Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

 
 
115
Deer:  
–  Bəs  mən  eşitmişəm  ki,  şahın  qızının  dilinin  qədəyini 
aşmax lazımdı. 
Deer:  
– Bəs mən sənə demişdim axı, bu başqa şahın vilayətidi, 
nə lazım olsa, man
ı
a deyərsən
ı
. O mənnihdi.  
Qoja gedir şahın elçi daşının üsdə əyləşir. Şaha xəvər çatır 
ki,  şah  sağ  olsun,  bəs  bir  qoja  kişi  şahın  elçi  daşının  üsdündə 
oturuf. Soruşmuşux nə üçün gəlif. Deer ki, bəs verdiyiniz elana 
görə gəlmişəm. Şahın arvadı deer ki, şah sağ olsun, fərz eliyək 
ki, birdən qızın dilinin qədəyini aşdı. Bəs qızın dilinin qədəyini 
açannan son
ı
ra qoja kişiyəmi verəjeyih cavan qızı. 
Deer: 
–  Tələsmə,  kaş  mənim  qızımın  dilinin  qədəyi  açılsın, 
yerdə qalanı bizdihdi. 
Çağırıllar  qojanı.  Qoja  deer  ki,  şah  sağ  olsun,  mən  gəl-
mişəm sizin verdiyin
ı
iz elana görə. 
Şah deer: 
– A qoja, get işin
ı
nən məşğul ol, sən görürsən
ı
mi ordakı 
başdarı,  nə  qədər  münəccimlər  gəlif,  hamısının  boynunu 
vurdurmuşam, sən də oların tayısan
ı

Deer: 
–  Şah  sağ  olsun,  siz  əmr  vermisin
ı
iz  ki,  qızımın  dilinin 
qədəyini kim aşsa, qızı ona verəjəm. İndi gəlmişəm, olmuya-
jax, mən də oların bir tayı olajam də. Noolasıdı ki, olmuyajax, 
mənim də boynumu vurdurajaxsan
ı

Şah icazə verir. Bir pərdə çəkilir, qız o üzündə qalır pər-
dənin. Bu üzdə isə qoja xayiş eliyir ki, bir xalça, bir dənə  də 
əsa gətirin
ı
. Gətirillər, xalçanı da sərillər, əsanı da verillər qo-
juya. Qoja əsanı vurur xalçıya, deer: 
– Xalça, fərz eliyək ki, bir molla, bir dərzi, bir dülgər yola 
tüşdülər  bir  meşiyə.  Getdilər,  deer,  meşiyə.  Deer,  birdən  elə 


 
 
116
olur ki, mollanı da yuxu aparır, dərzini də. Dülgər meşənin için-
də qalır yuxusuz. Hər bir ona lazım olan ləvazimat əlindədi. Fi-
kirrəşir, əə, mən neyniyim, boşduxdu, hamı  yatır. Dülgər ağaş-
dan bir adam heykəli düzəldir. Bunu yuxu aparır, dərzi yuxudan 
oyanır.  Baxır  ki,  adam  heykəli  var.  Həmin  heykələ  bir  qəşəh 
paltar  tikir.  Dərziyi  yuxu  aparır.  Molla  ayılır.  Baxır  görür  ki, 
gözəl bir qız heykəli var, gözəl də paltar tikilif. Yalvarır, ay Al-
lah, san
ı
a qurvan olum, noolar ki, – hərdən də əsanı döyür xal-
çaya – bəs biz  yatanda belə bir şey  yoxuydu. Yalvarıram san
ı
a, 
and  verirəm  sənin
ı
  birriyinə,  buna  bir  səs  ver,  danışa  bilsin. 
Deer, bu vax Allah-taladan səda gəlir və qız başdıyır danışmağa. 
İndi ağsakqal sual verir, deer: 
–  Xalça,  –  əsanı  döyör  xalçıya,  –  san
ı
a  bir  sualım  var. 
De  görüm  bu  qız  hasına  qismət  olmalıdı  –  molluya,  dülgərə, 
dərziyə? 
Qız  o  tərəfdən  deer  ki,  əlbətdə  molluya,  çünki  ona  dil 
verən molla olufdu. 
Şaha səda gəlir çatır ki, bəs qız danışdı. Qızın anası deer 
ki, şah, sən görürsən
ı
mi neynədin
ı
? Sən qızı bu qoja kişiyə ərə 
verəmməzsən
ı
. Şah çağırır qojanı, deer: 
– Qoja, sözümüz sözdü. 
Qoja deer ki, şah sağ olsun, mənə bir-iki saat icazə ver, 
gedim gəlirəm. Gedir oğlana deer: 
– Geyin-kejin, gəl eey. 
Oğlanı  geyindirir-kejindirir,  yavaş-yavaş  gəlillər  şahın 
hüzuruna. Şaha deellər: 
– Şah sağ olsun, bir qoja, yanında da bir cavan oğlan sə-
nin
ı
 hüzurunda hazırdı. 
Deer ki, həə, arvat, görürsən
ı
 Allah-taalanın qisməti var. 
Qoja deer ki, şah sağ olsun, o qızı man
ı
a  yox, mənim oğluma 
toy eliyəh verəh. 
Toy eliyillər qırx gün, qırx gejə. 


 
 
117
Bir zaman oğlan  yatanda  yuxusunda anasını görür. Gö-
rür  anasının  gözdəri  də  kordu.  Yalvarır  ki,  ay  oğlum,  harda-
san
ı
,  bəs  səni  gözdəməhdən,  ağlamaxdan  gözdərim  kor  oldu. 
Oğlan dözə bilmir, deer: 
–  A  qoja bava, sağ ol,  mənnən  ötəri  hər  şey  elədin
ı
. Bax 
gördün
ı
,  şah öz  libasını  soyundu  verdi  man
ı
a,  bu  vilayətin  şahı 
oldum. Noolar bu dəfə qaynatama get de mən kiməm, nəçiyəm. 
Sənin
ı
  oğlun
ı
  yox,  mən  filan  şahın  oğluyam.  Anamın  gözdəri 
kor oluf, gedim bir atamı, anamı ziyarət eliyim, qayıdım gəlim. 
Gəlir qoja bunun qaynatasına – şaha deer: 
–  Şah  sağ  olsun,  bəs  deyərsən
ı
mi,  bu  oğlan  kimdi?  Bu 
oğlan  da  dəryanın  o  üzündə  olan  filan  şahın  oğludu.  Sadəcə 
mən buna köməh naminə demişdim ki, nə lazım olsa, öz oğ-
lum kimi köməh eliyəjəm. Ata-anasının gözdəri kor oluf, get-
sin ziyarət eləsin, qayıtsın gəlsin. 
Deer: 
– Getsin görüşsün. 
Qoja, oğlan və qız yola tüşüllər. Evlənən vaxdı qoja de-
mişdi  ki,  sizin  aranıza  qılış  qoyajam.  Mən  nə  vax  qılıcı  gö-
türəjəm, onda  siz evlənmiş hesab olunajaxsın
ı
ız. Gəlillər dər-
yanı keçillər. Qoja deer ki, ay qızım, ay oğlum, bax görürsü-
n
ı
üzmü, orda iqamətgah var. O iqamətgah sənin
ı
 atan
ı
ın – şa-
hın  iqamətgahıdı.  Gedəndə  bu  almanı  verərsən
ı
  atan
ı
a,  bu  al-
manı da verərsən anan
ı
a, hər ikisinin gözü sağalajax. Bir müd-
dət  gedənnən  son
ı
ra  deer  ki,  dəyanın
ı
  beş  dəyqa.  Qılıncı  qı-
nınnan  çıxardır,  cumur  qızın üsdünə.  Qızın  ağzınnan  bir  ilan 
tüşür. İlan ağzınnan tüşən kimi ilanı öldürür. 
Deer:  
– Bala, bu ilan bu qızı sevirdi. Könlü isdiyəndə qızın di-
linin  qədəyini  gəlif  tuturdu,  qıza  imkan  vermirdi  danışmağa. 
Evlənən  müddətdə  bunnan  əgər  siz  yatsan
ı
ız,  səni  dilin
ı
nən 
çalajaxdı  bu  ilan.  Ona  görə  mən  sizə  icazə  vermədim,  qılış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə