Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
217 
Qibləsindən yüzünün yüz çevirirsə sufi, 
Səcdə itdükçə anun surəti divara gələ. 
 
Gəlməni vəqt-i əcəl-dih-i ümid edənə can, 
Çıkmaya can o həvayilə nəfəs vara gələ. 
 
Nəsr:  Və  bu  qəzəl-i  zülqafiyəteyn  və  rəddül-əcz  ələssədr 
dəxi anun mətbu u məsnu olan əĢarındandur. 
 
ġeir 
Ta bənim könlümdə yakdun, ey ruxi-gülnar, nar, 
Nar-i Ģövqünlə cahanda yandum, ey əyyar yar. 
 
Yarəlü qıldın bəni, rəhm eyləməzsün, ey diriğ, 
Ağladursun hər gecə ta sübhə dənlü zar-zar. 
 
Zarluğumdan bənüm həm-sayələrdür bi-hüzur, 
Etmədi ahum sana bir zərrə, ey məkkar, kar. 
 
Aşiq Çələbi «Məşairüş-şüəra». s.865. 
 
MəĢhur  Xəlilidür  ki,  Diyarbəkrdən  Ruma  Ģüğlə  gəlürkən 
Ġznikdə bir dilbər sevib, iĢtiğalinə mani olub, fərağat idüb qalmıĢ-
dur.  Ġznikdə  sevdügi  dilbərlə  olan  əhvalın  dastan  idüb,  nəzm 
eyləmiĢdür. Əfvahda «Divan-i Xəlili» diməklə məĢhurdur və əsna-
yi  dastanda  kəndinün  Ruma  gəldügi  və  ol  zamanda  Burusa  vü 
Ġznik məcme-yi elm ü üləma olub Ġznikdə Ģüğl qəsd edərkən Ģöle-
yi  atəĢ-i  eĢq  cümlə  amalın  yakduğı  məsturdur,  nəzmi  nəzmdür, 
vəsət  və  fünun-i  nəzmdə  ol  dastanla  anda  olan  qəzəlləridür  Ģayi 
olan fəqət. 
ġeir-i u 
Çü düĢdüm səndən ayru, ey gözəl xan, 
ĠĢimdür nalə vü fəryad u əfğan. 
 
 
Əgər bu növ ilə qalursa hicran, 
Gözüm qan ağla, can ver dil, cigər yan. 
 
Qəzəl 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
218 
Ol ki, simin əlləri aĢiqlərun qanındadur, 
Könlimün cəmiyyəti zülf-i pəriĢanındadur. 
   
Gözləri bir qəmzədən fəth itdi dil iqlimini, 
Qəsdi Ģimdi bən qərib üftadənün canındadur. 
 
Qınalızadə «Təzkirətüş-şüəra». s. 359. 
 
Lətafət-i ab u hava ilə Ģöhre-yi dəhr və məqbul u məmduh-i 
Zeyd ü Əmr olan Diyarbəkrdəndür. Sultan Məhəmməd xan zama-
nında Ġzniqə gəlüb, təhsil-i elmə iĢtiğal və qəndil-i təkmil-i ülum-i 
cəliləyə ruğan-i ictihad u fitilə səy-i cəmil ilə iĢtiğal üzrə ikən bir 
məhbub-i  mələk-xisalə  aĢiq-i  Ģeyda  olub,  Məcnun-misal  Leyla-yi 
zülf-i ənbərsası ilə rüsva və zəncir-i eĢq ü həvasına mübtəla olduq-
da həsb-i  halın və  ələm ü  məlalin  bir  dastan  idüb,  kəndüyi  aləmə 
dastan  itmiĢ  idi.  Bəynəl-cümhur  «Fürqətname-yi  Xəlili»  diməklə 
məĢhurdur.  Sadə  vü  güĢadə  bir  nəzmdür.  Sifət-i  xitabnamədə  bu 
bir kaç beyt ol kitabdandur. 
 
ġeir 
Didüm ey name-yi fərxundə-əxtər, 
Çü sənsin bir hüma-yi ənbərinpər. 
 
Birunun məzhər-i ənvar-i əĢvaq, 
Dərunun məhzən-i əsrar-i üĢĢaq. 
 
Əcəb nütq-i fəsihün var zəbansuz, 
Sözüni ərz idərsən tərcümansuz. 
 
Qəzəliyyatında  çəndan  lətafət-nümayan  degüldür.  Ol  əcldən 
təhrir olınmadı. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
219 
Xətayi
 
Görkəmli dövlət xadimi, ana dilində yaranan Ģeirin inkiĢafı-
na  xüsusi  qayğı  ilə  yanaĢan,  özü  də  bu  dildə  ölməz  sənət  inciləri 
yaradan ġah Ġsmayıl Xətayi Azərbaycan xalqının ictimai-siyasi və 
mədəni  yüksəliĢində müstəsna  xidmətləri olan  Ģəxsiyyətlərdəndir. 
Xalqımızın  inkiĢafının  ən  mühüm  mərhələlərindən  biri  onun  adı 
ilə  bağlıdır.  O,  17  iyul  1487-ci  ildə  Ərdəbil  Ģəhərində  dünyaya 
gəlmiĢ,  1501-ci  ildə  Azərbaycan  Səfəvilər  dövlətinin  əsasını 
qoymuĢ,  23  may  1524-cü  ildə  Sərab  Ģəhəri  yaxınlığında  vəfat 
etmiĢdir.  Azərbaycanda  S.Mümtaz,  H.Araslı,  Ə.Məmmədov, 
M.Qasımlı, Türkiyədə S.N.Ergün, Ġranda M.R.Ġsmayılzadə, Avro-
pada  V.Minorski  və  T.Gənceyi  Xətayinin  yaradıcılığının  öyrənil-
məsi  sahəsində  böyük  iĢlər  görmüĢlər.  AMEA-nın  müxbir  üzvü, 
t.e.d., prof. O.Əfəndiyevin monoqrafiyalarında ġah Ġsmayılın döv-
lət xadimi kimi fəaliyyəti geniĢ tədqiq və təhlil olunmuĢdur. 
Osmanlı təzkirəçiləri içərisində yalnız Faizi təzkirəsində xa-
tırlanmıĢdır.  Faizi  də  təzkirəsində  yalnız  onun  ölümünə  yazdığı 
beytləri vermiĢdir. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
220 
Xəzani  
Xəzani  ġirvanlı  olub,  XVI  əsrdə  Osmanlı  ölkəsinə  gedən 
azərbaycanlı Ģairlərdəndir. O, Əlqas mirzənin katibi olmuĢdur. Xə-
zani dövrünün tanınmıĢ Ģairi, eyni zamanda saray məmuru olaraq 
çalıĢmıĢdır.  Əlqas  mirzə  ġirvanı  ayırmaq,  müstəqil  Ģah  olmaq 
arzusuna düĢür. Təhmasib böyük bir ordu ilə ġirvana hücum edir. 
Əlqas  mirzə  məğlub  olur.  Bu  zaman  Xəzani  də  doğma  vətənini 
buraxıb,  Əlqas  mirzə  ilə  Türkiyəyə  gedir
333
.  Saray  Ģahnaməçisi 
Arifi  Fəthullah  Çələbini  qısqanaraq  bu  vəzifəyə  keçmək  istəmiĢ-
dir. Ancaq Arifinin ölümündən sonra bu vəzifəyə təyin olunmuĢ-
dur.  Fars  və  türk  dillərində  Ģeirləri  vardır.  O,  Xəzani,  Əsiri  və 
Əflatun təxəllüsləri ilə Ģeirlər qələmə almıĢdır. Eyni zamanda xət-
tat, rəssam və nəqqaĢ kimi tanınmıĢdır. 
Xəzani haqqında Azərbaycan ədəbiyyatĢünaslığına ilk məlu-
matı akademik H.Araslı vermiĢdir
334
. F.e.d. A.Musayeva isə «Gül-
Ģəni-Ģüəra»ya  istinadən  Xəzani  yaradıcılığına  nəzər  salmıĢ  və 
onun  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Əlyazmalar  Ġnstitu-
tunda mühafizə olunan Ģeirlərindən (D-357, B-5050, B-3382) nü-
munələr vermiĢdir
335

Osmanlı  təzkirələrini  nəzərdən  keçirdikdə  Xəzaninin  adına 
rast  gəlmədik.  Ancaq  «Divan edebiyatı isimler sözlüğü»nün  «Əf-
latun» maddəsində onun haqqında Əhdi və Bəyani təzkirələrinə is-
tinadən  məlumat  verilir
336
.  Bəyani  təzkirəsinin  Prof.Dr.  Ġ.Kutluk 
tərəfindən üç nüsxə əsasında (Vəliyəddin əfəndi 2659, Universitet 
2568 və Əli Əmiri 757) hazırlanmıĢ elmi-tənqidi mətni tərəfimiz-
                                                 
333
 Араслы Щ. Бюйцк Азярбайъан шаири Фцзули. с. 61. 
334
 Йеня орада, с. 60-62. 
335
Мусайева  А.  ХВ-ХВЫ  ясрляр  Азярбайъан  мцщаъирят  ядябиййаты  вя  Хялили 
«Фиргятнамяси». 2007, с. 21-23. 
336
 Ипектен Щ., Исен М., Топарлы Р. Тезкирелере эюре диван едебийаты исимлер 
сюзлцьц. 1988, с. 108. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə