki, o dəvriş sən­nən nə danışdı? Deyir:

– Vallah, üş dənə keçini yeyip, sora da maa bir para kağız ve­rip, havax lazım olar sana, gəlip məni taparsan. İsdədim tulluyam, am­­ma gətirdim.

Deyir:

– Bəri elə kağızı.



Qoyur sandığa. Uşax çoxalır, bir altı-yeddi olanda vəziyyət ağır­raşır, dolanacax səviyəsi aşağa düşür. Uje uşaxlar ajınnan hərə­kət də eliyə bilmir. Arvad bir gün deyir, axı saa o dərvişdər bir ka­ğız vermişdi, çıxart ver bı mollaların birinə, bunu oxut, görəh bı nə ka­­ğızdı da. Bı da kağızı götürür, oxudur. Mirzə baxır, deyir:

– Ayə, heş bilirsən bı kimnəndi?

Deyir:

– Kimnəndi?



Deyir:

– Şah oğlu Şah Abbasın möhrü-peçatıdı.

Deyir:

– Ə, kağızı bəri elə, mən də deyirəm görən kimnəndi.



Qaça-qaça gəldi evə. Deyir:

– Arvat, heş bilirsən, bizim qonağımız kim olub?

Deyir:

– Kim olub?



Deyir:

– Şah Abbas olub e.

Deyir:

– Kişi, di durma, tərpən.



Nəysə. Bu minvalnan uzun yol gedir. Gəlir çıxır Şah Abbasın sa­rayına. O vaxı elçi daşı olub. Yəni kimin dərdi olufsa, o elçi da­şı­nın üsdündə oturanda xəbərçi şaha xəbər verir ki, bəs bir nəfər adam gəlib elçi daşının üsdünə. Şah da deyir, çağır gəlsin. Qapıdan gi­rən­də Şah Abbas baxır ki, qardaşdığıdı. Durub elə qucaxlaşıf- öpü­­şüf görüşüllər, elə bil, min ildi bullar ayrıymış. Sora belə vəzirə ba­­xır. Vəzir başa düşür işi. Bunu aparır hamama. Hamamlanır, üzün-ba­şın qırtdırır, şah yanına layiq libas­dar geyindirib, gətirip oturt­du­rur Şah Abbasın yanına. Çörəh yeyil­lər, çörəh yeməh mə­qa­mın­da zi­ya­fətdə Şah Abbas baxır ki, qardaş­dı­ğı çörəyi udquna-ud­qu­na yeyir. Deyir:

– Qağa, niyə helə çörəh yeyirsən?

Deyir:

– Vallah, Allahdan gizdin deyil, sənnən nə gizlin olsun e? Uşax­lar hamısı ajdı.



Deyir:

– Narahat olma, çörəyini ye. Mən ölməmişəm ki.

Nəysə, çörəyi-zadı yeyillər, axşam qalmalı olur. Gecə şah və­zi­rə deyir ki, qardaşdığımnan mənim yerimi bir otaxda salginən. Həm də ona qoyulan payı, qızılı, xurcunu, gətir qoy ora ki, səhər du­rup gedəndə qızılın götürüp gessin, uşaxların dolandırsın. Gəlil­lər, girillər yerində yatmağa. Burda qardaşdığı – kətçi fikirrə­şir, ya Rəbb, mən elə vax durmalıyam ki, sübh namazında Şah Abbasa me­­şat eləmiyim. Tez gedim ki, sora Şah Abbas namaza dursun. İn­di yazıx kətçi babadı, istirahətdi otax, gözəl balış, qalın yorğan-dö­şəh, kasıbın evində yoxdu də belə şeylər. Hamamnan çıxmış adam, elə yatır ki, o vaxdı qalxır ki, səhər açılır. Gözün açanda yorğanın al­tınnan baxır ki, Şah Abbas sübh namazındadı. Deyir, yox, qoy na­ma­zın qılsın qutarsın, sora gedərəm. Bu namazın qılıp qutarannan so­ra buna qulaq asır, görür kü, Şah Abbas namazın qıldı qutardı, di­zin yerə qoydu, yönün çöyürdü qibliyə, əlin qaldırdı göyə, dedi:

– Ey İla­hi, mən sənnən sağ can, ağıl, kamilliy isdiyirəm, bir də sənnən var-döölət isdiyirəm. Sən mana beş əlli ver, mən də xalqıma on əlli ve­rim.

Elə sitayiş eliyir ki, bı kəççinin yorğanın altında bədəni tit­ri­yir. Ə, bu fikrrəşir ki, bay atonnan, elə bil Şah Abbas deyil, elə acın­nan ölən budu ki. Bu nə zülümnən Allahdan çörəy isdiyir? Bu qə­dər varın-döölətin sahibi, bına nolub?

Deyir:


– Dədəmin goru hakqı, mən onun verdiyi o qızılı aparmıya­jam.

Qızılı da qoyur ora, durur. Şah gedənnən sora bı da durur, çı­xır gedir. Vəzir gəlir şaha deyir ki, şah sağ olsun, qardaşdığın ge­dib, amma payın aparmıyıb.

Deyib:

– Yəqin yadınnan çıxıb. Gəlib aparar.



Kişi gedir evə. Arvat qayıdır ki, ay kişi, niyə əliboşsan? De­yir:

– Ay zalımın qızı, xəvərin yoxdu e, Şah Abbas, Vallah, dilən­çi­­­di. O, Allaha elə ibadət elədi ki, əynimdəki köhnə pencəyimi is­də­dim çıxardım, verəm ona. Mən ki varrı adamam. Bu minvalnan iki dəfə gəlir. Üçüncü dəfə də deyir, dədəmin goru hakqı, onun qı­zı­lını aparmıyajam. Gəlir, bir xeyli gələnnən sora öz-özünə fikir­rə­şir, deyir, ya Rəbb, boyda-buxunda, şücayətdə Şah Abbasdan gözəl, şax­siyyətdi, fiqura məndə, ağıl məndə, kamillih məndə, Allaha iba­dət eləməh məndə. Yönün çöörür qibliyə, deyir:

– Xuda­vənd­-aləm, he­sapda sözün nədi ki e, varı-dövləti Şah Abbasa qis­mət eliyirsən, mə­ni kasıb eliyirsən? Ola bilməz ki, onun çiyninə saldığın o xur­cu­nun birin də mənim çiynimə salasan? Mən xalqıma on əlli yox, yir­mi əlli verrəm.

Duasın eliyif yerdə oturur. Əlindəki ağaçnan yeri qur­dalıyırmış, qurdalıyanda görür, ə, yerdə bir şey qızarır. Üsdün açır, görür qızıldı. Haranı tərpədir, görür qızıldı. Bunnan nə qədə la­zım­dısa götürür, üsdün də örtür, gəlir. Yaxşı var-döölət sahibi olur. Evin güzaranı yaxşılaşır. İndi bu düşür bu varın izinə. Bəs mən ney­niyim ki, bu qədər gətdim, vəzyətimi yaxşılaşdırdım, axı bu Şah Ab­basın zonasıdı, bunu ələ keçirməh lazımdı.

(Bı yerdə bəyaxki sözü ona görə deyirdim ki, xanım kişini həm qaldırır, həm də yendirir. Bax bına görə uyğunnux gətirirdim). Xa­nımıynan məsləhətdəşir. Deyir:

– Neyniyim mən?

Deyir:

– Sən getməlisən ora. Deməlisən ki, mənim varım-döölətim var. O filan yerdə dağdan mənə bı qədər yer versin, heyvanımı, tə­sə­­rüfatımı gətirim, elə uşaxlarımı saxlıyım orda.



Bı, bu cür də gedir Şah Abbasın yanına, qardaşdığıynan gö­rü­şür, həmən yeri ştamplı-peçatdı alır. Qızıl içindədi axı. Gəlir varı-dö­öləti, nökəriynən-naibiynən çəkir ora. Çəkir rəssamları, nəkqaş­da­rı, dülgərləri, bənnaları – hamısını yığır ora. Deyir ki, mənə qırx göz­­dən ibarət imarət tikərsiniz, Şah Abbasın evi onun yanında töv­lü­yə oxşasın. Deyir:

– Yaxşı.


Bına elə gözəl bir imarət tikillər, qırx gözdən ibarət, day he­sab elə ki, Şah Abbasın evində oturmalı döyül. Vax-vədə tamam olan­nan sora həmən usdalar gəlillər ki, day hər bir şey hazırdı. Gə­lir belə baxır. Xoşuna gələnnən sora deyir, qırx qapının hər birinin üs­dünnən yazın: hər kəs bir ağız bırda qəsidə desə, ona bir onnux qı­zıl çatır. Belə də yazılır, vurulur. Usdaların da pulun verir, ha­mı­sın yola salır. Bir gün bir dərviş hardansa gələndə görür kü, düz bi­ya­bannıx yerdə, ə, bir bina alışıp yanır. Atı döyə-döyə özün çatdırır ora. Belə qapıya baxır, görür ki, kim burda bir ağız qəsidə desə, ona bir onnux qızıl çatır. Qırx evdə qırx dənə qəsidə deyir az-maz, qırx on­nux qızıl alır. Deyir:

– Sən öl, ə, bı qırx onnux veripsə, Şah Abbasın yanında mən bir qəsidə desəm, mənim xurcunumu doldurallar. Atın çapır Şah Ab­basın həyətinə. Gəlir özün çatdırır Şah Abbasın evinə. Səhər­dən­nən günortaya qədər zəvziyir (söyləyici gülür – top.). Şah Abbas de­yir ki, aparın ona bir beşdih qızıl verin, dursun, çıxsın, gessin. Gə­tirib bına bir beşdih qızıl verəndə bı da hersdənir. Eləmir təmbəl­lih, abışqa açığımış, o beşdih qızılı arxadan nətəər atırsa, düz gedir Şah Abbasın qucağına.

Deyir:

– Ə, o dərvişi tutun bıra gətirin, dəəsən, o qudurub. Bı, nə özün­nən çıxıf ki, qızılı üsdümə atıf, məni hələ tənqid eliyir bırda.



Gətirillər içəri:

– Ə, sən nətəəri özünnən çıxmısan ki, beşdih qızılı götür­mür­sən.­

Deyir:

– Şah Abbas, bu, heç sənin adına yaraşan iş döyül axı. Deyir, fi­lan yerdə bir bina var, heç irmi dəyqa qəsidə deməmişəm, qırx on­nux qızıl almışam, dee xurcunumda. Səhərdənnən qışqırıb özümü öl­dürrəm burda, sən də maa bir beşdih qızıl verirsən.



Deyir:

– Gedərih, baxarıx. Bu kimdi? Mənim zonamda belə bir bina var? Qoşunu qaldırın. Amba bını salın zindana, düz olmasa, bının boy­nun vurdurajam.

Deyir:

– Get yoxla.



Qoşun əhlin qaldırır o zonuya. Bilmir ki, axı qardaşdığıdı. Ara­lı­dan gələndə bı binanı görüllər. Bı qardaşdığı da görür. Qoşun əy­lənir. Adam göndərillər ki, bı evin sahibi kimdisə, gəlsin bıra. Bıl­lar gəlillər, deyillər ki, Şah Abbas sizi çağırır. Dəəndə bı kişi de­yir:

– Arvat, dur qardaşdığım gəlib.

Nökərri-naipli hamısı Şah Abbasın pişvazına gedillər. Bıyy, Şah Abbas gəlib baxanda görür, qardaşdığı. Qucaxlaşıllar, görüşül­lər, öpüşüllər. Deyir:

– Ə, qardaş, bı imarət sənindi?

Deyir:

– Hə.


– Bı nətəər şeydi?

Deyir:


– Sənnən aldığım torpaxdı, bırda da ev tihdirmişəm.

Bırda qonaxlıx başdanır, heyvannar kəsilir, mallar kəsilir, ye­məh-işməh. Şah Abbas dözə bilmir axı. Bı nətəri oldu? Bı üç dəfə mə­nim binamnan aj-susuz gəlmişdi. Bı nətəəri oldu birdən var­ran­dı? Deyir:

– Qardaş, Vallah, çörəh boğazımnan keşmir. Maa aydınnıx gə­tir görüm, nətəəri oldu sən varrandın?

Deyir ki, qardaş, çörəyi ye, nağıl eliyəjəm. Bir az aradan ke­çən­də deyir:

– Dözə bilmirəm e, deginən.

Deyir:


– Qardaş, əhdi-peyman bağlamışıx, qardaş olmuşux, mən sən­nən­ söz gizləmiyəjəm. Bı oturduğun yer ki var, bı sənin torpağındı. O ştamplı-peçatdı kağızı sənnən alanda bı torpaxda gəldim qızıl tap­dım, bax bıra hamısı qızıldı. İndi isdirsən, mənnən al, özün gö­tür, isdirsən maa ver, sən bilərsən. Deyir:

– Bıra da mənim torpağımdı, sahibi sənsən. Üsdə oturufsan, ha­lal, halal xoşun olsun. Bılar görüşüllər, heylə də ayrılıb gedillər.


305. BƏHLUL DANƏNDƏ
Deyir, Bəhlul Danəndə çox belə ləyaxlı, mərfətdi adam oluf ha. Qardaşdarı zalım oluf, özü onnara irazılıx vermiyip. Həmməşə də tək oluf. Gejə-günüz Bəhlul Danəndə oturuv ağlıyırmış, çox fi­kir­nən yaşıyırmış ki, Allah, qardaşdarım öləndə nejə olajax? Bılları dar ağacına çəkif tulluyajaxlar qır qazanına. Bıllar gedejəh. Qon­­şu­la­rı varıymış, bir ləyaxlı, mərfətdi qonşuymuş. Gəlip bının qa­pı­sın­nan keçəndə deyir:

  • Hər vaxdın xeyir, ya Bəhlul Danəndə, niyə belə məzlum-mə­kil oturufsan?

Deyir:

– Ay qonşu, məzlum-məkil olmuyum, nağayrım? Üş qar­da­şım var, üçü də zalımdı. Ollar üçü də qır qazanına atılajax. Bəs mən na­ğayrım? Neyniyim?

Deyir:

– Bəhlul Danəndə, həylə şeyi sən bilməzsən. Nə bilirisən, o, qır qazanına atılajax?



Deyir:

– Ay bala, bilirəm dana, bilirəm.

Deyir:

– Mənim də yoldaşım yanımdadı, dur, söypət eliyə-eliyə ge­dəh­ bazara.



Deyir:

– Əşi, başına dönüm, mənim bazarda nəyşim var?

Deyir:

– Vallah, nə ürəyin isdəsə, mən alajam.



Deyir:

– Yox, heş qoyaram ki, alasan. Hə, elə söypət eləməyə ge­də­rəm.­

Gedillər bazara. Deyir:

– Bəhlul Danəndə, gedəh sifdə sallahxanaları gəzəh, onnan so­­ra qayıdax bazarrığımızı eliyəh.

Deyir:

– Qurvan olum, siz nətəri, mən də həylə.



Gedir sallahxanıya. Deyir ki, bax görürsən sallahxanadakı hey­vannarı?

Deyir:


– Hə.

– Görürsən, malı mal əyağıynan asıflar, qoyunu qoyun əya­ğıy­­nan asıflar, keçini keçi əyağıynan asıflar. Heş birin ayrı bir əyax­­­nan asmıyıflar. Sən niyə fikir eliyirsən? Qardaşdarın zalımdı, öz­dəri hak-hesabın çəkəjəh. Bınnan saa heş bir şey olmuyajax. Ol­la­rın hesabı sənnən çəkilmiyəjəh ha? Hər kəs, bax, özü öz əya­ğıy­nan asılıp bıra. Bını fikirrəş sən.

Bir az durur, durur, deyir:

– Yaxşı, deyirsən, dəəsən, mənim ağlım azalıp.

Deyir:

– Özü də sən öydə otuma. Öydə otduxcan fikirrəşirsən, lap xa­rab olursan. Həmməşə bazarı hərrən dana, noolub, tək adamsan.



Bı üş topa kül götürür, ayrıja-ayrıja torbaya qoyur, gedir ba­za­ra. Bını bazarda çıxardır, belə qoyur yanaşı. O deyir, boy, Bəhlul Da­­nəndə kül satır, bu deyir, bıy, Bəhlul Danəndə kül satır. Bunu la­ğa qoyullar. Biri gəlir deyir:

– Ay Bəhlul Danəndə, bax bı külün birin mən alajam. Hamı ba­xır ötür. Ama mən ötmürəm. De görüm, bax bı külü alıf ney­li­ye­jəm?­

Deyir:

– Hansını götürürsən, götü, mən də deyim.



Deyir:

– Bının özünün ayrı-ayrı adı var?

Deyir:

– Hə.


Bir topbasın götürür, deyir:

– Bını neyniyejəm indi mən?

Deyir:

– Bax bı kül o adamın başına olsun ku, yaddan qardaş tuta. Öz qardaşın boşduya, yaddan qardaş tuta. Yaddan qardaş olmaz ola. Bax bı kül onun başına olsun.



Deyir:

– Bə bını mən harda sınıyaram?

Deyir:

– Nə bilim? Da indi özün bir iş tut, harda olsa, səni Şah Ab­bas­ çağırıb asajax. Asanda biləjəhsən.



Şah Abbasın qoçu varıymış. Pəyədə yeyip yatırmış. Bı gədə de­yir ki, aaz, Şah Abbasın qoçun gətimişəm, sən öl, kəsmişəm, dos­da­rımı da çaarıp gətirəjəm, burda bir yaxşı qonaxlığ eliyəh.

Bı arvat deyir ki, yox, bırda qonaxlığ eləmə, bırda tüsdü-zad çı­xartma. Apararsan orda dosdarının hansınınsa öyündə kəsərsən. Nəy­sə, deyir:

– Aaz, niyə öz öyümdə kəsmiyim? Zəhmət çəkif, oğurruğ eli­yif,­ qoş gətimişəm.

Deyir:


– Yox e, yox.

Elə bu arvada bir-iki vurur. Arvada eytibar olmaz. Onçun de­yil­lər ki, arvadın eytibarı heş cür olmaz. Bı durur, ajığ eliyir, yönün çö­ürür, öydən çıxır. Deyir:

– Get, kopak qızı, görüm nağayressən?

Gedir Şah Abbasa məlumat verir, o nökərinə-zadına ki, Şah Ab­basa deyin ki, bir darvazanın ağzına zəhmət çəhsin, onnan işim var. Deyillər, get denən, bıra gəlsin. Arvadı çağırıllar. Gedir deyir ki, Şah-aləm sağ olsun, sənin toolanda xurma yeyən, kişmiş yeyən qo­çuu mənim ərim gətdi kəsdi. Dosdarın qonax çağırejeydi. Mən də dedim ki, mənim öyümdə haram qoş kəsməynən, bıra tüsdü-zad sal­ma. İndi bı axşamı gözdüyür. Deyir:

– Hə, yaxşı.

Şahın nədən xəvəri var? Elə bilir, arvat düz deyir. Arvat xavar ve­rif, qayıdıf. Şah durur, aləmə car çəkir, tökülün, meydan su­lan­sın, dar ağacı qurulsun. Fılan oğlu fılankəs gəlsin, bı sahat dara çə­kə­jiyih. Gəlir. Bını çağırıllar, gəlir. Deyir:

– Arvadına vəsyətinnən-zaddan, sözünnən-zadınnan varsa, de.

Deyir:


– Yox, arvatnan işim yoxdu. Əgər icaza versən, mən sana de­yə­rəm, verməsən, heş demirəm, Şah-aləm sağ olsun! Adam göndər, sə­nin qoçun pəyədə bı sahat kişmişdən yeyif, yatıf, gööşüyür. Mən qoç aparmamışam.

– Bəs bı arvat niyə belə deyir? Niyə gəlip bıra?

Deyir:

– Şah-aləm sağ olsun, göndər də, bir adam göndər, pəyəni yox­lat. Adamdı da, həlbət hersdəndirmişəm, deyif.



Deyir:

– Ə, durun, baxın görün, o qoç ordadı, ya yox?

Gedir, gəlir hammısı deyir:

– Ay şah, Vallah, qoçun ode gööşüyür, pəyədə yatıp.

Deyir:

– Balam, bını niyə demisən bı arvada? Bax bı nədi? Bir belə zəh­məti çəhmisən, aləmi yığmısan bıra. Nədən ötürü yığmısan? Mən dəliydim, mən oynadırsan?



Deyir:

– Şah-aləm sağ olsun, sən dəli dəyilsən, şahsan, şah oğlusan, saa dəli deməy olmaz. Heç cürə. İntahası, mən Bəhlul Danəndədən bir kül almışdım. O külü yoxluyurdum. Maa dedi, kül o adamın ba­şı­na ki, arvada eytibarı ola, bir də dostdan qardaş tuta. Gördüm o qırıx-qurux, o bəyəmmədiyim qardaşdarım hərəsi bir tərəfdə oturuv ağ­laşır. Deyir, qardaşım bı sahad ordan asılajax, noolajax, nətəər ola­jax? O birilər də damağında papros, Vallah, o onu itəliyir, o onu itə­liyir, kefinən hərrənillər bı meydanın böyrünə-başına.

Deyir, o külü yoxluyurdum, onnan ötürü mən demişəm. Heş bu işdəri belə bilməmişəm. İndi Bəhlul Danəndə bax həylə Bəhlul Da­nəndə olup.
306. ŞEYTAN İKİ DOSTUN ARASINI VURUR*
İki dosdumuş. Bu dosdar çox mehribanımışdar. Günnərin bir gü­nü şeytan gəlir ki, bunnarın arasın vura. Çox mehriban dosdu­muş­­dar. Bunun biri kardı, biri kordu. Amma tay nə gəlirmişsə, nə olur­muşsa, qardaş malı kimi bölürmüşdər. Kim nə verirmişsə də, nə­zirdimi, paydımı, verəndə bıllar bölürmüş. Bir müddət bıllar hər­rə­nir, fırranır. Şeytan gəlir, görür kü, ikisi də oturuf. Birinin o tə­rə­fi­nə keçir ki, sana bunu dedi, birinin bu tərəfinə keçir ki, sana onu de­di. Nəysə şeytan da nağayrır, bılların qəlbinə nə qədər girirsə, bıl­ların qəlbin bir-biriynən poza bilmir. Kor-peşman gedir. Elə-belə yol­nan getdiyi yerdə görür ki, bir nəfər adam gəlir.

– Salaməleyküm.

– Əleykəsalam.

– Şeytan, hardan gəlirsən?

Deyif ki, hə, bir yerdən gəlirəm, orda iki dosd varıdı. Olların ara­sın vurmağa getmişdim. Nə qədər elədim, araların vura bil­mə­dim.

Deyiv:


– Ə, nə danışırsan? Dur burda. Bu sahat olları tutaşdırajam.

Deyiv:


– Ə, mən şeytan nə qədər elədim, olların qəlbinə girib olları bir-birinən zad eləyə bilmədim. Sən nağareysan?

Deyiv:


– Ə, nə danışırsan? Bu sahat eliyim, sən də bax.

Gedif çatır.

– Salaməleyküm.

– Əleykəsalam.

– Qardaş, nə var, nə yox?

Əən-bəən. Nəysə. Bir xeylaxdan sora əlin salır korun cibinə. De­yir:

– Qardaş, cibına pul qoydum, mən gedənnən sora bölərsıız.

– Sağ ol, Allah payını çox eləsin.

Bu çıxıf gedir. Gedir şeytanın yanına, deyir, dur gözdə. Bu sa­hat tutaşajaxlar. Deyir:

– Ə, çıxart dayna pulu.

Əlin salır cibinə, görür kü, ə, pul nədi, zad nədi.

Deyiv:


– Ə, sən öl, yoxdu.

Deyiv:


– Ə, nətəər yanı? Əlin saldı cibına, dedi ki, cibına pul qo­yu­ram,­ bölün.

Deyir:


– Ə, and, busat.

Axırı, durullar, tutaşıllar. Tutaşanda şeytannan həmən adam gö­rür kü, sən öl, bular bir-birini qana batırdı. Deyif:

– Gördün?

Həə, heylə...Adam şeytannan qüvvəlidi.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə