Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

sahələrini  daxil  etmək prosesi  avtomatik  olaraq  bloklanır. 
Proses  uğurla  nətieələndiyi  təqdirdə  daxil  edilmiş  biblio- 
qrafık yazılarm axtarışı  və  qeydiyyatdan keçən  sənədlərin, 
yəni  daxil olmuş sənədlərin təftişi mümkün olur.
“Kataloqlaşdıncı”  AİY-in  “Axtarış”  adlı  ikinci  işçi 
bölməsi  elektron  kataloq-dakı  bütün  informasiya  massivi 
üzrə axtarışı həyata keçirməyə imkan verir.  Bu zaman bizə 
unikal,  relevant  və  köməkçi  informasiyalar  təqdim  edilir. 
Belə  təqdimetmənin  nəticələri  üzrə  bəzi  misalları  mono- 
qrafıyanm əvvəlki bölmələrində diqqətə çatdırmışıq.
“Kataloqlaşdmcı” AİY-in sonuncu işçi bölməsi, elektron 
kataloqdakı  biblioqrafık  yazılara  müxtəlif  kommunikativ 
formatlarm  standartları  üzrə  baxışı  həyata  keçirməyə  im- 
kan verir.
Beləliklə,  nəticəyə  gəldik  ki,  Azərbaycan  kitabxana- 
larmda  tətbiq  olunan  “IRBİS-64”  və  “VTLS”  sistemləri 
elektron  kataloqun  yaradılması,  redaktəsi,  mühafızəsi,  ax- 
tanşı,  nümayişi,  çoxaldılması prinsiplərinə  əməl  edir,  oxu- 
cu  sorğulannı  həm  lokal  (kitabxanadaxili),  həm  də  İnter- 
net üzərindən təmin etməyə imkan  verir.
“VTLS”  və “İRBİS-64” AKİS-ləri arasında oxşar cə- 
hətlər  olduğu  kimi,  fərqli  cəhətlər  də  az  deyil.  Əsas  fərq- 
ləndirici  xüsusiyyət  odur  ki,  “VTLS”-in  yaradıcılarından 
fərqli  olaraq  “İRBİS-64”-ün  yaradıcılan  sistemin  texniki 
təminatını  daha  qəliz  üsullarla  həyata  keçirir,  proqramm 
“tələbkarlığmı”  hədsiz  dərəcədə  artınrlar.  Bu  da  səbəbsiz 
deyil:  belə ki,  Rusiya Kitab  Palatasmın qəbul  etdiyi  TOCT
132 

C.A.Cafərov
7.1.2003  biblioqrafık yazı  və  biblioqrafık  təsvir  standartı- 
nın  qəlizliyi  “IRBİS-64”  vasitəsilə  elektron  kataloqun  ya- 
radılmasma  da  sirayət  edib.  Məhz  buna  görə  “İRBİS-64”- 
də  elektron  kataloq  elə  yaradılır ki,  onun  görünüşü  ənənə- 
vi  kitabxana  kartoçkasından  fərqlənmir.  “İRBİS-64”  elə 
standart və tələblərlə təchiz  olunub ki,  kitabxanaçı  istər-is- 
təməz  sanki  yenidən  ənənəvi  kartoçka  hazırlamalı  olur. 
“VTLS”-də  isə  elektron  kataloqun  yekun  görüntüsünə  o 
qədər  də  önəm  verilmir.  Çünki  bu  sistemin  yaradıcıları 
elektron  kataloqu  ənənəvi  kartoçka  şəklində  görmək  istə- 
mir  və  ya  buna  lüzum  görmür.  Onlara  görə  vacib  olan, 
elektron  kataloqun  görüntüsü  deyil,  funksionallığıdır.  Əv- 
vəllər  də  qeyd  etdiyimiz kimi,  “İRBİS-64”-dən  fərqli  ola- 
raq  “VTLS”-də  elektron  kataloqu  ənənəvi  kartoçka  halın- 
da  çap  etmək  modulu  ümumiyyətlə  mövcud  deyil.  Qərb 
insanı  üçün  elektronlaşdırılmış  informasiyanı  yenidən  ka- 
ğıza  köçürmək  mənasız  görünür.  Bunun  əksinə  olaraq, 
Rusiyada “İRBİS-64”-ü yaradanlar,  elektron yazılan  yeni- 
dən  ənənəvi  kartoçka  şəklində  çap  etmək  imkanlarmı  hər 
yeni  versiyada daha  da təkmilləşdirirlər.  Bunu “İRBİS”-in 
yeni nəsli olan “İRBİS-128”də görmək mümkündür.
Bundan  başqa,  “İRBİS-64”-də  mövcud  olan  “Kitab 
təminatı”  adlı  işçi  yeri  də  “VTLS”-də  mövcud  deyil  [141, 
s. 
86
].  Bu  işçi  yerinin  əsas  funksiyası  tələbələr,  alimlər 
üçün  sahəvi  ədəbiyyatın  elektron  kataloqunu  təqdim  et- 
məkdir.  “İRBİS-64”-lə  işləyən  kitabxanaçı  elektron  kata- 
loqun  içərisindən  müxtəlif  sahələr  üzrə  istiqamətverici
Kitabxana-informasiya xidmətində  elektron kataloq
  |  133


ədəbiyyatı, materialları  seçərək altsistem şəklində toplayır. 
Beləliklə,  tələbə  və  ya  alim  öz  ixtisası  üzrə  ədəbiyyatı 
ümumun içərisində deyil,  xüsusi bölmədə axtanr.  “VTLS” 
sistemində  oxuculara belə bir  imkan verilmir.  Çünki  Qərb 
təfəkkürünə  görə tələbə  və  ya alim lazımi  ədəbiyyatı müs- 
təqil  şəkildə  müəyyən  etməlidir.  Ona  hər  hansı  bir  istiqa- 
mət  verməyə,  imkanlanm  çərçivəyə  salmağa  ehtiyac  yox- 
dur.
Hər  halda,  bu  iki  sistemdən  hansının  daha  mükəm- 
məl  və  daha  mütərəqqi  olmasmı  müəyyənləşdirmək  üçün 
bizə  daha  bir  neçə  il  vaxt  lazım  olacaq.  Çünki  sözügedən 
AKİS-lər  kitabxanalarımız  tərəfındən  hələ  tam  mənim- 
sənilməyib və  onlarm hərtərəfli istisman həyata keçirilmə- 
yib.  Bununla  belə,  indiyədək  təcrübədən  əldə  etdiyimiz 
qənaət  belədir  ki,  Milli  Kitabxanamızda  istifadə  olunan 
“VTLS”  AKİS-i Qərb kitabxanaçılıq təfəkkürünün, yanaş- 
malarımn,  standartlanmn mənimsənilməsi  baxımından da- 
ha  əlverişlidir.  Digər  kitabxanalarımızda  istifadə  olunan 
“İRBİS-64”  AKİS-i  isə  illər  boyu  bəhrələndiyimiz  kata- 
loqlaşdırma  proseslərinin  avtomatlaşdınlmış  təcəssümü- 
dür.  Bütün  hallarda,  hər  iki  sistem  Azərbaycan kitabxana- 
ları  üçün  nəzordə  tutulmadığmdan,  bizim  öz  milli  Avto- 
matlaşdırılmış  Kitabxana-İnformasiya  Sisteminə  ehtiyacı- 
mız vardır.
134  | 
C.A.Cəfərov
III FƏSİL:
MÜASİR KİTABXANALARIMIZDA 
ELEKTRON KATALOQLARIN İNKİŞAF 
PERSPEKTİVLƏRİ


3.1.  E lektron  kataloqlu  kitabxanalar 
İnform asiya  cəm iyyəti  şəraitində
Azərbaycan  kitabxanalarmda  EK  sistemlərinin  yara- 
dılması  məsələlərini  araşdırarkən  kitabxanalarımızın  qlo- 
bal  informasiya  mühitindəki  yerini  və  rolunu  aydmlaşdır- 
maq,  vəzifə  və  öhdəliklərini  müəyyənləşdirmək,  cəmiy- 
yət-kitabxana  əlaqələrinin  arxitektonkasmı  təhlil  etmək 
zərurəti  meydana gəlir.  EK-in yaradılması  ictimai  sifarişin 
nəticəsi,  cəmiyyətin  tələbi  olduğundan  prosesi  bilavasitə 
kitabxananm  təşəbbüsü  kimi  dəyərləndirmək  doğru  ol- 
mazdı.  Bu mənada,  kitabxanalarda EK-in  meydana gəlmə- 
sini  şərtləndirən  və  sürətləndirən  cəmiyyətin  mahiyyətini 
öyrənmək çox vacibdir.
Məşhur  Amerikalı  sosioloq  və  futuroloq,  postsənaye 
cəmiyyəti  nəzəriyyəsinin  banisi  Elvin  Tofflerə  görə,  cə- 
miyyət  üç  əsas  dalğanın  meydana  gətirdiyi  sosio-mədəni, 
iqtisadi  və  siyasi  infrastukturun  üzərində  qurulub.  Alimin 
“Üçüncü  dalğa”  adlı  məşhur əsərindən  [151]  çıxan  nəticə- 
lər  belə  deməyə  əsas  verir  ki,  Birinci  dalğa  aqrar  cəmiy- 
yətin,  İkinci  dalğa  sənaye  cəmiyyətinin,  Üçüncü  dalğa  isə 
postsənaye,  başqa  sözlə,  İnformasiya  cəmiyyətinin  bərqə- 
rar olmasmı  təmin  edib.  Kitabxanalarm  kompyuterləşdiril- 
məsinin,  avtomatlaşdırılmasınm,  kataloqlarm  elektronlaş- 
dınlmasmm  “sifarişçisi”  də  məhz  İnformasiya  cəmiyyəti- 
dir.
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  137


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə