Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

taloqa  məlumatların  daxiletmə  mexanizmlərinin  dəyişmə- 
məsidir.  Başqa  sözlə,  illər əw əl elektron kataloqun biblio- 
qrafik yazı  təminatı necə həyata keçirilirdisə, bugün də hə- 
min formada yerinə yetirilir.
Müasir kitabxanaçılar  da ilk elektron kataloqun yara- 
dıcıları  kimi  məlumatı  elektron  kataloqa  klassik  üsulla- 
kompyuter  klaviaturasınm  köməyi  ilə  daxil  edirlər.  60-cı 
illərdə olduğu kimi,  indi  də bir kataloq kartoçkasmm elek- 
tronlaşdırılmasma  orta  hesabla  5-12  dəqiqə  vaxt  sərf olu- 
nur.  Demək,  bu  illər ərzində  informasiya  texnologi-yaları, 
o  cümlədən  kompyuterlər  inkişaf etdiyi  halda  insan  əmə- 
yinin koffisienti  dəyişməz olaraq qalıb:  müasir dövrün  ki- 
tabxanaçısı  60-cı  illərin kitabxanaçılarını  məlumatı klavia- 
tura  vasitəsilə  daxiletmə  prosesində  qabaqlaya  bilməyib. 
Bunu  əsrlər  boyu  dəyişməyən  qaçış  rekordlarına  da  bən- 
zətmək  olar.  Orta  əsrlərin  marafonçuları  1  km  məsafəni 
hansı  sürətlə  qaçırdılarsa,  XXI  əsrin  sprinterləri  də  həmin 
sürətlə  qaçır.  Bioloji təkamüldə  insan  zəkası  dəfələrcə  art- 
sa  da,  onun  təbiətə  və  cəmiyyətə  münasibəti  dəyişsə  də, 
potensial  gücü,  fiziki  göstəriciləri  dəyişməyib  və  insanın 
mexaniki-faydalı  iş  əmsalınm  ölçüləri  əsrlər boyu eyni  rə- 
qəmlərlə ifadə olımub.
Kitabxana kartoçkalarımn elektronlaşdırılması prose- 
sində  3  əsas  substansiya  mövcuddur:  obyekt,  intellekt  və 
süni  intellekt.  Obyekt  dedikdə,  biz  biblioqrafık  yazını  nə- 
zərdə  tuturuq.  İntellekt  dedikdə,  obyekti  çeşidləyən  və 
emal prosesinə  hazırlayan  insanın  zehni  əməyinin nəticəsi
62  | 
C.A.Cəfərov
başa  düşülməlidir.  Süni  intellekt  isə  intellekt  tərəfındən 
təqdim  olunan  obyekti  riyazi,  məntiqi,  rasional  cəhətdən 
işləyib hazırlayan proqram təminatıdır.
İnsan amili elektronlaşdırma prosesini nə qədər intel- 
lektuallaşdırsa da biblioqrafık yazıların klaviatura vasitəsi- 
lə  kompyuter  yaddaşına  daxil  edilməsi  zamanı  səhvlərdən 
yaymmaq mümkün olmur.
Belə  səhvlər  haqqında  kifayət  qədər  məlumat  vardır 
[155,  159,  168,  176,  177,  178].  Ümumi fikir ondan ibarət- 
dir ki, kataloqlaşdvrma zamanı yaranan səhvlər:
1.  kataloqlaşdırma qaydalarma əməl  olunmaması;
2.  AKİS-də texniki problemlərin yaranması;
3.  yazıda  struktural  dəyişikliklərin  baş  verməsi  (bir 
və ya bir neçə sözün,  abzasm pozulması, yerdəyişməsi);
4.  punktuasiyanm  (durğu  işarələrinin  qoyulması 
üsulu) pozulması;
5.  simvolların  yerləşdirilməsi,  dəyişdirilməsi,  silin- 
məsi  zamanı problemlərin yaranması  ilə sıx əlaqədardır.
EK-in biblioqrafık yazılarla  təminatı  zamanı  buraxı- 
lan  səhvlər şərti  olaraq  3  qrupa bölünür:  EK üzrə  axtarışın 
nəticəsinə  təsir  edən,  qismən  təsir  edən  və  təsir  etməyən 
xətalar.  Birinci  qrupa 5-ci bənddəki xəta aiddir.  İkinci  qru- 
pa  1-3-cü bəndlərdəki  yanlışlıqlar daxil edilir. Ən nəhayət, 
üçüncü  qrup  xətalar 4-cü  bənddəki  problemlərdən  yaramr 
[113,  s.  116].
Eksperimental  olaraq  AMEA MEK-də  elektron kata- 
loqun  yaradılması  üzrə  apardığımız  tədqiqatlardan  sonra
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  63


belə bir nəticə hasil  etdik ki, kataloqlaşdırma zamanı  bura- 
xılan  birinci  qrup  səhvlər  ümumilikdə  informasiyanın  zə- 
dələnməsinə,  silinməsinə və yaxud verilənlər bazasmda ta- 
pılmamasma yol açır.  İkinci qrup  səhvlər isə EK-in  fəaliy- 
yətinə,  informasiyanın  qorunub  saxlanmasına,  axtarış  za- 
manı  tapılmasma  ciddi  maneə  törətmir.  Bu  onunla  izah 
olunur  ki,  kataloqlaşdırma  zamanı  ümumi  və  xüsusi  stan- 
dartlara,  məlumatları  daxiletmə  qaydalarına  əməl  olunma- 
sa  da,  AKİS-də  müəyyən  texniki  problemlər  yaransa  da, 
yazıda  struktural  dəyişikliklər baş  versə  də  istifadəçi  lazi- 
mi  informasiyam  qismən  də  olsa  əldə  edə  bilir.  Üçüncü 
qrup  səhvlər  isə  EK-in  fəaliyyətinə  qətiyyən təsir  edə  bil- 
məz.  Çünki  durğu işarələrinin düzgün yerləşdirilməsi  oxu- 
cu  sorğusunun  təmin  olunmasma  deyil,  təsvirin  dolğunlu- 
ğuna hesablanmış qaydadır.
Bəzən kataloqlaşdırıcı-kitabxanaçı,  EK-ə  daxil  etdiyi 
nəşrin  tematikasma  (mövzu  dairəsinə),  terminologiyasma 
az bələd  olduğundan  (və  ya bələd  olmadığından)  iş  prose- 
sində xətalara yol verir [159,  s.  16].
Azərbaycan  kitabxanalarında  biblioqrafik  yazılann 
elektronlaşdmlması zamam  meydana  gələn xətaları aradan 
qaldırmaq  üçün  aşağıdakı  prosedurlardan  istifadəni  daha 
məqsədəuyğun hesab edirik:

kataloqlaşdıncı  (kitabxanaçı)  yazılan  EK-yə  (səhv) 
köçürərkən  düzgün  seçimi  təqdim  edən  və  avtomatik  ola- 
raq açılan interfeyslə təmin edilməlidir;
64  | 
C.A.Cəfərov
-  3-cü  və  5-ci  bənddəki  səhvləri  aradan  qaldırmaq 
üçün  kataloqlaşdırıcı  nüfuz  fayllannm  yaradılması  işinə 
əvvəlcədən  diqqətlə  yanaşmahdır.  Çünki  nüfuz  fayllan 
düzgün  yaradılarsa  elektron  biblioqrafik  yazılann  daxil 
edilməsi  zamanı  müvafiq  məlumatı  (məsələn,  müəllifm 
admı və ya qələmə aldığı  əsərin sərlövhəsini  və s.) birbaşa 
həmin fayldan  seçmək mümkündür;
-  kataloqlaşdırıcı  kitabxananm  istiqamətinə  müva- 
fiq  olaraq  “Ballard  siyahısı”na  (tipik xətalar  siyahısı)  ma- 
lik olmalıdır.
Araşdırmalanmız  göstərir  ki,  indiyədək kitabxanala- 
rımızda kartoçka kataloqunun elektronlaşdmlması 3 üsulla 
həyata keçirilib:
-  Skanerdən  istifadə  etməklə  biblioqrafik yazıla- 
rm  tanınması  üsulu.  Bu  zaman  surəttanıyan  qurğu  (ska- 
ner)  vasitəsilə  kartoçka  kataloqunun  surəti  almır  (rəqəmli 
formata  keçirilir)  və  şəkil  kimi  verilənlər  bazasına  daxil 
edilir.  Müvafiq  üsuldan  ölkəmizdə  elektron  kataloqlarm 
ilk  nümunələrinin  yaradılması  zamanı  istifadə  olunub  və 
bu  üsulla  əsasən,  predmet kataloqunun  konvertasiyasi  hə- 
yata keçirilib.
-  Şəkildən  mətnalma  üsulu  ilə  kataloqlaşdırma. 
Bu  zaman  skaner  vasitəsilə  kartoçka  kataloqunun  surəti 
alınır  və  təsvirdən  mətnoxuyan  proqram  vasitəsilə  infor- 
masiya hasil edilir.
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  65


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə