Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
1   2   3   4   5   6   7   8   9

 

1876-cı  ildə  Q.N.Potaninin  rəhbərliyi  altında  RCC-nin  ekspedisiya 



heyəti  Şimal-Qərbi  Monqolustana  yola  düşür.  Ekspedisiya  heyətinə  onun 

həyat  yoldaşı  A.V.Potanina,  topoqraf  P.A.Rafailov,  monqolşünas 

A.M.Pozdneyev və zooloq M.M.Berezovski daxil idilər. Zaysan şəhərindən 

yola  çıxan  ekspedisiya  üzvləri  Monqolustanın  Altay  hissəsini,  Barkutu, 

Xamini, Dağlıq Xanqayı tədqiq etmişlər. Ekspedisiya zamanı ilk dəfə Ubsu-

Nur  gölünün  cənub-şərq  sərhədləri  müəyyənləşdirilmiş,  Monqolustan  və 

Tyan-Şan  dağlarında  bir  sıra  göllər  üzə  çıxarılmış,  Mərkəzi  Asiyanın 

nəbatat və  heyvanat aləminə  dair dəyərli  məlumatlar toplanmışdır. Bundan 

başqa,  o,  Şimal-Şərqi  Monqolustandakı  rus  tacirlərinin  fəaliyyətindən, 

etnoqrafik  məlumatlardan,  eləcə  də  yol  qeydlərindən  ibarət  geniş  material 

toplamış  və  həmin  materiallar  əsasında  1881-ci  ildə  «Şimal-Qərbi 

Monqolustana dair oçerklər» əsərinin iki cildini çap etdirmişdir. 

1879-cu  ildə  Q.N.Potanin  özünün  sayca  üçüncü,  Monqolustana  isə 

ikinci  ekspedisiyasına  yollanır.  Bu  dəfə  ekspedisiyanın  qarşısında 

Rusiyanın  cənub  sərhədlərinə  yaxın  ərazinin  və  ilk  ekspedisiya  zamanı 

Şimal-Qərbi  Monqolustanın  öyrənilməyən  hissəsinin  tədqiq  edilməsi 

məqsədi  qoyulmuşdur.  Altay  Koş-Aqaçına  toplanan  ekspedisiya  üzvləri 

Ulankom  və  Kobdo  arasındakı  böyük  gölləri,  o  vaxt  Çinə  məxsus  (indiki 

Tuva  Muxtar  Vilayətinin  ərazisindəki)  Uluq-Xem  və  Ka-Xem  çaylarının 

yuxarı  axarlarını  tədqiq  etmişlər.  1880-ci  ilin  yazında  Q.N.Potanin 

səyahətini  davam  etdirmək  niyyətində  idi,  hətta  RCC  bu-nun  üçün  əlavə 

vəsait  də  ayırmışdı.  Lakin  bu  dövrdə  Monqolustan  və  Uryanxay  vilayəti 

üstündə  Rusiya  ilə  Çin  arasında  diplomatik  münasibətlərin  pisləşməsi 

həmin səfərin yarımçıq qalmasına səbəb olmuşdur. 

1884-cü  ildə  Q.N.Potanin  Şimali  Çin  və  Tibetin  şərq  hissəsini 

öyrənmək  məqsədilə  Tibetə  ekspedisiyaya  yollanır.  Üç  il  sürməsi  nəzərdə 

tutulan bu ekspedisiyaya dövlət tərəfindən otuz min rubl məbləğində vəsait 

ayrılmış,  hətta  imperator  ekspedisiya  üzvlərinin  müəyyən  olunmuş  yerə 

çatması  üçün  rus  hərbi  gəmisindən  istifadə  edilməsinə  icazə  vermişdir.  Bu 

da  səyyahlara  məqsədlərini  reallaşdırmaq  və  böyük  bir  ərazidə  toplama 

aparmaq  üçün  geniş  imkan  yaratmışdır.  Bu  səfər  zamanı  onu  topoqraf 

A.L.Skassi və zooloq M.M.Berezovski müşaiyət edirdi. 

1884-cü ildə Q.N.Potaninin rəhbərliyi ilə ekspedisiya heyəti «Minin» 

hərbi  gəmisində  Odessadan  yola  çıxır,  Süveyş  kanalını  keçir,  Hindistanın 

ətrafına dolanmaqla Çinə çatır. Səyahət ərzində onlar Kuku-Xoto şəhərində, 

Ordosun şərq ətrafında, Lanç-jou, Nan-Şan, Sunpan şəhərlərində, Kukunor 

gölü sahillərində, Şərqi Monqolustanda və Şərqi Xanqayda olurlar və 1886-

cı ilin payızında Kaxte şəhərində son  müşahidələrini apardıqdan sonra geri 

 

25 


Dissertasiyanın  əsas  məzmunu  müəllifin  aşağıdakı  məruzə  və 

məqalələrində öz əksini tapmışdır: 

 

1.  Türk  xalqları  folklorunun  toplayıcısı  Q.N.Potaninin  həyatı  və 



fəaliyyəti // AMEA-nın «Xəbərləri» (Humanitar elmlər seriyası), 2005, №4, 

s.30-37 


2.  Q.N.Potaninin  irsində  «Oğuznamə»  motivləri        («Oğuz  kağan» 

dastanı ilə müqayisə əsasında)   //  «Humanitar  və  İctimai  Elmlərin  aktual 

problemləri». 

Gənc 


araşdırıcıların 

Respublika 

elmi 

konfransının 



materialları. Bakı, 2005, s.21-23 

3.  Q.N.Potaninin  folklor  toplama  üsulları  //  AMEA-nın  «Xəbərləri» 

(Humanitar elmlər seriyası), Bakı, 2006, №2, s.189-199 

4.  Q.N.Potaninin  nəzəri  və  toplama  irsində  olan  Oğuz  mifoloji 

motivləri // «Elmi araşdırmalar», Bakı, 2006, VIII buraxılış. s.17-21 

5. Mifoloji motivlərin arxaik kökləri Q.N.Potaninin nəzəri və toplama 

irsində // «Elmi Axtarışlar»,  Bakı, 2005, XV c., s.204-216 

6.  Göy  oğlu  kultu  Q.N.Potaninin  nəzəri  araşdırmalarında  //  «Elmi 

Axtarışlar», XXVII c., Bakı, 2006, s.13-16 

7.  Q.N.Potaninin  nəşr  prinsipləri  //  «Elmi  Axtarışlar»,  XXVIII  c., 

Bakı, 2006, s.53-56 

8.  Mifoloji  personajlar  Q.N.Potaninin  nəzəri  və  toplama  irsində  // 

«Dədə Qorqud». Elmi-ədəbi toplu. 2006, №1, s.87-94 

9. Q.N.Potaninin nəzəri və toplama irsində mifoloji dağ // "Ortaq türk 

keçmişindən  ortaq  türk  gələcəyinə",  IV  Uluslararası  Folklor  Konfransının 

materialları. Bakı, 2006, 1-3 noyabr, s.465-471 

10.  Şərq  və  Qərb  mədəni  əlaqələri  Q.N.Potaninin  yaradıcılığında  // 

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”. Bakı, 2008, XXVII c., 

s.121-127 

11.  Türk  mifologiyasında  Erke  obrazı  //  «  Azərbaycan  şifahi  xalq 

ədəbiyyatına dair tədqiqlər» Bakı, 2009, XXVIII c. s. 122-128 

12.  Q.N.Potaninin  Orta  yüzyıllık  Avrupa  eposunda  doğu  motifleri 

eseri  haqqında  //  Milli  Folklor.  Uluslararası  kültür  araştırmaları  dergisi. 

Sayı 85, 2010, s.216-217 




 

24 


Azərbaycan  variantında  qəhrəmanın  başı  bir  tərəfi  qızılı,  bir  tərəfi 

gümüşü şəkildə təsvir olunur. Hər gün padşahın kiçik qızı üçün dərdiyi gülü 

başının tükü ilə bağlayır. Bundan şübhələnən qız qəhrəmanı pusur və onun 

başının bir tərəfinin qızılı, bir tərəfinin gümüşü rəngdə olduğunu görür

23

.  


Xəstə  padşah  üçün  ov  ətinin  əldə  edilməsi  motivi  Azərbaycan 

variantında  da  iştirak  edir.  Amma  Q.N.Potanin  variantından  fərqli  olaraq, 

ov  ətini  əldə  etməkdə  qəhrəmana  Simurq  quşu,  aslan  və  at  kömək  edir. 

Qəhrəman  böyük  kürəkənləri  damğalayaraq  heyvanın  ətini  onlara  verir, 

baş-ayağını  isə  özünə  götürür.  Hadisələr  qəhrəmanın  düşmən  qoşununa 

qarşı  vuruşması,  qolundan  aldığı  yaraya  görə  tanınması  ilə  davam  edir. 

Sonda  isə  böyük  kürəkənlərin  ifşa  olunması,  kiçiyin  əsilzadə  nəslinə 

mənsub olmasının üzə çıxması ilə nağıl tamamlanır. 

Aparılan  müqayisədən  görünür  ki,  Q.N.Potaninin  topladığı  mətn 

süjetin  ənənəvi  variantından  xeyli  fərqlənir.  Ənənəvi  variant  üçün 

xarakterik  olan bir çox  motivlərə –  kürəkənləri  damğalayıb qarşılığında ov 

ətinin onlara verilməsi, düşmən  qoşununa  qarşı döyüşdə  yaralanma, böyük 

kürəkənlərin  ifşa  olunmasına  onda  rast  gəlinmir.  Bundan  əlavə,  əgər 

Azərbaycan  variantında  qəhrəman  məqsədinə  çatmaqda  köməkçilərdən 

(Simurq  quşu,  aslan  və  at)  istifadə  edirsə,  Q.N.Potanin  variantında  onlara 

təsadüf  olunmur:  qəhrəman  sayqakı  təkbaşına  ovlayır,  çətin  tapşırıqları 

sehrli vasitənin köməyi olmadan  yerinə  yetirir və s. Sehrli vasitələrin  nağıl 

strukturundan  düşməsi  qəhrəmanın  aktivləşməsinə,  fiziki  gücün  daha  da 

qabardılmasına  səbəb  olmuş,  bu  da  Q.N.Potanin  variantını  bahadırlıq 

nağıllarına  daha  da  yaxınlaşdırmışdır.  Ona  görə  də,  qəhrəmanın  fiziki 

gücünü  önə  çıxarmaq  üçün  həmin  süjet  aktiv  qəhrəmanlı  AT  301  nömrəli 

süjetlə  kontaminasiya  olunmuşdur.  Beləliklə,  Q.N.Potaninin  mətni  ənənəvi 

variant  üçün  xatarterik  olan  bir  çox  motivləri  özündə  ehtiva  etməsə  də, 

haqqında  bəhs  olunan  süjetin  inkişafını,  digər  qruplara  transformasiyasını 

öyrənmək baxımından əvəzsizdir.  

Aparılan  müqayisələr  bir  daha  onu  göstərir  ki,  Q.N.Potaninin 

materialları  Azərbaycan  folkloruna  məxsus  bir  çox  süjetlərin  inkişafını 

izləmək,  onların  mifoloji semantikasını açmaq, ümumiyyətlə türk folkloru, 

mifoloji  personajlar  sistemi  haqqında  daha  aydın  təsəvvür  əldə  etmək 

baxımından əvəzsiz rol oynayır. 

«Nəticə»də  araşdırma  əsnasında  əldə  edilən  qənaətlər  xatırladılır  və 

tədqiqatın əsas müddəaları ümumiləşdirlir.  

_________ 

23.  Azərbaycan  nağılları:  5  cilddə,  I  c.  /  Toplayanı  və  tərtib  edəni 

N.Seyidov. Bakı: Azərb. SSR EA, 1963, s.141 

 



qayıdırlar.  Bu  səfərin  nəticələri  Q.N.Potaninin  iki  cildlik  «Çinin  Tanqut-

Tibet  ətrafı  və  Mərkəzi  Monqolustan»  adlı  əsərində  öz  əksini  tapmışdır. 

Birinci  cilddə  olduqları  ölkələrə,  xalqlara,  yerli  əhalinin  məşğuliyyətinə, 

məskunlaşmasına  dair  məqalələr,  ikinci  cilddə  isə  Nan-Şanda  və  Tibet 

ətrafında  yaşayan  monqol  tayfalarının  dili,  nağılları,  əfsanə  və  rəvayətləri 

verilmişdi.  Topluda  həm  də  səyahət  etdikləri  marşurutun  topoqraf 

A.L.Skassi  tərəfindən  çəkilmiş  xəritəsi,  M.M.Berezovskinin  nəbatat  və 

zoologiyaya dair zəngin kolleksiyası yer almışdı. Bu səfər həm də «Qeser» 

dastanının  müxtəlif  variantlarının  qeydə  alınması  baxımından  da  uğurlu 

olmuşdur. 

Q.N.Potaninin 

bu 


səfəri 

dövlət 


tərəfindən 

yüksək 


qiymətləndirilmiş və ekspedisiyadan qayıtdıqdan sonra imperator göstərdiyi 

xidmətlərinə  görə  ona  səkkiz  yüz  rubl    məbləğində  ömürlük  təqaüd 

verilməsinə sərəncam vermişdir. 

Bu  səyahətlərin  nəticəsi  olaraq,  Q.N.Potaninin  «Monqolus-ta-na 

səyahət», «Çinin Tanqut-Tibet ərazisi və Mərkəzi Monqolus-tana səyahət», 

«1892-1893-cü  illərdə  Sı-çuana  və  Şimal-Şərq  ucqarına  səyahət  oçerki», 

«1899-cu  ilin  yayında  Böyük  Xinqanın  orta  hissəsinə  səyahət»,  «1893-cü 

ildə Tibetə və Monqolustana səyahət» əsərləri çap olunur. Həmin əsərlərdə 

görkəmli  alim  səyahət  etdiyi  ölkələrin  iqlimi,  relyefi,  əhalisinin  məişəti, 

dini,  adətləri,  etnoqrafiyası  haqqında  heyrətamiz  dəqiqliklə  məlumatlar 

vermişdir.  Q.N.Potaninin  səyahət  gündəlikləri  əbəs  yerə  o  dövrün  məşhur 

səyyahları  Pallas  və  Qmelinin  səyahət  gündəliklərinə  bənzədilməmişdir. 

Hələ  XX  əsrin  əvvəllərində  D.A.Klemenç  haqlı  olaraq  yazırdı: 

«Q.N.Potaninin  dəyərləndirilməsi  hələ  qarşıdadır.  Təkcə  bunu  demək 

kifayətdir  ki,  indi  Q.N.Potaninin  işlərini  nəzərə  almadan  Monqolustanın 

öyrənilməsi  qətiyyən  ağlasığmazdır.  Onun  əsərlərinə  naturalist  də,  tarixçi 

də, etnoqraf da müraciət edir. Q.N.Potaninin kitabları, səyahət təsvirləri adi 

həvəskarlar  üçün,  ola  bilsin,  heç  bir  maraq  doğurmasın.  Amma  bunlar 

qədim  səyyahlar  Pallas  və  Qmelinin  illər  keçdikcə  öz  təravətini  itirməyən 

gündəlikləri kimi işgüzar gündəliklərdir»

10



«Q.N.Potaninin  toplama  və  nəşr  prinsipləri»  adlanan  II  bölmədə 



adından  da  bəlli  olduğu  kimi  Q.N.Potaninin  toplama  üsullarından  və  nəşr 

prinsiplərindən  bəhs  olunmuşdur.  Q.N.Potanin  Şərq  xalqlarının  dilini 

bilmədiyindən folklor mətnlərini onların məzmununu təsvir etmək üsulu ilə 

qeydə  almışdır.  Amma  bu  bizim  başa  düşdüyümüz  kimi  mətnin  qısa 

məzmununun verilməsi deyil, yerli xalqların dilinə məxsus müəyyən söz və  

________ 

10. Клеменц Д.А. Г.Н.Потанин // Литературное наследие Сибири: в 7-х  

томах. Т.7, Новосибирск: Изд. Вост. Лит., 1986, с.274 




Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə