Milli Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi
(MAKİS) yaradılmalıdır.
XX əsrin 90-cı illərinin ortalarmdan etibarən Azər-
baycan dilində olan mətnlərin avtomatlaşdırılmış redaktə
edilməsi istiqamətində tədqiqatlar aparılır. Artıq mətnlərin
orfoqrafık xüsusiyyətləri tədqiq edilib və səhvlərin avto-
matlaşdırılmış şəkildə tutulmasmın əsas mərhələləri ay-
dmlaşdınlıb. AMEA ETİ-lərdə yerinə yetirilən elmi araş-
dırmalann məntiqi nəticəsi olaraq, 1999-cu ildən "AZLİNG-
VO" kiçik müəssisəsi morfoloji səviyyədə Azərbaycan dil-
li mətnlərin düzgünlüyünü yoxlayan "AzSpellCheck" sis-
temini yaradıb. Hər iki sistem Microsoft Visual C++ siste-
minin platformasmda bərqərar olub.
Öz ilkin funksiyası ilə yanaşı, tezauruslar həm də
deskriptor informasiya-axtanş dillərinin əsasım təşkil edir-
lər. Son zamanlar elmin sürətli inkişafı, o cümlədən, müx-
təlif elm sahələrinin birləşməsi və ya ayrılması nəticəsində
elmi terminologiya intensiv olaraq köhnəlir.
Polyak kitabxana mütəxəssisi Donna Slavskinin qə-
naətinə görə, elmin bu templə inkişaft, öz növbəsində te-
zauruslann vaxtmdan əw əl köhnəlməsinə səbəb olur
[181, s. 133].
Ölkəmizdə istifadə olunan Avtomatlaşdınlmış Kitab-
xana-İnformasiya Sistemlərinin tezaurusları da bu prob-
lemlə üzləşib. Qarşıda duran probelemlərdən biri də həmin
tezauruslann dilimizə çevrilməməsidir. Lakin bu sahədə
hələ ki, qənaətbəxş nəticələr əldə olunmayıb.
90 |
C.A.Cəfərov
Kitabxanalarımızm EK sisteminin linqvistik təminat
məsələsindəki çatışmazlıqlardan biri də elektron təsnifat
sistemlərinin Azərbaycan dilində olmamasıdır. Hələ də
Universal Onluq Təsnifatm (UOT) azərbaycanca elektron
variantı yaradılmayıb. Rusiyada isə bu təsnifat sisteminin
rəqəmli formatı hazırlanaraq istismara buraxılıb. Kitabxa-
nalarımızda istifadə olunan AKIS-lərdə isə ümumiyyətlə,
təsnifat sistemlərinin yalnız ən ümumi cədvəlləri yer alıb.
Buna görədir ki, nə qədər paradoksal olsa da, kitabxanaçı-
lanmız kataloq kartoçkasını elektronlaşdırarkən, yəni mü-
asir texnoloji bir prosesi yerinə yetirərkən, UOT indekslə-
rini köhnə qayda ilə kitablarda axtarmalı olurlar. Bu isə
əlavə vaxt itkisinə və subyektiv xətalara yol açır.
Mütəxəssislərin fikrincə [137, 147, 176, 181], hələ
heç bir təsnifat cədvəli kifayət qədər effektli avtomatlaşdı-
rılmayıb. Bu məntiqdən çtxış edərək qeyd edə bilərik ki,
EK-in linqvistik təminat məsələlərini tam şəkildə həll et-
mək üçün, daha doğrusu, AKİS-lərdə mövcud olan biblio-
qrafik təsnifat cədvəllərindən lazımi formada yararlanmaq
üçün süni intellektual sistemlərin daha sürətli inkişafma
ehtiyac vardır.
Milli elektron kataloq sisteminin linqvistik təminatı
baxımından Azərbaycan Respublikası Prezidentinin “Azər-
baycanda dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafma dair
Dövlət Proqramı haqqmda” Sərəncamı böyük əhəmiyyətə
malikdir. Sərəncamda qeyd edilir ki, Azərbaycan dilində
Kitabxana-irformasiya xidmətində elektron kataloq
| 91
intemet resurslarmm qıtlığı, elektron və interaktiv dərslik-
lərin yoxluğu narahatlıq doğurur. Bu isə onu deməyə əsas
verir ki, tezliklə anadilli proqram təminatı məhsullannm
sayı artacaq və EK-in linqvistik təminatı yaxşılaşdınlacaq.
1.3.2. İnformasiya mühitində elektron
kataloqun interpretasiyası
İnformasiya mühitinin mütəmadi olaraq yenilənməsi
nəticəsində “elektron kataloq” anlayışı bir sıra dəyişiklik-
lərə məruz qalıb və nəticədə EK-in intellektual xidmətlər
müstəvisində funksiyasım ifadə etmək üçün müxtəlif şərh-
lər, izahlar yaranıb:
1. EK elektron kartotekanm tərkib hissəsi kimi dörd
komponentdən ibarət avtomatlaşdırma məhsuludur. Hə-
min komponentlər EK-i a) proqram təminatı məhsulu, b)
texnoloji məhsul, c) informasiya məhsulu, d) aparat məh-
sulu kimi tamamlayır [175, s.l 19];
2. EK-maşmlaoxunan formata çevrilmiş kitabxana
kataloqudur [168, s. 662];
3. EK-kataloqun bütün xüsusiyyətlərini özündə bir-
ləşdirən biblioqrafik məlumat bazasıdır [172, s. 283];
92 |
C.A.Cəfərov
4. EK-Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sis-
temi və ya altsistemidir [158, s.88];
5. EK-onlayn kataloqdur (ingilis dilində olan termi-
nə müvafıq olaraq).
Birinci şərh ümumiyyətlə, müasirlikdən daha çox
ənənəviliyə istinadın nəticəsidir. Çünki “Elektron kartote-
ka” avtomatlaşdınlmış informasiya sisteminin komponenti
ola bilməz (Bu iddianm səbəbləri daha əvvəlki bölmədə öz
əksini tapıb).
İkinci izah da kifayət qədər tam deyil. Belə ki, “ma-
şmlaoxunan” anlayışmda labüd arxaiklik var. Müasir döv-
rümüzdə “maşmlaoxunan” ifadəsinin əvəzinə “elektron”, “rə-
qəmli” sözləri işlədilir.
Üçüncü təqdimat, elektron kataloqun 70-ci illərəqə-
dərki (verilənlər bazasmın idarəetmə sistemlərinin yaran-
dığı ilk dövrlər) izahı ilə səsləşir.
Dördüncü şərh EK-i həm bir tam kimi, həm də
avtomatlaşdırma sisteminin bir hissəsi kimi qələmə verir.
Lakin bütün hallarda EK-i “Avtomatlaşdırılmış Kitabxa-
na-İnformasiya Sistemi” və “altsistemi” kimi qəbul etmək
doğru deyil.
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 93
Dostları ilə paylaş: |