Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə19/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

307. BİLƏNDƏR
Pəri addı arvat varımış. Günnərin bir günü kətdə toy var. Pəri ge­dir toya. Toydu, mağardı dana, camahat oturufdu. Bu da otu­mu­şu­muş başda. Elə bu gəlir, – az belə oturun, az belə oturun, – hər­rə­nir, hərrənir, Pəri gəlir çıxır mağarın lap əyağına. Ta fikirrəşir ki, ə, mən nağayrım, mən nətəər eliyim? Toydu dana, yeyir, içir gəlir evə. Kişiyə deyir ki, bilirsən nə var? Ya bir sənət tapbalısan, ya mol­lalığ eləməlisən, müşdeyitdih eləməlisən, ya çıxıf gedirəm. De­yən­də deyif:

– Ay arvad, insaf elə.

Deyif:

– Mollanın da arvadı, seyidin də arvadı, onnan dəlləyin də ar­va­dı, aşığın da arvadı hamısı başda otdu. Məni itəliyə-itəliyə gət­di­lər çıxartdılar ayağa. Əgər mən bir sənətgarın arvadı olseydım, mən də başda oturardım dana.



– Ay arvad, insaf elə. Mən təzdənnən hara gedim, nağayrım?

Olmurol. Nəysə. Gejə yatır, səhər tezdənnən duranda deyir:

– Arvat, get filan molluya, onnan bir kitab al gəti. Özü də ki­mi görsən, de ki, kişiyə beyjə vergi ve­ri­lif.­

Gedir, kitabı da molladan alır, götürür gəlir. Zərgar yoxdu, üzüh-zad qayıran? Padşahın qızının üzüyü zər­ga­rın­ əlində elə-belə düzəltdiyi yerdə nətəər atılırsa, tapılmır.

– Ə, bu nətəər olar? Nağayrım mən? Neynim?

Ora-bura. Deyiflər:

– Ə, belə bir kişi deyillər, ona vergi verilif. Gediv onnan soru­şax.­

Həə, durullar gedillər kişinin yanına. Deyir ki, bəs belə-be­lə... Patşahın qızının üzüyü zərgarın əlinnən çıxıf hara düşüfsə, tap­mı­rıx. Dəəndə deyif ki, o zərgara deynən, otusun o üzü­yü düzəl­t­di­yi yerdə, göyə baxsın. Baxır görür ki, ə, əlinnən sıçrıyıf ge­dif orda bir çöpə ilişif. Padşaha xəbər gedir ki, ə, bəs muş­du­lu­ğu­mu­ ver, sən öl, tafdı.

– Hardadı?

Deyir:


– Bəs belə-belə.

Deyir:


– Yaxşı.

Bir müddət ta bunnan məşquldu. Günnərin bir günü padşahın qı­zıl ambarın dağıdıllar, xəznəsin dağıdıllar. Ora-bura, bu tərəfə ge­dil­lər, o tərəfə gedillər, bir şey tapmıllar. Deyillər:

– Ə, gedin o Biləndərə deyin, o tapajax.

Gedir. Gətirillər, deyir:

– Bəs belə-belə. Mənim ambarımı yarıflar, oğruları tapma­lı­san.

Deyir:


– Hardan tapım? Nətəər eliyim? Ora-bura.

Deyir:


– Ya tapmalısan, ya ölməlisən.

Deyir:


– Onda maa qırx gün vax ver.

Gəlir bazara. Gəlir, qırx dənə qarpız alır. Gətirir evə, yığır yü­­kün altına. Axşam çörəyi yeyillər qutarıllar, deyir:

– Ay arvat, dur get o qarpızın birin gəti.

Bu, qarpızı gətirməhdə... Bu qızıl oğurruyannar da qırx nə­fər­di. Bunun biri gəlir bajaya. Bı bajıya çatmamış kişi deyir:

– Arvat, qırxın biri gəldi.

Bu, qarpızı deyir. Bu qızıl oğurruyan deyir, elə sən öl, bajıya çat­mamış dedi ki, qırxın biri gəldi. Bu minvalnan hər gün... qırx nə­fər, qırx gün. Bu qarpızı sanıyır, günün sanıyır ki, qırx gün tamam olan­da gedejəm. Qırx günü tamam olanda hamısı ağ köynəhnən, ağ xə­lətnən deyir ki, ölmüşüh, bizi götü. Qırx gün haa. (Elə-belə kəsə ge­dirəm). Deyir ki, yox, əl çəhmərəm. Deyir:

– A kişi, qızılın yerin deyəjih. Denən, yerin bilirəm. Qızılın ha­mısı yerindədi, ama oğru görühmür. Bizi ələ vermə dənə.

Deyir:


– Yaxşı.

Deyir ki, əyər qızılın bir manıtı, bir qəpiyi əysiy olsa, adınızı ve­rəjəm. Deyif ki, heş biri də tərpəmmiyif. Deyir:

– Hardadı?

Deyir ki, qızıl filan uçux dəyirmandadı. Aparıf yığmışığ ora. Bı­nı örgədillər ki, padşaha səhər deynən ki, padşah sağ olsun, qı­zı­lın yerin tapmışam, amma adam görühmür. Qızıl filan yerdədi. Ge­dil­lər qızılı gətirillər. Aradan bir müddət keçir, günnərin bir günü bu nə qədər bunu yoxluyur, görür kü, yox e. Bir gün padşah at gə­ti­rir, minir, düşüllər yola. Bir müddət gedillər, gedif görüllər ki, bir də­nizin qırağında bir kişi tor atıf balıx tutur.

– Salaməleyküm.

– Əleykəsalam.

Deyir:

– Qardaş, bizim adımıza bir dənə tor at.



Deyəndə, deyir ki, baş üsdə. Deyir ki, a kişi, bu tora nə dü­şə­jəh? Bu Biləndər qayıdır ki, bir ölü saxsağan balası düşəjəh. Bu pad­şah da öz-özünə təəcüb eliyir ki, ə, kopoolunun adamı, dənizdə ölü saxsağan balası hardadı? Balıxçılar da deyir:

– Əşi, dənizdə ölü saxsağan balası olar?

Deyir:

– Əşşi, mən dedim, atginən, çıxar, çıxar, çıxmaz da genə çıx­maz dana. Ama mən deyirəm ki, bir ölü saxsağan balası ...



Toru atır, çəkillər, görüllər bir iylənmiş saxsağan balası. Pat­şah­ təzədənnən möykəm bına inanır. Günnərin bir günü bı gəlir evə.­ Tay bu elə Biləndərdi uje. Bına tay vəzifə də verilir. Günnərin bir­ günü gejə yatır, səhər durur deyir ki, arvat, belə bir şey eşit­mi­şəm.­ Beejə yuxu görmüşəm, gedəh fılan yerə.

– Əşşi, hara gedəh?

Deyifdi:

– Filan yerdə bir quyu var, quyu yarısınatan qızıldı. Gedəh çı­xar­­dax.

Arvat deyir ki, əşi, nağayrax? Nə götürəh? Deyif ki, nə gö­tü­rür­sən, götü də, xurcun götü, torba götü. Nə götürürsən, götü, ge­dəh.­ Götürüllər gedillər bir kor quyuya. Kor quyudu, işdəmir dana, su-zad da yoxdu, belə boş quyudu. Kişi bijəltərəymiş, tez kəndiri öz be­li­nə bağlıyır. Yalannan bağlıyır ki, qoy bu qızışsın. Deyir ki, maa verginən, gedif hamısın gətimiyessən, yarıqat eliyessən, qoy özüm bağlıyım (söyləyici gülür – top.). Açırca qəşəh arvat belinə bağ­lıyır. Kişi bını sallıyır quyuya. Bir müddət getmiş, beş metir ge­dif, on metir gedif, om beş metir gedif, kəndiri buraxır. Kəndiri bu­ra­xır, arvat getdi gupbultuynan quyunun içinə. Qayıdır gəlir. Beş gün, on gün aradan keçir. Günnərin bir günü deyir, gedim görüm, bı arvat nə oldu? Gəlir görür burda bir hənirti var, bir zığıltı var, bir nə­rilti var, nə cürə. Haahah.

– Ay aman, ay dad, ay insan, kimsən, insaf elə! Məni burdan çı­xart, səni dünya malına qane eliyejəm.

Kəndiri sallıyır ki, görəh bı kimdi. Görür ki, bir ilan dolanır kən­dirə, çıxır. Çıxır deyir ki, a kişi, sən ki məni bu arvatdan azad elə­din, sən nə desən, səni dünya malına qane eliyejəm, var­ran­dı­ra­jam səni.

Deyir:


– Nədi?

Deyir ki, burdan gedirəm. Gedejəm, filan patşahın qızının bo­ğazına dolanajam. Sən gəlmiyincə heş kim məni ordan çıxarda bil­məz. Dolammışam boğazına dana. Deyəjəh, tüfənginən vırax, qız da gedir. Ağacınan vırax, qız da gedəjəh. Bu, islahlığınan düş­mə­lidi. Sən qızın yanına gəlməsən, mən də düşmüyəjəm.

Deyir:

– Yaxşı, get.



Bı gedir. Bir müddət aradan keçir. Gedir bir patşahın qızının bo­ğazına dolanır. Sorağı alıllar dana, ayə, filan elədi, bəhmən elədi.

Deyiflər:

– Ə, bəlkə o kişi bilər, gedin o kişini gətirin.

Nəysə, gedillər, kişini gətirillər. Axı bu deyif ki, sən gəl­mə­sən, düşmüyejəm. Bu gedir çatır. Ta bına filan qədər xarş-xəsarət çəh­məlidi e bular. Hə, bı deyir ki, mən bı sahat o ilanı açajam qızın bo­ğazınnan.

Deyiflər:

– Nətəəri?

Deyif:

– Sən neynirsən ki? Mən o ilana deyjəm, ay ilan, çıx get, çıxıf ge­dejəh.



Deyəndə deyir ki, hə, yaxşı, bir belə veririh. Bunu verillər. İla­na deyir ki, Allahın heyvanı, düş, çıx get. İlan kirimişcə düşür, çı­xıf gedir. Üş gün, bir həfdə vax keçir. İlan genə deyir ki, gedirəm, fi­lan patşahın qızının boğazına dolanajam. Genə gəl, qorxma. İkinci pat­şahın qızın da qutarır. Genə bına xələtdən, baratdan verillər. Üçün­­cü gedəndə deyir ki, gəlmə. Gəlsən, səni vurajam, gəlməyinən ta. Uje ikisin elədih, varrandırdım səni. İndi üçüncünün boğazına do­­lanajam. Gəlmə mənim yanıma, gəlsən, səni vırajam. Deyir:

– Yaxşı, gəlmə deyirsən, gəlmərəm.

Nə gəlmə? Tamah qoyar bunu qala?

İlan qəşəh gedir, dolanır bir patşahın qızının boğazına. Sora­ğı­­­nan dana:

– Ə, sən nətəər tapdın? Kim çıxardı?

Deyiflər:

– Bəs belə-belə. Filan yerdə bir padşah var, ancax o aça bilər.

Gedillər bının yanına genə. Bu deyir, ə, gəlləm. Bunu gö­tü­rüp gedillər. Çatır. Həə, xoş-beş. Deyifdi ki, mən bunu burdan dü­şü­rəjəm, ta bını qutarım e mən. Bunu bir də buraxsam, gəlif məni ev­­də vurajax. Gedir çatır, qızın sahiblərinə deyir:

– Siz ağac əlıızda hazır dayanın, mən ilanı açan kimi siz öl­dü­rün.­

Gəlir ilanın yanına. İlan bını görən kimi deyir:

– Bəs saa demədim, gəlmə?

Deyir:


– Mən səni burdan azad eləməyə gəlməmişəm ha.

Deyir:


– Bəs nəyə gəlmisən?

Deyir:


– Bizim arvat quyudan çıxıf, səni axdarır.

Deyir:


– Onda başına dönüm, burdan belə qoyma gedə, mən düşüm ge­dim. Sən nə alırsan, alginan, qoyma mənim dalım­can gələ.

İlan açılıf qaçanda qapıdakılar ilanı öldürüllər, kişiyə də pul ve­rillər. Bu da belə getdi.


308. TƏNBƏL QIZ*
Kətdə bir arvat varımış, bunun da bir qızı varımış. Kim elçi gə­lirmiş deyirmiş, Vallah, ölüdü, bunu aparıf neyniyessən? Əlinnən heş-zad gəlmir. Aparıf nağayressan bını?

Günnərin bir günü bir oğlan anasına deyir ki, get onu al, gəti. De­yir:

– Ay bala, Vallah, ölüdü.

Deyir:


– Ay nənə, sənin nə işına qalıf? Elə mana ölüsü lazımdı.

Hə, gedir... Onda resdaran-zad yoxumuş e, elə qolunnan tut, gö­tü gəl. Həə, gəlir bunu götürür, gedir. Səhər açılır. Oğlan durur işə gedir dana, mala gedirmiş. Nənəsinə deyir ki, nənə! Deyir:

– Hə!

Deyir ki, saa bir söz deyim. Mən nə deyirəm, onu elə. Də­yiş­mə. Heç vaxdı yazığım gəlsin, dəyişim, yox.



Deyir:

– Nədi?


Deyir:

– Sabaertə tezdənnən duruf mən gedirəm. Əyər iş görsə, ona çö­rəh ver, iş görməsə, çörəh vermə.

Deyir:

– Yaxşı, bala.



Axşama kimi bu elə kor öküz kimi oturur. Bu oturur, bu arvat da bunu buyurmur haa. Buyurmur ki, ay bala, dur, get o inəyi gəti, su gəti, sel gəti. Axşam olur, yoldaşı gəlir. Görür kü, sən öl, bunun qa­şı-gözü yernən gedir. İrəngi-rufu dəyişilif. Deyir ki, sabah məni apar nənəmgilə. Deyir:

– Aaz, niyə?

Deyifdi ki, buyün mən aj qalmışam. Deyir:

– Aaz, az danışginən! O nə sözdü? Niyə? Əvimizdə çörəh yox­­­du? Nənəm çörəh vermiyif sana?

Deyir:

– Yox, vermiyif.



Deyir:

– Aaz, bəlkə, bir iş görməmisən.

Deyəndə deyifdi ki, yox, nə iş görməliydim? Deyif:

– Boy, başına daş düşsün, niyə görməmisən? Gedif bir sənəh su gətireydin, sana çörəh vereydi. Su gətiməmisənsə, onnan sora qa­pı­nı süpürməmisənsə, filan eləməmisənsə, sana çörəyi hardan ver­sin?

Axşam yeyillər. Nəsə. Səhər duruf gedəndə nənəsinə tafşırır ki, nənə, əyər gedif su gətisə, para çörəh ver. Gətiməsə, genə ver­mə. Deyir:

– Yaxşı.


Səhər durur bu, çıxır, gedir. Bu da tezdənnən dana səhəngi vu­rur çiyninə, gedir suya. Gedir suyu dolduruf gətirir. Arvat gətirir bu­na para çörəh verir. Ta indi yavannıx da olur, olmur, bilmirəm, əsas çörəhdi. Yeyir, axşamacan toxduyur. Axşam gəlir, görür kü, ə, bı­nın rəngi babatdı. Nəysə, deyir ki, aaz, nooldu, nağardın, ney­lə­din? Deyir ki, buyün getdim bir səhəng su gətdim, nənən maa para çö­rəh verdi. Deyir:

– Para verif? İkisini gəti, bütöy versin. Get ikisin gəti, qaba töh, qaşığa töh, qapımıza töh, toyuğa-cücüyə töh.

Deyir:

– Yaxşı.


Səhər duruf gedəndə deyir:

– Nənə, əgər ikisin gətisə, bütöy çörəh ver.

Bu minvalınan bunu yola gətirir. Ta arxayın olur ku, polnu... Axı­rı elə olur ku, arvat deyir ki, bala, mən sana çörəh vermiyejem. De­yir:

– Nənə, niyə vermirsən?

Deyir:

– Bala, o xurcun, o da sən. Get nə qədər ürəyin isdiyir, kəs gö­tür.



Deyir:

– Yaxşı.

Ta uje oldu Azreyilin biri. Günnərin bir günü qızın atası ar­va­da deyir ki, arvad, gəlsən gedəh, görəh qızımız öldü, qaldı? Axı bu tən­bəliydi. Ölünün biriydi. Bunu öldürdülər, yoxsa saxladılar, sax­la­madılar. Nəysə, gəlillər, görüllər ki, bu qız kələf eliyir. Belə di­zi­nə taxıf sapı, uje yumax sarıyır. Görüf dədəsi də gəlif, nənəsi də. Fi­kirrəşir ki, dədəm, nənəm gəlif, sən öl, bıllara beyjə çörəh ver­mi­ye­jəhlər. Bıllar çatıllar, xoş-beş, on beş. Arva­dın­nan görüşür. Gədə yox­du. Qızın qaynənəsiynən görüşüllər, xoş-beş, om beş. Nəysə, gö­rüşənnən sora deyir:

– Ay bala, dur gə dana. Dur gə görəh nətərsən dana? Vəzyə­tin nə­təərdi?

Tez durur, kələfi nənəsinə verir, yumağı dədəsinə ve­rir. De­yir:­

– Alın, sarıyın. Əyər iş görməsaaz, sizə çörəh vermiyejəhlər.

Deyəndə qaynanası gülür ki, aaz, o, sənniyidi e, bularrıx dö­yül. Deyəndə kişi, arvat fikirrəşir ki, halal olsun e, gör nə cürə hə­rə­kət eliyif ki, bizim tənbəl qızımız oluf Azreyil.
309. AXMAQ KİŞİNİN NAĞILI
Bir kişi durur gedir Allahın yanına ki, kasıfdı, varrana. Bir müd­­dət gedir, yolda mının qabağına bir dənə canavar çıxır. Nəysə, bı, bınnan görüşür. (Nağıldı dana).

– Salam.


Deyir:

– Hara gedirsən?

Deyir:

– Allahın yanına.



Deyir ki, nəyə? Xeyirdimi? Deyir ki, kasıbam da, gedirəm, gö­rüm varranarammı?

Deyir:


– Hə.

Deyir:


– Onda mənim bir diləyim var, onu da deginən.

Deyir:


– Nədi?

Deyifdi ki, gejə-günüz başım ağrıyır, ona nə eləsəm xeyirdi?

Deyir:

– Yaxşı.


Gedir genə. Xeylax gedənnən sora qavağına bir əkinçi çıxır.

– Salaməleyküm.

– Əleykəsalam. Bərəkətdi olsun.

Taxıl səpir, əkir, şumnuyur.

– Hara gedirsən?

Deyir:


– Bəs belə-belə.

Deyəndə deyifdi ki, saa bir söz deyim. Mənim də diləyimi di­lə dana, noolar, gərəy elə mən gedəm? Elə sən de dana, hazır ge­dir­sən.

Deyir:

– Nədi?


Deyir ki, Vallah, bax bu zəmi var e, bax belə beş hekdardı, üç hek­­dardı, bir hekdardı. Nəysə. Deyir:

– Bax, bı zəmini əkirəm, səpirəm, şumnuyuram qəşəh... O qə­dər hazır olur, uje çini götürürəm bişməyə, yerin ortasına od düşüf ya­nır. Tay hes-zad yığa bilmirəm. Bunun amması nədi? Bı nədən olur?

Deyir:

– Yaxşı.


Gedir bir xeylax genə. Xeylax gedənnən sora görür kü, bir kən­din qırağında yoldu dana. Bu kətdi, hesaf eləginən, orda da atdı adam duruf, bu tərəfdə də adam duruf. Fizuliyə gedən tərəfə doğru da yoldu, bu tərəfə də.

– Salaməleyküm!

– Əleykəsalam!

– Qardaş, hara gedirsən?

Deyif ki, bəs filan yerə. Deyif ki, bəs bilirsən, nə var?

Deyir:


– Nədi?

Deyif ki, bizdə tafşırıx var ki, bu tərəfə gedəni də, bu tərəf­dən gələni də gətirirsız patşahın yanına.

– A kişi, mən yol adamıyam, patşah məni neyniyir? Neylə­mi­şəm? Oğurruğ eləməmişəm, bir şey eləməmişəm.

Deyir ki, yox e, gedehsən. Bir kəlmə sözdü, soruşajax sənnən, çı­xıf gedehsən. Səni kəsmiyejəh, asmıyejax. Deyir:

– Yaxşı.

Gedir patşahın yanına, görür bı, taxtda oturuf.

– Salaməleyküm!

– Əleykəsalam!

Deyir ki, hardan gəlif, hara gedirsən?

Deyir:


– Filan kətdən gəlmişəm, Allahın yanına gedirəm.

Deyir:


– Nəyə görə?

Deyifdi kin, kasıbam. Gedirəm görüm mana rəhmi gələrmi, bir az imkannanam, varranam. Deyir:

– Yaxşı.

Deyir:


– Saa bir söz deyim, onu de da, noolar.

Deyifdi ki, qoşunum da çoxdu, silahım da çoxdu. Mənnən mu­harbə eliyən adamı qavıf, qavıf aparıf öz torpağına salıram. O gə­lən adama öz torpağında məğlub oluram. Onun mənası, amması nə­di, maa desin.

Deyir:

– Yaxşı.


Gedir Allahın yanına, nəysə söypət eliyir biraz. Sora deyir ki... Axı bı, Allaha ayandı – canavar da, bı kişi də, patşah da. Üçü də ayandı bına. Deyir:

– Hə, ayrı nə dərdin var?

Deyir ki, get, ağlın varsa, varranehsən, ağlın yoxdusa... Deyir ki, canavarrara denən ki, onun malicəsi, dərmanı budu ki, bir ax­mağ adamın başını yeməlidi. Əgər bir axmağ adamın başını yesə, ba­şının ağrısı kəsəjəh.

Deyir:


– Yaxşı.

Bu, belə getdi.

– Bəs ayrı nə var?

Deyir ki, bir kişidi, yer əkir, şumnuyur, taxıl səpir. Taxıl əmr­a­zı­ya gəlir55, isdiyir götürə biçə, zəminin ortasına od düşür, yanır. Bu nədəndi?

Deyir:

– Get ona da deynən ki, yerinin tən ortasında yeddi küp qızıl var. Onu çıxartmıyana kimi o yer yanajax. Onu çıxardannan sora ta ya­nmıyajax.



Deyir:

– Hə, yaxşı.

– Üçüncü kimdi?

Üçüncü də deyir ki, filan yerdə bir patşahdı. O da deyir ki, bəs belə-belə. Ordum da çoxdu, silahım da, texnikam da çoxdu, mü­harbə eliyəndə düşmanımı öz torpağımnan qavıf aparıram öz tor­pağına, öz torpağında məğluv ollam.

Deyir:

– Ona deynən ki, nə qədər döyüş­sən də, sən kişi döyülsən, qa­dın­san. Sənin arxan yerdi. Ona görə qələ­bə çalmırsan sən. Əyər ərə ges­sə, qələbə çalar.



Deyəndə, deyir:

– Hə, yaxşı.

Gəlir. Ta uje arxayındı. Deyifdi ki, get, ağlın olsa, varra­neh­san e. Həə.

Deyir:


– Yaxşı.

Gəlir qəşəh sifdə arvadın yanına – patşahın yanına, de­yir:

– Patşah sağ olsun.

– Hə, gəldin?

Deyir:

– Hə.


Deyifdi ki, nooldu, nətəər oldu? Deyifdi ki, patşah sağ olsun, de­dim, sənin ərzi-bəndəliyini56. Deyir ki, o, nə qədər qələbə çalsa da, neyləsə də, onun arxası yerdi, qadındı. Patşah olduğuna baxma, ama qadındı. Deyəndə deyiv:

– A kişi, bunu bir sən bilirsən, bir Allah bilir, bir də mən bi­li­rəm. Gəl elə məni al, patşahlığı götü, qələbəni də çalax.

Deyir:

– Yox, mənnih döyülsən. Gedəjəm.



Deyif ki, əşi, gəl daşı ətəyinnən töh, gəl belə elə. Deyir:

– Yox, olmaz, lazım döyül, gedirəm.

Deyir:

– Get, ama bu söz bir yanda ağzınnan çıxsa harda olsa, səni ta­pıf, boynuu vurajam.



Deyir:

– Yaxşı.

Gəlir həmən biçinçinin yanına.

– Salaməlöyküm.

– Əleykesalam.

Deyir:


– Qardaş, nooldu, nətəər oldu?

Deyifdi ki, sənin yerinin tən ortasında yeddi küp qızıl var. O yed­di küp qızıl çıxmıyana kimi sənin yerin yanajax. Deyəndə de­yiv:

– Əşşi, bunu bir sən bilirsən, bir mən, bir də Allah. Gə, bu qı­zı­lı çıxardax, qardaş malı kimi böləh. Yarısı sənin, yarısı mənim.

Deyir:


– Yox, maa lazım dəyil, mən gedəjəm (gülür – top.). Mənim ağ­lım olsa, mən varranajam.

Deyir:


– Get.

Nə qədər eliyif, deyif, əşi, yeddi küpdü qızıl. Beşi sənin, ikisi mə­nim. Gəl, lijbi mən onu çıxardım. Deyir:

– Əşi, yeri get.

Düşür yola, gəlir. Gəlir çıxır canavarın yanına. Canavara ayan­dı. Deyir:

– Nooldu, nətəər oldu?

Deyir ki, dedi ki, bir axmağ adamın başın yesə, başının ağrısı kə­se­jəh. Deyifdi ki, ayrı nə varıdı? Deyifdi ki, Vallah, belə bir adam varıdı, patşahıdı, özü qadınımış, ama belə-belə. Bəs o biri nə­yi­di? Deyif ki, onun da yerində yeddi küp qızıl varıdı, beşin maa ve­rirdi, ikisin özü götürürdü, onu da götürmədim. Deyir:

– Onda elə axmax sənsən. Mən niyə qıraxdan axmax ax­da­rım?

Kişinicə qarmalıyır, aşırır. Başının ağrısı da kəsir.


310. MOLLA NƏSRƏDDİN, BƏHLULU-DANƏNDƏ, BAĞDADİ-XƏLİFƏ
Belə nağıl eliyillər ki, Nəsrəddin olup, Bəhlulu-Danəndə olup, bir də Bağdadi-Xəlifə. Üçü bir məhtəbdə oxuyuplar. Bağdadi- Xə­li­fə şah oğluydu, yaxşı oxumurdu. Xəlifə deyir ki, atam Allahın al­tın­da öleydi, şahlıx maa keçəydi, həmən gün bılların ikisin də boy­nun vurdurajam. Ona görə ki, olar yaxşı oxuyurdular axı. Bı, iki alır. Bəhlul Danəndədə hamsınnan beş alıf, amma Nəsrəddin dört-beş alıf. Xəlifə ölür, irsi olarağ onun yerinə oğlu keçir. Keçənnən so­ra gejə Nəsrəddin özünü çatdırır Bəhlulun yanına. Deyir:

– Bəhlul!

Deyir:

– Hə.


Deyir:

– Qardaş, şah öldü, bu da başa keşdi, Vallah, bizi qırajax, öl­dü­rəjəh, bizi asajax. Biz nağayrax?

Deyir ki, Nəsrəddin, sən uzunqulağa min, xurcunu sal çiy­ni­nə, səhər camahat deyəjəh, bı dəlidi. Xurcunu uzunqulağın belinə qoy­­ma, öz çiyninə qoy. Deyir:

– Bəs sən nağayrassan?

Deyir:

– Mən də qarğını minəcəm. Əlimə bir dənə də şallağ alacam, bir də xurcunu keçirdəjəm o əl tutduğum yerin yanınnan. Desinnər, bı da dəli olub e, bına bax.



Səhər bı iş baş verir, srazı hər yerə yayılır ki, ə, Nəs­rəd­din­nən Bəhlul dəli olub. Xəbər gedir xəlifiyə çatır. Deyir, Allah, saa şü­kür, yaxşı ki, mənim əlimnən olmadı. Yoxsa onsuz da bəhanə eli­yif bılları mən öldürəjiydim. Bir qədər keçir aradan. Bir gün Bəhlul qar­­ğısın çapa-çapa hərrənir, fırranır ayna-bayna, gəlir bılağın ya­nın­nan keçəndə görür ki, uzunqulağın yükü var, bılaxdan su içir, özü də su içir. Deyir:

– Qardaş, salamməleyküm.

Deyir:

– Əleykümsalam.



Deyir:

– Qardaş, kimnən yoldaş oldun, adın soruş. Məclisə getdin, əyax­dan otu, yavaş-yavaş başa keçərsən. Bir də sənnən bir şey isdə­mə­sələr, özünü dartıp demə, məndə var.

Dedi:

– Yaxşı.



Bir az oyana getmiş, uzunqulağın yükü aşır. O vaxdı çuval 150 kilo taxıl tuturdu. (Gəbəfason olurdu, qulfları olurdu. Uzun­qu­la­ğın üsdünə qoymağ üçünüdü). İndi bu uzunqulağın yiyəsi cuvalın bi­rin götürür uzunqulağın üsdünə qoyur ki, gessin o birsin də gö­tür­sün bağlasın, o birisin də gətirəndə bu yüh düşür aşağı. Bəhlul da bı­nın yanında qarğısın çapır. Deyir:

– Ə, qardaş, qardaş, dayan, qardaş. Sənnənəm e.

Deyir:

– Qardaş özünsən, mənim adım var. Bə bəyax nə dedim mən? De­mədim ki, kimnən ki yoldaş oldun, adın soruş? Mən qardaşam?



Deyir:

– Bağışda.

– Axşam düşüb, uzunqulağı yühlüyəh, gedəh bizdə qal.

Deyir:


– Yaxşı.

Uzunqulağı yühlüyüllər, gəllər evə, nəsə, çay-çörəh yeyilillər. Bu məqamda qapı döyülür. Qapı açılır. Açıllar ki, şahın fər­raş­da­rı­dı. Deyir ki, Bəhlul, səni şah çağırır. Deyir:

– Get şaha denən ki, qonağım var.

Gedir şaha deyir ki, bəs qonağı var. Deyir:

– Noolsun ki? Qonağı da götürüp gəlsin.

Noolsun ki, indi bı dəlidi. Amba rəvayətə görə, şah ağır məc­lis­lərində həməşə Bəhlulnan Nəsrəddini çağırırmış. Ona görə ki, bul­larda çox gözəl fitri istedad varımış. Bular durullar, deyir, düz­dü, qonağı aparajam, ama bı qonax başıma bəla olajax. Gedillər məc­lisə, salam-kalam. Qonax düz keçir şah tərəfdən – lap başdan əy­lə­şir. Bəhlul da məclisdə əyaxdan əyləşir. Yavaş-yavaş yuxarıdan qo­nax gəlir düşür qapı tərəfə. Nəsə, yeyib-içənnən sora deyir:

– Ə, qarpızdan gətirin, kəsəyin.

Qarpızı gətirip kəsəndə heş kəsdə pıcağ olmur. Qonax tez pı­ça­ğı çıxardır. Pıçağı belə çıxardanda şah baxır ki, bının pıçağının qiy­məti elə bının xəzinəsinin yarısına bərabərdir. Bəhlul baxır ki, şa­hın fikri dəyişildi, rəngi qaşdı. Dedi, baho, qonax getdi. Yeyip qu­tarannan sora deyir, gessin, amma Bəhlulun qonağı qalmalıdı. Ha­mı gedir, Bəhlul deyir:

– Şah sağ olsun, o, mənim qonağımdı, nətəəri qala bilər? Nə­yə görə qalmalıdı?

Deyir:


– Bıçağın sahibi sənsən?

Deyir:


– Bəli.

Deyir:


– Yeddi il bınnan qabax mənim xəzinəmi yarıb yeddi dənə be­lə bıçağ aparıplar. Mən hər dəfə ziyafət düzəldirəm ki, görüm o pı­çağı tapıram? Böyün də sənnən tapdım. İndi altısın da gə­tir­mə­li­sən­ hələ.

Bını almağ isdiir də bınnan. Bəhlul deyir ki, şah sağ olsun, ica­zə ver bını indi aparım, səhər gətirərəm. Deyir:

– Bəhlul, aparsan bını, örgədəssən.

(O vaxdı kişi sözdəri varımış). And içir ki, mən ona bir kəlmə ağ­zı­mı açıb söz demiyəjəm. Deyir:

– Onda aparginən.

İkisi də düşüp gəlillər. Arvat baxır ki, nə qonax danışır, nə ki­şi danışır.

– Əşşi, nolub?

Dim­mir. And içiv axı orda. Qonağın axırda əlajı kəsilir deyir ki, bəs başımıza belə iş gəlib, dil bəlasına düşmüşəm. Deyir ki, ay Bəh­lul, sən Allah, yazıxdı, bının bir çətən külfəti var, bına kö­məh­liy elə. Deyir:

– Arvad, ona nə köməhliy eliyim? Özü öz bəlasın çəhsin da­na.

Bıların üzünə baxmır ey, guya divarnan danışır. Deyir ki, əşi, sən Allah, birtəhər elə, başına dönüm, aman günündü. Bı qonax yal­varır. Yönün çöörür əənə, deyir:

– Arvad, o qaba su töh, bir ağac da qoy yanıma. Mən hara ge­di­rəm, qonax mənnən getsin. Bax ha, deyinən ki, mən nə desəm, onu yaxşı-yaxşı eşitsin.

Deyir:


– Yaxşı.

Gedillər tövliyə, sudan tökür uzunqulağın üsdünə, ağaşnan uzun­qulağı başdıyır döyməyə. Deyir:

– Ay uzunqulax, bəs saa deməmişdim, kimnən yoldaş olanda adın soruş?

Qonax deyir:

– Sən öl, bı söz mənim sözümdü, düz deyir e.

Sana demədim ki, məclisə gedəndə, əyaxdan otu, başa ke­çəs­sən?

Deyir:

– Bı da düz sözdü. Bı söz də mənim.



– Saa demədim ki, sənnən bir şey isdəməmiş, çıxardıb özün­nən bir şey vermə?

Bı, ikiəlli Bəhlulun əyağın qucaxlıyır, deyir:

– Bəhlul, balanın başına dönüm, məni bu bəladan qutar.

Bəhlul bına cavab vermir. Danışmır axı. Sudan tökür, deyir:

– Ay uzunqulax, mən dediyimi yadında saxla, sabah gedərsən ora, kefıı pozma. Şaha denən, çox şükür ki, axır ki, pıçağın yeyəsi ta­pıldı, yeddi il bınnan qabax mənim atamı öldürüflər bı pıçaxnan. İn­di bu gün tapmışam bı pıçağın yiəsin. Deməli, atamın qatili sən­sən.

Bı minvalla da şaha çatdırır. Şah deyir ki, Bəhlul, bı sənin fı­rıl­dağındı. And içir ki, axı mən Qurana and işmişəm. Onu azad eli­yir, heylə çıxır gəlir.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə