Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

 
 
101
Bir on altı litir də su. Oları götür, mən “qa” dəəndə ətdən ve-
rərsən
ı
, “qu” dəəndə sudan verərsən
ı

Bu, elə də eliyir. Minir quşun belinə. Bu, əti də, suyu da 
götürür. Quş başdıyır uçmağa. Az qalıf ki, şıxlı dünyaa çatsın-
nar. Bu, “qa” dəəndə, baxır ki, ət kutarıf. Qılıncını çıxardır da 
öz budunnan belə bir tikə kəsif quşun ağzına verir. Quş o sa-
atca dilinin altında saxlıyır bunu. Tamınnan bilir ki, bu, insan 
ətidi. Həə. Aparır şıxlı dünyüya tüşürür. Şıxlı dünyada bu taa 
rahatdanır.  Bu  quş  deer  ki,  al  mənim  bu  lələyimi,  saxla,  hası 
vax  işin  dara  tüşsə,  yandırarsan  o  lələyi,  mən  sənin
ı
  yanında 
hazır olajam. 
Deer: 
– Yaxşı. 
Quş deer ki, mən uçuf gedəjəm, sən get görüm. Baxır ki, 
oğlan gedən vaxdı belə qılçasını çəkif axsıyır. 
Deer: 
– Qayıt bəri. 
Qayıdır.  Çıxardır  dilinin  altınnan  əti,  o  yarasının  üsdə 
qoyuf ağzının niqabınnan çəkir. Deer ki, həə, indi gedə bilər-
sən
ı
. Bular vidalaşıf ayrılıllar. 
Oğlan gəlhagəl, gəlif başqa vilayətdə bir şahın bağbanı-
na nökər olur. Bu, burda gününü keçirif dolanır. Bu şahın üş 
qızı  olur.  Qızdar  gəlillər  ki,  bayramdı,  bu  bayrama  bizə  gül 
yığın
ı
.  Böyüh  qızdarın  ikisi  də  bağbana  deer  ki,  sən  hazırra 
bizim gülümüzü. Kiçih qız da bağbanın şagirdinə deer: 
‒ Sən hazırra mənim gülümü. 
Həə, bu da deer: 
‒ Baş üsdə! 
Oğlan çəkilir bağın bir  tərəfində,  yiəsiz bir  yerdə lələyi 
papağının arasınnan çıxardıf yandırır. Yandıranda Zümrüt qu-
şu yanında hazır olur. 
Deer: 


 
 
102
‒  Belə-belə,  şahın  qızı  man
ı
a  dedi,  gül  hazırra!  Man
ı

bağdan elə bir gül gətir ki, doğrudan da, bu torpaxda, bu vila-
yətdə olmasın. 
Deer: 
‒ Baş üsdə! 
Gedif quş bir dəsdə gül gətirir. Bu gül elə bir güldü ki, 
bir ay solmurdu. Həə, deməli, bu oğlan gülü qıza təqdim eli-
yir. Qıza deer ki, bir ay bu gülün vaxdı var, bu xarişdən gəlmə 
güldü. Baxır qızdar ki, buların gülləri soldu, ama bu gül günü-
günnən hələ də pardaxlanır, yaxşılanır. 
Vax belə keçir ki, şah bu qızdardan birini vəzirin oğluna 
verir, birini vəkilin oğluna. Bu kiçih qıza deer: 
‒ Sən kimə gedirsən
ı

Deer: 
‒ Mən bu bağbanın şagirdinə, nökərinə gedəjəm. 
Elə bilir, bağbanın oğludu. Həə. Şah nə qədər deersə, bu 
eşitmir.  Deer  ki,  yox,  mən  bu  oğlana  gedəjəm.  Şah  ajıxnan 
yaxınnıxda bir uçux daxma  varıymış, buranı ayırır, qızı  verir 
oğlana. O birrərini də bu vəzirnən vəkilin oğluna verir. Toyu-
nu eliyir, çıxıf gedillər. 
Gün o gün olur ki, başqa vilayətdən elçi gəlif daşın üsdə 
oturuf şaha deer ki, şah belə tələb eliyir ki, ya bir belə pul ver-
məlisən
ı
,  ya  biznən  döyüşə  çıxmalısan
ı
.  Bu  söhbəti  eşidəndə 
şah  xəsdələnir.  Buna  buyurullar  ov  əti.  Bu  iki  kürəkənnəri 
yay-oxu  götürür,  çıxıllar  ova.  Ova  çıxanda  Nərbala  arvadına 
deer ki, get  atana denən,  man
ı
a da bir atdan, qatırdan-zaddan 
versin, mən də çıxım ova. Bu şah da buna baxıf gülür ki, ə, bu, 
nə ov eliyəjəh, filan. Xətrinə dəymir qızının. Bir topal qatır verir. 
Bu  axsada-axsada  qatırı  dağın  dalına  keçən  kimi  tükü  yandırır. 


 
 
103
Quş hazır olur. Quşa deer ki, nə qədər ov var burda, hamsını bu 
dəriyə topla. Quş bir annıxda
88
 uçur.  
Deer:  
‒ Bir dəs man
ı
a paltar gətir. 
Quş gedir, bir dənə ağ at, bir dəs ağ paltar, onnan son
ı
ra 
pütün  nə  qədər  ov  ovlanası  heyvan  var,  hamsını  bura  toplu-
yur. Başının üsdündə quş, yanında aslan. Daa hamsını quş təş-
gil edir. Böyründə duruflar. 
Bu  kürəkənnəri  nə  qədər  gedif  gəzsələr  də,  heş  nə  ta-
pammıllar. Gələndə görüllər, ayə, pütün ov hamısı bu dərədə d-
oludu. Oxu hərriyillər atmağa, ona kimi ağ paltarrı, üzü niqablı 
adam,  onnan  son
ı
ra  başının  üsdündə  Zümrüt  quşu,  əlində  yay-
oxu, aslan yanında, deer ki, əlin
ı
izi tərpətmeyin
ı
, onun yiəsi var. 
Bular deer: 
‒ Şah xəsdədi. Buna görə şaha aparırıx. 
Deer: 
– Mən bilmirəm, şahı-mahı tanımıram. Deerəm, dəymiyin
ı

‒ Bunnan bizə sat. 
Deer: 
‒ Pulnan döy. 
Deer: 
‒ Nəynəndi? 
Deer: 
‒  Hər  birin
ı
izin  sağ  buduna  bir  peçet
89
  vurajam.  Peçeti 
vurajam, hərən
ı
izə də bir heyvan verəjəm. Kəsin
ı
, aparın
ı

Həə.  Bular  baxır  ki,  ələş  yoxdu.  Axşamüsdü  tüşür,  boş 
qayıtmağ  olmaz.  Hərəsi  şalvarını  aşağı  eliyir  –  bağışdeyin
ı
 
məni – sağ buduna bir peçet vurur. Deer: 
                                                             
88
 Annıxda – bir anda 
89
 Peçet – peçat, möhür 


 
 
104
‒ Özüm kəsməliyəm. 
‒ Doyşan isdiyirsin
ı
iz, yoxsa cüyür? 
Deer: 
‒ Cüyür ver. 
Tutur  cüyürü  kəsir.  Cüyürü  kəsdihcə  deer  ki,  dadı  baş-
əəğına, dadı baş-əəğına. Həə. 
Burda da bunun əyaxlarını da, başını da kəsir, deer: 
– B
uları mən özüm götürəjəm. Oların ətini də siz götürün
ı

Bular sevinə-sevinə gəlillər. 
Eşit indi sən Nərbaladan. Nərbala gəlir paltarı-filanı, ha-
mısını  verir  quşa,  onnan  son
ı
ra  gəlir,  bu  baş-əəğı  da  gətirir. 
İndi yoldaşı soruşur: 
– Bə hanı sənin
ı
 ovladığın
ı

Deer: 
‒ Olar ov vurdular, mən vurammadım. Olar kəsdi, tulla-
dı baş-əəğı, mən də o baş-əəğı götürdüm gətirdim. 
Bu qız da bir az peşmannanır, bir az pis olur. 
Oglan deer: 
‒ Onu gətir, pişir. 
Pişirir. Qız görür ki, bunun iysi-tamı pütün məhləni gö-
türür.  Elə  tamlı  gəlir.  Burdan  kürəkənnəri  gətirdihlərini  pişi-
rir, aparıllar. Şah yiirsə də, elə bil təzəh
90
 dadır. Bir az yiir də, 
əlini  çəkir.  Ona  kimi  bu  kiçih  qız  gedir.  Şah  deer  ki,  sənin
ı
 
ərin  nə  vuruf  gətirif?  Deer  ki,  olar  vurduğu  ovun  baş-əəğını 
gətirif. Bir az da buna gülür-eliyir. Yalvar-yapış eliyir ki, ata, 
sən  Allah,  bir  qaşıx  suyunnansa  da  al,  gətirmişəm  əziyətnən. 
Şah suyunnan bir qaşıx ağzına alanda baxır, əə, bunun ağrıla-
rı-zad azaldı. Qavı təmiz içir. Kişi deer: 
‒ Varmı genə? Get bunnan gətir. Məndə ağrı qalmadı. 
                                                             
90
 Təzəh – mal peyini, heyvan nəcisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə