Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə20/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

şaf etdirilmiş,  güclü linqvistik təminata (LT) malik olmalı- 
dır.
Linqvistik təminat,  EK-in yaradılması  işinin ən prob- 
lemli  və  çətin proseslərdən  biridir.  LT  informasiya-axtarış 
dilinin  (İAD),  normativ-soraq  bazasmm,  informasiya  stra- 
tegiyası  və  təlimat  xarakterli  metodik  sənədlərin  məcmu- 
sundan ibarətdir [147,  s.  32.].
İnformasiya-axtanş  dilləri  təsnifat və  deskriptor üzrə 
formalaşır.  Sənəd  kütləsinin  və  sorğularm  KBT  və  UOT 
kimi təsnifat sistemlərinə müvafiq olaraq qruplaşdınlması- 
nı,  axtarışmı həyata keçirmək üçün təsnifat dilindən, başqa 
sözlə  linqvistik vasitədən  istifadə  olunur.  Təsnifat üzrə  in- 
formasiya-axtanş  dilinin  əsasım  isə  anlayışların  sistemli 
təsnifatı təşkil  edir.  Daha doğrusu,  təsnifat dilləri  təbii  dilə 
məxsus  sözlər  arasmda  məntiqi  əlaqə  yaratmaq  məqsədi 
güdür.  Adətən,  sahəvi  kitabxanalar  oxuculanna  daha  çox 
təsnifat  dili  üzrə  axtarış  aparmağı  təklif  edir.  Məsələn, 
AMEA  Mərkəzi  Elmi  Kitabxanasmda  elmi  tədqiqat  apa- 
ran,  hər  hansı  bir  elm  sahəsi  üzrə  nəşr  olunmuş  əsərləri 
axtaran oxucular əsasən təsnifat dili üzrə, elm  sahəsinə gö- 
rə axtanş apanr.
Məlum  olduğu  kimi,  ənənəvi  kitabxanalarda,  əks  et- 
dirdiyi  ədəbiyyatm  sahəsinə  görə-sistemli,  adların  və  sör- 
lövhələrin  başlanğıc  hərflərinə  görə  isə  əlifba  kataloqları 
mövcud  olur.  Əlifba  kataloqu  hazırlıqlı  oxucular-  müəlli- 
fın  və  ya kitabm  admı  bilən  istifadəçilər-üçün  nəzərdə  tu- 
tulur.  Sistemli kataloqlarda isə daha çox hazırlıqsız oxucu-
78  | 
C.A.Cəfərov
lar-müəllifin və ya kitabın adını bilməyən  istifadəçilər-təd- 
qiq  etdikləri  elm  sahəsi  üzrə  axtarış  apanr.  Axtanşm  bu 
cür  ənənəvi  növü  də  təsnifat  dili  üzrə  aparılan  informasi- 
ya-axtarış  prosesinin  əsas  komponentlərindəndir.  Demək, 
ənənəvi  kitabxanalarda  informasiyanm  toplanmasmm  və 
realizə edilməsinin linqvistik təminatı yeni məsələ deyil.
Elektron  kataloq  “sistemli  kataloq”  və  ya “əlifba  ka- 
taloqu” kimi bölgülərə  ayrılmır.  Elektron kataloq həm  sis- 
temli,  həm  də  əlifba  kataloqunun  funksiyalarım  vəhdətdə 
yerinə  yetirir.  Ənənəvi  kitabxanalarda  qəzet  və jumal  mə- 
qalələrinə  istinad  sistemini  təşkil  edən  kartotekalar  da 
elektron kataloqda  ayrıca  komponent  deyil.  Oxucu  EK-də 
istənilən  parametr  (dil,  mövzu,  sərlövhə,  müəllif,  nəşriy- 
yat,  nəşr  ili  və  s)  və  istiqamət  (jumal,  qəzet,  kitab)  üzrə 
axtarış apara bilir.  Məhz buna görə,  EK kitabxana işi  sahə- 
sində  bugünə  qədər  məlum  olan  xidmət  sistemlərinin  ən 
universalıdır.  Bir  daha  qeyd  etməliyik ki,  bu  universallığı 
yaradan amillərdən  ən  vacibi  linqvistik təminat sisteminin 
düzgün qumlmasıdır.
EK-in linqvistik təminatı  məsələsinin  aynlmaz tərkib 
hissələrindən  biri  də  informasiyanm  avtomatlaşdmlmış 
formada  işlənməsidir.  Deskriptor  informasiya-axtarış  dili, 
informasiyam  məhz  bu  formada  axtarmağı  və  istifadəçiyə 
təqdim  etməyi  nəzərdə  tutur.  Sistem  istifadəçiyə  informa- 
siyanı  təqdim  etməzdən  öncə  onu  avtomatik  şəkildə  işlə- 
yib hazırlayır.  Saniyələr  ərzində  baş  verən  və  istifadəçinin 
xəbərsiz  olduğu  bu  proses  əslində  çox  qəliz  kibemetik
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  79


əməliyyatların  nəticəsidir.  Bir  neçə  saniyə  ərzində  sistem 
daxil  olan  sorğu  üzrə  bütün  statistik,  lüğəvi,  morfoloji, 
sintaktik  və  supersintaktik  imkanlarmı  işə  salır,  nəticəni 
hasil  edərək tələbatçıya çatdınr.  Nəticəsi  bu  cür olan  əmə- 
liyyatm mahiyyətinə nəzər yetirək:  EK sisteminin intellek- 
tuallaşdırılması,  ilk  növbədə  onu  yaratmaq  üçün  tətbiq 
edilən Avtomatlaşdırılmış Kitabxana-İnformasiya  Sistemi- 
nin  hazırlanma  üsulundan  asılıdır.  Müasir  AKİS-lər  illər 
əw əl  yaradılarkən proqramçılar  onlarm  linqvistik təminat 
məsələsinə  xüsusi  diqqət  yetiriblər:  sistemi  mətnyoxlayan 
komponentlərlə,  lüğət və köməkçi  soraq-məlumat vasitələ- 
rilə,  təyinedici  və  istiqamətverici  elementlərlə,  tərcümə 
modullan  ilə  təchiz  ediblər.  İstehsalçılar nəzərə  alıblar  ki, 
ən  təkmil  avtomatlaşdmlmış  informasiya  sistemi  süni  in- 
tellektə  yaxm  bir  mexanizm  olmalıdır.  Çünki  sözlər  ara- 
smda məntiqi  əlaqəni tapmaq,  faydalı,  oxşar istinadlar  sis- 
temini  formalaşdırmaq,  hər  hansı  bir  ifadənin  təhiilini 
aparmaqla onun ekvivalentliyini,  relevantlılığmı yoxlamaq 
kimi  çətin  vəzifənin  öhdəsindən  gələ  bilən  süni  intellektu- 
al  sistemlər,  kitabxana  işinin  avtomatlaşdınlmasınm  əsas 
komponenti hesab olunur.
Süni  intellektual  sistemlər nə  qədər təkmil  olsalar da 
məsələyə  analitik yanaşma nöqteyi-nəzərindən  insan  feno- 
menindən  zəifdirlər.  Digər  tərəfdən,  insan  beyninin  məh- 
sulu  olan kompyuterlər,  avtomatlaşdırılmış  sistemlər,  yəni 
süni  intellekt  növləri  öz  yaradıcılarmı-insam  dəqiqlikdə, 
sürətdə və qənaətdə qabaqladıqları  üçün zəruridirlər.  İnsan
80  | 
C.A.Cəfərov
yaratdığı  süni  intellektual  sistemi  özünə  oxşadıb:  ona 
bilik,  informasiya  “verib”,  nəticə hasil  etmək üçün metod- 
iar “öyrədib”.  Yekunda  süni  inteüekt  insandan  daha  çevik 
və daha rasional oiub.
Hələ  10  il  bundan  əw əl  qrossmeysterlər kompyuter- 
şahmatçı  ilə  başa-baş  oyun  oynaya  bilirdilər.  O  zamanlar 
belə  kompyuter-şahmatçı  saniyədə  2  milyon gediş  haqqın- 
da “düşünürdü”.  İndi isə belə intellektual-şahmat sistemlə- 
ri  saniyədə 40 milyon gedişin səbəb və nəticəsini yoxlayır. 
Yaxud,  AMEA-da  fəaliyyət  göstərən  “AzScienceNet”  şə- 
bəkəsinin Data Mərkəzinin  fəaliyyətinə nəzər yetirək:  mə- 
sələn  50  min  məchulu  olan  hər  hansı  bir  xətti  tənliyi  adi 
"İntel Pentium"  11  sutkada həll  edirsə,  Mərkəzin mexaniz- 
mi  bunu  12  dəqiqəyə həll  etmək iqtidarmdadır.  10  milyon 
ədədin  içərisindən  sadə  ədədlərin  seçilməsi  prosesi  fərdi 
kompyuter  tərəfmdən  18  saat 24  dəqiqə  15  saniyəyə  yeri- 
nə  yetirildiyi  halda,  Data  Mərkəz  bunu  8  dəqiqəyə  həll 
edir  və  s.  Əslində,  informasiya  cəmiyyəti  məhz  bu  kimi 
sıçrayışlar  üzərində  bərqərar  olur.  Demək,  peşəkarcasına 
hazırlanmış  bütün  avtomatlaşdmlmış  sistemlər,  o  cümlə- 
dən  kitabxana-informasiya  sistemləri  həm  sürət,  həm 
qruplaşdırma,  həm  də  indeksləşdirmə  baxımından  istəni- 
lən  kitabxanaçıdan  və  özündən  əw əlki  texnologiyadan 
çox üstündür.
Linqvistik  cəhətdən  tam  təmin  olunmuş  AKİS-in  iş- 
ləmə  mexanizminə  nəzər  salaq:  kitabxanaçı,  məsələn, 
“Mərkəzi  Bakı  tərsanəsində  iki  və  üçdoriu  gəmilərin  tə-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  81


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə