Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

xeyli  aşağı  düşsə  də,  milli  EK  sistemlərinin  yaradılması 
zamam  yaranan  linqvistik problemləri  aradan  qaldıra bilə- 
cək yeni  sistemlərin  (mətnlərin  optik tanmması  üçün ney- 
ron  şəbəkələrin)  hazırlanması  üzərində  işlər  davam  etdiri- 
lir.
Məlumdur ki,  ənənəvi-morfoloji  və  ya  tipoloji  təsni- 
fat baxımmdan  Azərbaycan  dili  iltisaqi  (aqlütinativ)  dillər 
qrupuna  daxildir.  İnsirafi  (flektiv)  dillərdən  fərqli  olaraq, 
aqlütinativ dillər qrupuna daxil olan bütün dillərdə,  o cüm- 
lədən  Azərbaycan  dilində  bütün  söz  kökləri  müstəqil  lek- 
sik və  qrammatik mənası  olan  sözlərdir;  qrammatik məna- 
lar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsa- 
sından  sonra  gələn  təkmənalı  (monosemantik)  şəkilçilər 
vasitəsilə  ifadə  olunur.  Müasir elektron kataloq  sistemləri- 
nin  linqvistik  təminatı  isə  iltisaqi  dillərdə  olan  mətnlərin 
təhlil  olunması,  müqayisəli  şəkildə  təqdimi  baxımmdan 
hələ  də natamam olaraq qalır.
Buna  baxmayaraq,  Azərbaycan  dilinin  leksik  və 
morfoloji  analiz modelləri,  ayrı-ayrı  alqoritm və  metodlar, 
həmçinin bu dilin fonetik,  sintaktik,  semantik bölmələri-nə 
uyğun formal modellər müəyyən dərəcədə tərcümə sistem- 
ləri,  elektron  lüğətlər,  mətnlərin  düzgünlüyünün  yoxlaml- 
ması,  dil  öyrədən  sistemlər,  mətnlərin  optik tanmması  sis- 
temlərinə  uğurla  tətbiq  edilib  [89,  s.  11].  Bu  faktlar ümid 
verir ki,  gələcəkdə həmin modellər kitabxanalarımızda tət- 
biq  edilən  AKİS-lərə  və  ya  yaradılacaq  milli  AKİS-ə  in- 
teqrasiya olunacaq.
86  | 
C.A.Cəfərov
Qeyd  etdiyimiz  kimi,  maşmlaoxunan  biblioqrafik 
yazılarm  linqvistik təminat məsələsi  ilə mütəxəssislər ötən 
əsrin  50-ci  illərindən  etibarən  məşğul  olmağa  başlayıblar. 
Həmin  dövrdə  Azərbaycanda  mətnlərin  avtomatik  emalı 
sistemlərinin  yaradılması  istiqamətində  işlər  o  qədər  də 
yüksək  səviyyədə  yerinə  yetirilməyib.  Bu  isə  Sovet  haki- 
miyyətinin  Azərbaycan  dilinə  olan  mənfi  münasibəti  ilə 
sıx  bağhdır.  Sovet  İttifaqı  Respublikalannda  rus  dilinin 
milli dilləri  sıxışdırması uzun illər dilimizin inkişafma ma- 
ne olub.  0  vaxtlar Azərbaycanda müvafiq sahədə işlək sis- 
temlər  yaradılmasa  da,  bir  sıra  elmi  nəticələr  əldə  olun- 
muş,  60-cı  illərdən başlayaraq tədqiqatlar  aparılmış,  Azər- 
baycan  SSR  EA-nm  Dilçilik İnstitutunda  avtomatik  lüğət- 
lərin  tərtibi,  sözün  sintezi  məsələləri  üzərində  tədqiqatlar 
həyata  keçirilmişdir.  İnstitut  tərəfindən  iltisaqi  dillərə  xas 
olan  bir  sıra  qanunauyğunluqlar  sahəsində  müəyyən  nəti- 
cələrin  əldə  olunması;  morfemlərin  sözformalarda  yerləş- 
məsinin  tərtibi,  əsas  və  morfemlərin  sərhədlərində  morfo- 
noloji  dəyişikliklərin  formal  təsviri,  EHM-də realizə  olun- 
muş  uyğun  alqoritmlərin  tərtib  edilməsi  və  s.  həmin  dövr- 
də linqvistik təminat üçün  ilkin baza rolunu  oynayırdı.
Elektron  kataloqun  linqvistik  təminat  məsələsinin 
vacib  komponentlərindən  biri  də  tezauruslardır.  Hələ  ötən 
əsrin  50-70-ci  illərində  müasir  EK  sistemlərinin  linqvistik 
vasitələrindən  biri  olan  tezauruslarm yaradılması  məsələsi 
mütəxəssisləri  düşündürməyə  başlayıb.  Tezaurus  dedikdə, 
dilin elə leksik vahidləri  (söz və söz birləşmələri) başa dü-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  87


şülür  ki,  onların  vasitəsilə,  tədqiq  olunan  istənilən  sahə 
haqqında  leksik  cəhətdən  kifayət  qədər  təsəvvür  yaranır 
[89,  s.  11].  Ümumiyyətlə,  linqvistik təminatın  əsası  hesab 
olunan  mətnlərin  mənasmı  analiz  edən  sistemlər  yarım 
əsrlik  tarixi  tərəqqi  dövrü  keçməsinə  baxmayaraq,  ən  az 
tədqiq olunmuş avtomatlaşdırma ünsürləridir.
Məlumdur  ki,  mətnin  mənaca  formal  analizi-sözlər 
arasındakı  semantik  əlaqələrin  aşkarlanaraq  müəyyən  for- 
mada  təqdim  olunmasıdır.  EK-in  ayrılmaz  tərkib  hissəsi 
hesab  olunan  terminlər tezaurusu  da  bir bütöv  kimi  leksik 
vahidlər arasmdakı semantik əlaqələri  aşkarlayaraq, tədqiq 
olunan  sahənin  semantik  münasibətlər  strukturunu  forma- 
laşdırır.  Məhz bu baxımdan,  elektron  kataloqlarm  tezauru- 
su  həm  də  semantik analiz  sistemidir.  Çünki  hər  hansı  bir 
mətnin,  yaxud sənədin mənasmı  əks  etdirən  terminlər top- 
lusu,  bu  mətnin  və  yaxud  sənədin  semantik  əsasmı  təşkil 
edir.
Ölkəmizdə  biblioqrafik  yazıların  linqvistik  təminatı 
məsələsində  tezaurusların  rolu  və  əhəmiyyəti  ötən  əsrin 
80-ci  illərində  öyrənilməyə  başİamb.  Həmin  illərdə  aparı- 
lan  tədqiqatlar  nəticəsində  ilk  dəfə  söz  və  dayanıqlı  söz 
birləşmələrinin  mənasmm  tanmmasmın  tezaurus  modeli 
təklif olunub  [88,  s. 40].
EK-in linqvistik təminatı  məsələsində  dil maneəsinin 
aradan  qaldınlması  üsullarından  biri  də  milli  və  beynəl- 
xalq  səviyyələrdə  geniş  inkişaf etdirilmiş  elmi-texniki  ter- 
minlərin  standartlaşdırılmasıdır.  Bəzi  mütəxəssislərin  fik-
88  [ 
C.A.Cəfərov
rincə,  standartlaşdırılmış  terminlərdən  elmi  yaradıcılıqda 
effektli istifadənin yeganə yolu, həmin terminləri kompyu- 
terin  yaddaşmda,  informasiya  massivi  və ya  verilənlər ba- 
zası kimi saxlamaqdır [137,  s.  29].
70-ci illərdən başlayaraq dünya kitabxanalarmda bib- 
lioqrafıya prosesinin  linqvistik  təminatı  işində  terminoloji 
massivlərin  yaradılması  aktual  problemlərdən  birinə  çev- 
rildi və 20 ildən  sonra dünyada onlarca belə massiv fəaliy- 
yət  göstərməyə  başladı  (məs.,  OCLC).  Azərbaycanda  isə 
dilimizin ilk terminoloji bankı  80-ci illərdə yaradılıb və ki- 
tabxanalarımız  bu  cür  banklardan  biblioqrafık  fəaliyyətin 
terminoloji informasiya təminatmda istifadə ediblər.
90-cı  illərinin  II  yarısından  etibarən  Azorbaycan  di- 
lində mətnlərin emalı  və maşm tərcüməsi sahəsində komp- 
yuter  sistemlərinin  yaradılması  istiqamətində  praktiki  iş- 
lərin yerinə  yetirilməsi  müasir dövrümüzdə EK-in  linqvis- 
tik təminatı üçün əlavə imkanlar qazandırıb.
EK-in  yaradılması  zamanı  ortaya  çıxan  problemlər- 
dən  biri  də  sözlərin  orfoqrafik  cəhətdən  xətalı  yazılışıdır. 
Doğrudur,  son zamanlar Azərbaycan kitabxanalarında isti- 
fadə olunan həm rusdilli,  həm də  ingilisdilli  AKİS-lər kor- 
rektə modulu ilə təchiz olunub.  Lakin həmin modul vasitə- 
silə Azərbaycan dilində olan mətnlərin yoxlanılması  müm- 
kün  deyil.  Bunun  üçün  həmin  AKİS-lərə  Azərbaycan  di- 
lində  olan  mətnlərin  avtomatlaşdırılmış  redaktə  kompo- 
nenti  əlavə  olunmalı  və  yaxud  ümumiyyətlə,  ölkəmizdə
Kitabxana-informasiya xidmətində elektron kataloq
  (  89


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə