Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə21/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

320. ƏSLİ HO
Deməli, bir adam cinayət eliyir. Cinayət eliyəndə bını gə­ti­rillər şahın hüzuruna kin, bunu cəzalandırsın şah. Şah vəkildən so­ru­şur ku, bı vətəndaş günah eliyif, bını neyniyəh? Deyir ki, şah sağ ol­sun, onu şakqalamax lazımdı. Bu deyir:

– Əsli ho.

Deyir:

– Vəzir, bu cinayət eliyif, bunu neyniyəh?



Deyir:

– Bının ətin dolma kimi döyməh lazımdı.

Deyir kin, əsli ho. Şah fikirrəşir ki, bı ikisinə də “əsli ho” de­di, mən bunu azad eliyejəm. Deyir ki, mən sizi azad elədim. Deyir:

– Əsli ho.


Şah məhətdəl qalır. Deyir:

– Mən vəkildən soruşdum, dedi, şakqalıyax, “əsli ho” dedin. Və­zir dedi, dolma kimi döyəh, dedi, “əsli ho”. Mən deyirəm, azad eli­yəh, yenə dedin, “əsli ho”. Mən bu işdən heş nə bilmədim, bının mə­nası nədi?

Deyir:

– Şah sağ olsun, hər kəs öz atasının vəzifəsin dedi.



Dedi:

– Nədi vəzifə?

Dedi:

– Onun dədəsi qəssafdı. Vəkilin dədəsi qəssafdı, şakqalıyıf hə­mişə. Ət şakqalıyıf. Onçun o, dədəsinin vəzifəsin dedi. Onun də­də­si də aşbazdı. O da dolma döydüyü üçün o da öz dədəsinin və­zi­fə­sin dedi. Sizin də atanız gözəl insan oluf, hamıya köməy eliyif, siz də öz ataazın yolun davam elədız.


321. HƏR YERDƏ BİR EV TİK
Atası oğluna deyiv, get, hər yerdə bir ev tik. Bu oğul da elə bilif ki, helə hər yerdə bir ev ti­kməlidi. Bu fikirə düşüf. Deyif, mən nətəri hər yerdə bir ev tikim? Mə­nim nəyim var ki, hər yerdə, hər bi mahalda gedəm ev ti­kəm? Gücüm yoxdu. Oğlan qayıdıv atasına de­yif:

– Vallah, ata, mənim helə imkanım yoxdu, hər yerdə bir ev tik­dirəm.

Deyib:

– Ay ağılsız, ay kamalsız, ay bala, hər yerdə demirəm ey ev tik. Hər yerdə bir dosd tut özüna. Hər yerdə olsun evın.



Hər dosd bir ev deməhdi yəni.
322. ALTI AYDA BİR QARIŞ, BİR AYDA ALTI QARIŞ
Biri rənçbərimiş, əkən-becərən dana. Gejə taxılı gəzir. Ta ca­ma­hata əkir dana, ollar da bına biraz məhsul verəjəh. Taxılı gəzir gə­lir. Deyir:

– Aaz, getdim taxılları gəzdim, hes-zad yoxdu, bı il ajınnan ba­tajıyıx. Camahat, dədəngil-zad duyux düşməmiş sən uşaxları gö­tür, get. Denən ki, məni yoldaşım saxlamır, döyüp qovup. Ged, otur də­dənin yanında.

– Əyə, kiri, sən nətəər, mən də həylə.

Deyir:


– Yox, uşax qırılajax. Gəzif gəlirəm şumu, nə danışırsan sən?

Bı gəlin ələşsiz qalır, uşaxları da götürür, gedir. Ayın başı ta­mam olur. Martın axırı tamam olur, aprel başdıyır. On gün də bı göz­düyür. Deyir:

Nəhlət saa, şeytan, yağmadı, uşağım nolajax?

On gün tamam olannan sora bir gejə yağış başdıyır. Deməli, o ya­ğış bir həfdə döşüyür. Gejə görür, ə, bı qupquru qalmış şum gö­yə­rif qalxıf yuxarı. Gəlir öyə, fikirrəşir, deyir:

– Bı bir töhmətdən dəyil, başıma qoydum. Durum gedim uşax­lara yalvar-yapış eliyim, deyim, gəlin gedəh. Allah şeytana nəh­lət eləsin, şeytan qəlbimə doldu.

Gedir. Arvat deyir:

– Yox, sən demisən, çörəh bitmiyejəh. Getmirəm.

Ay tamam olur, may ayının om beşində taxıl qalxır bir süm­bül olur. Sümbül olanda durur bir də gedir. Deyir:

– Aaz, ikinci dəfədi gəlmişəm yanına, mənim balamı mənnən ta­marzı qoyma. Neyniyim, mən də sənin uşağınnan ötrü dedim, dur ge­dəy öyümüzə.

Deyir:


– Nooldu, əhdiyini bişdin?

Deyir:


– Altı aydı, əhmişəm, bircə qarış qalxmışdı. Allahsız, niyə de­yir­sən, əhdin, bişdin? İndi altı ayın əvəzinə altı qarış sümbül vırıp yu­xarı, bı sahat başa çıxır taxıl. Bına deyillər, altı ayda bir qarış, bir ayda altı qarış.

Arvad-uşağın da yığıp götürüp gəlir.



323. SÜNBÜLLƏRİN SÖHBƏTİ
Düyü əkipbiş biri. Düyünün biçilən vaxdı azalıpbış. Gedir sa­hə­nin böyrün-başın hərrənir, deyir, uje vaxdı, saralıf. Görür kü, kü­ləh vırdıxcan ikisi simbil bir-birinə belə dəyir, qayıdır, dəyir, qa­yı­dır. Bı da, yalan-gerçəh deyillər, hər şeyin dilin bilirmiş. Biri deyif, mə­ni dəm­niyəndə Mağrufdan adam gələjəh, o yeyəjəh mənim aşı­mı. O biri də deyir, məni də dəmə qoyuf irahlananda Maşrıxdan bir qo­nax gələ­jəh, ona verəjəhlər məni, o yeyəjəh. Öy yeəsi yemiyəjəh mə­ni. Kişi bı simbilləri qırır ayrı-ayrı, gətirir, ooxalıyır belə. Özü də torbada. Deyir:

– Əşi, sən Allah, arvat, bını yaxşı yerə qoy, görəh bı nədi be­lə? Yalandı, gerçəhdi?

Bı kişi düyünü biçir, satır, yedihlərin yeyillər, bir az özdərinə be­kara bayramnıx saxlıyıllar. Kişi deyir:

– Ay arvad, ay arvad, saa simbil vermişdim, bax əlimdə oo­xa­lıyıb, onu neynədin?

Deyir:

– Bax göydən asmışam, bıdı.



Deyir:

– Tulla bax bı aşın içinə, görəy o simbillər Mağrıfa, Maşrıxa la­zım olajax, yoxsa yox?

Deyir:

– Bir-bir gətirim?



Deyir:

– Hələ birin gətir.

Gətirir, tökür, görür kü, o düyünü qazana tökəndə darvaza dö­yülür. Bir kişi çağırır:

– Ay öy yeəsi, ay öy yeəsi!

Çıxır, deyir:

– Nədi, qardaş?

Deyir:

– Başına dönüm, biz Mağrifdən gəlmişih, gejələməyə ye­ri­miz yoxdu. Noolar, bizi bir gejəlih qonax saxla.



Deyir:

– Allaha da qurban olum, qonağına da, amma bizdə yeməh yox­­du. Bax biz kasıb adamıx. Elə-belə aj yatehsinizsə, hə, gəlin.

Girillər evə, bir az söypət-zad eliyillər, birdən bı kişinin nəysə ürə­­yi yumşalır. Deyir:

– Arvat, sən Allah, o düyüdən qalıfsa, bircə nəlbəki gəti, hərə­si­­nə ikicə qaşıx qoyginan.

Bını gətirir verir, deyir:

– Bilirsən, o nə düyüdü, ay qardaş?

Deyir:

– Düyüdü dana, Allah atana rəhmət eləsin, aj adamıx, nə bi­li­rih.



Deyir:

– O düyü, Vallah, bekara şeydi, mən onu sınamağ üçün gə­tirt­dim. Orda nə var ki, sən boyda kişiyə? Bəs getdim sahiyə, belə gör­düm, düyü bir-birinə dəyir, qayıdır ki, bizi Mağrıfdan, Maşrıxdan gə­lən adamnar yeyəjəh.

Deyir:

– Elə bizih dana, Mağrıfan, Maşrıxdan gəlmişih. Allah atana irəh­mət eləsin, balanı saxlasın.



Deyir:

– Yanı düz eşitmişəm?

Deyir:

– Hə, düz eşitmisən.


324. YALANLAMA
(Xeyrullah köçüf gəlmişdi bizim kəndə Ərdəbildən. Mənim qo­ja nənəmi almışdı. O nağıl deyirdi. Mən Fizulidə yaşıyırdım, onun na­ğı­lıçün gedirdim, çıxırdım kətdə yatırdım quru yerdə kin, o gejə na­ğıl deyəjəh. Səhərəcən nağıl deyirdi, qutarmırdı onun nağılı. 100 ya­şında rəhmətə getdi).

Mənim, deer, bir qızıl itim varıdı. (Həmən kişi deyifdi). İrana ke­çif gələn adam oluf də. Minirdim, deer, qızıl itin üsdünə, Ara­zı qılış kimi keçirdi. Gedirdim qohumlarnan, kimlərnən hal-əh­val eliyirdim, qayıdırdım bir də kəndə. Hətda Ara­zın qırağında, deer, bir dənə boranı əhmişdim. Boranının tağı Ara­zı keçif o biri tərəfə qədər getmişdi. Deer, boranının böyühlüyü (biz­də qabaxda səəh60 deerdih) səəh qədərmiş. Böyüh boranılar su­yun üzündə ləpələnirdi, deer. Deer, biz o boranının elə bil zoğunnan tu­ta-tuta addıyırdıx Arazı o biri taya.




LДTİFДLДR
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
325. ÖRKƏNİN ALTINDADI
Biri gəlir Molla Nəsrəddinnən diləy isdiyir61. Diləh verir bu­na. Səhər gəlir, bir də isdiyir. Bir də diləh verir. Bir də gəlib is­di­yən­də deer:

– Örkənin altındadı, get götür.

Gedib baxıb görüf ki, örkənin altında bir şey yoxdu axı. Deer:

– Axı bir şey yoxdu.

– Aldığını gətirib qoymusan?
326. MOLLANIN EVƏ QAYITMASI
Bir gün də molla evdə oturur. Nətəəri olursa, arvadnan da­la­şır, ajığ eliyif çıxır çölə. Çıxır gedir, oturur darvazanın ağzında. Ar­vat gedir:

– A molla, gəl evə, tay indi oluf, gəl evə.

Deer:

– Gəlmirəm.



Uşax gedir:

– Molla, gəl evə.

– Gəlmirəm.

Qonum-qonşu nə illah eliyir, molla deer kin, gəlmərəm. Ə, bir də baxır kin, axşam düşüf. Deer:

– Ə, mən nağarım, ta arvat gəldi, uşax gəldi, qonum-qonşu gəl­di. Evə nətəər qayıdajam? Nə üznən qayıdajam?

Görüv inəyi gəlir. Tutuv inəyin quyruğunnan, deer:

– Vallah, mən gəlmirdim, elə inəh dedi deyin, gəldim.

Deməli, bir belə evdəkilər buna deev, bu gəlmiyif, bir dənə inə­yin sözüynən molla gəliv evə.



327. İYNƏNİ SAPLAYANDA UCUNU DÜYMƏ
Bir gun də deer, qızını nişannıyıflar, toy eliyillər da. Mollanı ça­ğırıflar:

Ay molla, gəlginən də, qızıyı köçürdürsən. Gəl indi buna xe­yir-dua verginən, nəsihət verəssən, nə deyəcəhsənsə, dur, gəl de.

Nəysə, indi gəlir, xeyir-dua verir, vermir, onu bilmirih. Bunu yo­la salıllar. Gəlini aparıllar. Gəlin xeylax gedif darvazadan, dok­qaz­dan çıxanda burdan çığırır:

– Gəlini saxleen.

Camahat, hamı deer ki, molladı da, dədəsidi. Dayanın, qoy gö­rəh molla nə deyəcəh? Bəlkə bir sözü var. Bir əyağı da yalın, or­dan qaçarax gəlir, gəlinin düz yanında durur:

– Bala, hey, gedəndə evinə, iynə saplıyanda ujunu düyünnə.

Elə gəlipbiş onu deməyə.
328. DOĞA BİLİR, ÖLƏ BİLMİR?
Bir günnəri molla gedif birinnən bir qazan alıf gətirif. Bir xey­li saxlıyıf, qazannan xoşu gəlif dənə. Qazanın içinə də bir ba­la­ca qazan qoyuf, aparıf verif yəəsinə. Deyif:

– Ay molla, bu nədi belə?

Deyif:

– Bəs qonşu, gözün aydın olsun, qazan doğuf dənə.



Deyir:

– Ay molla, insaf elə. Qazan doğar?

Deyif:

– Görmürsən, budu ha. İçindədi dənə qazan.



Hə, aradan bir xeyli keçənnən sora bir də gedif qazanı alıf gə­ti­rif. Elə bu qonşu gözdüyüf, gözdüyüf, qazan gəlmiyif. Qazanın da­lınca gəlif mollanın yanına. Deyif:

– Molla, qazanı ver.

Deyif:

– Başın sağ olsun, qazan öldü.



Deyir:

– Ay kişi, insaf elə, qazan ölərmi? Qazan nətəər öldü?

Deyir:

– Niyə? Doğmağı bilir, ölməyi bilmir?


329. ALA DANA
Rəhmətdih Molla Nəsrəddinin bir ala danası olur. Nəysə, bu­nu itirir. Hərrənir, fırranır, keçir bir təpənin dalında görür kün, da­na­nı canavar yeyib. Deer, ə, elə bunu canavar yeyib, yeyib, qoy bu­nun dərisini aparax. Dananın dərisini soyur, atır çiyninə. Yavaş-ya­vaş gəlir, bir təpə varıydı, təpəni aşmalıdı kəndə tərəf. Deer, Al­la­hın altında elə bu təpəni aşanda görəm ala dana orda otduyur. Ala da­nanın da dərisi çiynindədi.
330. İÇİNDƏ GETMƏYİN
Bir yığın adam molluya deer ki, meyidi aparanda meyidin han­sı istiqamətində, hansı yerində getməh lazımdı? Deer:

– Hansı istiqamətinə gedersiniz gedin, təki tabutun içində get­mi­yin.


331. DÜNYA QARIŞ-QURUŞDU
Molla bir günüsü görür kü, qonşu xaşıl bişirir. Deyir ki, ay ar­vat, nətəər eliyəh, xaşıldan yeyəh? Yağımız yox, bir şeyimiz yox. Elə pişirif, hazır gedəh yeyəh. Deyir:

– Əşi, az danışginan, gedif qonşunun xaşılın əlinnən alax? De­yəh, bizə xaşıl ver?

Deyir:

– Yox, o bişif hala gələndə mən səni döyəjəm, sən qışqıra-qış­qıra qaç. Bizi özü tutuv aparajax.



İndi bu, arvada bir-iki çəkir, arvat qışqıra-qışqıra qaçır, bu da dü­şür dalına:

– Köpəh qızı, bəri qayıt!.

Bu gedir qonşugilə.

– Dəli döyülsən, bu arvadı niyə öldürürsən, hə, nooluf saa? Əş­­şi, bir gəlin oturun görəh nooldu, nə üsdədi, nədi?

İndi bu arvat xaşılı iki adamnıx pişirif da. Öz əriynən özünə pi­şirif. İndi bullar da dörd oldu. Gətirir mollaynan öz kişisinə bir yer­də çəkir. Özünə də arvatnan bir yerdə çəkir. İndi bı kişi tərəfə ya­ğı-zadı çox tökür dana. Molla baxır ki, yağın hamısı kişi tə­rəf­də­di. Deyir:

– Ə, qardaş, bilirsən nə var? Bı kopak qızı, sən öl, maa bir be­lə dağ çəkif, bir də belə.

Bı, xaşılın içinnən çəkir, yağ gəlir bına sarı. İndi bı ev yeəsi gö­rür kü, sən öl, yağ hamısı əənə axdı. Götürür xaşılı belə qa­rış­dı­rır:

– Qardaş, dünya bax belə qarış-quruşdu, günah arvatda döyül.


332-333. MİNDİYİMİ SANAMAMIŞAM
Molla Nəsrəddinin qırx dənə ulağı varımış. Yol gedirmiş. Yol get­dihcən eşşəyin üsdən sanıyır, otuz dokquz gəlir, altındakın sa­na­mır. Düşür, sanıyır, qırx gəlir. Bu öz-özünə təmiz məhətdəl qalır ki, bı nətəər şeydi? Mən eşşəyi minirəm, sanıyıram, otuz dokquz gəlir, dü­şürəm, sanıyıram, qırx gəlir. Gedip yolda adam varmış dana. Ça­ğı­rıf deyir:

– Bura gəl e, qağa, bura gəl, başıma belə bir iş gəlif. Mənim qırx dənə ulağım var. Sanıyıram, otuz dokquzdu.

Deyir:

– Nətəər yanı?



Başdıyıf sanamağa:

– Bir, iki, üş, dört... otuz səkgiz, otuz dokquz, sən mindiyin də qırx.

Deyir:

– Bay, bay, bay, mən mindiyimi sanamırmışam e. Sağ ol, ba­la, get, qırxmış, düzdü.



333.

Molla Nəsrəddin irəhmətdih bir dəfə eşşəyi minif dəyirmana ge­dir. Yeddi dənə eşşəyi varımış. Eşşəhlərin hamısın aparıf. Yolda dü­şüf, sanıyıf. Görüf düzdü. Minəndə altındakın sanamıyıf, görüf altı­dı. Arvadı deyif:

– A kişi, dəyirmana gedirsən, taxılı orda sour, sora üyüt.

Bunun da yadınnan çıxıf. Taxılı sourmuyuf. Üyüdənnən sora ta­xılı souruf. Unu küləy aparıf hamısın. Çuvalı tulluyuf eşşəyin üs­dü­nə. Eşşəyə minif qayıdıf gəlif. Deyif:

– Arvad, bəs sən dedin taxılı sour, yadımnan çıxdı. Unu so­ur­dum, küləy apardı hamısını. Eşşəyin də biri yoxdu.

Arvad sanıyıf görüf eşşəh düzdü. Deyif:

– Əşşi, eşşəh düzdü e, mindiyini sanamırsan.
334. SƏN HƏLƏ BURDA GÜLÜRSƏN
Bir yolları ulağı götürür, gedir hardansa ayın-oyun yühlüyür ula­ğa, gətirir. Orda haça yol varımış. Gələndə bı, ulağa deyir kin, sən bı yolnan get, mən bı yolnan. Ulax nə bilsin, bı nə deyir? Görəh han­sımız tez çatajıyıx o qoşa yolun başına? Ulax beləynən gedəndə özü də o tərəfnən gedir. Ulağın üsdünə canavar düşür. Canavar bı­nı par­ça­lıyır. Molla gedir, oturur orda gözdüyür ki, ulağ gələjəh. Bı qa­yıdır bına tərəf kin, indi yəqin dönüf bir yerə otdamağa. Gəlif gö­rür kün, ulağın dişdəri ağarır. Canavar yeyib, eşşəyin ağzı açıx qa­lıp. Deyir:

– Bəh, bəh, mən sənnən nə vaxtdı qabax çıxmışam e yola, sən hə­lə burda gülürsən.


335. İNANMA
Mollanın Allah öyün yıxsın. Onun adı çəkildi, gərəh “Allah rəh­mət eləsin” deyəsən. Demədinsə, gərəh yeddisin danışasan. Əyər da­nışmadınsa, onda gejə arvadın yanına gələjəh (söyləyici gü­lür – top.).

Molla Nəsrəddinin əli aşağı düşür, gedir hanbalçılığ eliyir. Ge­dir, biri şüşə şəlliyir buna. Bir şüşəbəndi varmış üç mərtəbədə. Bu­nun şüşəsinin hamsının kəsdirir orda usduya, yığır bir yeşiyə. Şəl­liyir mollanın dalına, deyir, get. Gəlir bu pilləkənin əyağına ça­tan­da bu şüşə yiyəsi deyir ki, üş dənə hikmətdi söz isdiyirsən, yox­sa pul isdiyirsən? Bu da elə aj da olsa, bu tapılmayan sözdəri çox se­virmiş dana. Bu deyir ki, söz isdiyirəm, sözü de görüm. Pil­lə­kə­nin birin çıxa-çıxa deyir:

– Saa desələr ki, qatıx qaradı, inamma.

Qayıdır qoltuğun altınnan buna baxır. Deyir:

– Söz budu?

Deyir:


– Həə. Qiymətdi sözdü dana.

İndi ikinci mərtəbəyə gedir. İkinci mərtəbədə, deyir:

– Desələr ki, Allah ikidi, inamma.

Qayıdır üçüncü mərtəviyə çıxaçıxda deyir ki, indi sən maa pul vermiyessən?

Deyir:

– Yox.


Deyir:

– O sözdəri mən bilirəm. O, bekara sözdərdi. Mən qıymatdı söz isdiyirəm. İndi sən maa pul vermiyəssən?

Deyir:

– Yox.


Deyir:

– Onda qoy üçüncünü mən deyim.

Ordan şüşəni buraxır pilləkənnən ağzı aşağı. Deyir:

– Saa da desələr, şüşədən biri salamat qaldı, inamma.


336. BİZ ALLAHA BORCLU OLUNCA...
Bir günnəri Molla Nəsrəddin evdə oturupmuş. Onda da ev­lə­rin krışası olmurmuş. Damki fason. Deyif:

– Allahdan yüz manat pul isdiyirəm. Əgər doxsan dokquz ma­nat doxsan köpüy ola, onda onu götürmüyjəm.

Məni kimi bir ağılsız da qapıdan keçəndə bunu eşidif. Eşi­dən­də deyif, sən öl, doxsan dokquz manatı aparıf tulluyajam, görüm gö­türüf, götürmüyuf? Gedir, bajadan, külfədən doxsan dokquz ma­nat tulluyur. Tez molla götürür, sanıyır. Görür doxsan dokquz ma­nat­dı. Deyir:

– Ay arvad, biz Allaha borşdu olunca, qoy Allah bizə borşdu ol­sun. Bir manat da borşdu qaldı. Götüdüm.

Götürür. O sahat o pul yəəsi qapıdan girir içəri. Deyir:

– Mənim pulumu ver.

Deyir:

– Nə pulu?



Deyir:

– Ə, sən hələ bir manat da maa borşdusan. Mən Allahdan is­də­dim, sənnən isdədim? Allah verif maa, sən verməmisən a.

Bu iş düşür məhkəməyə. Gedir məykəmiyə ərzə yazır kişi. Ki­şi gəlir ki, molla, gedəh məhkəmə çağırır. Deyir:

– Yox, sən geyimli-kejimli, mən də köhnə, cındır paltarda, ha­ra gedirəm?

Gedir buna bir dəs kastyum alır, geyindirir. Deyir:

– İndi gedəh.

Deyir:

– Yox, getmirəm.



Deyir:

– Niyə?


Deyir:

– Sən eşşəyə minif gedəjəhsən, mən də piyada?

Deyir:

– Yaxşı, eşşəyi də verdim saa. Min, gedəh.



Gedillər. Məhkəmə qurulur.

Deyir:


– A kişi, nətəər oluf?

Deyir:


– Bəs hal-qəziyyə belə-belə.

Deyir:


– Qazı sağ olsun, bunu bir az dindirsən, deyəjəh ki, o əy­nin­də­ki kastyum da mənimdi.

Deyir:


– Bıy, mənim döyül?

Deyir:


– Bir az qalsa, o minif gəldiyim eşşəh də mənimdi deyəjəh.

Deyir:


– Bıy, mənim döyül?

Deyir:


– Bax görürsən. Gör nə qədər böhtan atır maa.

Deyir:


– Ə, kopoyoğlu, mollanı biyabır eləmə, dur çıx burdan, irədd ol.
337. DEYƏSƏN, İŞİN DÜZƏLİR

Bir günnəri molla birinə borşduymuş. Bu elə hey gedif gə­lir­miş ki, mənim pulumu ver, mənim pulumu ver. Bir gün görür kü, bu gəlir. Gələndə lapatqanı götürür gedir qaratikənnən çıxardır, gə­ti­rir bu, həyətin qırağınnan basdırır. Bı gəlir, salam verir, deyir:

– Ay molla, bu nədi belə, nə eliyirsən?

Deyir ki:

– Burda qaratikən əkirəm ki, ferma dağdan gələndə qo­yun­na­rın tükünnən çəhsin, qalsın kolda. Onu yığım, aparım bazarda sa­tım. Gətirim sənin puluu verim.

Bu əlini əlinə vurur, gülür. Güləndə deyir:

– Hə, dosdum, deyən işin düzəler a.
338. MOLLA NƏSRƏDDİN VƏ QIRX LOTU
Molla Nəsrəddin gedir. Pulu varımış, aparır bunu ağaşda giz­di­yir. Deyir, ta bura heş kim çıxmaz. Bir gün, beş gün. Elə olur ki, bir gün gəlir görür kin, ə, sən öl, pul yoxdu. Amma yerində mal tə­zə­yi var. Demeynən bunu da lotular görüflərmiş, bı pul qoyanda. De­yir:

– Ə, mən elə bilirdim, bura heş kim çıxmaz, amma dana da çı­xır­mış bıra.


339. CAVANLIQDA DA BİR ZİBİL DEYİLDİN
Molla Nəsrəddin gedirmiş. Bir topa da cavan cümrü du­rup­buş. Molla Nəsrəddinin əyağı ilişif yıxılıf. Qayıdıf, elə bilif ki, oğ­lan­nar muna baxır. Qayıdıf:

– Axx, ay cavannığım.

Görüf, yox, heş buna baxıf eliyən yoxdu.

– Eeh, cavannığım da bir zivil döydü.


340. PAPAĞINI DA ÖZÜYLƏ APARSIN
Molla birinə borşduymuş. Elə borşdu gündə gəlirmiş, de­er­miş:

– Molluya deyin ki, mənim borcumu versin.

Deermiş:

– Deyin, öydə yoxdu, filan yerdədi.

Axırı canı boğazına yığışır. Gedif gənə pəncərənin ağzında yer­dən duruf deef:

– Molluya deyin ki, mənim borcumu versin.

Molla da papağını çıxardıf pencərənin ağzında belə qo­yup­buş. Çöldə görükörmüş də. Deeflər:

– Vallah, molla öydə yoxdu. Qoy gəlsin. Gələndə deyərih, ve­rər.

Deef:

– Onda molluya deyin ki, harya etsə, papağnı da özüynən apar­sın.



Yanı ki, papağı öydədi, özü də öydədi.
341. DUR, QAPINI ÖRT
Deyir, bir dəfə oturullar. Çörəh yedihləri yerdə küləh vurur, qa­pı açılır. Arvat yuxarıda oturupbuş, kişi qapı tərəfdən. Kişi deyir ki, arvat, dur qapını ört. Deyir ki, axı qapı sana yaxındı, dur, sən qa­pı­nı ört. Deyir:

– Yox e, axı sən kadınsan, evin xanımısan, dur, qapını ört.

Sözdəri tərs gəlir, qapı açıx qalır. Deyir:

– Hər kəs danışsa, qapını o örtməlidi.

Bılar da dimməz, səssiz-küysüz oturullar. Tula çöldən gəlir, qa­baxlarınnan yeməyi yeyir, heç birisi gülmür yenə. Kişi deyir ki, ney­niyim axı mən, xanımnan ayrı dayanmağ olmaz, aylədi, onnan söy­bət aparmalıyam. Səhər gedir bığının bir tərəfin, başının bir tə­rə­fin qırxdırır, qalan yeri qalır. Qapıdan gəlip bu halda girəndə ar­vat deyir:

– Ə, bı nə haldı?

Deyir:

– Sən danışdın, dur, qapını ört.


342. YALANÇI MOLLA
Bir dənə molla olur. İki dənə mollanı qonax çağırır. Deyir:

– Gəlin bizə.

Nəysə, qonax gələndə indi bı mollalar oturullar sdolun üs­dün­də. Mollanın biri başdıyır əl-əyağıynan oynamağa belə-belə. Deyil­lər:

– Molla, niyə helə eliyirsən?

Deyir:

– Bəs Minkəndin yanınnan köş gedir, orda bir ökü­zün yükü əyi­lif. Onu belə-belə düzəldirəm, əlimnən riqulofqa elə­dim, ni­zam­la­dım, düzəldi.



Bunu da evin yiyəsi, qadın xeylağı eşidir. Deyir:

– Gör sənin başına nə oyun açajam. Görüm, düzəldirsən, dü­zəlt­mirsən?

Nəysə, arvat pulovu bişirir, gətirir. Üçünə də belə qoyur. Nəy­sə, həmən öküzün yükün düzəldənin pulovunun qarasın altdan qo­yur. Düyünün altınnan qoyur. Nəysə, bı ikisi yeyir, bı yemir. De­yir:

– Molla, niyə yemirsən sən? Səə noolufdu?

Deyir:

– Bəs onnarın aş qarası var, mənim aş qaram yoxdu. Qarası ni­yə yoxdu?



Arvadı çağırır yanına. Deyir:

– Aaz, sən niyə helə iş görmüsən? Sənin bir helə yaddaşın yox­du? İkisinə qara qoymusan, onun aş qarası yoxdu.

Qaşığı belə qaldırır, deyir:

– Nətəər oldu, burdan Minkəndin yolunda yükü düzəldirsən, am­ma bırda düyünün altında qaranı görmürsən? O, nətəər oldu, bır­dan belə-belə elədin, yükü düzəltdin, nizamladın öküzün belinə, am­ma bırdan bıra plovun qarasın görmədin?

Mollanın heylə işdəhləri var.
343. MOLLA VƏ KASIB OĞLAN
Bir oğlan olur. Bu bir qız sevir. Bu qız yiyəsinin də gonlu ol­mur ku, bu qızı buna versin. Qışın günüymüş, çayın suyu buznan do­nupbuş. Deyir:

– Getginən paltarını soyun, gir o suyun içinə. Gejə səhərətən o buzun altında qal, gəl qızı verim saa.

Məhəbbət güj gəlir buna. Gedir təmiz soyunur, girir buzun içi­nə, səhərətən qalır buzun altında. Səhər gedir ki, qızı ver. Deyir:

– Yalan deyirsən, qalmamısan.

Deyir:

– Əşi, orda buzun içində qalmışam, özü də fılan evdə çırax ya­nırdı. Səhərətən onun çırağı keşmiyif.



Deyir:

– Həə, çıraxdan qızışmısan.

Gənə qızı vermir buna. Bu yazıx da əlacı olmur da, kasıv adam­dı, qayıdıf gedir. Gedəndə molla bunun qavağına çıxır (Molla Nəs­rəddin). Deyir:

– Ay bala, niyə bekafsan?

Deyir:

– Əşi, hal-qazıya belə-belə.



Deyir:

– Bala, savax günorta maa qonax gəl.

Deyir:

– Yaxşı.


Gedir o qız yiyəsinə də deyir, savax günorta maa qonaxsan. Qa­zıya da deyir, savax günorta maa qonaxsan. Hamısına deyir, sə­hər qonaxsan. Səhər bu qonaxlar yığışır, gəlir. Bö­yüy ağacın divinə stol qoyur, hamı oturur. Oturan­nan sora qazanı çıxardır ağacın ba­şın­­nan asır, qayıdır yerdə bir oğax qalıyır.

– Ay molla, nağarırsan?

Deyir:

– Yeməh pişirirəm.



– Əşi, orda qazan qaynıyar?

Deyir:


– Nətəər olur buzun içində çaydan baxıv öydə çıraxnan qı­zın­mağ olur, amma ordakı qazanı burdan qaynatmağ olmur? Canı çıxıf qay­nıyajax. Sən öl, o qaynıyıncax bir adam burda tərpənsə, gülləni gö­türüv onun qıçın qırajam.

Hamısı deyir ki, qızı verginən, düz deyir. Qızı alır, verir o oğ­la­na, özü suvaf qazanır, çıxır gedir.



BƏHLUL DANƏNDƏ LƏTİFƏLƏRİ
344. BƏHLULUN MƏSLƏHƏTİ
Biri gedif Bəhlul Danəndəyə deyif ki:

– Bəhlul Dananda, nə eliyim ki, varranım?

Deyir:

– Get yun al, bir də duz al. Vur anbara, varranejaxsan. Axı bu­­lar su çəkəndi.



Bı varranıf. Bı Dananda deyən varranıf.

Biri də deyif:

– Bəhlul Divana, neyniyim ki, varranım?

Deyif:


– Get soğan-sarmısağ al, vur anbara.

O, da gedif soğan-sarmısağ alıf, vuruv anbara. Bı da gəlif ta­mam müflüs oluf da.

Deyif, sən Divana sözü dedin, divana cavab verdim. O da Da­nən­də sözü dedi, ona danəndə sözü dedim. Belədi.
345. ARXAYA BİR ŞEY AT
Bəhlul Danəndənin özü elə Danəndeymiş e. Bilihli adamımış, sa­vatdı adamımış. Hər şeyi başa düşən adamımış. Bının iki dənə pi­şiyi varımış, bir tulası. Bı ikisin hara gedirmiş, bınnarı da özüy­nən aparırmış. Bının qardaşı bir yol bını çağırır. Deyir:

– Bəhlul Da­nən­də, ay qardaş, axı belə olmaz. Özuna bir iş tap. Havağatan özü­nü belə dəliliyə vırıf çöllərdə gəzəhsən? Ağıllı ol, arxıya, geriyə də bir şey at.

Deyir:

– Nə deyirəm.



Bı bir middət qalannan sora bının qardaşı genə bir yığıncax yı­ğır. Qonaxlıx təşgil eliyir. Hamını çağırır. Bəhlul Danəndəni də ça­ğırır də, qardaşıdı. Gəlillər oturullar məclisdə. Bı hara gedirmiş, pi­şiynən iti özüynən aparırmış. Bı deməmişimiş ki, geri yanaa bir şey qoy? Bı paylar gəlir. Xörəhlər çəkiləndə Bəhlul Danəndə öz xö­rə­yin götürür, qoyur dal tərəfinə. Görüllər Bəhlulun qabağında ye­məh yoxdu. Buna yenə yeməh gətirillər, hamı yeməyə girişir. Axı pi­şiynən tula da geridə yeyir. Pişiynən tulanın yemi azalanda baş­dı­yıl­lar bıllar cırmaxlaşmağa. Ham-ham hürüşüllər. Bu məclis böyüy olur də. Bırda gülüş olur, məyusduğ olur. Bu çığırır qardaşının üs­dü­nə:

– Saa deməmişəm hara getsən, özunan bir şey apar, geri ya­nı­na bir şey qoy.

Deyir:

– Bə Vallahı, geri yanıma qoymuşdum dana. Sən demədin, ge­ri yanına bir şey qoy? Mən də verdiyin xörəyin bir boşqabın qoy­dum geri yanıma. Mən nə bilim, itinən pişih gəlib orda yeyif da­la­şa­jax?


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə