Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


Gedirdim qırağınan, Ot bişdim orağınan. Çəkilif qoşunun başı sərkərdələrin, Gəzirəm sorağınan. 139



Yüklə 2,74 Mb.
səhifə24/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   20   21   22   23   24   25   26   27   28

138. Gedirdim qırağınan,

Ot bişdim orağınan.

Çəkilif qoşunun başı sərkərdələrin,

Gəzirəm sorağınan.


139. Mən səni Leyli gördüm,

Leyli, gileyli gördüm.



Aylar, illər gəlir, bayramlar

gəlir, ay bala,

Gedirəm səni görməyə,

Torpaxdan öylü görürəm.
140. Allah heş kəsə bala dağı

görkəzməsin. Düşmanıma da.

Deer, aşıx, çal balabanı.

Asda çal balabanı.

Hammının balası gəldi,

Bəs mənim balam hanı?

141. Köynəyimi ağ saxlaram,

Yuaram ağ saxlaram.

Qardaş, əlimnən getməsən,

Yeddi il qonax saxlaram.

=Köynəyin ağ saxlaram ey,

Yuduxcan ağ saxlaram.

Bir də qayıdıf gəlsən,

Yüz il qonax saxlaram.

=Köynəyin ağ saxlaram,

Tikərəm, ağ saxlaram.

Bir də Qarabağ əlimizə düşsə,

Ömrü boyu saxlar bizi.

=Köynəyimi ağ saxlaram,

Yuaram, ağ saxlaram.

Bir cüt toysuz76 itirmişəm,

Əyər qonağım olsa,

Yüz il qonax saxlaram.
142. Azreel bosdançıdı,

Aləmə dasdançıdı.



Ağzı yanmış Azreel

Dəymişi qoyuf, kal kəsir,

Nə yaman bosdançıdı.
143. Çəhməmi çəhmədilər,

Çəh dedim, çəhmədilər.



Uzax yerdə qalannan

düşmüşəm dərin quyuya

Qolumnan çəhmədilər.

144. Aşığam aşıxlara,

Zülfü dolaşıxlara.

Rööşən, gəzirəm səni, tapba­ram,

Tapbasam, qoşullam aşıxlara.


145. Maral meşəli yerdə,

Gülü döşəli yerdə.



Ana, sən öləsən, məni vuran

elə vurdu,

Qaldım döşəli yerdə (ağlayır –

top.).
146. Ala qar, ay ala qar,

Yağmışdı ay ala qar.

Hər tərəfə yağmışdı qar,

Yağmamışdı belə qar.

= Dağlar başı ala qar,

Ala çiçəh, ala qar.

Hər yerə qar yağmışdı,



Ermənilər gəldi, bizi zuluma sal­dı,

Yağmamışdı belə qar.

=Dağlar başı ala qar,

Yığıfdı bir tala qar.

Həməşə qar yağardı,

Heş yağmazdı belə qar.


147. Bağımda badamım var,

Yeməyə adamım var.

Gəl yanımda dur, qardaş,

Desinnər, adamım var.




148. Tayada bəlim yanır.

Uzatdım, əlim yanır.

Dədə, nənə deməhdən,

aylə deməhdən,

Ağzımda dilim yanır.


149. Ceyran, düzə bir də gəl,

Ördəh, gölə bir də gəl.

Sən olasan, ay filənkəs,

Bizim elə bir də gəl.

= Deerəm, gölə bir də gəl,

Ördəh, gölə bir də gəl.

Bala, səni ant verirəm Allaha,

xayiş eleerəm sənnən, nətəər

gələsən, ələcin yoxdu,

Bizim elə bir də gəl.


150. Yaralı bir qoçam mən,

Qovan yoxdu, qaçam mən.

Heş kəs yoxdu

Bu dərdimi açam mən.


151. Dağları gəzəmmərəm,

Daşdarın əzəmmərəm.

Ürəyim yaralıdı,

Bu dərdə dözəmmərəm.


152. O tayda ağlaşıllar,

Saç-saça bağlaşıllar.

Qoyman, zalım uşağı,

“Nənə” deyiv ağlaşıllar.


153. Qızılgül həşəm oldu,

Dərmədim, həşəm oldu.

Sən getdin bu yolu,

Mənim ağlamax peşəm oldu.
154. Qardaş, qardaş, adı qardaş,

Ağzımın dadı qardaş.

Gəzərəm, tapbaram,

Yaddara demərəm qardaş.


155. Qardaş, a qardaş,

Sallan, gir bağa, qardaş.

Qoyunum yox, qurvan kəsəm,

Canım sadağa, qardaş.



Bayatıları ölü yerində də

de­mi­şəm, oxumuşam də çöldə,

öz­-özümə gümüllənmişəm.
156. Mən aşıx, Həsən gəl,

Gülü bağdan kəsən, gəl.

Mən gözdədim, gəlmədin,

qar­daş,

Ya mən gəlim, ya sən gəl.


157. Mən aşıx, elgəli dağlar,

Divi kölgəli dağlar.

Qərivəm, yol gözdərəm,

Bəlkə savax el gəli, dağlar?


158. Mən aşıx budağınan,

El gedər bu dağınan.

Sana yaxşı deməzdər,

Qardaş, mən ölsəm bu dağınan.


159. Dağlar başı tütündü,

Tütün büküm-bükümdü.

Gəlersən, tez gəlginən

Qardaş, dünya ölüm-itimdi.

= Dağlar başı tütündü,

Tütün büküm-bükümdü.

Gəl görüşüf (=halallaşağ) ayrı­lax,

Dünya ölüm-itimdi.
160. Mən aşıx, bağda dara,

Bala, zilfini çəh, bağda dara.

Bilbili güldən ayrı

Çəhdilər bağda dara.
161. Deer, mən aşıx, oyan gül,

Oyan, bilbil, oyan, gül.

Tez açıldın, tez soldun,

Məni mağmın qoyan gül.


162. Deer, mən aşıx, hələ vardı,

Qardaş, bağman bağda hələ

var­dı.


Əlimi üzməmişəm sənnən,

Umudum sənə hələ vardı.


163. Aşıx, mən görəndimi?

Halın mən görəndimi?

Qurban olum sana, ay qardaş, bütün qohum-öyladın gəlif

Aç üzünün örpəyin, görüm mən görəndimi?


164. Qardaş demə, qan olar,

Yel əsər, fiğan olar.

Qardaş gəzən yerrərə,

Bajılar qurvan olar.


165. Bacılar bayısıyam,

Şirinnər acısıyam.



Kimin alim, qəşəh, mərifətdi

qar­daşı qaçıfsa, kimi gəlin

bay­sı qaçıfsa, kimin ağsakqal

ata­sı gedifsə bu dünyadan,

ki­min ağbirçək, ağsaçlı anası

ge­difsə bu dünyadan, kimin

qə­şəh, şəxsiyətdi əmisioğlu

ge­difsə, qəşəh bir cüt qaynı

ge­difsə, bir cüt eltisi gedifsə

bu dünyadan, iki bajının yol­da­şı cavan gedifsə bu dün­ya­dan,

Mən onun bayısıyam.


166. Gülü əhdim divara,

Divar onu suvara.



Qardaş, yazı sənnən yaz­da­dım,

Qışı qaldım avara.


167. Mən bir ana gəzirəm,

Yana-yana gəzirəm.

Sirr sözümü deməyə

Xəlvətxana gəzirəm.


168. Qızdırmışam çiçəhdən,

Özünü qoru milçəhdən.

Deer, yad ağlar, yalan ağlar,

Öz anam, bajım ağlar

gerçəh­dən77.

169. Qalam vay,

Əsgəran vay, qalam vay,



Qırılıfdı qalan vay.

Yerdə qalannardan uzax olsun, qırılıfdı qoşunum,

Qalmıyıfdı qalam, vay.



Bu ağudu elə. Anamın xalası

qızdarı məjlisdə qəşəh ağılar

deyirdi. Olardan örgənmişəm

bunun çoxun.
170. Deerdim, coravın ağına bax,

Dəsdələ, bağına bax.



Ay Qarabağ, vətənim, məni

görməh isdəsən,

Çıx Üştəpənin dağına bax.
171. Bacılar yanar, ağlar,

Zülflərin yolar, ağlar.



Kimin cavan qardaşı ölsə,

Dönər göy göyərçinə,

Yollara qonar, ağlar!
172. Xoruzun ban səsinə,

Ayıldım dan səsinə.



Ay layla, qardaş, laylay.

Çoxlu xəsdə yateydın,

Can deyeydim səsinə.
173. O tayda xurmalıxlar,

Suda oynar balıxlar.

Nə belə qardaşım oleydı,

Nə belə ayrılıxlar!


174. İsdəkanın qanlıdır,

Toxumma, dərmanlıdır.

Burda bir oğlan ölüb,

Dedilər, qarabağlıdır.


175. Ay layla demədimmi,

İlləllah demədimmi?

Sənə gələn qadanı

Mən alım, demədimmi?


176. Dəvə otdar gəllahı78,

Otdadıxca gəllahı.

Üsduu Əzreyil alanda

Çağıreydın Allahı.


177. Aşıx, mən görəndimi?

Halın mən görəndimi?



Gəldim qəbrin üsdünə,

Aç üzunun pərdəsin,

Görüm, mən görəndimi?

Ay laylay, qardaş, laylay!
178. Boz atın oynağandır,

Çəh başın, oynağandır.



Ay qardaşı ölən bacılar,

Ay atası ölən qızdar,

Gəlin girəh meydana,

Görəh, kim oynağandır?

179. Kərgədan, ay kərgədan,

Yoxdu məni örgədən.

Sənə kimlər qarğadı,

Vaxsız çıxdın cərgədən?



Ay laylay, qardaş, laylay!
180. Bilmədih yaz olduğun,

Güllər pərvaz olduğun.

Nə sən bildin, ay qardaş,

Nə biz bildih, ay qardaş,

Ömrünun az olduğun.
181. Mən həmayıl deyiləm,

Ağlı zayıl deyiləm.

Qoy ölsün ölməlilər,

Sənə qıyan deyiləm.



182. Güneydən günə düşdüm,

Bağlı düyünə düşdüm.

Öyün yıxılar, ay fələh,

Çoxlu arzularım vardı.

Özüm deyən olmadı,

Sən deyən günə düşdüm.


183. Sizə yaralı qurban,

Göylü, qaralı qurban.

Sizin təzə yaraza

Köhnə yaralı qurban.


184. Gəlifdi yaralılar,

Göylülər, qaralılar.

Ağlasın dərdi olannar,

Dinşəsin yaralılar.


* * *


185. Yeriyəndə yerə naz eləyən,

Duranda boyuna naz eləyən.

Gedəndə yerişi göyçəh,

Gələndə gülüşü göyçəh.

Gözəlliyi güldən götürən,

Ağlığı qardan götürən Əfqan79.

Enni kürəh, qulaş qollu,

Əfqan, lay-lay.


186. Yeriyəndə yerə naz eliyən,

Gedəndə boya naz eliyən,

Gedəndə boyu göyçəh,

Qayıdanda sifəti göyçəh,


Oturanda bir ev, duranda bir məclis,

Kürsu oturuşdu filankəs.


187. Yediyi qarnına yaraşan,

Geydiyi əyninə yaraşan,

Teli üzünə, üzü telinə yaraşan,

Lala dodaxlı, qaymax dodaxlı,

Lala sifatdı filankəs .
188. Dimmiyəni dindirən,

Gülmüyəni güldürən.

Məzəli sözdü,


Ala gözdü, ay filankəs.
189. A kişi (yoldaşını nəzərdə tutur – top.), sənə nə qədər əzi­yət çəhmişəmsə, sənə nə qədər hürmət eləmişəmsə, nə qədər yu­xu­suz gejə keçirmişəmsə, anayın südü kimi, atayın çörəyi kimi halalın ol­sun.

Get, Quranın qəbul, yerin cənnət olsun.


* * *

190. Axır çərçəmbədə həməşə orda olanda səhərətən oynu­yur­dular. Böyüh bir qavın içinə suyu töküllər. İki dənə iynənin g..ü­nə pambıx saflıyıllar. Hansı oğlan hansı qızı sevirsə, birinə qızı qo­yul­lar, birinə də oğlanın adın qoyullar. O pambıxlar yavaş-yavaş bi­ri-birinə sarı hərrənir. Hərrənir, hərrənir, gəlif tutur. Deyillər, fılan­kəs odee evləndi, tutdu onu. O qızı tutdu. Elə qızdı-oğlannı hamı to­palaşır, oynuyur.

Sora qava suyu töküllər. Nə qədər oğlan, qız varsa, hərə öz üzü­yün çıxardır, salır onun içinə. Kimin üzüyü yoxdusa, bir düymə sa­lır. İndi onun üsdünə bir örtüh salıllar. Biri sözdərin oxuyur, sö­zün oxuyanda əlını salırsan. Məsələn, deyir ki:

Əlində bayda gəlin,

Durufdu çayda gəlin.

Allah muradını versin,

Bu gələn ayda, gəlin.

Əlin salır, biri çıxır, bir qızınkı çıxır. Deyillər ki, həə, bı qızın mu­radı hasil oldu. Bu, üzüyün götürür, əəndə durur. Əlin salanda hən­si əlinə gəldi, gərəy onu çıxarda e. Ta gəzmiyə ki, bu hənsidi, o hən­sidi. Onnan sora o birin tutur. Deyir:

Boz at gəlir yenişdən,

Sinəbəndi gümüşdən.

Sizə də qismət olsun

Tərkindəki yemişdən.

Əlin salır, biri də çıxır. Deyir:

Göydə ildız təh gedər,

Təh sallanar, təh gedər.

Qorhma, Məhəmməd oğlan,

Üsdüncə Allah gedər.

Deməli, buunku da düzəldi.

Əlin salır bu birin çıxardır. İndi kiminki çıxırsa, o sözü o gö­tü­rür:

Yenişdən yenənə bax,

Dolayı dönənə bax.

Muradı hasil oluf,

Çırağı yanana bax.


Yaxud:

Öyümüzün dalında bel duruf,

Bel söykənif, bel duruf.

Qırmızı buxağ içində,

Bir qırmızı tel durub.

O sahat çıxardır üzüyü sudan. Ya səninkidi, ya bununkudu, ya mə­nimkidi.

Boz at gəlir yenişdən,

Sinəvəndi gümüşdən.

Allah murazını versin

Tərkindəki yemişdən.

Bunu sudan çıxardıllar o sahat.

Əlin salıf həylə birin çıxardır. Bular bayatı döyül. Bunu ancax bay­ramda deyillər.



LAYLALAR VД NAZLAMALAR


1. Yatarsan, ay bala,

Qızılgülə batarsan, ay bala.

Qızılgülün içinnən

Bir dəsdə gül taparsan, ay bala.


2. Qızılgülün sərin olsun,

Özünə belə layığ olsun.

Layla, balam, ay laylay,

Şirin balam, ay laylay.



3. Qızılgül olsun yorğanın,

Güllər bassın döşəyin.

Laylay, balam, a laylay,

Qızılgüllü balam, ay laylay

(mahnı kimi oxuyur, ağlayır –

top.).
4. Laylay, laylay, balam, lay­lay.

Laylay, laylay, gülüm, laylay.

Laylay, laylay, canım, laylay.

Qurbanam sana, laylay.

Layla, balam, öz balam.

Qurbanın ollam, balam.
5. Laylay çallam həməşə,

Karvan yenər yenişə.

Yasdığında gül bitsin,

Döşəhcəndə bənööşə.

Laylay, bala, laylay (Mahnı ki­mi oxuyur – top.).

6. Bu gələn üç atdının

Birisi əmin olsun,

Birisi dayın olsun,

Birisi baban olsun.



Onun mahnısı yadımnan çıxıf, bala.
7. Laylay, beşiyim, laylay,

Evim-eşiyim, laylay.

Layla çalım mən sana,

Sən get şirin yuxuya.

Laylay, gülüm, a laylay,

Laylay, balam, a laylay.

Canım-ciyərim, a laylay.
8. Laylay, can gedincən,

Şirin arzu dilincən,

Saa bir layla çalaram,

Öz nənaan dilincən.


9. Layla çallam, yuxusu gələr.

Su gələr, yatar, yuxusu gələr.

Balamın olduğu yerrərdən

Rafiq80 əmisi gələr, Rafiq da­yı­sı gələr.



Çox bəzəhli laylalar çalır­dım. Yadımda qalmıyıf.

10. Laylay dedim yatasan,

Qızılgülə batasan.

Qızılgüllər içində

Şirin yuxu tapasan.

Laylay, balam, a laylay,

Körpə balam, a laylay,

Laylay, balam, a laylay,

Körpə balam, a laylay.

Yat, şirin yuxuya bat,

Laylay, balam, laylay.

Körpə balam, laylay,

Laylay, balam, a laylay,

Körpə balam, a laylay (söy­lə­yici mahnıyla oxuyur – top.).



11. Əlidi, bajısı, Əlidi,

Əli qızdara ləlidi.


12. Papıllı oğlan, çıxma çəpərə,

Səni görəllər,

Selveynən81 vırallar,

Sana məjbur qız verəllər.


13. Balama qurvan qoyunnar,

Balam havax oynaxlar?


14. Qurvan olom boyuna,

Ellər gəlsin toyuna.

Qonşuların əl çalsın,

Sən də gəl gir oyuna.



NEHRД, SAĞIN NДĞMДLДRİ
1. Nehrəni çalxıyanda deyirdim:

Çalxa, çalxa, yağ olsun,

Oğlannarım yesin, sağ olsun.
2. Nehrəm, çalxan, yağ olsun,

Niyazi yesin kök olsun,

Nizami 82 yesin, kök olsun.
3. Nehrəm, nehrəm dolu olsun,

İçi dolu yağ olsun!

Oğul-uşax yesin, sağ olsun!
4. Çalxan, nehrəm, çalxan,

Düşsün yağım olsun.

Uşaxlarım yesin, sağ olsun.
5. Anam, bajım, anam, bajım,

Süddü, urzalı, anam, bajım.

Urzanı mana kəm eləmə.

Mən də sana şirin baxım,

Anam, bajım, anam, bajım (oxuyur – top.).
6. Nənəm, bajım, nənəm, bajım,

Səni sağan mənəm, mənəm.

Səni sağan mənəm, mənəm.

Təpihləmə, tərpəmmə, dimməz dur.


7. İnəyim, nənəli inəyim,

Əmcəyi yumşağ inəyim.


8. İnəhləri sağanda mahnı qururdum,

oxuyurdum. Deyirdim:

Nənəm, nənəm,

Səni sağan

Mənəm, mənəm.

Otun bol olsun,

Suyun bol olsun,

Südünü çəhməginən...

Sarıqızım, Qarayözüm.

Nə bilim, belə-belə.
9. İnəh sağanda o qədər edilər deerdim:

Ay balana qurvan olom,

Ay məmənə qurvan olom.

Mən aşıx, nazdı inəh,

Ay qara gözdü inəh.

Məməsi doludu,

Balası nazdı inəh.

Mahnı kimi oxuyurdum. Ona elə qoşmalar qoşurdum, inəh qa­yı­dırdı məni yalıyırdı duz kimi (Bax Allaha and olsun). İnəyə o qə­dər şirin-şirin oxşama deerdim. İnəh örüşdən gəlirdi. Balası ayan­da qalırdı, inəh maa tərəf məliyif gəlirdi. Adını Təpəl qoymuşdum. İnəh özü yavaş inəyidi e. Elə özümün xoşum gəlirdi bunu belə edi­li­yə-ediliyə sağmağa.


SAYAÇI SЦZLДRİ
1. Mən aşıx, uşaq qoyun,

Ay tükü yumşax qoyun.

Bulamanı tez elə,

Qırıldı uşax, qoyun.


2. Nənəsi ağbaş qoyun,

Qarrı dağlar aş, qoyun.

Ətinnən kavav olar,

Quyruğunnan aş, qoyun.


3. Əzizinəm, ay narış qoyun,

Tükü bir qarış qoyun.

Çoban sənnən küsüfdü,

Çoxlu süd ver, barış, qoyun.



SANAMALAR


1. A teşdi, teşdi, teşdi,

Vırdı Gilanı keşdi.

İki xoruz dalaşdı,

Biri qana bulaşdı.

Qan getdi = uşdu çaya düşdü,

Çaydan bir göyərçin

= bildirçin uşdu.

Göyərçinin anası

Məni gördü ağladı.

Belimə buxav bağladı.


2. A teşdi, teşdi, teşdi,

Vurdu Gilanı keşdi.

İki xoruz dalaşdı,

Biri qana bulaşdı.

Qan getdi çaya düşdü.

Çaydan bildirçin uşdu.

Bildirçini bəzərəm,

İsdi sular gəzərəm.

İsdi suyun atdarı

Məni görüf kişnəşir.

Hardan alım arpanı?

Bəydən alım arpanı.

Bəyin qızı nə isdər?

Quş istər, quyrux istər.

Quşu vurdum uçurtdum,

Əlli dağdan keçirtdim.

Əlli dağın çakqalı

Məni görüf ulaşır.


3. A keşdi, keşdi, keşdi,

Vurdum Gilanı keşdi.

İki xoruz zar aşdı,

Biri qana bulaşdı.

Qan getdi çaya düşdü,

Çaydan güvərçin uşdu.

Güvərçin ala dağda,

Yuvası qəlbi dağda.


4. Əlimi pıçax kəsifdi83,

Dəsdə pıçax kəsifdi.

Yağ gətirin, yağlıyax,

Dəsmal gətirin, bağlıyax.

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda.

Şirvan yolu buz bağlar,

Dəsdə-dəsdə gül bağlar.

O gülün birin üzeydim,

Saşbağıma düzeydim.

Qardaşımın toyunda

Sındıra-sındıra süzeydim.


5. Cıbılı, cıbılı, cıbılı qoz,

Biri kəhər, biri boz.

Mindim bozun boynuna,

Sürdüm Şirvan yoluna.

Şirvan yolu dərbədər,

İçində meyminnər gəzər.

Meyminnəri ürkütdüm,

Qulaxların qırpıtdım.

Ay meymin, siz hardan

gəlirsiniz?

Alı bəyin toyunnan.

Alı bəyin nəyi var?

Göyə çıxan atı var,

Göy muncuxlu iti var,

Öyündə bir lotu var.
6. Tamara, Tamara tat qızı,

Erməni saldat qızı.

Tamara ora kül atdı,

Külün yanında yatdı.

Tamara, Tamara tat qızı,

Erməni saldat qızı.

Tamara getdi beş günə,

Gəlmədi om beş günə.





ŞEİRLДR


  1. SİÇANLA PİŞİYİN DEYİŞMƏSİ84

Dad siçanın əlinnən

Yetişmişih cana, pişih.

Dağıdıb ev-eşiyi,

Qoyufdu virana pişih.

Birisi boz, dik qulax,

Birisi qonur, balaca.

Dəyirmi qayıx fərmaşdarın

Hər yanınnan açıb baca.

Doğruyuf zər-zibanı,

Eyləyif əfsanə pişih.

Pişih bu sözdəri eşitcəh

Pişih bir füqan eylədi.

Şeşəltdi bığlarını,

Gözdərini ürşan eylədi85.

Onda gördüm on səkgizin

Döşədi yan-yana pişih.

(İndi pişiyi belə görənnən deef ki:)

Bağışdadım aranı, dağı sana,

Eyvanı, otağı sana.

Gəlinnər əsirgəməz

Yağı, qaymağı sana.

Yeyərsən nəmilərdə86,

Dönərsən aslana, pişih.

Xanım xələt bağışdasın,

Ələsgər yazsın dəfdərə.

Məhlim olsun hər şəhərə,

İnşallah ki, çin87 də gələr,

Sana divanxanalardan, pişih.


  1. KOROĞLUNUN SƏRT QALASI

Koroğlunun sərt qalası,

Ələmə çıxıf nalası.

Ördəynən qaz balası,

Göllərdə yalğız olmasın.

Koroğluyam, malım çoxdu,

Çox malın bafası yoxdu,

Kişinin ki oğlu yoxdu,

Ojax boşdu, yurd inlər.

Bir meşiyə od düşsə,

Quru yanar, yaş inlər.


  1. GEDƏN GƏLMƏDİ

Gedən, getmə, mən də gəlim yetirim,

Sən Avdal ol, mən köşgülü götürüm.

Qardaş dedi, gedim çörəh gətirim,

Gözüm yolda qaldı, gedən gəlmədi.
Sən mənim sultanım, sən mənim xanım,

Ərşə də dayanıf amanım, ahım,

Kümbəzdə qalıfdı yazığ İbrahim,

Gözüm yolda qaldı, gedən gəlmədi.




  1. KAŞ VƏTƏNİ BİR DƏ, ALLAH, GÖRƏYDİM88

Nərgizlihdən bənöşəni dəreydim,

Yenə yarın görüşünə gəleydim.

Əhmət bəyin, Qasım bəyin bağınnan

Meyvə dərif yarla birgə yeyeydim,

Kaş Vətəni bir də, Allah, göreydim.


Həmzə bulağına bir baş çəkeydim,

Əyileydim buz suyunnan içeydim.

Beyləqannan öz yurduma köçeydim.

Öz yurdumnan dosda qonax gəleydim,

Kaş Vətəni bir də, Allah, göreydim.
Murquzludan Üştəpəyə qalxeydım,

Ordan durup doğma kəndə baxeydım.

Məşədinin bulağına çateydım,

Su içeydim, nəfəsimi dəreydim,

Kaş vətəni bir də, Allah, göreydim.
Fırlaneydım kəndi bötüv gəzeydim,

Qəbirlərin üsdünə gül düzeydim,

Ordan keçip Sarı bulağa eneydim.

Su içeydim, nəfəsimi dəreydim,

Kaş vətəni bir də, Allah, göreydim.
Qadir Allah, qoy arzular çin olsun,

Qaşqın, köşgün öz elinə qayıtsın.

Mən də baxıf sevineydim, güleydim.

Kaş Vətəni bir də, Allah, göreydim,

Öz kəndimdə qocaleydim, öleydim.

MAHNILAR


  1. AMAN, NƏNƏ

Bir oğlan bir qıza aşığ olur. Qaynənəsi vermir. Bu oğlan gəlir du­rur qapının ağzında, boynun bükür, qaynənəsinə naxadan yal­va­rır, qızı vermir buna. Bu oğlan deyir:

Aman, nənə, zalım nənə, qaynənə,

Səni görüm eşq oduna yan, nənə,

Səni görüm eşq oduna yan, nənə.

Aman, nənə, zalım nənə, qaynənə,

Səni görüm eşq oduna yan, nənə.

Qapıda durmaxdan öldüm,

Boynumu burmaxdan öldüm.

Qapıda durmaxdan öldüm,

Boynumu burmaxdan öldüm.

Aman, nənə, zalım nənə, qaynənə,

Qapıda durmaxdan öldüm,

Boynumu burmaxdan öldüm.

Əyaxyalın, qanqal qalın,

Götürüf qoymaxdan öldüm.

Aman, nənə, zalım nənə, qaynənə.

Səni görüm eşq oduna yan, nənə.

Aman nənə, zalım nənə, qaynənə.

Qaynənəni bağda ilan vurufdu,

Baldızıma imam qənim olufdu.

Aman nənə, zalım nənə, qaynənə hey,

Qaynənə hey, qaynənə hey, qaynənə hey (Mahnı oxuyur – top.).

Arxası çoxudu. Vallah, qalan yadımnan çıxıfdı.


  1. FURQONÇUYAM, ATIM QARA

Furqonçuyam, atım qara,

Özüm cavan, baxdım qara.

Furqonçuyam, atım qara,

Özüm cavan, baxdım qara.

Gedim anama dəyim, gəlim,

Bir şiş kabab yeyim, gəlim.

Qəsdumumu geyim, gəlim.

Ay aman, aman, ay aman, aman.

Ay aman, aman, ay aman, aman (səslə oxuyur – top.).




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə