xəssislər düşünürlər ki, müasir dövrümüzdə Almaniya (bu
ölkədə kataloqlaşdırma qaydalan dünya standartlarından
əsaslı surətdə fərqlənir) istisna olmaqla, bütün dövlətlərdə
kataloqlaşdırma qaydaları eyni olduğundan bu sahədə mil-
li indetikliyə, fərqliliyə ehtiyac yoxdur. Bu məntiqlə,
ABŞ-da və yaxud Almaniyada ali məktəb varsa, artıq
Azərbaycanda ali təhsil müəssisəsinə də ehtiyac qalmır.
Çünki prinsip etibarilə Azərbaycanda elm və təhsilin funk-
siyası ilə ABŞ-dakı elm və təhsilinin funksiyası eynidir.
Əlbəttə, bütün dünyada təhsilin, elmin, tibbin və s. funksi-
yası birdir, amma milli-ideoloji baxımmdan bu funksiyalar
bir-birindən fərqlənir. Milli kommunikativ formatların ya-
radılması zərurəti də məhz bu yanaşma ilə əsaslandırılır.
Mövzunu davam etdirərək qeyd etməliyik ki, bir
qayda olaraq bütün kitabxanalar biblioqrafık təsvirın rele-
vant elementləridən istifadə edirlər və bu zaman müəllif,
sərlövhə, nəşr haqqmda məlumat, buraxılış məlumatlan və
s. icbari informasiya xarakteri daşıyır. Çünki milli kata-
loqlaşdırma qaydalarmm böyük əksəriyyəti Beynəlxalq
Standart Biblioqrafık Təsvirə (ISBD) uyğunlaşdırılıb. Bu-
na baxmayaraq son dövrlərədək məsələn, AACR 2 qayda-
ları ilə TOCT 7.1.2003 arasmda 2 fərq var idi: 2 və daha
artıq müəllifli və çoxcildli nəşrlərin təsvirində bu iki bib-
lioqrafik təsvir məcmusu biri-birindən kəskin surətdə fərq-
lənirdi.
Artıq birinci problem öz həllini tapıb. Belə ki,
AACR 2-də olduğu kimi TOCT 7.1.2003 standartlan üzrə
102 |
C.A.Cəfərov
də 2 və daha artıq müəllifı olan nəşrlərin təsviri zamam
təsvir başlığma yalmz bir müəllifin adı daxil edilir.
Rus kitabxanaşünası Lobanovaya görə, yaxm illərdə
yeni kommunikativ formatlarm yaradılması prosesi daya-
nacaq [131, s. 57]. Bu isə onunla əsaslandırılır ki, dünya-
nın bir çox ölkələri artıq öz milli kommunikativ formatla-
rmı yaradıb, qalan ölkələr isə hazır AKİS-ləri (İRBİS,
VTLS, Ex-libris ALEPH, LIBER) əldə etməyə üstünlük
veriblər. Həmin AKİS-lərdə isə biblioqrafık yazılar əw əl-
cədən quraşdınlmış konvertor üzrə elektronlaşdırılır. Mə-
sələn, Azərbaycan kitabxanalarımn bir çoxunda istifadə
olunan Rusiyanm “İRBİS-64” AKİS-i həm RUSMARC,
həm də LTNIMARC formatmı dəstəkləmək imkanına ma-
likdir. Lakin bütün hallarda milli biblioqrafiyamızın dünya
informasiya məkanma tam inteqrasiyası mümkün deyildir.
Çünki heç bir çevirmə mexanizmi biblioqrafik təsvirin bü-
tün xüsusiyyətlərini UNIMARC-a və ya əksinə, konverta-
siya edə bilmir. Konvertasiya zamanı yalnız ən vacib atri-
butlar bir sistemdən digərinə keçir. Məsələn, AMEA Mər-
kəzi Elmi Kitabxanası ilə Paris Milli Kitabxanası biblio-
qrafık yazıların mübadiləsini həyata keçirərkən məlum
olur ki, AMEA MEK “İRBİS-64” AKİS vasitəsilə elek-
tron kataloqunu birbaşa deyil, dolayı yolla beynəlxalq
qaydalara uyğunlaşdırır. Başqa sözlə, kitabxana elektron
kataloqunu RUSMARC formatmdan UNIMARC standart-
larına çevirir. Fransa kitabxanası isə biblioqrafık təsvir za-
manı özünün milli formatından-INTERMARC-dan istifa-
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 103
də edir və lazım gəldikdə həmin yazıları UNIMARC-da
təqdim edir. Buradan belə nəticə çıxır ki, həmin kitabxa-
nalar mübadiləni bilavasitə deyil, bilvasitə həyata keçirir-
lər. Çünki hər iki kitabxana elektron kataloqunu UNIMARC-a
konvertasiya edərkən vasitəçidən istifadə edir və nəticədə
informasiya itkisi ilə üzləşir. Bu həm də o deməkdir ki,
kitabxanalar arasında biblioqrafik yazı mübadiləsi bütün
göstəricilər üzrə tam olmayacaq. Buna baxmayaraq, kon-
vertasiya mexanizmi beynəlxalq sahədə elektron informa-
siya mübadiləsini davam etdirmək üçün hələlik yeganə
vasitədir.
Ötən əsrin 90-cı illərində milli kommunikativ for-
matlarm çoxalması fonunda ABŞ kitabxanaşünasları ingi-
lisdilli ölkələr arasmda elektron kataloq mübadiləsini daha
da optimallaşdırmaq üçün yeni vasitəçi format yaratmaq
qəranna gəldilər. IMARC (beynəlxalq MARC) adlanan bu
format ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Ye-
ni Zelandiya kitabxanalannda biblioqrafık yazılarm vahid
standartlar üzrə hazırlanmasmı həyata keçirəcəkdi. Lakin
Britaniya Muzeyinin kitabxanası layihəyə qoşulmamaqla
IMARC-m reallığa çevrilməsini əngəllədi.
Buna cavab olaraq ABŞ və Kanada kitabxanaları
biblioqrafık yazılarm mübadiləsi zamam itkiyə yol vermə-
mək üçün, yəni konvertasiya işindən azad olmaq üçün va-
hid kommunikatıv format yaratdılar. Tərəflər yeni vasitəni
“21-ci əsrin formatı” -MARC 21 adı ilə realizə etməyə
başladılar [175, s. 119].
104 |
C.A.Cəfərov
Yeni yaranmış MARC 21 sələflərindən əsaslı şəkildə
fərqlənə bilməzdi. Çünki həmin vaxta qədər ABŞ USMARC,
Kanada isə CANMARC formatmda milyonlarca retro-
spektiv yazını elektron formaya çevirmişdi. Yeni təsvir
qaydaları, yeni itkilərə rəvac verəcəyindən tərəflər qarşı-
lıqlı kompromislər nəticəsində MARC-21-i çox cüzi yeni-
liklərlə qəbul etdilər. Beləliklə, yeni yaranmış MARC 21
formatı, əslində köhnənin (USMARC) yeni tədqimat for-
ması kimi kataloqlaşdırma proseslərinə tətbiq edilməyə
başlandı.
İstənilən bütün hallarda MARC 21 tam yeni təsvir
qaydalarma söykənə bilməzdi, çünki formatın yeni təsvir
qaydalarmı ehtiva edə bilməsi üçün AACR 2 standartmda
dəyişiklik aparılmalı idi. Bu isə, ingilisdilli ölkələrin ki-
tabxanalarında elektron kataloqlaşdırma üzrə əldə olun-
muş bütün nailiyyətlərin heçə endirilməsinə bərabər olar-
dı.
MARC 21-in USMARC-a məxsus bütün xüsusiyyət-
ləri özündə birləşdirməsi də dediklərimizə əyani nümunə-
dir.
MARC 21 formatınm:
1. Biblioqrafık məlumatlar üçün;
2. Normativ məlumatlar üçün;
3. Fond haqqındakı məlumatlar üçün;
4. Məlumatlann təsnifatı üçün;
5.
İctimai informasiya üçün ixtisaslaşdırılmış for-
matlar kompleksi mövcuddur.
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
| 105
Dostları ilə paylaş: |