Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

 
 
109
bir  tərəfdən  isdiyir  ki,  quşu  ələ  keçirə.  Bir  qarı  tapıf  öyrəder 
ki,  get  kolqıranın  öyünə,  onun  arvadını  yoldan  çıxart.  Denən 
ki, sən kolqırana layiq döyülsən
ı
, gəl səni vəzir alsın. Qarı çox 
gəlif geder. Axır ki, kolqıranın arvadını yoldan çıxarder. Kol-
qıranın arvadı öz ərini zəhərriyif öldürür. 
Bir  gün  qarı  gəlif  arvada  deer  ki,  vəzir  dedi  ki,  savax 
ona  qonax  gələjəm,  bir  aş  pişirsin,  o  quşu  da  kəssin,  başını, 
ciyərini pişirif qoysun aşın üsdünə. Arvat eylə də eliyir. Səhər 
vəzir  gəlməmiş  uşaxlar  məytəfdən  gəlellər  öyə,  özdəri  də  aj 
olullar.  Gəlif  görüllər  ki,  öydə  usdolun  üsdündə  hazır  yiməh 
var.  Aşı  yiillər,  son
ı
ra  da  biri  quşun  başını,  biri  də  ciyarını 
yiir.  Vəzir  gəlif  çıxır,  arvada  deer  ki,  bəs  hanı  quşun  başı, 
ciyarı? Arvat deer ki, bəs belə-belə. 
Vəzir deer: 
– Get uşaxları öldür, gəti bura.  
Uşaxlar  da  sən  demə,  eşidermişdər.  Qaçellar  meşəyə. 
Arvat buları nə qədər axdarer, tapber. Kor-peşman geri qayı-
der. Uşaxlar meşədə qaçıf gizdənellər. Axşam olur. Bular  ya-
tellar. Səhər qalxanda kiçih qardaşı ilan vuruf öldürör. Böyüh 
qardaş  duruf  görür  ki,  kiçih  qardaş  ölüf.  Ağlıya-ağlıya  çıxıf 
geder. Elə bu vax aravada bir qaraçı öz qızı ilə gedermiş. Qız 
oğlanı görör. Deer: 
– Ana, ora bax, gör nə gözəl oğlandı. Görəsən
ı
 o kimdi, 
orda niyə yatıf qalıf? 
Gəlif göröllər ki, oğlan ölüf. Qarı baxer ki, oğlan hələ is-
didi. Tez ilan vuran yeri bıçaxnan kəser. Zəhəri tökör yerə, çox-
lu duzdu qatıx tökör, yaranı yuuf təmizdeer. Oğlanı sağalder. 
Bu tərəfdən də böyüh qardaş  yolnan gederdi. Gördü ki, 
budu, üç bədheybət dev öz aralarında dalaşellar. Oğlan buları 
görüf qorxdu, isdədi qaça. Divin biri o birilərinə dedi: 
–  Bəni-adəm  ağıllı  olur,  gəlin  gedəh  onu  tutuf  gətirəh, 
bizim şərtimizi kəssin.  


 
 
110
Oğlanı tutuf gətirdilər. Hər şeyi oğlana danışdılar. Buların 
bir  surfası,  bir  əsası,  bir  də  ceynamazdarı  varıydı.  Aralarında 
bölə bilmerdilər. Surfuya desəydin
ı
 ki, Həzrət Əli eşqinə, məni 
doyuzdur,  qavağında  hər  cür  yiməh-içməh  olardı.  Əsanı  da 
Həzrət Əli  eşqinə deef nəyə  tutsoydun
ı
, o olardı  başqa bir şey. 
Ceynamazın  da  üsdə  oturuf  desəydin
ı
  ki,  Həzrət  Əli  eşqinə, 
məni  filan  yerə  apar,  aparardı.  Oğlan  bulara  dedi  ki,  burda  nə 
var  ki,  mən  yay-oxumu  ataram,  kim  onu  birinci  gətisə,  cey-
namaz onun olsun, əsa ikincinin olsun, surfa da üçüncü gələnin 
olsun.  Devin  biri  qayıtdı  ki,  gördüz,  mən  dedim  ki,  bəni-insan 
ağıllı olar. Oğlan oxu atdı, devlər oxun dalınca qaçan kimi oğ-
lan surfanı da, əsanı da götürüf mindi ceynamaza, dedi: 
– Həzrət Əli eşqinə, məni filan yerə, filan mənzilə apar.  
Oğlan ceynamazın üsdə göynən getdiyi  yerdə gördü ki, 
bir şəhərdə bir imarət var. Bu imarətin qavağına o qədər adam 
toplaşıf ki, sayı yox. Oğlan tüşüf gördü ki, bir gözəl xanımdı, 
pilləkənnəri  yenif  qalxer,  hamı  da  buna  baxmax  isdeer.  Bax-
max  isdiyən gərəh bir  manat  versin. Oğlan  gözdədi. Gejə tü-
şəndə ceynamaznan getdi, tüşdü xanımın böyrünə. Xanımı da 
götdü mindi ceynamaza. Dedi: 
– Həzrət Əli eşqinə, bizi bir adıya apar.  
Ceynamaz buları bir adıya gətirif çıxartdı. Qız burda oğ-
lanın  orasını-burasını  o  qədər  qaşıdı  ki,  o  qədər  qılığına  girdi 
ki,  oğlanın  sirrərini öyrəndi. Oğlan öydən  çıxan kimi  qız  cey-
namazı da, əsanı da, surfanı da götürüf qaşdı. Oğlan gəlif gördü 
ki, heş nə yoxdu. Ağlıyıf yater. Ağlıyanda görür ki, bir göyər-
çindi,  ağacın  başında  yarpax  dimdihliyir.  Göyərçin  buna  deer 
ki, bu ağaşdan bir ceynamaz, bir surfa, bir də əsa yon, muradı-
n
ı
a  çatarsan
ı
.  Oğlan  belə  də  eleer.  Gəler  xanımın  yanına,  öz 
ayın-oyununu alır, xanımı da bir qara qatıra döndərer, verer bir 
nəfərə. O  adam  da  qatırı  o qədər  işdəder  ki, belinin  dərisi  ge-
der. Oğlanın buna yazığı gəler. Onu təzədən adam eleer. 


 
 
111
Geder dünyanı gəzməyə. Görür ki, bir şəhərdə  camahat 
toplaşıf.  Gəlif  görür  ki,  bir  əjdaha  da  suyun  qavağını  kəsif, 
hər gün bir adam alır  yiir, bir az su verer. İndi də növbə pad-
şah  qızına  çater,  o  da  əlində  bir  qavnan  geder  əjdahıya  tərəf. 
Oğlan tez əsanı çıxardıf əjdahıya tərəf tutor. Deer: 
– Əsa, Həzrət Əli eşqinə, əjdahanı ortadan böl. 
Əjdaha ortadan bölünör. Hay  tüşör, camahat hamısı qa-
tışer bir-birinə. Oğlan qaşmax isdiyəndə padşahın qızı tez əli-
ni  əjdahanın  qanına  batırıf  vuror  oğlanın  kürəyinə.  Səhərisi 
oğlanı  tapıf  gətirellər  padşahın  yanına.  Padşah  qojalmışmış. 
Toy  eliyif  qızını  verer  oğlana.  Bir  müddət  keçer,  bu  padşah 
ölör. Camahat yığışıf oğlanı özünə padşah seçer. 
Bir  gün  oğlanın  yadına  kiçih  qardaşı  tüşör.  Ceynamaz 
bunu gətirer qardaşının yanına. Görüşöllər. Kiçih qardaş başı-
na gələnnəri böyüh qardaşa danışer. Gedif qaraçı arvadnan qı-
zını  tapellar.  Böyüh  qardaş  toy  eliyif  qaraçının  qızını  kiçih 
qardaşına aler. Son
ı
ra ceynamaza oturuf gəlellər böyüh qarda-
şın padşah olduğu şəhərə. Burda böyüh qardaş camahata deer 
ki,  bəs  öznüzə  padşah  seçin
ı
,  mən  gederəm  öz  şəhərimə.  Ca-
mahat nə qədər eleer, oğlanı saxlıya bilmer. İki qardaş gəlillər 
öz  şəhərrərinə.  Görüllər  ki,  anaları  hələ  sağdı.  Bir  xam  qatır 
tapıf gətirillər. Arvadı bağlıyıllar qatırın quyruğuna, qatıra da 
bir iynə sancellar. Qatır arvadı dağa-daşa çırpıf  öldürör. Olar 
yidilər-işdilər, yerə keşdilər. Siz də yiin
ı
-için
ı
, döörə keçin. 
   
 
 
9-10. BALIQ BİLMƏSƏ, XALİQ BİLƏR 
 
9. 
Bir şahın bir oğlu olur. Gün o gün olur ki, şahın gözdəri 
tutulur.  Gözdəri  tutulan  müddətdə  fikirrəşir  ki,  ay  dili-qafil, 
mən hamının şahı olam, bu qədər münəccimlər mənim gözdə-
rimə bir əncam qılmasın?! Münəccimləri çağırır. Deer ki, bəs 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə