Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

 
 
112
siz  mənə  nəyə  görə  lazımsın
ı
ız?  Mənim  gözdərim  görmür, 
ama mən sizi təmin eliyirəm hər bir nemətnən. Mənə hökmən 
bir  əncam  qılmalısın
ı
ız.  Yatıllar.  Gejə  münəccimlərdən  biri 
şahın  yuxusuna  girir.  Münəccim  deer  ki,  bəs  bilirsən
ı
  nə  var, 
Allah-taala buyuruf ki, dənizdə bir qızıl balıx var, əgər o qızıl 
balıx  tutularsa,  onu  sən  yiyərsən
ı
sə,  sənin
ı
  gözdərin
ı
  sağalar. 
Şah qırx nəfər balıx tutan çağırtdırır, deer ki, bəs filan dərya-
da  qızıl  balıx  var,  əgər  onnan  birini  tutuf  gətirsən
ı
iz,  yesəm, 
mənim gözdərim sağalar. Bu müddət ərzində qırx nəfər balıx-
çının ayiləsinin hamısını topalıyır, deer: 
–  Heç  olmasa,  birin
ı
iz  dəryadan  qızıl  balıx  tutuf  gətir-
məsən
ı
iz, hamın
ı
ızı məhv eliyəjəm. 
Deellərmiş ki, otuz dokquz nəfər gedir, heş bir iş görə bil-
mir. Qırxıncı gedəndə hamısı Allaha yalvarır ki, ay Allah, bizim 
günahımız nədi ki, şahın gözdərini kor eləmisən
ı
, onun gözdəri 
açılmır deyə bizim hamımızı məhv elətdirməh isdiyirsən
ı
. Bizə 
köməh  elə.  Bu  vax  şahın  oğlu  balıx  tutana  deer  ki,  mən  də 
gedəjəm.  Balıx  tutan  şahın  oğlunu  da  götürür,  yavaş-yavaş 
gedillər  dəryaya  sarı.  Balıxçı  toru  atır,  burda  da  otuz  dokquz 
nəfər balıxçı və onnarın ayilələri Allaha  yalvarıllar ki, Xudaya, 
noolar, bu axırıncıdı, əgər burda bir şey əmələ gəlməsə, deməli, 
biz hamımız məhv olajeyıx. Yalvarırıx sənə, bizə köməh ol. 
Şahın oğlu gedir balıxçıynan. Qırxıncı balıxçı toru atır dər-
yıya.  Allah-taala  qismət  eliyir,  tora  elə  bir  gözəl  balıx  tüşür  ki, 
balıxçı otuz, otuz beş  ildi  bu işnən  məşğuldu, hələ onun  toruna 
belə balıx tüşməmişdi. Baxır o yanına, bu yanına, balığın gözəl-
liyinə heyran qalır. Bu vax şahın oğlu deer ki, əmi, ver, mən də 
baxım. Balıx tutan əvvəlcə verməh isdəmir. Ürəyi yumşalır, ba-
lığı uşağa verir. Uşax da balığı əlinə alır, bunun o yanına baxır, 
bu  yanına baxır,  baxır görür ki, Xudaya,  dünyanın gözəlliyi  bu 
balıxdadı. Götürür balığı, atır dəryıya. Bu vax balıxçı deer: 
– A bala, sən neynədin
ı
? Bəs bizim ayimiz var. 


 
 
113
Dedi: 
– Mən cavabdehəm, sizdik döyül.  
Qayıdıf  gəlillər.  Balıxçı  necə  lazımdı,  elə  də  reallıxnan 
danışır. Uşax da boynuna alır ki, bəli, mən qıymadım ki, o balıx 
ölsün.  Oğlan  şahın  qəzəbinə  gəlir,  şah  əmr  eliyir  ki,  səhər  oğ-
lum dar ağacınnan asılsın. Vəzir, vəkil yığışır ki, padşah sağ ol-
sun,  pütün  dünya  padşahlarında  hələ  elə  bir  əmr  verilmiyif  ki, 
ata öz oğlunu dar ağacınnan asdırsın. Axır şahın qəzəbi bir ba-
laca  soyuyur,  oğlunun  sürgün  edilməsi  qərarına  gəlir.  Ana  ax-
şam oğlu üçün azuqə hazırrıyır. Azuqəni hazırrıya-hazırrıya oğ-
luna tövsiyə edir ki, ay bala, gedəsisən
ı
 yolnan, bir səhralığa çı-
xasısan
ı
, üş nəfərə rasdaşasısan
ı
. Birinci rasdaşdığın
ı
 adama xur-
cunun
ı
nan  çıxart  bir  çörəh  ver,  əgər  çörəyin  çox  parasını  sənə 
qaytarıf, az parasını özünə götürərsə, onnan yoldaş ol. Bir qədər 
gedənnən  son
ı
ra  yenə  birinə  rasdaşasısan
ı
.  Söhbət  eliyəndə  de-
yərsən
ı
 xayiş eliyirəm məni gözdə, bir balaca işim var. Deyəjəh 
get gəl. Gələndə görsən
ı
 ki, dediyi  yerdə diyanıf, onnan  yoldaş 
ol.  Son
ı
ra  gedif  bir  dəryaya  rasdaşasısan
ı
.  Dəryıya  rasdaşanda, 
sən yalannan əlini at əyağın
ı
a ki, guya əkqavın
ı
ı, coravın
ı
ı soyu-
nursan
ı
. Bu müddət ərzində sənnən qavax o soyunuf səni dərya-
nın bu üzünnən o üzünə keçirərsə, onnan yoldaş olarsan
ı

Vax  gəlif  çatır,  oğlanı  yavaş-yavaş  yola  salıllar.  Gedif 
meşənin bir qəliz  yerində oğlanı buraxıllar və qayıdıllar geri-
yə.  Oğlan  yavaş-yavaş  gedəndə  bir  ağsakqal  kişiyə  rasdaşır. 
Ağsakqal deer:  
– A bala, harya gedirsən
ı

Deer:  
– Ay bava, filan padşahın oğluyam, atam məni filan şe-
yə görə cəzalandırıf. 
Hamısını danışır. Yadına tüşür ki, anası buna öyüd-nəsi-
hət vermişdi ki, bu hərəkətdəri eliyərsən
ı
. Oğlanın yadına tüşür 
və çörəyin birini xurcunnan çıxardır, həmən qojuya bəxş eliyir. 


 
 
114
Qoja çörəyi qırır və çox parasını oğlana qaytarır, azını özündə 
saxlıyır. Yadına tüşür kü, ay Allah, anam demişdi, bəs üş nəfə-
rə rastaşajan
ı
. Birinci rasdaşdığın
ı
a çörəyi çıxart ver, çox para-
sını qırıf sənə qaytarsa, az parasını özündə saxlasa, onnan yol-
daş ol. Deer, aha, birini tapbışam. Bir az gedənnən son
ı
ra deer: 
– Məni bağışda, mənim bir yüngülvari işim var. 
Deer: 
– A bala, nə dəxli var, get, qayıt gəl. 
Oğlan  gedir.  Qayıdıf  gələndə  görür  ki,  həmin  ağsakqal 
yerində  diyanıf.  Deer,  anam  üş  nəfər  demişdi,  ama  mən  iki 
nəfərin xasiyətini bir nəfərdə  tapdım. Bir qədər gedəndə dər-
yıya  rasdaşıllar. Oğlan əlini atır coravını soyunmağa, əkqavı-
sını  çıxartmağa.  Həmin  ağsakqal  oğlanı  dəryanın  bu  tərəfin-
nən o tərəfinə keçirir. Deer, Allah, sənə qurvan olum, anam üş 
nəfər  demişdi,  ama  üş  xasiyəti  bir  adamda  tapdım.  Ağsakqal 
deer  ki,  bala,  bax  bizim  xeyməmiz
93
  buradı,  yaşadığımız  yer 
bura olajax. Sən filan şahın oğluydun, indi biz dəryanın bu tə-
rəfində, filan şahın sahəsindəyih. Bu sahədə sənə nə lazım ol-
sa, mənə deyərsən
ı
, mən ona əməl eliyərəm. 
Bir müddət keçir. Oğlan eşidir ki, həmən vilayətdə şahın 
qızının dili tutuluf. Şah qərar verir ki, kim mənim qızımın di-
linin  qədəyini
94
  aşsa,  qızımı  ona  ərə  verəjəm.  Oğlan  qaça-
qaça  getmək  isdiyir  ki,  qızın  dilini  aşsın.  Ağsakqal  baxır  ki, 
uşax qaça-qaça gedir. 
Deer:  
–  Qayıt geriyə.  
Oğlan qayıdır geriyə. 
Deer:  
– Hara gedirsən
ı

                                                             
93
 Xeymə – yaşayış yeri 
94
 Dilin qədəyi – dilin alt çənəyə bitişik olması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə