Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə15/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

283. OFSANATA DÜŞƏN TİKƏ
Bir dənə tacir varımış, bunun bir dəvəsi varımış. Bu dəvəni pas­dayannı sağırmışdar bunnar. (Dəvənin südü yeməlidi də, əti də ye­məlidi, lap qurvan da kəsillər dəvədən). Bu dəvəni sağanda di­var­dan bir dənə ilan çıxırmış. Həmən tacir ilanın qavağına belə qav qoy­muşmuş, o süddən aparıf tökürmüş ora, ilan içirmiş süddən. Sü­dü qutarannan sora ordan bir dənə onnux qızılı tulluyurmuş qavın içi­nə. Bir gün belə, beş gün belə. Tacir pasdayannı dəvəni sağ­dıx­can­ tulluyur, varranır bu ilanın hesabına. Bir günnəri tacirrər zi­ya­rə­tə gedirmişdər. Bu da tacirrərə deyir ki, mən də gedəjəm siznən zi­yarətə. Oğlunu çağırır yanına, deyir ki, bala, bax dəvəni sağırsan. (Su­bay oğlanımış, həddi-buluğa çatmışımış, hardasa, irmi iki ya­şın­da, belə). İlan gələjəy o qavın yanına, südün töküsən, qızılı tul­la­ya­jağ ora. Qızılı da saynan yığ. Nəysə, bu çıxır, gedir. Bir gün belə, beş gün belə, hardasa, bir aya çəkir. Bir günnəri südü tökür, qızılı sa­­­lannan sora ilanı vurur. İlan qaçır, quyruğu kəsilir. Deyir:

– Ə, havağatan mən buna süd verəjəm?

Nəysə, dədəsi də deyif ki, gələndə qızılı sanıyajam mən. Ne­çə gün qalmışamsa, bir helə onnux qızıl olmalıdı dana orda. Nəysə, də­­dəsi ziyarətdən gəlir, evə gələndə qızılı sanıyır, görür kü, qızıldan dör­düdü, beşidi, kəmdi.

– A bala, bunu neynədin?

Nəqədər eliyir, oğlan boynuna almır. Deyir ki, bala, düzün de­nən, görüm neyləmisən. Nəysə, kişi özü sağır, qava südü tökür, gö­rür, ilan gəlmədi.

– A bala, neylədin?

Nəkqədər eliyir, nəysə, axırda boynuna alır bu. Deyir ki, də­də, bax belə-belə, tamahım durmadı, qızılı salannan sora dedim ki, ha­va­ğatan mən buna süd verəjəm? Cahıllığ elədim, ilanı vurmağ is­di­yəndə ilan qaşdı, quyruğunnan xeylax kəsildi. Deyir:

– A bala, bəs adam helə şey eliyər?

Nəysə, bir də tacirrər ziyarətə gedəndə Allah-talıya deyir ki, bəs belə-belə, mənim oğlum belə ziyannığ eliyif dana. Bəs bunu gör nətəər eləmağ olar? Nəysə, gedəndə xəbər gəlir ki, o oğlan heç cü­rə muradına çatmıyajax. Nağarsa da, muradına çatmıyajax. Onun to­yu olmuyajax. Allah-taladan sada gəlir ki, ordan sifariş gəlir ki, bu, muradına çatmıyajax. Bu tacir çox durur, oturur, aman-zaman bir oğlu varımış. Ay Allah, mən nətəər eliyim, nağarım? Nəysə, çox adamlara gənaşirriy eliyir47, hara gedillərsə, ziyarətə də özü ge­dir, yalvarır, nətəər eliyir. Deyir ki, mumkün döyül e. O, muradına çat­mıyajax, o evlənəndə ilan onu öldürəjəh. Nəysə. Deyir:

– Allaha pə­nah!

Gətirir buna toy eliyir. İndi bu toy eliyəndə bu tacir gedir gə­linin qulağına pıçıldıyır ki, bəs belə-belə, mənim oğlum lə­kəm­təl­di48 dana, xayiş eliyirəm, gejə səhərətən yatmaginən. Onu göz­də­ginən sən. Göydən bəla gələndə hay sal, nə bilim, belə elə. Toy olur, qutarır. Nəysə, gəlillər otağa. Nəysə, gejə gəlin səhərətən yat­mır.

Çox pis vəzyətdə yaşıyan bir dənə qadın xeylağı varmış, yol­da­şı-zadı da yoxumuş, ta uşaxlar ajınnan qırılırmışdar. Kəndə belə ba­xır, görür kü, bütün evlərdə işıx sönüf, ham­­ma bir dənə o təzə toy olanın pəncərəsində işığ yanır. Qazana da daş qoyuf, daşı qaynadır. Uşaxları alladıv elə yatırdıf. Nəysə, bu gə­lin gəlir, pəncərədən belə ba­xır, baxanda bu gəlir tez, munu gö­rür. Oğlanı durquzur ku, bəs deyilən adam gəldi, göydən bəla gəlir. Oğ­lan durur, belə baxır. Görür kü, filankəsdi dana, tanıyır, kəç­ci­si­di. Deyir:

– Nədi, nəyə durmusan?

Deyir:


– Ay bala, Vallah, elə gördüm, işığınız yanır. Uşaxlarım ajdı, çö­rəyə gəlmişəm.

Bəy qavağına qoyulan xonca-monça – hamısını verir buna, apa­rır. Deyir:

– Getginən, bir res də gəl.

Gedir bir res də gəlir, nəysə, bunu polnu, ürəyin isdiyən qə­dər doyurur.

Hə. Səhər açılır, oğlanın atası gəlir, anası gəlir, baxıllar ki, oğ­lan salamatdı. Göydən sada gəlir ki, döşəyi qaldırginan, döşəyi qal­dı, gör orda nə var? Döşəyi qaldırır ki, həmən o quyruğu kəsiy ilan lünbüdü49 qanın içində ölüfdü, qalıv orda. Deyillər:

– Bu nədi?

Xu­davənd-aləmə gedif deyiflər ki, nədi? Deyir kin, həmən o gəlinə ki veriv e çörəyi, o, onu osanaya salıf. Elə bilginən ki, o, onu tə­miz mudafiyə eliyifdi. Onnan da qutarıf.
284. QƏBUL OLUNMUŞ EHSAN
Bir patşah varımış, bunun bir oğlu varımış. Günnərin bir günü bu oğlun çağırır, vəs eliyir ki:

– Ay bala.

Deyir:

– Hə.


Deyir:

– Mənim vəziyətim ağırdı, mən ölüf gedəjəm, mana qırx gün ey­san ver. Qırx birinci günü gə yanıma, məni çağır.

Bu qırx gün gündə üç öynədən yeməh verir. Nəysə. Elə olur, gün­nərin bir günü bir yaşdı kişi deyif:

– Ay bala.

Deyif:

– Ha.


– Gəlsən, belə bir fikir elə, məsləhat elə.

Deyif:


– Nədi?

Deyif:


– Bala, mən axşamçağı gələ bilmirəm. (Bu da eysanı üç öynə ve­rirmiş dana: savahertə, günorta, axşamçağı). Axşamçağı gələ bil­mə­yəjəm, imkan varsa, bir qav da verəsən, aparım evə.

Deyif:


– Dayı, qavım yoxdu. Əgər qabın varsa, get gəti, verim.

Fikirrəşir. O vax da bu papaxlardan yoxumuş, o biri papax­lar­­dan­, motal papaxlardanıymış. Papağını belə tutur, deyir:

– Ay bala, bunda verə bilərsən?

Deyir ki, əşi, nəfsin çəkirsə, niyə vermirəm. Papağı belə eli­yir, içinə də iki dənə yuxa qoyur, xörəhdən tökür. (O vaxdı ehsan xö­rəyi aşıdı, bir də halveydı, qalan şey olmuyuf). Bunun papağın xö­rəynən doldurur, yola salır, gedir. Alxış eliyə-eliyə gedir. Vax gə­lir, qırx gün tamam olur, qırx birinci günü gedir atasını çağırır. Ata­sı bir az gej gəlir. Narahat olur ki, ə, atam, nətəər mənim sö­zü­mü eşitmir? Ha-ha, görür kü, gəldi. Ata deyir:

– Ay bala, darıxmaginan, narahat olmaginən, burdan belə ge­dən­də bir nəfər adam bu qavırsannığa Fatihə verdi, onu bö­lüş­dü­rür­düh. Ona görə gej çıxdım.

Deyif ki, ata, qırx birinci günündü. Qırx günün tamamdı, ey­sa­nı verdim. Sana bir şey çatdı, çatmadı? Deyəndə deyifdi ki, bala, üzün ağ olsun, heş biri gəlif çatmıyıf. Bircə o papaxdakı gəlif çatıb maa. Deməli, bir heylə eysan verifdi, ama bircə o papaxdakı gəlif ça­tıf. Afsanata düşən papaxdakı xörəy olufdu yanı.


285. ÜÇ BACI
Üş bajıymışdar. Üş bajı gediflər pencər yığmağa. Bir xeylax ge­dillər, qəfildən dev çıxır buların üçün də götürür. Aparır öz kü­ma­sına. Burda da dev çoxdu. Bular fikirrəşir ki, hərəmiz birin gö­tü­rəh dənə. Bu balaja bajı da bijəltərəyimiş50 dana. Bu balaja qız de­yif­di ki, bizdə adət belədi, birinə ərə gedəndə beş il, on il nişannı qa­lırıx. Bizdə adət belədi, deyəndə o biri bajısı deyir, aaz, beş ilə bi­zə noolajax? Bulların da birjə nənəsi var, dədəsi, qardaşı-zadı yox­du. Çox iri-xırdadan sora, nəysə, deyir, on il bizə vax ver, on il­dən sonra genə sizdeyih dənə. Bu evdə yeyillər-içillər, çölə çıxanda bu dev qapının dalına bir dəyirman daşı qoyuf çıxıf gedirmiş. Ta bı­ra ayrı adam girə bilməzmiş. Vax gəlir, bir müddət qalıllar, gün­nə­rin bir günü qonşuda bir adam (bir cavan oğlan, bayevoy oğlan) yu­xu­sunda görür kü, filən yerdə, filən devdə, bir kahada devin əlində üç dənə qız var. Bu qızdar köməyə çağırır bunu. Yuxuda görür bu­nu. Səhər tezdənnən durur, deyir:

– Ana.


Deyir:

– Hə.


Deyir:

– Maa bir xurcun çörəh qayır, mən filan yerə gedəjəm.

– Ay bala, hara gedirsən?

Deyifdi ki, dimmə. Olmur, gedir. Gedir yolda bir çobana ras gə­lir:

– Salaməleyküm!

– Əleykümsalam!

– Qardaş, hara gedirsən?

Deyir, bəs belə-belə. Deyir ki, mən də sənnən gedəjəm. Bı da ge­dir.

Bi də bir ovçuynan raslaşır. Ovçu da, çoban da gəlir, bular üç olul­lar. Deyir:

– Ə, qardaş, mən təh gedirəm, siz ras ki mənnən gedirsınız, gə­lin gedəh. Amma mən özüm təh bacarajam.

Bular gedir. Gedillər axdarıllar, həmən bu devin kahası ta­pı­lır. Dəyirman daşın götürüf belə qoyullar, girillər içəri. Görüllər, üç də­nə qızdı, üçü də burdadı. Deyif:

– Bıdee, qardaşımız gəldi.

Balaca deyif. Deyəndə deyir ki, demədim, qardaşım gələjəh. Bu­lar razılaşıllar, qardaşı da gəlir, burda dava... Bu qızdar deyir ki, bu­nun canı o şüşədəymiş. Məsələ var e, devin canı şüşədə olar. Bu­nun da canı o şüşədeymiş. Qızdar deyifdi ki, əgər o şüşəni qırsan, ha­satdı, yo, şüşəni qırmasan, çətindi. Hərrənir-fırlanır, oğlan şüşəni yen­dirir aşağı, munun da içində bir quşumuş. Bunu öldürür. Öl­dü­rən­nən sora uje sərbəst qızdarın üçün də götürür. Burdan da kalan ayın-oyun götürüllər haa. Devin də varı-dööləti var, qızılı-mızılı var. Götürüllər, qəşəhcə düşüllər yola. Gətirir balacanı özü alır, o bi­rini çobana verir, o birini də ovçuya verir, çıxıf gedillər. Orda ya­şı­yıllar.
286-287. YAZIYA POZU YOXDUR
Gənə bir patşahın bir oğlu varımış. Oğlanın evlənməh yaşı ke­çi­rmiş. Buna nə qədər deyir, evləmmir. Nəysə, günnərin bir günü Şah Abbas kimi bu da atasının heyvanın, sahəsin gəzirmiş. Hey­va­nın yanına gedəndə görür, bir qoja kişidi, çiynində də belə bir part­fel. (O vaxdı indiki kimi deyildi, partfeli parçadan tikirmişdər).

– Salamməleyküm! Bərəkətdi olsun, bala!

Deyir:

– Xoş gəldin, dayı. Hardan gəlirsən?



Deyir ki, elə bu kətdən gəlirəm. Deyir:

– Bu kətdə kimnən gəlirsən, hardan gəlirsən, nədi?

Deyəndə deyir:

– Ay bala, belədən gəlirəm dana.

Deyif:

– Nədi o çiynindəki?



Deyif:

– Partveldi.

Deyif:

– İçindəki nədi?



Deyif ki, dəfdərdi, kitafdı. Deyif ki, nədi ki bu? Nəyi ya­zır­san? Deyir:

– Bala, mən tale yazıram.

Deyəndə deyifdi ki, yazırsan yaz da. İndi sən mənim taleyimi de­yə bilərsən kimə yazmısan? Deyif:

– Yox, bala, Allah sirr açmıyıv ha. Onu desəm, mən günah qa­zanıram, cəhənnəm əhli oluram mən. Ola bilməz axı.

Deyiv:

– Əşi, sən gəl mənnən spor eləmə. Mən patşah oğluyam. Ya de­məlisən, ya ölməlisən.



Deyəndə deyifdi ki, ay bala, Vallah, deyə bilmərəm axı. De­yiv:

– Əşi, deməlisən e.

Nəysə, olmurol51, bu deyir ki, filan kəntdə bir naxırçının xəs­də qızına yazmışam sənin taleyini. Deyir:

– Hə, sağ ol. Çıxardır civindən bir üç-dört dənə qızıl qəpih ve­rir, deyir, yaxşı yol, çox sağ ol, yeri get.

Çıxır gəlir evə, atasınnan xəlvət, balaca bi xurcunu götürür, iki gözün də doldurur qızılnan, düşür yola, gedir o kəndə. Kətdə so­ra­­­ğnan ki burda naxırçının evi hansıdı? Deyir:

– Odee, odee, bax odu.

Gedir görür kü, axşamçağıdı, bir yaşdı arvatdı.

– Ay nənə, Allah qonağı...

Deyir:

– Allaha da qurvan olum, qonağa da. Görürəm ki, patşah li­bas­dı adamsan, mən sana nə deyim?



Deyif:

– Yox ey, xala, uzax gedəjəm, beyjə burda qalmalıyam. Val­lah, onda qoy kişi naxırdan gəlsin, o bilər.

Deyir:

– Yaxşı.



Yox, kişi gəlməmiş bu arvatdan soruşur ki, nənə, o tikililər də si­zindi? Qapı örtülüdü, iki dənə tikilidi, pəyədi. Ollar da sizindi?

Deyir:


– Hə, bala.

Deyif:


– Nədi o, ora nə salırsınız, neynirsiniz?

Deyəndə deyiv, ay bala, o biri heyvanımızın yeridi, hamma on­nan beləki bir xəsdə qızımız var, orda yatır, orda qalır. Elə çö­rə­yin, suyun verirəm, orda qalır. Deyif:

– Xala, nə xəsdəsidi?

Deyif:


– Ay bala, nə bilim, elə xəsdədi dənə.

Bunun yerin örgəndi. Deyir:

– Hə, yaxşı.

Kişi də gəlir çöldən. Kişi də gəlir görür kü, vəziyət nətəərdi. Nəy­sə, gejə məjbur olur qalır. Deyir ki, əşi, bax burda oturajam, bir az­dan işıxlaşanda, dan üzü çıxıf gedəjəm. (Ulduznan, Aynan işdi­yir­mişdər). Bullar yatır. Kişi naxırçı, arvat da qoja arvat. Görür kü, iki­si də xorulduyur. Durur qəşəh xurcunu da qoyur orda, çıxır çölə. Ge­dir qızın yanına, (civində də uzun pıçağı varmış) pıçağınan bu­nu­ja möykəm hardan lazımdı pıçaxlıyır. Topuğunatan pıçaxlıyır. Xur­cunu da orda qoyur ku, o, mənim taleyimə yazılmışdı, qoy onun ey­sanına versinnər. Çıxıf gəlir, heş bının gənə işdahı çəhmir ki, ev­lə­nə. Beş il keçir, üç il keçir, dörd il keçir, günnərin bir günü bına, nəy­sə, ayan eliyən eliyifdi ki, get bir o kəndə.

Pıçaxladığı qız da ölmüyüpbüş e. Uje bı qız yavaş-yavaş ayı­lır, oğlanın qoyuf getdiyi qızılnan ev tikillər, imarat yapıllar. Gəlir gö­rür kü, uçux daxma elə ordadı, ama bu tərəfində bir böyüy imarət var, burda bir qız hərrənir, hesab elə ki, şikil kimi. Belə boy­la­nır, belə boylanır, tərpənir evə. Gedir vəzirə deyir ki, vəzir sağ ol­sun, atama de, filan yerdə bir qız tapmışam. Dururca vəzir də tər­pə­nir, patşaha muşdulux aparır. Bu da bir torba qızıl muna verir, de­yir, hardadı, getsin yerin göstərsin dana. Faytona minillər, gəlillər hə­mən yerdə qızın evin gösdərir, deyir, bax bu evdədi. Kişi də na­xır­çılıxdan çıxıf uje. Kefiköh dolanır dana. Vəzir faytonnan düşür:

– Salamməleyküm!

– Əleyküsalam!

Nəysə, deyir:

– Qardaş, bilirsən nəyə gəlmişəm?

Deyif:


– Nəyə gəlmisən?

Deyifdi ki, mən patşahın oğluna sənin qızını almağa gəlmi­şəm, elçi gəlmişəm. Əgər razısansa, işi davam eliyəh. Deyif:

– Patşahın oğlunnan artığına vermiyəjəm ha.

Hesav elə, naxırçı qızı gedir patşahın oğluna. Ta bu gədə gö­rüf­dü bu nə vəzyətdə dolanır. Amma bu vəzir görmüyüf ha, bu ima­rə­ti görüf. Qız amma görühmür. Deyif:

– Yaxşı, gedin, gəlin.

Gedillər, gəlillər, toyu eliyiv aparıllar. To­yun gejəsi (əyənnən-bəyənnən camahat hamısı dağılır, bullar ikisi qa­lır) qəfildən bu oğlan qayıdır ki, hə, bilirsən nə var? Deyir:

– Nə var?

Deyir ki, sizin kətdən bir qıza mənim talehim yazılmışdı. Onu pıçaxladım, öldürdüm, indi səni almışam. Qız deyir ki, mənim hə­kimim elə budu. Deyir:

– Niyə helə duruxdun?

Deyir ki, sən vurduğun pıçaxları yerin dəqiq bilirsən? De­yən­də deyif, hə, niyə bilmirəm, nədi ki? Deyifdi ki, icazə verərsən bir söz deyim saa? Deyif:

– Nədi?

Deyif:


– Biz ta uje ayleyih, bir yerdə yaşıyırıx. Olar, libasımı so­yu­nam, baxasan? Açır baxır, görür, ə, pıçağın biri burda, biri burda, bi­ri burda, uje topuğunatan pıçax... Görəndə qayıdır ki, sən öl, bu ya­zıya pozu yoxdu. Orda da başdıyıllar yaşıyıllar.
287.

Bir çobanın qızı olur. Bir dənə də bəy gəlif yolnan keçirmiş. Gə­lif görür kü, qapıda adamnar durufdu. Deyir, görən bı nədi? De­yir kin, bı nə hay-küydü? Görür, qapıdan bir adam çıxdı. Deyir kin, nə­di o? Deyir:

– Bırda uşax dünyaya gəlifdi.

Deyif:


– Nədi?

Deyifdi ki, qız uşağıdı. Deyifdi kin, onun talehi sənin oğlaa ya­zıldı. Bəy deyir:

– Nə? Mən bəy, bı da çoban. Mənim uşağımın üsdünə ço­ba­nın uşağının bəxdi yazılsın?

Nəysə, bı deyir, helə şey ola bilməz. Çıxır gedir. Bəy gedir gə­zir, qayıdıf gəlir evinə. Səyahətdən evinə qayıdıf gələndə vəzirin-və­kilin başına topalıyır. Deyir ki, gedin nəqqədər ki, təzə doğulan uşax var, hamısın yığın gətirin bıra. Hammısın öldürejem. Yəni kin, öl­düsün kü, bının uşağının bəxdinə yazılmasın də. Gedillər, nəysə, ha­mısın yığıllar gətirillər, bu uşağı da gətirillər. O uşaxların ha­mı­sın öldürüllər. Ama bı uşax gələndə, Allah-taalanın axı bına qisməti var. Kiməsə verir ki, apar bını öldür də. (Bının özünün adam öl­dü­rə­ni olur). Bının uşağa yazığı gəlir. Deyir, bı qız uşağıdı, özü də çox gözəldi, dünya gözəlidi. Bına hayfı gəlir. Götürür aparır bını bir dənə sandığa qoyur, aparır boşduyur suya. Bu, suynan axır ge­dir. Bınnan irəli su dərmanı52 varımış. Gedir o sandıx bı su dər­ma­nı­nın su keçəcəh yerinə dirənir. Bı dərmançının da heç oğlu, qızı yo­xumuş. Görür kün, bı dərmanın daşı uje yanır, tüsdü verir. Deyir:

– A bala, bı su gəlmədi.

Gedir baxır görür, bir sandıx gəliv ora qapanıf. O sandığı gö­tü­rür, gətirir açır, baxır görür içində bir gözəl qız uşağı. Deyir:

– Ay Allah, saa qurvan olum, sən bını yetirmisən mənim uşa­ğım olsun.

Başqa bir ölkədi ha bura. Daa bu çay, sel götürür aparır da bu­nu bu ölkədən o ölküyə. Nəysə, götürür bını dərmançıynan arvadı, qə­şəh böyüdüllər. Böyüdüllər, qız o qədər gözəl olur, yaraşıxlı olur ku, daa belə saa deyim kin, iki göz lazımdı bı qıza baxmağa. Dər­man öylərinə yaxınımış. Bir gün arvat bına çörəh verir, deyir:

– Apar ata­a ver, gəl.

Qız bı çörəyi gətiriv atasına verəndə həmən bəy ki va­rı­dı e, yığıv öldürtdürürdü uşaxları, bəyin oğlu yolnan keçirmiş. Gəz­məyə çıxmışımış. Gəliv elə bəyin oğlu ordan keçəndə görür, bır­dan bir gözəl qız çıxdı. Elə nəysə, Allah-taaladan ürəyi bına ya­pı­şır. Al­la­hın axı qisməti var. Oqqədər bına aşiq olur kü, deyir:

– Bı, nə qənirsiz gözəldi.

Bu, tez deyir ki, yox, qayıtdıx. Bının başına yığışannar, nə bi­lim, vəziri, vəkili, ov ovluyanı, quş vuranı deyir:

– Əşi, ay bəy, niyə qayıdırsan? İndi çıxmısan.

Deyir:


– Yox, uje bırdan qayıdıram.

Qayıdır gedir evə. Qayıdır evə gedənnən sora dirənir, deyir ki, mən orda bir qız görmüşəm. Gedin onu gəzin, görün kimdi o. Mən o qızı almalıyam. Nəysə, gəlillər, axdarıllar, arıyıllar, tapıllar, de­yil­lər, bəs dərmançının qızıdı. Bu padşahın genə bağırsağı doğranır içə­rdə. Bu nətəər olan şeydi? İndi gəlsin də bu dərmançı qızına iliş­­sin. Maa bax, dərmançıya bax. Mən durum dərmançının qızın oğlu­ma alım? Belə şey olar? Onnan sorasına oğlan əl çəhmir, oğlan ya­man günə qalır, özün öldürür, ağlıyır, dərdə düşür. Deyir:

– Yox, o qız oldu, oldu, olmadı, mən evlənmiyəjəm.

Nəysə, gəlillər elçiliyə. Deyillər:

– Bəs belə-belə, sən bını hardan almısan? Sənin axı oğlun, qı­zın yoxudu.

Kətdən, kəsəhdən soruşullar. Deyillər:

– Vallah, elə qəfildən gördüh bir qız uşağıdı, götürüf saxladıx.

Axırı deyir:

Allahdan gizdi dəyil, bəndədən nə gizdiyim. Həmən o qız san­dıxda gəldi çıxdı bıra. Dərmanımın gözün tutdu, mən də onu çı­xart­dım, evladım yoxudu, saxlamışam. Daa bilmirəm, o uşax har­dan gəldi. Allah göndərdi, bəndə göndərdi, bilmirəm.

Həə, deyir:

– Yaxşı.

Gedir bəy həmən o nökərin çağırır, o adam öldürəni. Deyir:

– Düzünü de görüm, o vaxdı flankəsin qızın saa verdim, apar öl­dür, neynəmisən?

Deyir:


– Allahdan gizdi dəyil, bəndədən nə gizdiyim. İsdiyirsən, boy­numu vur, isdiyirsən, kəs, mənim ona yazığım gəldi. Dünya gö­zə­liydi, uşağa baxdım, yazığım gəldi. Dedim, belə gözəl qız olmaz. Mən onu qoydum sandığa axıtdım, suynan çıxdı getdi.

Deyir:


– Həə, axı o vaxdı maa dedilər ki, Allah-taaladan bı qızın bəx­di sənin oğlaa yazılıfdı. Görürsən, bını mən cəhd elədim öl­dü­mə­yə, Allah-taala bını genə qoymuyufdu kin, bı öldüsün. Gətirif dər­mançı saxlıyıf, indi də Allah-taala onu oğlumun qabağına çı­xart­dı.

Axırı, ələci kəsilir, oğluna həmən qızı alır, bala. İndi yazıya po­zu yoxdu.


288. PEYĞƏMBƏRİN NAĞILI
Bir nəfər şeytan bir nökəri örgədir kin, peyğəmbər meçitdə na­maz qılır, ged onun namazın poz. Şeytandı də, isdiyir kin, onun na­mazı pozulsun. Bı da gedir.

– Onun namazın pozsan, onun evrətin saa alajam.

Bu, peyğəmbərə ayid idi. Peyğəmbər də həməşə belə köhnə pal­tarda olufdu. Bu namaz qılıf qayıdırmış. Görüf, nökər heş bına salam ver­mədi, böyrünnən keşdi. Deyir:

– Ay bala, salamməlöyküm, bəri qayıt görüm.

Deyir:

– Nədi, əşşi?



Deyir:

– Niyə əşi deyirsən maa? Salam Allaha salam verməhdi, sən özün salam vermədin, vermədin, mənim salamımı niyə almırsan, ay oğul?

Deyir ki, tələsiyirəm. Deyir:

– Nə yaman sənin belə böyüy işin var ki, tələsiyirsən?

Deyir ki, peyğəmbər orda namaz qılır, mən gedirəm onun na­ma­zın pozmağa. Şeytandı də, deyir, ged onun ağlın çaşdır, namazı yax­şı qıla bilməsin. Gediv onun namazın pozajam. Deyir:

– Peyğəmbərə sənin güjün çatmaz. Gəl mənnən güləşəh. Əgər mə­­ni yıxsan, gediv onun namazın poza bilərsən.

Deyir:

– Yaxşı.



Bınnan belə əlbeyaxa olanda peyğəmbər əlinin dalıynan bını bir az itəliyir, gedir xeylağ uzağa düşür. Bu hirsdənir, bir dəfə də bu­na cumur də. Cavan oğlanımış. Bir də belə vıranda bir də qayıdır gə­lir. Qayıdır gəlir, paltarın soyunur, indi səki bunnan ciddi da­laş­mağ isdiyir. Dalaşmağ isdiyəndə peyğəmbər bunu əlinin arxasıynan atır göyün yeddi qatına. Əlin belə tutur, deyir:

– Düş ovcumun içinə. Düş görüm. Bax, peyğəmbər mən. Maa gü­jün çatar sənin?

Deyir:

– Əsdafurullah, mən belə bilməmişdim. Allah nəhlət eləsin mə­ni örgədən şeytana! Məni örgətdi ki, gedim mən pozum səni... Mən səni belə bilməmişəm. Sənin kəramətaa bələd olmamışam.



Deyir:

– Onda get, bala, şeytana dediyıı de.

Deyir:

– Yox, büyünnən belə mən şeytana yox, saa qulluxçu olajam. Öm­rümün axırına kimi sənin yanında qalajam. Bu, ömrünün axır­ı­na­tan peyğəmbərə qulluğ eliyir. Bağın-bağatın belliyir, atın yə­hər­ri­yir, atın yüyənniyir. Nəysə. Bunun qulluğunda durur. Vax gə­lir, və­də gəlir, gün keçir, ay keçir, bı qojalır. Bir gün peyğəmbər sə­ya­hət­dən qayıdanda gəlif görür kü, bu dayanıv qapıda, sakqal basıv. Uje daa bunun ölüm vaxdıdı də, qojalıfdı, başı gedir-gəlir.



Deyir:
– Əbdül!

(Adı Əbdülümüş). Deyir:

– Bəli!

Deyir:


– Əbdül, niyə belə eliyirsən, bala?

Deyir:


– Ay ağa, dəəsən vax gəlif çatıfdı, uje ömür-gün keçifdi, öl­məy ərəfəsindəyəm. Uje özümü də yaxşı hiss eləmirəm, amma bu dün­­yada əhdim ürəyimdə qaldı. Bir əhdim varıdı.

Deyir:


– Nədi o əhdin?

Deyir:


– Mən nə ata, nə ana, nə bacı, nə qardaş görmədim. Özüm ye­tim oldum, qapılarda böyüdüm. Heş birisin görmədim də, bir ata­dan ürəyim su içsin, anadan su içsin.

Deyir ki, mən saa ata-anaa gösdərərəm. Deyir:

– Doğurdan?

Deyir:


– Hə.

Deyir:


– Elə onda canım saa fəda olsun, məni apar gösdər, onnan so­ra mənim canımı alsınnar. Allah-taala mənim canımı alsın.

Bunu götürür, deyir, atdarı gəti, çəh bəri. Atı yəhərriyir, yü­yən­­niyir, birində peyğəmbər oturur, birində də Əbdül oturur, gö­tü­rür gedir bir qəvirsannığın böyründə dayanır, deyir:

– Düş atdan.

Dü­şül­lər atdan. Deyir:

– Əbdül!

Deyir:


– Ha.

Deyir:


– Görürsən bı qəbirrəri?

Deyir:


– Hə.

Deyir:


– Bı, sənin ataan qəbridi, bı, anaan qəbridi, bı, bacıın, bı da qar­daşıın. İndi, oğul, bı qəbrin üsdündə durursan, bir-bir deyirsən, “Al­lahın məsəli Əlamuhəmmədin və Ali Məhəmməd”. Qəbir açılır, nə görsən, düzgünü gəl maa de ha. Bax, birin alt, birin üst demə. On­suz da mən onu bilirəm.

Peyğəmbər özü çıxır gedir. Bı gəlir, durur atasının başının üs­dün­də. Deyir:

– Allahın məsəli əla Muhəmmədin və ali Məhəmməd.

Qəbir açılır, görür, atası bir ağsakqal kişidi, oturuf Quran oxu­yur. Allahın kəlamın oxuyur. Qəfildən deyir, nətəər olursa, elə bil, bir əqrəf gəlir bunun dilinin ujunnan vırır, gözdər hədəqədən çıxır, ağız köpühlənir, dil ağzınnan bir belə çıxır, ləhliyir, daa belə ölür, qa­ralır, qalır belə. Bı çox pis olur. Deyir:

– Ay Allah, gör atam qəbirdə nə gün çəkir.

Keçir ikinci qəbrin üsdünə. İkinci qəbri də o minvalnan de­yən­də ikinci qəbir açılır. İkinci qəbir açılanda baxır görür kün, ana­sı oturub. Bir xanım-xatın arvaddı belə, qavağında belə ləziz, gözəl xö­rəhlər var. Əlin buna atır, ağzına gətirincən zir-zibil olur, bına atır, ağzına gətirincən zir-zibil olur, bına atır, ağzına gətirincən zir-zi­bil olur. Bı arvat bı yeməhlərin birinnən yeyə bilmir. Bunu be­lə görəndə bı çox pis olur. Deyir:

– Əsdafirullah.

Keçir üçüncü qəbrə. Bı qəbrin üsdündə de­yən­də “Allahın məsəli əla Muhəmmədin və ali Məhəmməd”, qəbir ara­lanır. Baxır görür, qəbirdə, əsdafurullah, bir dənə kadındı, belə otu­rufdu, cavan gəlindi, qılçasının altınnan belə su gedir. Bırdan be­lə­si qancıxdı, it (söyləyici əlini qurşağına aparır – top.). Bırdan beləsi insandı. Bax, bı hörüyü bı qılçasına bağ­lıdı, bı hörüyü bı qılçasına bağlıdı. Deməli, bırdan zülal kimi su ge­dir, nəqqədər elir, o sudan içə bilmir. Dili ağzında parçalanır, pör­şələnir. Zar-zar zarıyır. Əbdül çox pis olur, çox məyus olur. Bın­nan keçir, üçüncü... Bir isdiyir qarda­şının qəb­ri­nin də üsdünə ges­sin, deyir, bunu da görsəm, laf ürəyim partdıyar. Mən öləjəm, maa dərd olar. Bir də deyir, yox, qoy elə bu­na da ba­xım. Gedir qar­da­şı­nın qəbrinin üsdündə durur, deyir:

– Allahın məsəli əla Muhəmmədin və ali Məhəmməd.

Qəbir aralanır. Açılanda görür qardaşı durdu, şahadat bar­ma­ğın­da şam yandı. Bu, dəsdəmazın aldı, namazın qıldı qəşəh. Onnan so­­rasına qayıtdı zikrin elədi, başın yerə qoydu yatdı. Deyir:

– Allah, saa şükür, nə yaxşı mən qardaşımı belə gördüm. Barı heç olmasa, sakit olum.

Elə-belə də qoyur, durur gəlir peyğəmbərin yanına. Pey­ğəm­bər soruşur:

– Bala, getdınmı?

Deyir:


– Hə.

– Gördün?

– Hə.

Deyir:


– De görüm.

Deyir:


– Bəs atamı bı formu görmüşəm.

Deyir:


– Əvdül, ataan günahı çoxdu.

Deyir:


– Atam çox əzyət çəkir. Bəs Allahın kəlamın oxuyur axı, ca­nım­­ saa fəda olsun.

Deyir:


– Allahın kəlamın oxusa da, atan cavan vaxdı, həddi-bulux vax­dı bir bakirə qıza böhdan deyif. Heş kəs yiyə durmuyuv o qıza. O qız ərə-zada getmiyif, qojalıf, saç ağarıf, göz tutuluf, kiprihlər ağa­rıf. Bir kəndin qırağında qara, yerdənqazma dəyədə qalır. Şam işığında duruv orda. Kim gətirif nə verirsə, onu yeyir. Hərdən-bir­dən də kim onnan soruşanda sənin heş bir evladın-zadın yoxdu, de­yir, Allah məni bu günə qoyana nəhlət eləsin. Bax, nəhlət de­yi­lən­də sənin atan qəbirdə o günə düşür. Bu belə. Bəs anaa necə gör­dün?

Deyir:


  • Anam ləziz xörəhləri qoymuşdu, əlin ağzına aparırdı, yeyə bil­mirdi.

Deyir:

– Anaan günahı bilirsən nədi, ay oğul? O da bağışdammazdı. Kim­sə – hamiləmi, əlsiz-əyaxsızmı, kimsəsiz bir qocamı, imkanı ol­muyammı qapıya gəlifdi. Bişirdiyi xörəyin iyi onu vurufdu, am­ma ona yeməh vermiyif, heş təhlif də eləmiyif. Yemisınız-iş­mi­sı­nız, yerdə qalan qırığı-quruğu belə yığıfdı töküv üsd-üsdə, deyiv, o adam bırya gəlmişdi, apar ona ver, gəl. İmkansız adama. Zi­bil verif ona. Ona görə də Allah-taala onu bağışdamır. Həməşə onun yediyin zi­bil eliyir. Gərəh qapaa gələnə təhliv eliyəsən. Orda pi­şirirsən də, qa­pıda duruf, yeməyin iyisi vırır onu. Onun orda nəfsi qal­masın, onnan birin götü ver ona, yesin. Ona görə anan o zülmü çə­kir. De gö­rüm, bacım niyə belədi bəs?

Deyir:

– Bacım da getdim gördüm, su içə bilmir. Aşağı tərəfi itdi, yu­xarı tərəfi insandı, saçınnan bağlıdı, su içə bilmir.



Deyir:

– Kəhriz başında bacın su doldururmuş, paltar yuyurmuş. Bir qo­canın, əlsiz-əyaxsızın biri deyifdi kin, ay qızım, Allah xatirinə, imam eysanı olsun, o sudan bir quruşqa ver, içim. O da qancıx kimi on­un üzünə çəmkirif. Ona görə onun günahı lap çoxdu. Görürsən, de­yirsən ki, Allah xatirinə, maa bir stikan su ver. İçirsən, deyirsən, imam eysanı olsun. İndi ona Allah-taalanın o qədər qəzəbi tutufdu kun, yarı tərəfi onun qancıxdı, qancıx kimi çəmkirif. Saçınnan da bağ­­lıdı, o su da ge­dir, qancıx kimi çəmkirifdi deyin, o sudan içə bil­mir. Allah-taa­ley­nan imam­narımızın adın o saymıyıfdı. Ona görə o zül­mü çəkir.

– Bəs qardaşım?

Deyir:


– Qardaşın həddi-buluğa yetməmiş bir oğlan olufdu, cavan oluf­du. Nə görüf, nə götürüfdü kün. Dünya görməmiş dünyasın də­yi­şifdi. Allah-taala da onun yerin behişd eliyifdi. Durur, şam yanır, na­­maz qılır, zikrin eliyir, yıxılır yatır. İndi arxayın oldun, bala?

Deyir:


– Hə, arxayın oldum, ama sənnən bir xayişim var. Canım saa fə­da olsun, ya peyğəmbər, o ikisin isdəmirəm, amma atam Allahın kə­lamın oxuyur, o Qurana göra o atamı bağışda, nolar.

Deyir:


– Ay oğul, elə yerdən dedin kin... Mən onu bağışdıya bil­mə­rəm.

Deyir:


– Necə yanı? Sən bu boydana dünya sahibisən. Dünya e, dün­ya. Yerin-göyün altında olan dünya sahibisən.

Deyir:


– Oğul, nəkqədərə mən onu bağışdasam da, o qız gərəy onu ba­ğışdıya. Mən bağışdıyajam, hə, bağışdıyıram, halal-xoşun olsun. Am­ma o qız, vax gələjəh, kimsə soruşsa ki, bala, sən niyə bı gün­də­sən, deyəjəy, Allah ona nəhlət eləsin, mənə böhdan atıf bı evdə çü­rü­dən odu. O, bir də həmənki kimi olajax. O olmuyejağ axı. Əsas o qız­dan gediv onun halallığın almalısan. Get, tap onun halallığın al, on­­nan sora atan orda yaxşı olsun, Allahın da kəlamın oxusun.

Nəysə, oğlan durur, atı yəhərriyir, yüyənniyir, deyir, gedim onu tapım, yalvarım ona. Gedir kət-kət gəzir, soraxlıya-soraxlıya. De­yillər:

– Hə, bı kətdə biri var, odee kəndin qırağında bir daxmada otu­rufdu, bala. Heylə biri var.

Gedir. Gün qaralmışımış. Qapını döyəndə deyifdi ki, kimdi, ay oğul?

Deyif:

– Yolnan keçən Allah qonağı.



Deyif:

– Allaha da qurban olum, qonağına da. Gözüm görmür, qapı­nı aş, oğul, gir içəri.

Girif. Deyif:

– Ay oğul, gözüm görmür, Vallah, utannam da saa deməyə. De­yir, varın verən utammaz. Gəl, indi nə tapırsan, onnan bir tikə al.

Hə, bı da oturur. Bir az keçir, bıllar dərtdəşillər. Deyir:

– Ay ana, ay nənə, sənin oğlunnan, qızınnnan, anan­nan, ba­jın­nan heş bir adamın yoxdu ku, sən təhsən?

Deyir:

– Oğul, oranı tərpətmə. Oğul, o dərdimi tərpətmə. Allah məni bı günə qoyana, bala, nəhlət eləsin.



Oğlan deyir:

– Aa... İndi atam orda uje, qəbir evində o zilləti çəkir. Uje mən soruşdum, o sözü dedi. Deməli, o sözün aqibəti buyumuş. Pey­ğəm­bər düz deyir, peyğəmbər orda desə də, mən gəldim bırda so­ruş­dum, o belə dedi. İndi atam orda o əzyəti çəkir.

Bu fikirrəşir. Neyniyim? Nağayrım? Peyğəmbər Allaha mü­ra­ci­yət eliyir kin, bu uşax neçə ildi maa qulluxçudu. Qurani-Kərimin xət­rinə, sən bı oğlannan bı qızın evlənməsinə şərayit yarat. Həddi-bu­luğ olsun.

Allahın əlində çox böyüh höhmü var. Allah-taala elə orda qızı da, oğlanı da cavannaşdırır, ikisin də eliyir om beş yaşında oğlan-qız. Deyir:

– İndi olları siğə eliyin. Oğlan onnan evləmməsə, o qız ömrü bo­yu qarqışçıdı – o kişiyə. Bəlkə onnan sora o qız o kişini ba­ğış­dı­ya.

Onnan sorasına bı qıznan bı oğlan evlənir, gəlillər pey­ğəm­bə­rin hüzuruna. Deyir kin, bax mən o kişinin oğluydum, özüm də bı pey­ğəmbərə qulluxçu olmuşam. Mən atama görə sənnən ev­ləm­mi­şəm. Səni ömür boyu xöşbəxd eliyiv onun əvəzin çıxajam. Sən mə­nim atamın halallığın ver.

Onnan sora deyir:

– Onun halallığın verirəm ki, qoy getsin, o qəbir evində rahat yat­sın.

Bının hamısı olmuş işdərdi, bala.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə