Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


NOVRUZLA BAĞLI MIFOLOJI OBRAZLAR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   27   28   29   30   31   32   33   34   35

 
121 
NOVRUZLA BAĞLI MIFOLOJI OBRAZLAR  
VƏ ANLAYIŞILAR 
 
Qışın  yazla  əvəzlənməsi  –  təbiətin  ölüb  dirilməsi  –  Bir 
çox  xalqlarda  o  sıradanda  azərbaycanlılarda  yazın  qışı  əvəz 
etməsi  mifologiyada  vuruş  kimi  təsəvvür  olunmuşdur.  Bu 
təbii  hadisə  xalq  təfəkküründə  özünə  ayrıca  yer  tutmuş  və 
şifahi  xalq  ədəbiyyatında  onunla  bağlı  törənlər  yaranmışdır. 
Yazın  gəlişi  onun  qışın  yazı  əvəz  etməsi  ilə  bağlı  törənlər 
Orta  Asiyadan,  Dağlıq  Altaydan  Azərbaycandan  tutmuş  və 
başqa ölkələrə yayılmışdır. Bu törən – mərasim hər xalqın soy 
kökündə  onların  həyat  tərzi,  məişəti  əmək  prosesi  illə 
bağlıdır. Onlarən təbiətə yanaşmasından yaranmışdır(72,9).  
Xızır obrazı – Türk xalqlarının və eləcə də azərbaycanlı-
ların mifik təfəkkürünün yaratdığı Xızır və onunla bağlı məra-
sim yazın gəlişi ilə bağlıdır (73,103). Türk folklorunda xızırla 
bağıl inanışların böyük qismi yazılı şərq qaynaqları ilə uyğun-
luq  təşkil  edir.  Türk  xalq  inanclarında  bir  peyğəmbər  olaraq 
qəbul edilən Xızır darda qalaların dadına yetişən mübarək üz-
lü bir  varlıqdır. Bərəkətli  və  tez  tükənməyən şeylər haqqında 
“Xızırın əli dəyibdi” – deyilər ki bu da onun başlanğıcında bir 
funksiyasının belə bolluq hamisini göstərir(67,93).  
Yaz özü ilə ağartı, mal – qara, qoyun – quzu üçün  yem 
artım  balalama,  əkinə  istilik  gətirirdi.  Xalq  bütün  bu 
nemətlərdən məhrum olmamaq üçün Xızırı çağırırdı: 
Xızır, Xızır xız gətir, 
Var dərədən od gətir. 
Xızıra xızır deyərlər 
Xızıra çıraq qoyarlar(74,30). 
Xızırdan  istilik,  od  istəmişlər  insanlar  yazın  tez 
gəlməsini təmin etmək üçün odu istini yardıma çağırırlar.  


 
122 
Qodu  Obrazı  -  Günəşi  çağırmaq  üçün  Qodu  obrazında 
da mifik səciyyə vardır. Birincisi və başlıcası günəşi çağırmaq 
ikincisi isə yağışı kəsməkdir(73,18).  
Qodu  obrazı  iki  əksliyin  başlanğıcıdır.  O  güləndə  gün 
çıxır, ağlayanda yağış yağır. Aramsız yağan yağışı kəsmək və 
günəşi çağırmaq üçün Qoduya müraciət olunur: 
Qodu Qodunu gördünmü? 
Qoduya salam verdinmi? 
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü? 
Təqvimdə Günəş:  
Gün çıx, çıx, çıx 
Kəhər atı min çıx 
Oğlum qayadan uçdu 
Qızın təndirə düşdü 
Keçəl qızı qoy evdə 
Saçlı qızı götür çıx  
Gün getdi su içməyə 
Qırmızı don biçməyə 
Gün özün yetirəcək 
Qarı tez götürəcək 
Keçəl qızı aparacaq 
Saçlı qızı gətirəcək (74,23). 
Mahnıdan  göründüyü  kimi  günəşin  iki  qızı  var  biri 
keçək  o  biri  isə  saçlıdır.  Bu  qızların  kimliyi  indiyə  kimi 
diqqətdən  kənar  qalmışdır.  Günəşin  “keçəl  qızı”  qışın  “saçlı 
qızı”  isə  yazın  başlanğıcıdır.  Elə  buna  görədə  əkinçiliklə 
maldarlıqla bağlı olan xalq yazən gəlməsini istəyir(73,23).  
Nə  üçün  günəşin  qızları  “keçəl”  və  “saçlı"dır?  Buna 
belə  açıqlama  gətirək.  Çunki  qışda  ağaclar  çılpaqdır,  qışda 


 
123 
ağaclar  artımsızdır,  günəşdə  gücsüzdür.  Qızda  buna  görə 
keçəldir. Bunu əksinə olaraq yaz verimlidir, artımlıdır, istidir, 
təbiətə  can  verir.  Buna  görədə  o  saçlı  təsəvvür  olunur. 
Buradan  belə  nəticəyə  olar  ki,  günəşlə  bağlı  əkslikləri  təmsil 
edirlər. Nəğmədən aydın olur ki, başlanğıcların – yazın (saçlı 
qızın) qışın (keçəl qızın) kökü birdir – günəşdir. 
Kosa və Keçi obrazları – Kosa –kosa oyununda kosa qışın, 
keçi  isə  yazın  carçısıdır.  Kosa  uzun  səfərə  hazırlaşır  bununla 
mərasim iştirakçıları  bilirlər ki, qış  gedir  yaz gəlir.  Ancaq kosa 
öz mövqeyini asnlıqla vermək istəmir. Axırda keçi – yaz kosanı 
–  qışı  vurub  öldürür.  Mərasim  iştirakçıları  sevinirlər  keçini 
alqışlayırlar.  Bu  mərasimdə  kosa  –  qışın  mifik  obrazı,  xalqın 
dünyanı dərk etməsinin əski görüşləri ilə bağlıdır(73,28). 
Mərasimdə kosaya belə bir nəğmə oxunur: 
Mənim kosam canlıdır 
Qolları mərcanlıdır 
Kosama əl vurmayın 
Kosam ikicanlıdır(75,21). 
Kosam  ikicanlıdır  ifadəsini bu mənada başa düşmək olar. 
Kosa – qış,  yazı doğacağı üçün ikicanlıdır. Yaz qışdan doğulur. 
Qış istəsə də, istəməsə də bu “uşaq”-yaz doğulmalıdı. Qışın do-
ğacağı  “uşaq”-yaz  əkinçiliklə,  maldarlıqla  məşğul  olanlar  üçün 
həyat  idi.  Mərasimin bir  ucunda  faciə, o biri ucunda  isə kome-
diya vardır. Keçi – yaz, düşməni kosanı – qışı öldürür. Bu faciəli 
durum öz-özlüyündə komik vəziyyət  yaradır. Deməli, Azərbay-
canda  yaranan  faciə  və  komediyanın  -  əksliklərin  kökü,  mifik 
durumu  birdir.  Qış  -  kosa  ölürsə,  faciəvi,  keçi  qalib  gəlirsə, 
komik durum  yaranır. Keçi  yaz bayramında aparıcıdır. Günəşlə 
bağlıdır.Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişdir. 
 


 
124 
NOVRUZ HAZIRLIQLARI 
  
Azərbaycanın  elə  bir  regionu  yoxdur  ki,  orada  novruz 
bayramı  təntənə  ilə  qarşılanmasın.  Martin  21  -  dən  22  -  ə 
kecən  gecə,  gecə  ilə  gündüz  bərabərləşir.  Ana  torpağa  nəfəs 
gəlir,  yerin  donu  açılır,  ağaclar  bahar  suyu  içir,  təbiət  qış 
yuxusundan  oyanır,  hər  şey  cana  gəlir.  Yurdumuza,  elimizə, 
obamıza  yaz  gəlir.  İnsanlar  böyük  təntənə  ilə  novruz 
bayramını qeyd edirlər. Novruz bayramı hər il mart ayının 20, 
21, 22, də qeyd olunur. İnsanlarda, quşlarda hətta qarışqalarda 
belə  bir  təlaş  hiss  edilməyə  başlayır.  Hər  bir  ailədə  əsas  yük 
qadınların  üzərinə  düşür.  Ev  qadınları  evin  əşyalarını  həyətə 
tökər.  Otaqlar  ağardılar,  qışın  ağır  havası  evdən  təmizlənər, 
baharın  birinci  günü  təmiz  libas  və  təmiz  vücudla  qarşılanar. 
Novruzun  ilk  dört  günü  ilin  fəsilləri  ilə  əlaqələndirilmişdir. 
Birinci  gün  günəşli  keçsəydi,  demək  yaz  yaxsı  keçəcəkdi. 
Əgər Novruzun üçüncü  və dördüncü günündə  yaqış  yaqsaydı 
adamlar  odu  düzəldib  meydanlarda  gəzər  və  günəşi  çağıran 
nəğmələr oxuyardılar (76,25). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə