Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

 
 
97
lına tüşör, ceyran qaçer, bu dallarınnan nə qədər eleer, elə da-
vanbasarax  geder,  ama  tutammer.  Bir  dağ  varmış,  dağın  o 
üzünə aşan kimi görör, əyə, bir yerdi, dünya daşdı, adam hey-
kalı,  nə  bilim,  at,  filan,  hamısı  daşdı  eləjə.  Ama  bir  qarı  otu-
ruf. Gedir qarının yanına. Deer: 
– Ay qarı, salam. 
Deer: 
– Əleykəsalam. 
Deer: 
– Ay qarı, mənim ceyrannarım nijoldu? 
Qarı buna deer ki, nərdtaxta oynaya bilersən
ı

Deer: 
– Hə, oynoyorux. 
Belə deyəndə Məhəmmət də, aslan da, quş da, at da daş 
olor. Dördü də bir yerdə elə-belə qaler. 
İndi san
ı
a hardan xəvər verim, Məhəmmədin o  biri qar-
daşınnan, Məlikməhəmmətdən. 
Məlikməhəmmət duror deer: 
–  Ay  ana,  qardaşım  itdi  getdi,  vallah,  mən  dura  bilmi-
rəm, mən gedəjəm, onu axdarajam. 
Geder gəzə-gəzə, gəzə-gəzə dərvişi taper. Deer:  
– A dərviş baba, bə mənim qardaşımı neynədin
ı
?  
Deer: 
– Əyə, belə-belə. Qardaşın getdi, gəl səni o fason mindi-
rim, get, bəlkə qardaşın
ı
ı eləlihnən tapasan
ı

O  suda  bunu  çimizdirer,  başının  tükünü,  üzünü-gözünü 
həmən formadaja qayırer, qara at da  verer, paltarını da, qam-
çısını da, deer: 
– Bax buruynan get filan meşiyə, Məhəmmədi filan me-
şədə itirmişəm, indi orda olar-olmaz, bilmərəm. 
Geder, meşədə gəzdiyi yerdə birdən quş çağırer: 


 
 
98
–  Ayə,  a  Məhəmmət,  a  Məhəmmət,  bəs  mənim  balamı 
neynədin
ı

Bu tez deer: 
– Elə mən səni gəzirdim, sənin
ı
 balan quş, mən də adam, 
durmadı mənim yanımda, getdi. 
Quş balasının birini buna  verer. Məlikməhəmmət geder 
həmən  padşahın  torpağına  çıxer.  Axşama  qaler,  axşam  soru-
şanda  camahat  deer  ki,  Məhəmmədin  öyü  odu.  Gedəndə  qız 
gəler  özünü  öldürör  ki,  bəs  san
ı
a  demədim  ceyranın  dalınca 
getmə,  o  gedər-gəlməzdi.  Məhəmmədin  yoldaşı  elə  biler  ki, 
gələn oğlan Məhəmmətdi. Axşam olor. Axşam olanda Məlik-
məhəmmət qılıncı çıxarder ortaya qoyor, deer: 
– Aaz, bu ant, bu Quran, qurdalanarsan
ı
 mənim üsdümə-
zada, yorğunam, səni bu qılışnan tikə-tikə doğruyaram, man
ı

yaxınnaşma. 
Yatellar.  Duror  bu  gözdöör,  ceyrannar  gələndə  atı  mi-
ner, tüşör ceyrannarın dalıyca. Gəler, qarıyı taper. 
– Qarı, salaməleyküm. 
Deer: 
–  Əleykəsalam. 
–  Qarı, mənim ceyrannarımı gördün
ı
mü? 
Qarı tez bunnan soruşor ki, nərd oynuya bilersən
ı
mi? Mə-
likməhəmmət deer: 
– Yox, oynuya bilmerəm. 
Bu  qarıda  da  bir  xasiyət  varmış.  Kim  onun  sözün  qay-
tarsa,  o  nə  desə,  onu  eliyərmiş.  Qarı  Məlikməhəmmədə  deer 
ki,  o  qamçını  götür  də,  o  daşdarı  vur.  Məlikməhəmmət  də 
qamçını  götürör,  bir-bir  daşdarı  vurur.  Daşdarın  biri  at  olor, 
biri aslan olor, biri quş, biri də ki, qardaşı Məhəmmət. Bir də-
nə  də  daşı  vuranda  bu  daş  gözəl  bir  qız  olor.  Qızı  da,  qarda-
şını da götürör gəlir öylərinə. Olar yiir, içer, yerə keçer, siz də 
yiin
ı
-için
ı
, döörə keçin. Sağ olun. 


