Bütün cəhani dolan, gəz, tapulmaz heç bir tək.
Bu deyri-dunidə əhli-kəmalə qiymət yox,
Budur həmişə, bəli, arizuyi-rəsmi-fələk.
Vətəndən ötri əgər canı qılmason qurban,
Başuva bağlagilən fəs yerinə köhnə ləçək.
* * *
Oleydi mümkin əgər lə`li-nabuvı öpmək,
Deməm bu cümlə cəhan padşahinə ləbbeyk.
Tapardı çeşmeyi-abi-cəhani İskəndər,
Məhaldür bu ləbi-lə`li-nabuvi əmmək.
Təvaf kuyivi etməklik istədi Musa(ə),
Deyildi hey ona Musa(ə) ki, “fəxlə` nə`leyk”.
∗
Bu eşq aləmi bir oddur, özgə aləmdür,
Çətindü, rahi-xətərnakdür, könül, getmək.
Fəzayi-Leyliyə Məcnun olmason getmə,
Başunda tikməsə quş aşiyanə gər, əl çək.
Təriqi-eşq degül Bisütun dağın yıxmaq,
Həvayi-kuhkənə qaldı tişə künd etmək.
İlan kimi dili-divanə piçü tab eylər,
Tökəndə şanə ilən mahi-hüsnə sən birçək.
Əbəs degül sana, ey sərvnaz, dil verdüm,
Gözəllərün şəhisən, tacdarisən, gögçək.
Gələndə kuyüvə eylər hücum qəmzə oxun,
Dəvam eyləmək olmaz ki, dəgməsə tək-tək.
Xəyanət eyləmə başun də getsə gər təndən,
Bir belə meyl eləsön zərrə qədri nanü nəmək.
Şikayət eyləmə bəd ruzigardən, Saqib,
Haçan xoş ülfət edübdür birilə çərxi-fələk.
∗
“...nəleynini çıxart...” (Qurani-kərim, Taha, 12)
188
* * *
Şərtdür olmağa, ey şux, gözəllikdə nəmək,
Cəm`dür səndə gözəllik, düzi, ey rəşki-mələk.
Sən elə mahliqasən, könül heyranundur,
Sən kimi sərvqədə harda salub sayə fələk.
Vadiyi-eşqə bu təsbih ilə getmə, zahid,
Vadiyi-eşqdə yoxdur nə səlamü nə əleyk.
Bu həman vadidür, istədi Musa(ə) keçsün,
Verdi hey hatifi-qeybi ki, “fəxlə` nə`leyk”.
Bu həman vadidür verdi cünun zəncirin,
Dili-Məcnun nə dedi Leyliyə, Məcnun ləbbeyk.
Gözümün yaşı dutub damənimi hicründə,
Qan olub dil, ləbüvi olmadı mümkin əmmək.
Saqiba, şe`r əyari zəri-xalis kimidür,
Can fəda, Azərinün toprağıdu səngi-məhək.
* * *
Dil tənurində verüb lə`li-ləbün atəşə rəng,
Qaşlarun tərhini görmüş xəm olub qaməti-çəng.
Zülfün əndişəsi məh çöhrəsini etdi zəif,
Dəhənün şövqi edüb gülşəni tər qönçeyi-təng.
İçərəm badeyi-gülrəng ləbüvün fikriylə,
Lə`li-nabun kimi yaqut ola bilməz həmrəng.
Dil təmənnayi-vüsalunla yanar şəm` kimi,
Rəvişi-şivəni dutma dəxi, ey şux, qəşəng.
Sinəmi qəmzön oxı eylədi rovzən-rovzən,
Eyləməz bu qələti navəki-dilduzi-xədəng.
Bisəbəb saqiyə təklifi-mey etməm hərgiz,
Ol zəman kim, oluram, yar, ləbünlə diltəng.
189
Məhvəşa, ahim odundan həzər eylə, necə kim,
Ahi-Məcnun elədi qafileyi-Leylini təng.
Sərfiru eyləmə, Saqib, dənilər süfrəsinə,
Çünki it loğmasına meyl eləməz şirü pələng.
* * *
Nədür şərabdə nəş`ə, xümardən xəbər al,
Müğənni naləsini çəngü tardən xəbər al.
Əsir harda gərək kim Müxalifi etmək,
Qətar hökm eləyər, get, Həsardən xəbər al.
Şəbi-fəraq qəmin Leylidən xəbər alma,
Bu sirri-məxfini Məcnuni-zardən xəbər al.
Qəfəsdə ətri-güli əndəliblər bilməz,
Nə ətr var gülü gülşəndə, xardən xəbər al.
Əsir bu dili-divanəmi sən etməmisən,
Kəməndi-türreyi-pürmüşki-bardən xəbər al.
Nə hal var bu dili-parə-parədə, ey məh,
Bu tiri-qəmzə nə bilsün şikardən xəbər al.
Cəhanı nəylə qılıncsız müsəxxər etmək olur,
Bu mö`cizi qələmi-müşkbardən xəbər al.
Qəzəldə zövq nədür, sən də bilmisən, Saqib,
Münirini
∗
edən heyran bəhardən xəbər al.
* * *
Saqiya, etməgilən sağəri çox malamal,
Nə içüm badeyi-gülfami pərişanəhval.
Və`də vermiş o pərivəş, tökərəm qanuvı mən
Tiği-əbrulər ilə, məndə hanı ol iqbal.
Gedirəm kuyinə can nəqdi ilə xaki-rəhin
Öpməgə, dutdum əcəb yerdə genə əmri-məhal.
Şair Ağadadaş Müniri (1863-1940) “Məcməüşşüəra” ədəbi məclisinin üzvü, Haşım bəy Saqibin yaxın dostu
olmuşdur.
190
Tiri-müjganuvı, ey məh, görə hər kim qafil,
Vəhm edər şir bu rüxsarüvə vırmış çəngal.
Ey deyən vermə dil ol məhvəşə, əğyarə uyub,
Əl gətür, bir qəmi-hicranə yanursan məhü sal.
İxtiyar olsa idi məndə könül verməz idim,
Bu bəlayə məni dil saldı, oleydi pamal.
Eşq sövdası məni eylədi rüsvayi-cəhan,
Hasilim olmadı, yox çarəsi cüz dərdü məlal.
Mümkin olmaz yetişəm vəslüvə, ey şirinləb,
Nə qədr səndə var, ey şux, bu zülfi-xətü xal.
Hünəri-şe`rdə Yusif kimi sabitqədəm ol,
Saqiba, kişvəri-şe`ri eləyərsən işğal.
* * *
Yar edəndə xəm giysulərün, ey Leylimisal,
Dutaram daməni-Məcnuni pərişanəhval.
Tiri-müjganun hücum eylədi dil kişvərinə,
Ləşkəri-küfr genə Kə`bəni etdi işğal.
Çəkmə damən, səni görcək tökərəm göz yaşın,
Şəh gələn vəqtdə edər xəlq onı istiqbal.
Qanə döndi dili-divanə ləbün fikriylə,
Canı çıxsun, eləmiş arizuyi-əmri-məhal.
Qaşlarun tərhini kim görsə təəccüb eylər,
Kim görübdür ki, bir ayda görünə iki hilal.
Düşsə dildən-dilə avazeyi-hüsnün nə əcəb,
Bax bu ayinəyə, var səndə necə hüsnü cəmal.
Necə rüsvayi-cəhan olmayum eşqündə sənün,
Mən könül qeyrə verüm, qoydı məgər bu xətü xal?
Tiği-əbru ilə bildün nə qədər qan etdün,
Aşiqün qanıni, zalim, sana kim etdi həlal.
191
Eylə bildim yetərəm vəslüvə can verməklə,
Verdün əğyarə dil, etdim nə içün xam xəyal.
Seyli-qəm axdı başımdan, məni meyxanəyə çək,
Saqiya, sağərü peymanəni qıl malamal.
Zahidün daneyi-təsbihinə uydun, Saqib,
Bu degül şiveyi-arayişi-ərbabi-kəmal.
* * *
Şirin ləbün kimi ola bilməz əsəl-məsəl,
Ey mahparə, yox sana hərgiz bədəl-mədəl.
Kim mail olmaz hüsnüvə, ey sərvqamətim,
Yoxdur zəmanəmizdə sənün tək gözəl-mözəl.
Göz görcəgin səni, könül oldı mailün,
Yox xatirimdə, mail idim mən əzəl-məzəl.
Kuyün təvafıni edər idim bu can ilə,
Bir dəm əman verəydi mənə gər əcəl-məcəl.
Pabənd qıl gözəlləri zənciri-zülfüvə,
Əfşan yüzinə etmiyə zülfün keçəl-meçəl.
Ol minbər üstə kim, oxunardı kəlami-Həq,
Mütriblər imdi orda oxurlar qəzəl-məzəl.
Yetməz muradə əhli-həqiqət, əcəb degül,
Yandırdı, sönməz atəşi-fitnə, dəğəl-məğəl.
Həmsöhbət olma tazə cəvanlarla, Saqiba,
Get, həmpiyalə tap özüvə bir əfəl-məfəl.
* * *
Bu dami-zülfüvə hərdəm vıranda şanə, gözəl,
Cərəs kimi dili-zarım gəlür fəğanə, gözəl.
Alışdıran oda şəm`i bu hüsnüvün odıdur,
Əcəb degül qala pərvanə yanə-yanə, gözəl.
192
Dostları ilə paylaş: |