Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə23/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

Milli  Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sistemi 
(MAKİS) yaradılmalıdır.
XX  əsrin  90-cı  illərinin  ortalarmdan  etibarən  Azər- 
baycan  dilində  olan  mətnlərin  avtomatlaşdırılmış  redaktə 
edilməsi  istiqamətində  tədqiqatlar aparılır.  Artıq  mətnlərin 
orfoqrafık  xüsusiyyətləri  tədqiq  edilib  və  səhvlərin  avto- 
matlaşdırılmış  şəkildə  tutulmasmın  əsas  mərhələləri  ay- 
dmlaşdınlıb.  AMEA  ETİ-lərdə yerinə  yetirilən  elmi  araş- 
dırmalann  məntiqi  nəticəsi  olaraq,  1999-cu  ildən  "AZLİNG- 
VO" kiçik müəssisəsi  morfoloji  səviyyədə  Azərbaycan  dil- 
li  mətnlərin  düzgünlüyünü  yoxlayan  "AzSpellCheck"  sis- 
temini  yaradıb.  Hər iki sistem Microsoft Visual  C++ siste- 
minin platformasmda bərqərar olub.
Öz  ilkin  funksiyası  ilə  yanaşı,  tezauruslar  həm  də 
deskriptor informasiya-axtanş dillərinin əsasım təşkil edir- 
lər.  Son zamanlar elmin  sürətli  inkişafı,  o  cümlədən,  müx- 
təlif elm sahələrinin birləşməsi və ya ayrılması  nəticəsində 
elmi terminologiya intensiv olaraq köhnəlir.
Polyak  kitabxana  mütəxəssisi  Donna  Slavskinin  qə- 
naətinə  görə,  elmin  bu  templə  inkişaft,  öz  növbəsində  te- 
zauruslann  vaxtmdan  əw əl  köhnəlməsinə  səbəb  olur 
[181, s.  133].
Ölkəmizdə  istifadə  olunan Avtomatlaşdınlmış Kitab- 
xana-İnformasiya  Sistemlərinin  tezaurusları  da  bu  prob- 
lemlə üzləşib.  Qarşıda duran probelemlərdən biri  də həmin 
tezauruslann  dilimizə  çevrilməməsidir.  Lakin  bu  sahədə 
hələ ki,  qənaətbəxş nəticələr əldə olunmayıb.
90  | 
C.A.Cəfərov
Kitabxanalarımızm  EK  sisteminin  linqvistik  təminat 
məsələsindəki  çatışmazlıqlardan  biri  də  elektron  təsnifat 
sistemlərinin  Azərbaycan  dilində  olmamasıdır.  Hələ  də 
Universal  Onluq  Təsnifatm  (UOT)  azərbaycanca  elektron 
variantı  yaradılmayıb.  Rusiyada  isə  bu  təsnifat  sisteminin 
rəqəmli  formatı  hazırlanaraq  istismara buraxılıb.  Kitabxa- 
nalarımızda  istifadə  olunan  AKIS-lərdə  isə  ümumiyyətlə, 
təsnifat  sistemlərinin  yalnız  ən  ümumi  cədvəlləri  yer  alıb. 
Buna  görədir ki, nə  qədər paradoksal olsa da, kitabxanaçı- 
lanmız  kataloq  kartoçkasını  elektronlaşdırarkən,  yəni  mü- 
asir texnoloji  bir prosesi  yerinə yetirərkən,  UOT  indekslə- 
rini  köhnə  qayda  ilə  kitablarda  axtarmalı  olurlar.  Bu  isə 
əlavə vaxt itkisinə və subyektiv xətalara yol  açır.
Mütəxəssislərin  fikrincə  [137,  147,  176,  181],  hələ 
heç  bir təsnifat cədvəli  kifayət qədər effektli  avtomatlaşdı- 
rılmayıb.  Bu  məntiqdən  çtxış  edərək  qeyd  edə  bilərik  ki, 
EK-in  linqvistik təminat  məsələlərini  tam  şəkildə  həll  et- 
mək üçün,  daha doğrusu,  AKİS-lərdə mövcud olan  biblio- 
qrafik təsnifat cədvəllərindən  lazımi  formada yararlanmaq 
üçün  süni  intellektual  sistemlərin  daha  sürətli  inkişafma 
ehtiyac vardır.
Milli  elektron  kataloq  sisteminin  linqvistik  təminatı 
baxımından  Azərbaycan  Respublikası  Prezidentinin  “Azər- 
baycanda  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə 
uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafma  dair 
Dövlət  Proqramı  haqqmda”  Sərəncamı  böyük  əhəmiyyətə 
malikdir.  Sərəncamda  qeyd  edilir  ki,  Azərbaycan  dilində
Kitabxana-irformasiya xidmətində elektron kataloq
  |  91


intemet resurslarmm  qıtlığı,  elektron  və  interaktiv dərslik- 
lərin  yoxluğu narahatlıq  doğurur.  Bu  isə  onu  deməyə  əsas 
verir  ki,  tezliklə  anadilli  proqram  təminatı  məhsullannm 
sayı  artacaq və EK-in linqvistik təminatı yaxşılaşdınlacaq.
1.3.2. İnformasiya mühitində elektron
kataloqun interpretasiyası
İnformasiya  mühitinin  mütəmadi  olaraq  yenilənməsi 
nəticəsində  “elektron  kataloq”  anlayışı  bir  sıra  dəyişiklik- 
lərə  məruz  qalıb  və  nəticədə  EK-in  intellektual  xidmətlər 
müstəvisində funksiyasım ifadə etmək üçün müxtəlif şərh- 
lər, izahlar yaranıb:
1.  EK  elektron  kartotekanm  tərkib  hissəsi  kimi  dörd 
komponentdən  ibarət  avtomatlaşdırma  məhsuludur.  Hə- 
min  komponentlər EK-i  a)  proqram  təminatı  məhsulu,  b) 
texnoloji  məhsul,  c)  informasiya  məhsulu,  d)  aparat  məh- 
sulu kimi tamamlayır [175,  s.l 19];
2.  EK-maşmlaoxunan  formata  çevrilmiş  kitabxana 
kataloqudur [168,  s.  662];
3.  EK-kataloqun  bütün  xüsusiyyətlərini  özündə  bir- 
ləşdirən biblioqrafik məlumat bazasıdır [172,  s.  283];
92  | 
C.A.Cəfərov
4.  EK-Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sis- 
temi və ya altsistemidir [158, s.88];
5.  EK-onlayn  kataloqdur  (ingilis  dilində  olan  termi- 
nə müvafıq olaraq).
Birinci  şərh  ümumiyyətlə,  müasirlikdən  daha  çox 
ənənəviliyə  istinadın  nəticəsidir.  Çünki  “Elektron  kartote- 
ka” avtomatlaşdınlmış  informasiya  sisteminin komponenti 
ola bilməz (Bu iddianm səbəbləri daha əvvəlki bölmədə öz 
əksini tapıb).
İkinci  izah  da kifayət qədər tam deyil.  Belə ki,  “ma- 
şmlaoxunan”  anlayışmda  labüd  arxaiklik  var.  Müasir döv- 
rümüzdə “maşmlaoxunan” ifadəsinin əvəzinə “elektron”,  “rə- 
qəmli” sözləri  işlədilir.
Üçüncü  təqdimat,  elektron kataloqun 70-ci illərəqə- 
dərki  (verilənlər  bazasmın  idarəetmə  sistemlərinin  yaran- 
dığı ilk dövrlər)  izahı ilə  səsləşir.
Dördüncü  şərh  EK-i  həm  bir  tam  kimi,  həm  də 
avtomatlaşdırma  sisteminin  bir  hissəsi  kimi  qələmə  verir. 
Lakin  bütün  hallarda  EK-i  “Avtomatlaşdırılmış  Kitabxa- 
na-İnformasiya  Sistemi”  və  “altsistemi”  kimi  qəbul  etmək 
doğru deyil.
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  93


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə