Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
191 
dır. Əsərin bir nüsxəsi Bayəzid Dövlət Kitabxanasında (Vəlüyəd-
din Əfəndi 3264, 1b-61b) saxlanılır.  
Müəllifin baĢqa bir əsəri «HaĢiyə əla Ģərhil-məvaqif»dir. Se-
yid ġərif əl-Cürcaninin kəlam elminin ən məĢhur əsərlərindən olan 
«ġərhül-məvaqif»inin  çətin  hissələrinə  yazılmıĢ  haĢiyədir.  Əsər 
Sultan  II  Bayəzidin  adına  qələmə  alınmıĢdır. Bu əsərin  təliq  xətti 
ilə  yazılmıĢ  avtoqraf  nüsxəsi  Üsküdar  Səlim  Ağa  kitabxanasında 
607 Ģifrəsi ilə mühafizə olunur. «Təliqa əla bəzi məvaziil-məvaqif 
fil-kəlam»  sərlövhəli  baĢqa  bir  nüsxəsi  isə  Bayəzid  Dövlət  kitab-
xanasında (Vəliyüddin Əfəndi 3264, 62b-93b) saxlanmaqdadır.  
«Risalə  fi  təsviril-heyula»  Hafizin  fəlsəfi  əsəridir.  Müəllif 
əsərdə  kəlam  elminin  bəhslərinə  daxil  olan  «maddənin  cövhəri», 
yəni  varlıqların  ilk  maddəsi  mövzusunu  «maddə»  adını  verdiyi  3 
pillə içində metodik bir Ģəkildə iĢləmiĢdir. Birinci mərtəbədə «he-
yula»  ifadəsi  və  bununla  bağlı  dəlillərin  isbatı  verilmiĢ,  ikincidə 
mütəqəddimin  və  mütəaxxirinin  ortaya  qoyduğu  görüĢlər  yer  al-
mıĢ, üçüncüdə isə Hafizin mövzu  ilə əlaqəli düĢüncələri açıqlan-
mıĢdır.  Prof.Ö.F.Akün  Hafizin  bu  əsərini  dəyərləndirərkən  yazır: 
«Müellifin  ilmi  liyakatını  ispat  eden  bu  eseri  onu  büyük  alimler 
safına  geçirmiĢ,  müderrislikte  payesinin  birinci  derecedeki 
medreselerine yükseliĢ yolunu açmıĢtır»
319
. Əsərin avtoqraf və oğ-
lu Əbül-ülanın istishab

 qeydinin yer aldığı nüsxəsi Süleymaniyyə 
kitabxanasındadır (Laləli 2513).  
Hafiz,  Nəsirəddin  Tusinin  «Təcridül-kəlam»  adlı  əsərinə 
«Mühakəmatüt-təcrid»  adlı  haĢiyə  yazmıĢdır.  Hafiz  bu  əsərində 
Tusinin sözügedən əsərini tənqid edən və ona Ģərh və haĢiyə  yaz-
mıĢ müəlliflərə qarĢı çıxmıĢ və kəlam elminin müxtəlif mövzuları-
nı iĢləmiĢdir.  
Hafiz  «Mədinətül-elm»  adlı  səkkiz  babdan  ibarət  olan  əsə-
rində  Bürhanəddin  əl-Mərginani,  ZəməxĢəri,  Beyzavi,  Təftazani 
və Seyyid ġərif əl-Cürcani kimi alimlərə olan etiraz və tənqidlərini 
                                                 
319
 Акцн Ю.Ф. Щафыз-ы Аъем. ДИА. С. 82. 

  истисщаб  –  ярябъя  сющбят  сюзцндян  эютцрцлмцш,  «йанына  эютцрмя», 
«бирликдя апарма» мянасыны ифадя едир. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
192 
açıqlamıĢdır. Əsərin bir bölməsi Hafizin digər əsərləri ilə birlikdə 
Bayəzid  kitabxanasında  (Vəliyüddin  Əfəndi  3264)  mühafizə  olu-
nur.   
Müəllifin  müxtəlif  elmlər  və  məĢhur  kitablardan  bəhs  edən 
«Məarikül-kətaib  fi məbahis minəl-ülum vəl-kütub»  adlı ensiklo-
pedik əsəri də vardır. Müqəddimədən sonra  «kətəbə»  adlı bölüm-
lərdən  ibarət  əsərin  hər  bir  kətəbəsində  Mərginaninin  «əl  Hida-
yə»si,  ZəməxĢərinin  «əl-KəĢĢaf»ı,  Təftəzaninin  «ət-Təlvih»i, 
«ġərhül-müxtəsər»i, Ġbn Sinanın «əĢ-ġəfa»sı və s. əsərlər üzərində 
durulmuĢdur. Bu əsərin 12 kətəbəsi Süleymaniyə kitabxanası AĢir 
Əfəndi 441 Ģifrəli məcmuə içərisində (41b-45b) yer almaqdadır. 
Hafizin «Ġrcaül-ulum ila nukatihi» adlı riyaziyyata dair əsəri 
də vardır. O, «Fihristül-ülum» adlı  ensiklopedik əsərin də müəlli-
fidir. «əs-Səbatüs-səyyarə» isə nücuma dair əsərdir. Müəllifin «Ri-
salə fi məsələtil-iqrar bid-dəyn» adlı kiçik həcmli risaləsində bor-
cun borclu tərəfindən iqrarı məsələsi fiqh yönündən metodik Ģəkil-
də iĢlənmiĢdir. Hafizin vəziri-əzəm Ġbrahim paĢaya ithaf etdiyi bu 
əsərin  TaĢköprüzadə  Əhməd  Kəmaləddin  tərəfindən  köçürülmüĢ 
və  onun  oğlu  TaĢköprüzadə  Ġbrahimin  vəqf  möhürünü  daĢıyan 
nüsxəsi  Bayəzid  Dövlət  Kitabxanasında  Vəliyəddin  Əfəndi  bö-
lümündə 950 Ģifrəsi ilə mühafizə olunmaqdadır. «Dairətül-hindiy-
yətil-vaqiə fi Ģərhil-viqayə» adlı əsər astronomiyaya dair olub, Sü-
leymaniyyə Kitabxanası Serez bölümündə 3933 Ģifrəsi (60 b-66 a) 
ilə saxlanılır.  
Hafiz-i  Əcəmin  qeyd  olunan  bu  elmi  əsərlərindən  baĢqa, 
«Nəfsətül-məstur»,  «Zəfərnamə  tərcüməsi»,  «Mənaqib-i  Əli  bin 
Əbi Talib» kimi əsərləri də vardır.         
Hafizdən bəhs edən Səhi,  Lətifi, AĢiq Çələbi, Qınalızadə və 
Bəyani  onun  əcəmli  olduğunu,  əsl  adının  Məhəmməd  olduğunu, 
qardaĢı  quqla  Əcəm  ilə  Osmanlı  ölkəsinə  gəldiyini  yazırlar.  O, 
dövrünün məĢhur alimlərindən olub, müdərrislik və qazılıq etmiĢ-
dir. Farsca qəsidələri və Nəvai üslubundakı Ģeirləri ilə diqqəti cəlb 
etmiĢdir.   
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
193 
Səhi «Həşt behişt». s. 97. 
 
Mövlana Hafiz-i Əcəm 
 
Fəzilət və ululuğu böyük qazıların və əhli kimsələrin arasın-
da məlumdur. Hikmətin gözəllikləri və fəzilətin bəzəyi ilə mümtaz 
olub, onda olan fəzilət və ululuq kimsədə yoxdur. Əsrinin məĢhu-
ru,  dövr-i  xalqının  bəyəniləni,  fəzilət  sahibi,  alimlər  arasında  eti-
barlı, hər fənnə və hər elmə çatmıĢ fazil və kamil kimsəydi. ġeirin-
də xüsusi mənalar elə çoxdur ki, bir çox kimsənin Ģeirində yoxdur. 
Bu mətlə onundur: 
 
XoĢa ki, meykədə küncündə bir yatağum ola, 
Əlüm-ayağum ola, kasədən fərağum ola.  
 
Lətifi «Təzkirətüş-şüəra». s. 220. 
 
Məvali-yi  əsrün  mövləviyyətlə  məĢhurlarından  və  əhali-yi 
əhdün  hər  cəhətlə  məmurlarındandur.  Fünun-i  mütəbərədən  necə 
mütuna Ģüruh ü həvaĢi təhrir idüb, necə məbahis-i müĢkile-yi təh-
qiq və məsail-i müdile-yi fikr-i dəqiq ilə tədqiq idüb, həll itmiĢdür. 
Təb-i  Ģərifləri  Ģeirə  dəxi  Ģümuli  və  inĢaya  dəxi  tənavüli  var  idi. 
Tazi və dəri necə vafir qəsayid ü əĢarı və Nəvayi tərzinə qərib xoĢ-
ayəndə güftarı vardur. Bu mətlə anlarundur. 
 
Mətlə 
Nə etibar bu çərxə, yaĢum həbabidür, 
Bina bər-ab xüsusa bina-yi abidür. 
 
Vələhu 
XoĢa ki, meykədə küncində bir yatağum ola, 
Əlüm, ayağum ola, kasədən fərağum ola. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə