Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
191
dır. Əsərin bir nüsxəsi Bayəzid Dövlət Kitabxanasında (Vəlüyəd-
din Əfəndi 3264, 1b-61b) saxlanılır.
Müəllifin baĢqa bir əsəri «HaĢiyə əla Ģərhil-məvaqif»dir. Se-
yid ġərif əl-Cürcaninin kəlam elminin ən məĢhur əsərlərindən olan
«ġərhül-məvaqif»inin çətin hissələrinə yazılmıĢ haĢiyədir. Əsər
Sultan II Bayəzidin adına qələmə alınmıĢdır. Bu əsərin təliq xətti
ilə yazılmıĢ avtoqraf nüsxəsi Üsküdar Səlim Ağa kitabxanasında
607 Ģifrəsi ilə mühafizə olunur. «Təliqa əla bəzi məvaziil-məvaqif
fil-kəlam» sərlövhəli baĢqa bir nüsxəsi isə Bayəzid Dövlət kitab-
xanasında (Vəliyüddin Əfəndi 3264, 62b-93b) saxlanmaqdadır.
«Risalə fi təsviril-heyula» Hafizin fəlsəfi əsəridir. Müəllif
əsərdə kəlam elminin bəhslərinə daxil olan «maddənin cövhəri»,
yəni varlıqların ilk maddəsi mövzusunu «maddə» adını verdiyi 3
pillə içində metodik bir Ģəkildə iĢləmiĢdir. Birinci mərtəbədə «he-
yula» ifadəsi və bununla bağlı dəlillərin isbatı verilmiĢ, ikincidə
mütəqəddimin və mütəaxxirinin ortaya qoyduğu görüĢlər yer al-
mıĢ, üçüncüdə isə Hafizin mövzu ilə əlaqəli düĢüncələri açıqlan-
mıĢdır. Prof.Ö.F.Akün Hafizin bu əsərini dəyərləndirərkən yazır:
«Müellifin ilmi liyakatını ispat eden bu eseri onu büyük alimler
safına geçirmiĢ, müderrislikte payesinin birinci derecedeki
medreselerine yükseliĢ yolunu açmıĢtır»
319
. Əsərin avtoqraf və oğ-
lu Əbül-ülanın istishab
qeydinin yer aldığı nüsxəsi Süleymaniyyə
kitabxanasındadır (Laləli 2513).
Hafiz, Nəsirəddin Tusinin «Təcridül-kəlam» adlı əsərinə
«Mühakəmatüt-təcrid» adlı haĢiyə yazmıĢdır. Hafiz bu əsərində
Tusinin sözügedən əsərini tənqid edən və ona Ģərh və haĢiyə yaz-
mıĢ müəlliflərə qarĢı çıxmıĢ və kəlam elminin müxtəlif mövzuları-
nı iĢləmiĢdir.
Hafiz «Mədinətül-elm» adlı səkkiz babdan ibarət olan əsə-
rində Bürhanəddin əl-Mərginani, ZəməxĢəri, Beyzavi, Təftazani
və Seyyid ġərif əl-Cürcani kimi alimlərə olan etiraz və tənqidlərini
319
Акцн Ю.Ф. Щафыз-ы Аъем. ДИА. С. 82.
истисщаб – ярябъя сющбят сюзцндян эютцрцлмцш, «йанына эютцрмя»,
«бирликдя апарма» мянасыны ифадя едир.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
192
açıqlamıĢdır. Əsərin bir bölməsi Hafizin digər əsərləri ilə birlikdə
Bayəzid kitabxanasında (Vəliyüddin Əfəndi 3264) mühafizə olu-
nur.
Müəllifin müxtəlif elmlər və məĢhur kitablardan bəhs edən
«Məarikül-kətaib fi məbahis minəl-ülum vəl-kütub» adlı ensiklo-
pedik əsəri də vardır. Müqəddimədən sonra «kətəbə» adlı bölüm-
lərdən ibarət əsərin hər bir kətəbəsində Mərginaninin «əl Hida-
yə»si, ZəməxĢərinin «əl-KəĢĢaf»ı, Təftəzaninin «ət-Təlvih»i,
«ġərhül-müxtəsər»i, Ġbn Sinanın «əĢ-ġəfa»sı və s. əsərlər üzərində
durulmuĢdur. Bu əsərin 12 kətəbəsi Süleymaniyə kitabxanası AĢir
Əfəndi 441 Ģifrəli məcmuə içərisində (41b-45b) yer almaqdadır.
Hafizin «Ġrcaül-ulum ila nukatihi» adlı riyaziyyata dair əsəri
də vardır. O, «Fihristül-ülum» adlı ensiklopedik əsərin də müəlli-
fidir. «əs-Səbatüs-səyyarə» isə nücuma dair əsərdir. Müəllifin «Ri-
salə fi məsələtil-iqrar bid-dəyn» adlı kiçik həcmli risaləsində bor-
cun borclu tərəfindən iqrarı məsələsi fiqh yönündən metodik Ģəkil-
də iĢlənmiĢdir. Hafizin vəziri-əzəm Ġbrahim paĢaya ithaf etdiyi bu
əsərin TaĢköprüzadə Əhməd Kəmaləddin tərəfindən köçürülmüĢ
və onun oğlu TaĢköprüzadə Ġbrahimin vəqf möhürünü daĢıyan
nüsxəsi Bayəzid Dövlət Kitabxanasında Vəliyəddin Əfəndi bö-
lümündə 950 Ģifrəsi ilə mühafizə olunmaqdadır. «Dairətül-hindiy-
yətil-vaqiə fi Ģərhil-viqayə» adlı əsər astronomiyaya dair olub, Sü-
leymaniyyə Kitabxanası Serez bölümündə 3933 Ģifrəsi (60 b-66 a)
ilə saxlanılır.
Hafiz-i Əcəmin qeyd olunan bu elmi əsərlərindən baĢqa,
«Nəfsətül-məstur», «Zəfərnamə tərcüməsi», «Mənaqib-i Əli bin
Əbi Talib» kimi əsərləri də vardır.
Hafizdən bəhs edən Səhi, Lətifi, AĢiq Çələbi, Qınalızadə və
Bəyani onun əcəmli olduğunu, əsl adının Məhəmməd olduğunu,
qardaĢı quqla Əcəm ilə Osmanlı ölkəsinə gəldiyini yazırlar. O,
dövrünün məĢhur alimlərindən olub, müdərrislik və qazılıq etmiĢ-
dir. Farsca qəsidələri və Nəvai üslubundakı Ģeirləri ilə diqqəti cəlb
etmiĢdir.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
193
Səhi «Həşt behişt». s. 97.
Mövlana Hafiz-i Əcəm
Fəzilət və ululuğu böyük qazıların və əhli kimsələrin arasın-
da məlumdur. Hikmətin gözəllikləri və fəzilətin bəzəyi ilə mümtaz
olub, onda olan fəzilət və ululuq kimsədə yoxdur. Əsrinin məĢhu-
ru, dövr-i xalqının bəyəniləni, fəzilət sahibi, alimlər arasında eti-
barlı, hər fənnə və hər elmə çatmıĢ fazil və kamil kimsəydi. ġeirin-
də xüsusi mənalar elə çoxdur ki, bir çox kimsənin Ģeirində yoxdur.
Bu mətlə onundur:
XoĢa ki, meykədə küncündə bir yatağum ola,
Əlüm-ayağum ola, kasədən fərağum ola.
Lətifi «Təzkirətüş-şüəra». s. 220.
Məvali-yi əsrün mövləviyyətlə məĢhurlarından və əhali-yi
əhdün hər cəhətlə məmurlarındandur. Fünun-i mütəbərədən necə
mütuna Ģüruh ü həvaĢi təhrir idüb, necə məbahis-i müĢkile-yi təh-
qiq və məsail-i müdile-yi fikr-i dəqiq ilə tədqiq idüb, həll itmiĢdür.
Təb-i Ģərifləri Ģeirə dəxi Ģümuli və inĢaya dəxi tənavüli var idi.
Tazi və dəri necə vafir qəsayid ü əĢarı və Nəvayi tərzinə qərib xoĢ-
ayəndə güftarı vardur. Bu mətlə anlarundur.
Mətlə
Nə etibar bu çərxə, yaĢum həbabidür,
Bina bər-ab xüsusa bina-yi abidür.
Vələhu
XoĢa ki, meykədə küncində bir yatağum ola,
Əlüm, ayağum ola, kasədən fərağum ola.
Dostları ilə paylaş: |