 
 
99
7. NƏRBALA 
 
Bir şah olur. Günnərin bir günü bu şah çıxıf şəhəri səya-
hət  eliyir  vəzirnən.  Kasıf  bir  ayilənin  gözəl  bir  qızı  olur.  Bu 
qızın atası da şahın dəvəsini saxlıyır. Şah məjbur eliyir ki, də-
vəçi qızını versin buna. Bu da kasıf ayilədi. Şah bunu alır. Bu 
şahın  iki  arvadı  olur.  Bu  üçüncüdü  –  dəvəçinin  qızı.  Qızdan 
bir uşağı olur. Dəvəçinin qızınnan olan uşağı Nərbala çağırel-
lar. Bu uşax böyüyür yavaş-yavaş. Həyatın quruluşudu. Böyü-
məhdə  olsun,  eşit  bu  qavaxkı  arvatdardan  olan  uşaxlardan. 
Anaları  ayrıdı,  ataları  birdi  ‒  şahdı.  Bu  oğlannar  bunu  həm-
məşə ələ salır, incidir, hər  oyunda bunu alladıllar, filan. Nər-
bala taa böyüyür. Cavan oğlandı. 
Bir gün bu qardaşdar atasınnan icazə alıf gəzməyə çıxıl-
lar. Nərbalanı da götürüllər. Nərbala da gedir bularnan tor qu-
rur. İki qardaş bunun başını əkif öldürməh isdiyillər. Bu Nərba-
lanı  gətirillər quyunun  başına,  itəliyif  salıllar  quyuya.  Nərbala 
tüşör  quyuya.  İndi  eşit  bu  uşaxlardan.  Uşaxlar  qayıdır  gəlir 
atalarına deer ki, belə-belə, Nərbala sözümüzə baxmadı, özünü 
quyuya atdı. Daa kim nağarasıydı. Tüşdü, tüşdü də quyuya. 
Eşit Nərbaladan. Nərbala ordan tüşür qarannıx dünyaya, 
gəzə-gəzə birtəhər gedif çıxır. Baxır görür bir  yerdən işıx gə-
lir. Bu işığa gedəndə görür ki, burda bir qarı var. Qarı deer ki, 
ay bala, sən xeyir ola, burda nə gəzirsən
ı

Deer: 
–  Nənə,  məni  qardaşdarım  saldı  bura,  xayiş  eliyirəm, 
köməh elə, çıxım burdan. 
Deer: 
– Köməyim san
ı
a belə dəyər. Səhər-səhər saat beşdə-al-
tıda iki qoç dalaşa-dalaşa gələjəh. Gözdə-qulaxda olarsan
ı
. Bi-
ri ağ qoçdu, biri qara qoç. Çalış, sən ağ qoçun belinə hopban, 


 
 
100
min. Əgər ağ qoçun belinə hoppanıf minsən
ı
, səni şıxlı
86
 dün-
yüya atajax, kutarajaxsan
ı

Nərbala baxır görür dediyi vax, saat altıda budu, iki qoç 
dalaşa-dalaşa, doğurdan da, gəlir. Bu, hopbanır ağ qoçun beli-
nə  mimməyə.  Ağ  qoç  belə  fırranır,  tüşür  qara  qoçun  belinə. 
Bu, bunu götürür lap qarannıx dünyüya tulluyur. Bu qarannıx 
dünyada gəzə-gəzə görür ki, bir sərv ağacı var. Ağacın divin-
də oturur. Baxır ki, ağacın başında quşdar kışqırışır. Baxanda 
görür ki, bir əjdaha ilan sarına-sarına o quşdarın balalarını yi-
məyə  çıxır.  O  halda  bu,  qılıncını  çəkir  də,  ilanı  dorğuyur  da, 
tökür  ağacın  divinə.  Bu,  burda  oturur,  həmi  yorğun,  həmi 
birəz  narahat.  Burda  yuxuya  gedir.  Yuxuya  gedənnən  son
ı
ra 
bu quşun anaları ‒ Zümrüt quşu uça-uça gəlir. İldən-ilə bunun 
balalarını  o  ilan  dadanıf  yiirmiş.  Baxır  görür  ki,  bu  ağacın 
divində  bir  nəfər  yatır.  Elə  bilir  ki,  bu  ağacın  divində  yatan 
bunun  balalarını  öldürəndi.  Gedir,  caynağında  bir  dəyirman 
daşı  götürüf  gətirir  ki,  onun  başına  salsın.  Ona  kimi  balaları 
kışqırır  ki,  yox,  öldürmə  onu,  o,  bizi  xilas  elədi,  ilan  bizi 
yiirdi.  Bu  dəyirman  daşını  aparıf  ayna
87
  salıf,  gəlif  qənədini 
bunun üsdünə salır. Üsdünə salanda bu ayılır. Ayılanda Züm-
rüt quşu dilə gəlif deer: 
– Qorxma, sən mənim balalarımı xilas eliyifsən
ı
, mən də sa-
n
ı
a hörmət eliyirəm. Ona görə qənədimi salıram sənin
ı
 üsdün
ı
ə. 
Deer: 
–  Man
ı
a  hörmət  eləməh  isdiyirsən
ı
sə,  məni  bu  qarannıx 
dünyadan işıxlı dünyüyə çıxart. 
Deer: 
– Bahooo! Nə belə uzax yoldu. Onda get – qarını göstə-
rir – qarının  yanna, onnan bir put ət al, qarı düzəldif  verəjəh. 
                                                             
86
 Şıxlı – işıqlı 
87
 Ayna – o yana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə