Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   53   54   55   56   57   58   59   60   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
212 
Hüseyn Xan 
Məhəmməd Hüseyn xan (?-1780) MüĢtaq Ģəkili Hacı Çələbi 
xanın  nəvəsi  və  Həsən  Ağanın  oğludur.  ġəki  xanı  olmuĢdur. 
Hüseyn  xan  hakimiyyət  uğrunda  mübarizə  aparan  əmisi  Hacı 
Əbdülqədir tərəfindən öldürülmüĢdür.  
MüĢtaq təxəllüsü ilə Ģeirlər yazmıĢdır. Molla Pənah Vaqiflə 
mənzum məktublaĢmıĢdır. Molla Vəli Vidadi “Müsibətnamə” mü-
xəmməsini  Hüseyn  xanın  faciəli  ölümü  münasibəti  ilə  yazmıĢdır. 
ġeirlərindən bəzi nümunələri ilk dəfə Salman Mümtaz 1925-ci ildə 
toplu Ģəklində çap etdirmiĢdir
330
. ġəki xanlarının sarayı məhz Hü-
seyn xanın zamanında tikilmiĢdir. 
  
Arif Hikmət. Təzkirətüş-şüəra. s. 44. 
 
Hüseyn xan ibni Həsən bəy ibni Hacı Çələbi Dağıstanda ġə-
ki xanı idi
331
. Məharət-i Ģeiriyyəsi mənquldur. Pədəri Hacı Çələbi 
Təbrizə qədər hökm edib iqame-yi hakim etmiĢ imiĢ. 
       
                                                 
330
 Салман Мцмтаз. Азярбайъан ядябиййатынын гайнаглары. с. 82-106.  
331
 
Ариф Щикмят  бурада йанлышлыьа йол вермишдир. Чцнки Шяки Азярбайъан 
торпаьы олуб, щеч бир заман Даьыстана аид олмамышдыр.  
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
213 
Xaqan 
Arif  Hikmət təzkirəsində  Xaqan təxəllüslü azərbaycanlı  Ģair 
haqqında  məlumata  rast  gəlirik.  Təzkirəçi  onun  əsl  adının  Fətəli-
Ģah olduğunu, Qacar türklərindən olub, Ġrana hökümranlıq etdiyini 
qeyd edir. 
 
Arif Hikmət. Təzkirətüş-şüəra. s. 47. 
 
Hala  Ġranzəmin  padiĢahıdır.  Əsli  taife-yi  Qacariyədəndir. 
Əcəm türkmanlarındandır. 
  
اجك نآ و اجك نٌا دنراز ناج و مسج
 
كفا ود ره
اجك نآ و اجك نٌا اما دنرا
 
و مزر هاك ناقاخ ػٌت
 
مزب تكو انٌه مشچ
 
اجك نآ و اجك نٌا اما دنرابنوخ ود ره
 
 
 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
214 
Xəlili 
Xəlili də XV əsrdə Türkiyəyə köçmüĢ söz sənətkarlarından-
dır. Xəlili  təxminən h.810/1407-ci ildə anadan olmuĢdur. «Firqət-
namə» adlı əsərində təhsilini əcəmdə aldığını yazır: 
  
Əcəm mülkündə idim elmlə məĢğul, 
Okurdum gah fiqhü, gəh məqul. 
 
və  təsəvvüf  yolunu  seçərək,  dostu  ilə  Ruma  gəldiyini  qeyd  edir. 
Qaynaqlarda  da  Fateh  Sultan  Mehmed  dövründə  Diyarbəkrdən 
dövrün önəmli elm mərkəzi olan Ġznikə gəldiyi qeyd olunmuĢdur. 
H.870/1465-ci  ildə  Ġstanbula  gedib  bir  il  qaldıqdan  sonra  Ġzniqə 
qayıtmıĢ, burada qurduğu xanəgahda ömrünün sonuna qədər Ģeyx-
lik etmiĢdir.  
Təzkirəçilər Xəlilinin əslən Əcəm tərəfdən gəldiyini və Ana-
dolu  yaxınlığında Ġznikdə yaĢadığını, orada bir  gözələ aĢiq olmuĢ 
və  onun  təsiri  ilə  türkcə  bir  «Firqətnamə»  yazdığını  qeyd  edirlər. 
Xəlili sonra təsəvvüfə yönəlib, təkkə sahibi Ģeyx olmuĢdur.  
ġairin ən məĢhur əsəri isə 1471-ci ildə tamamladığı «Firqət-
namə»sidir. F.e.d. A.Musayeva Xəlilinin «Firqətnamə»sinin Sankt 
-Peterburq, Berlin və Ġstanbul nüsxələri əsasında nəĢrə hazırlamıĢ-
dır
332
.    
 
Səhi «Həşt behişt». s. 125. 
 
Mövlana Xəlili 
Əslən  doğu  tərəfdən  gəlmiĢ  və  Anadolu  yaxınlığında  olan 
Ġznik  Ģəhərində  iĢləmiĢdir.  Orada  bir  gözələ  aĢiq  olmuĢ  və  onun 
                                                 
332
  Мусайева  А.  ХВ-ХВЫ  ясрляр  Азярбайъан  мцщаъирят  ядябиййаты  вя  Хялили 
«Фиргятнамя»си. Бакы: Елм, 2007, 284 с.  


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
215 
həsrətiylə türkçə bir «Firəqnamə» yazmıĢdır. Xalq arasında «Xəli-
linin Firəqnaməsi» adıyla tanınır. Sonradan təsəvvüfə yönəlib tək-
kə sahibi Ģeyx olmuĢdur. Sözləri sufiyanə, Ģeirləri məĢayixanədir. 
Bu beyt onun Ģeirlərindəndir: 
 
Mən ki dərviĢ olmuĢam, Ģah-i cahandan fariğəm, 
Bənde-yi sultan-i eĢqəm in ü andan fariğəm. 
ġöhrətindən keçmiĢəm dünya-yi faninün tamam, 
Bu niĢanı bulmuĢam, nam ü niĢandan fariğəm.  
 
 
 
Lətifi «Təzkirətüş-şüəra». s. 250. 
 
Vilayət-i  Diyarbəkirdən  Bitlis  nam  Ģəhərdəndür.  Əsər  ü  əz-
manda Sultan Məhəmməd xan Qazi dövrində, cavanlığı zamanın-
da  Ġznik nam  qəsəbəyə  gəlüb,  təhsil-i  elmə məĢğul ikən  bir  məh-
bubə təəllüq ü təeĢĢüq idüb, kitab-i eĢqdən və bab-i məhəbbətdən 
dərs  ü  səbəq  aldı  və  mütaliə  və  müzakirə  dəftər  ü  tomarın  teyy 
idüb, ifadə və istifadədən qaldı və olanca təhsili tətil olub, dəftər-i 
əql əbtər olub, müəllim-i eĢq təlim-i məhəbbətdə vərəq dikər didi. 
Bu  müqəddimə  minvalincə  dərd-i  eĢqə  mübtəla  və  ol  Ģur-i  sevda 
ilə  valeh ü Ģeyda  olduqda  həsb-i  halını və  dərd-i  ma-fil balını  bir 
mənzum dastan idüb, aləmə dastan itdi. Beynəl-ənam «Firəqname-
yi Xəlili» diyü təsmiyə olunur və əbyatında hal-i aĢiqə mülayim ü 
münasib  nicə  əbyat-i  halət-bəxĢ  bulunur.  Səthi  və  sadə  nəzmdür. 
Sifat-i xitabnamədə bir kaç beyt ol kitabdandur. 
 
Nəzm 
Didüm ey name-yi fərxundə-əxtər, 
Çü sənsün bir hüma-yi ənbərin pər. 
   
Birunun məzhər-i ənvar-i əĢvaq, 
Dərunun məxzən-i əsrar-ı üĢĢaq. 
 
Əcəb nütq-i fasihün var zəbansuz, 
Sözüni ərz idərsün tərcümansuz. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
216 
 
Tapuna hər nə kim qonsa əmanət, 
Virürsün sahibinə bi-xəyanət. 
 
Qamu aĢiqlərin sənsün rəsuli, 
Yazub xürrəm idərsün hər məluli. 
 
Vəli məktuba sirr yazmaq xətadur, 
Zira eldən-elə, əldən-ələdür. 
 
Və  ol  kitab-i  Ģirin-xitabda  münazəre-yi  dil  ü  didədən  və 
cəvab-i qəlb-i rəmidədən mətbu u məqbul nəsnə vaqe olmamıĢdur. 
Bu bir kaç beyt ol kitabdandur. 
 
Məsnəvi 
Eya qan olacaq gözüm nə gördün, 
Ki zühdüm xırmənini yelə verdün. 
 
 
Alub əldən inan-i ixtiyarum, 
Nə qodun əql ü irz u nə vüqarum. 
 
Nolaydı bən sənə yar olmayaydum, 
Səni məhbubə mayil bulmayaydum. 
 
Badəhu ol qəntəre-yi məcazdan übur idüb, mənzil-i həqiqətə 
qədəm  basdı  və  həva  tirün  atub,  həvəs  yayını  yasdı.  Nitəkim  di-
miĢlərdür. 
Nəzm 
EĢqə tən etmə gər məcazidür, 
Gah həqiqiyə karsazidür. 
 
Nəsr:  Amma  bab-i  əĢarda  ol  qədər  rəngin  degüldür.  Əgərçi 
Ģeirinün xalq arasında etibarı kəm degildür. Bu Ģeirdən keyfiyyəti 
məlumdur. 
 
ġeir 
Yar əgər ərz-i camal eyləyə, bazara gələ,  
Həmə Ģəhr əhli fəğan idə görə, zarə gələ. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə