Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

Yetişüb sərhədi-məqsudə ol alidərəcat.

Bağlayub kakilün əndişəsi zəncirə məni,

Eylə bənd eyləyüb, bir də ola rahi-nicat.

Navəkün bu dili-suzanımi min parələyüb,

Dutaram mən bu giribanuvi ruzi-ərəsat.

Qanə döndi könül ol lə`li-ləbün fikriylə,

Nə qədr xuni-dil ilə keçirüm mən övqat.

Tutiya tək gözə çək xaki-dəri-əhli-dili,

Saqiba, fəhm elə, qılma dəxi qeyri-həsənat.

* * *


 

Yox sərvdə, ey sərvqədim, səndəki qamət,

Eyvay, mənim əhvalimə gər etsə qiyamət.

Mehrab qaşunda oturub nərgisi-məstün,

Heç görməmişəm mən, eləsün kafər imamət.

Sən hüsndəsən, xətmi-nübüvvətdə Mühəmməd(s),

Var hansı gözəldə bu lətafət, bu məlahət.

Rüxsarun odı tə`nə urar atəşi-şəm`ə,

Rəhm et, dili-pərvanəmi yandır, elə rahət.

Gülzarə girüb açmagilən arizi-alun,

Qönçə qalur heyrətdə, çəkər lalə xəcalət.

Sən eylə pəriçöhrəsən, ey qaşı kəmanım,

Tərki-dilü din eyləyərəm, etsön işarət.

Bir nimnigəh eyləyəsən, qəsdi-can eylər,

Bu qətlimə əbrulərivün tiği nə hacət.

Lə`li-ləbüvün fikri ilə badəpərəstəm,

Divanədü hər kimsə məni etsə məlamət.

Saqib eşidübdür könül əğyarə verübsən,

Zalim, dəxi bəsdür elədün böylə zərafət.

* * *


47


Gəlibdür təngə səndən, əl gətür, pirü cəvan, firqət,

Tökər bu gözlərim nətmiş

 sana dəryayi-qan, firqət.



Gedim ol sərvqəddün kuyinə, bir ləhzə azad et,

Dolanum başuva seyran, bir dəm ver əman, firqət.

Rəqibün xatirin sındırmadun, qan eylədün bağrım,

Bu sərvi-qədimi həm eylədün qəmdən kəman, firqət.

Rəqibün fitnəsindən yar məndən dutdı yüz axir,

Mana bir tiri-qəmzə etməz ol namehriban, firqət.

Edərsən bağrımi qan, xanəviran, görsön hər yerdə,

Əlündən qaçmağa mümkin degül bir natəvan, firqət.

Rəqibi güldürürsən sən mana, insaf yox səndə,

Məni şad eyləyərsən bilmirəm bir dəm haçan, firqət?

Səri-kuyində yarun eyləyər ney tək fəğan hərdəm,

Nə etmiş, bimürüvvət, Saqibi-bixaniman, firqət.

* * *

Sabitqədəm ol, qaçma, sana yüz verə möhnət,



Bu rəncə hünər var isə səndə, elə sibqət.

 

Qəddar fələk incidər ərbabi-kəmali,



Adət eləməz tərk, tapubdur belə şöhrət.

Qəmdən, bu cəhanə gələ kim, başı ayılmaz,

Dut sinəvi, atsun oxı, etmə əzimət.

Köç eyləyəcəkdür köçəri, hürsə də itlər,

Yet sərhədi-məqsudüvə, varunsa həmiyyət.

Gər var-yoxun getmiş isə, səbr elə, getsün,

Ver başuvı, qoyma dağıla pərdeyi-ismət.

Nadanlar ilə durma-oturma, həzər eylə, 

Bil qədrüvi, ərbabi-kəmalə elə xidmət.

Gördün yıxılub məst dəri-meyxanədə birsi,

 Nə etmiş



48


Tə`n eyləmə, mə`lum degül onda kəramət.

* * *


 

Məlamət küncini, ey dil, fəğan çox etmə, mənzil dut,

Ki, suzi-ahilə yan, arizuyi-vəsli müşkil dut.

Geyüb rəxti-cünun Məcnun gəzər Leyli sorağında,

Cərəs fəryad edər, Məcnun, rəhi-səbrü təhəmmil dut.

Həyatım kəştisi girdabi-qəmdə oldı qərq, ey dil,

Təvəkkül badbanın vermə əldən, rahi-sahil dut.

Dənilər süfrəsindən, göz yumub keç, kasəlis olma,

Məgəs tək qonma gər şirinsə, anı zəhri-qatil dut.

Dolanma məclisi-dəhr içrə çox hər əldə sağər tək,

Xəm ol, xəlvətnişin ağır, təriqi-əqli-kamil dut.

Alub minnət yükin, qamət xəm etmə, uyma mehrabə,

Qiyas et sərvdən, ancaq dili-toprağdə dil dut.

Şəh olsa, nanəciblər ilə, ey dil, hərgiz əgləşmə,

Gədayə dikmə göz, göz pərdəsin bilmərrə hayil dut.

Vücudi-dustə canlar fəda, canun fəda eylə,

Vücudi-dusti dut kimiyayə, qeyri batil dut.

Kim olsa, Saqiba, razi-dərunə hiç yol vermə,

Cərəsdən, fəhm qıl, asılmasın əldə dəlayil dut.

* * *


 

Əzmi-mey etdi sənün ləblərün, ey cövhəri-qut,

Düşdi meyxanə o gün məst, piyalə məbhut.

Qönçələb, qan elədün bağrıni tər qönçələrün,

Lə`li-nabun kimi həmrəng ola bilməz yaqut.

Əyağun öpməgə hərçənd təmənna etdim,

Ağzıma vırdı qaşun tiği mənim möhri-sükut.

Kargər düşmədi qəmzön oxı göz mərdüminə,

49



Canə vır qəmzə oxın, bir də vəfa rəsmini dut.

Hüsn bazarinə bu ariz ilə gər getsön,

Hüsnüvün əksinə Yusif necə olmaz məbhut.

Verəni dil sana düşdüm nəzərindən xəlqün,

Yerbəyerdən məni əğyarlər etmiş bayqut.

Saqiba, camdə xurşidi-meyün səcdəsin et,



Səcdə eylər dəri-meyxanəyə ruhi-mələkut.

* * *


 

Əsər etməz əhli-qalə kələmati-adəmiyyət,

Degül əbləhün pəsəndi hərəkati-adəmiyyət.

Sözün həqqini sən, ey dil, demə qanmaza ki, qanmaz,

Nə həyati-adəmiyyət, nə məmati-adəmiyyət.

Dedi Musa(ə): “Rəbbi ərini”,

 ona gəldi “lən”



 cəvabi,



Bu müşkil işdi tapmaq dərəcati-adəmiyyət.

Bu qədər də qan olarmı tökülür qəribə yəm tək,

Hədər oldı, getdi yeksər, zəhəmati-adəmiyyət.

Nə gözəl qaşun çəkilmiş təzə ay kimi xəmidə,

Nə əcəb bu tərhə, ey məh, qala mat adəmiyyət.

Bura əhli-halun olmuş nəzəri ki, səcdəgahi,

Burada qəbul olunmış həsənati-adəmiyyət.

* * *


Bəhar fəsli mey iç, seyri-baği-gülzar et,

Başunda nəş`ə, təmaşayi-arizi-yar et.

Zəmanədən sənə nə, girsə gündə hər rəngə,

Fədayi-cani-əzizi, bu mahi-rüxsar et.

Binasını elə viran, əziyyət-azarun,

 Boykot



 “...Ey Rəbbim mənə görün...” )Qurani-kərim, Bəqərə, 24(



 “... heç bir zaman, heç vaxt...”  )həmin ayə( 



50



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə