Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

İnformasiya cəmiyyəti şəraitində,  kitabxanalann maddi- 
texniki bazasınm ən modem vasitələrlə təchiz olunduğu bir 
dövrdə  verilən  izahlarm heç  biri  EK-in  doğm  interpretasi- 
yası  hesab  oluna  bilməz.  Belə  bir  şəraitdə  elektron  kata- 
loq-tam bir metainformasiya sistemidir.
Metainformasiya-informasiyanm  xüsusiyyətləri  haq- 
qmda informasiya olmaqla bərabər,  həm də  onun hazırlan- 
ma və  axtarış parametrlərini, metodlannı özündə  cəmləyir. 
Demək,  metainformasiya  informasiya  haqqmda  informa- 
siyadır.  “Biblioqrafıyanm  biblioqrafiyası”  [17],  “Kitablar 
haqqmda kitab”  [9]  olduğu kimi, məlumatm özü barədə  də 
məlumat olur.
İnformatika  alimi  Y.A.Şreyderin  fıkrincə,  elektron 
kataloq-fond  haqqmda  fonddur  [153,  s.  3].  D.A.Pos- 
pelovun  lüğətində,  elektron  kataloq-informasiyanı  daxil 
etməyə,  qorumağa,  axtarmağa,  istifadəçiyə  çatdırmağa he- 
sablanmış informasiya sistemidir [124,  s.  193].
Q.V.Drujinin  və  İ.V.Serqeyeva  isə  elektron  kataloqu- 
informasiyanm  asanlıqla  toplandığı,  işləndiyi,  ən  əsası  isə 
düzəlişlər edilə  bıldiyi  texnoloji  məkan  hesab  edir  [119,  s. 
148].
Y.V.Çemozatonskayanm  məqaləsində  [150,  s.  124] 
və F.S.Voroyskinin lüğətində  [114,  s.  392]  isə elektron ka-
94  ) 
C.A.Cəfərov
taloq  avtomatlaşdmlmış  axtarış  sisteminin  informasiya- 
axtarış dili kimi  səciyyələndirilir.
Qeyd olunanlan  ümumiləşdirərək deyə bilərik ki, EK 
bütöv  bir  informasiya  infrastrukturudur.  Alimlərimizin 
fikrincə,  belə  bir infrastruktur,  yalnız başqa bir infrastruk- 
tumn,  məsələn  kitabxana  fondunun  üzərində  bərqərar  ola 
bilər.
Biblioqrafiyaşünas  alim,  professor  Z.Əliyev  qeyd 
edir  ki,  informasiya  istifadəçilərinin  əksəriyyəti,  peşə  isti- 
qamətlərindən,  hazırlıq  səviyyələrindən,  ədəbiyyatla,  bib- 
lioqrafık mənbələrlə  müstəqil  işləmək  səriştələrindən  asılı 
olmayaraq  kitabxanalara  müraciət  etmək  zərurətilə  qarşı- 
laşırlar.  Bu  həmişə  belə  olmuş  və  indi  də  əsasən  belədir. 
Bəzən  belə  hesab  edilir  ki,  yeni  informasiya  texnologiya- 
larınm  tətbiqi  nəticəsində  kitabxanalarm  əhəmiyyəti  get- 
dikcə  azalacaq.  Amma  yaddan  çıxarmaq  olmaz  ki,  elek- 
tron  informasiya  bazalan  hansısa  fonda  əsaslamr  və  belə 
fond  daimi realhğma görə əvəzolunmazdır [38,  s.  62].
Nəzərə  almahyıq  ki,  EK və  yaxud  elektron  informa- 
siya  bazalan  heç  də  həmişə  ənənəvi  fond  üzərində  qurul- 
mur.  EK-in  metainformasiya  sistemi  olması  onu  deməyə 
əsas  verir  ki,  kataloqun bu  növü  bəzən,  ümumiyyətlə  ənə- 
nəvi  fonda istinad etmir.  O,  İntemetdə toplanmış mənbələr 
barədə,  yalnız  elektron  forması  olan  (ənənəvi  kağız analo- 
qu olmayan)  elektron nəşrlər haqqında da məlumatı əks et- 
dirir.  Beləliklə,  EK  yalnız  ənənəvi  kataloqun  elektronlaş-
Kitabxana-informasiya xidmətində  elektron kataloq
  |  95


dırılmış  forması  olmayıb,  daha  geniş  spektri  əhatə  edir, 
bütöv,  çoxçeşidli  informasiya  massivləri  haqqında  müfəs- 
səl  informasiya  verməklə-metainformasiya  sisteminə  çev- 
rilir.
96  | 
C.A.Cəfərov
II FƏSİL:
KOMMUNİKATİV FORMATLARIN 
VƏ AKİS-lərin TƏŞƏKKÜL TARİXİ 
VƏ MÜASİR VƏZİYYƏTİ


2.1.  K om m unikativ form atlarm   yaradılm ası 
və  m üasir vəziyyəti: 
(MARC,  UNIMARC, 
USMARC,  RUSMARC və digər form atlar üzrə)
Biblioqrafık  yazılarm  rəqəmli  formata  keçirilməsi, 
elektronlaşdırılması  üçün  beynəlxalq  standartlar,  ölçü  va- 
hidləri,  formatlar  mövcuddur.  Həmin  formatlar  biblioqra- 
fik  yazı  ilə  avtomatlaşdırdmış  sistem  arasmda  əlaqənin, 
kommunikasiyanm  yaradılması  üçün  əsas  vasitə  hesab 
olunur.  Məhz  bu  cür kommunikativ təsvir formatları  vasi- 
təsilə  biblioqrafik  yazı  elektron  kataloqa  çevrilir.  Həmin 
formatların  əsasmı isə  MARC formatı təşkil edir.
Şübhəsiz  ki,  kartoçka  kataloqundakı  informasiyanm 
kompyuterin  yaddaşma  köçürülməsi  prosesi  qaydasız  şə- 
kildə  həyata  keçirilə  bilməz.  Bu  informasiyanı  “hesabla- 
maq”  və  qaydalara  uyğun  şəkildə  təfsir  etmək  (interpreta- 
siya  mexanizmi)  üçün  kompyuterlər,  avtomatlaşdırılmış 
informasiya  sistemləri  verilənlərin  (məlumatların)  xüsu- 
siyyətlərini  müəyyənləşdirmək  imkamna  malik  olmalıdır. 
Belə  qəliz  işin  öhdəsindən  gəlmək  üçün  ABŞ-m  Konqres 
Kitabxanasımn  əməkdaşları,  hələ  1965-1966-cı  illərdə 
“MARC  I”  adlı  layihənin  icrasına  başlamışdılar  [154,  s.
6].  Layihənin  əsas  məqsədi  biblioqrafik təsvirləri maşınla- 
oxunan  formaya  salmaq  idi.  O  zaman  sözügedən  layihəyə 
ABŞ  və  Kanadadan  16  kitabxana  qoşulmuşdu.  Analoji  iş- 
lər Böyük Britaniyada da aparılırdı.  O illərdə Böyük Brita- 
niyanın  Milli  Biblioqrafıya  Şurası  hər  il  nəşr  etdiyi  milli
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  99


biblioqraflyam maşmlaoxıman formata çevirmək məqsədi- 
lə  “BNB  MARC”  adlı  kommunikativ  format  yaratmışdı. 
Paralel  aparılan işlərin nəticəsində  ABŞ və Böyük Britani- 
yanm  vahid  kommunikativ  formatı-“MARC  II”  yaradıldı 
[157,  s.  121].  Bununla  da,  MARC  formatmdan  kommu- 
nikativ  standart  kimi  istifadənin,  başqa  sözlə,  biblioqrafik 
yazılann  maşmla  yaradılması  və  oxunması  üzrə  anqlo- 
amerikan  qaydalarmm  əsası  qoyuldu.  “MARC  II”,  prinsip 
etibarilə öz prototipindən fərqlənmirdi:  “MARC I” formatı 
kimi  o  da,  bütün növ sənədlərin  təsvirinə hesablanmış,  ka- 
taloqlaşdırma  və  müxtəlif  avtomatlaşdınlmış  sistemlərə 
tətbiqedilmə  imkanları ilə təchiz edilmişdi.
Bir çox  ölkələrin  maşmlaoxunan  kataloqlaşdırma  sa- 
həsindəki birgə  əməkdaşlığma baxmayaraq,  həmin  dövrdə 
USMARC (ABŞ)  və  UKMARC  (Böyük Britaniya)  ilə  ya- 
naşı  Fransada  da  “INTER  MARC”  adlanan  milli  format 
yaradılmışdı.  Bu  format  frankofon  (fransızdilli)  ölkələrin 
kitabxanalan  üçün  nəzərdə  tutulmuşdu.  Fransa  ilə  yanaşı, 
Belçika və İsveçrə kitabxanalarmda da məhz bu formatdan 
istifadə  olunurdu.  70-ci  illərdən MARC  ailəsinə daxil  olan 
formatlarm  sayı  20-ə  çatdı  [161,  s.  32].  Kanada  (Can- 
MARC)  və  Finlandiya  (FinMARC)  biblioqrafık  yazıların 
maşınlaoxunan  formatlarını  hazırladılar.  Lakin  bütün  bu 
formatların  əsasını  ABŞ-ın  milli  təsvir  standartı  (US- 
MARC) təşkil edirdi.
Ötən əsrin sonlarmda,  milli  kataloqlaşdırma qaydala- 
rı  arasındakı  fərqli  xüsusiyyətlər  MARC  ailəsinə  daxil
100  | 
C.A.Cəfərov
olan formatlann daha da artmasma səbəb  oldu [131,  s.  56]. 
Nəticədə,  müxtəlif formatlardan  istifadə  edən kitabxanalar 
arasında  informasiya  mübadiləsi  məhdudlaşdı.  Belə  olan 
təqdirdə,  Beynəlxalq  Kitabxana  Assosiasiyalan  Federasi- 
yası  (IFLA)  problemi  aradan  qaldırmaq  məqsədilə  vahid 
UNIMARC (Universal MARC)  formatmı  hazırlamağı tək- 
lif etdi.  Prosesi  həyata keçirmək üçtin  kitabxanalarda  isti- 
fadə  olunan  avtomatlaşdırılmış  informasiya  sistemlərinə  2 
konvertor  (biblioqrafık  yazılan  digər  formatlardan  UNI- 
MARC-a  və  əksinə,  konvertasiya  etmək  üçün)  əlavə  et- 
mək tapşırığı  verilmişdi.
Bununla  da,  ötən  əsrin  90-cı  illərində  biblioqrafık 
yazılarm maşınlaoxunan  formata keçirilməsi  sahəsində bir 
sıra yeniliklər  əldə  olundu:  UNIMARC  əsasında  formala- 
şan kommunikativ formatların  sayı  50-ə  yüksəldi.  Türkiyə 
TurkMARC,  İtaliya  ITAMARC,  Rusiya  RUSMARC,  Be- 
larus  BelMARC,  Ukrayna isə  UKRMARC  milli  formatla- 
rını hazırladılar.  Həmin  milli  kommuikativ formatlann ha- 
zırlanma  alqoritmlərinin  əsasmı  UNIMARC-a  məxsus  al- 
qoritmlər təşkil  edirdi.
MARC  kommunikativ  formatınm yaradıcıları  və  on- 
ların  xələfləri  (Konqres  Kitabxanasımn  əməkdaşları)  milli 
kommunikativ  formatların mövcudluğuna  heç  vaxt birmə- 
nalı  yanaşmayıblar.  Onlara görə,  UNIMARC  varkən,  milli 
kommunikativ  formatlarm  yaradılmasına  ehtiyac  yoxdur 
(Biz,  bu iddiamn yanlışlığı  ilə  bağlı fıkirlərimizi monoqra- 
fıyanın növbəti bölməsində əsaslandırmışıq). Həmin mütə-
Kıtabxana-informasiya xidmətində elektron kataloq
  |  101


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə