Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

zən  də  skeptik  formada  qarşılamr  və  mühaflzəkar  baxışlar 
daha  çox  prosesin  perspektivləri  üzərində  cəmlənir.  Müa- 
sir  Azərbaycan  kitabxanaçılıq  təfəkküründə,  trend  və  ten- 
densiyalannda  ənənəvi  kataloqun  elektron  kataloqla  əvəz- 
lənməsi,  inkişafm  qarşısıalmmaz  nəticəsi  kimi  qiymətlən- 
diriidiyi  halda,  ənənəvi  kitabxananm  bütövlükdə  İnforma- 
siya  cəmiyyətinə  “qurban verilməsi”,  yəni  əvvəlcə  fondla- 
nn  elektronlaşdırılaraq  İntemet  üzərindən  oxuculara  çat- 
dmlması  və  sonradan  ümumiyyətlə,  kitabxanalara  kitabm 
daxil  olmaması  (elektron  nəşrlərin  inkişafı  nəticəsində)  və 
zaman  keçdikcə kitabxanalarm  sosial  bir institut kimi  yox 
olması  fərziyyəsi haqlı olaraq milli maddi-mənəvi  irsimizə 
təhlükə kimi xarekterizə olunur.
Rus  kitabxanaşünası,  Prof.  A.V.  Sokolov  isə  bir  qə- 
dər  də  irəli  gedərək  İnformasiya  cəmiyyətini  ümumiyyət- 
lə,  kitabxanaşünashğa  yad  ünsür  kimi  kəskin  tənqid  edir: 
“İnformasiya  cəmiyyəti  kitabxanaçılar tərəfmdən düşünül- 
məyib.  O,  kitabm  xeyri  üçün  nəzərdə  tutulmayıb,  əksinə, 
onun  tarixi  arenadan  silinməsinə  hesablanıb.  İnformasiya 
texnologiyalarmın  istehsalçıları  tərəfindən  düşünülmüş  İn- 
formasiya  cəmiyyətində  kitabın  mistikası,  kitaba  ehtiram, 
biblioterapiya,  bibliomaniya  cənahi  müdaxiləyə  ehtiyacı 
olan  yöndəmsiz,  biçimsiz anarxizm  kimi  görünür”  [148,  s. 
6
].
Göründüyü  kimi,  İC  və  kitabxanalarm  qarşılıqlı  əla- 
qələri  heç  də  həmişə birmənalı  qarşılanmır və  inteqrasiya- 
nm  tərəfdarları  ilə  əlehdarlan  arasında  fikir  müxtəlifliyi
142  | 
C.A.Cəfərov
formalaşır.  Əlbəttə,  istənilən  prosesdə  bu  cür  differansial 
yanaşmalarm  mövcudluğu  labüddür  və  kitabxanaşünaslı- 
ğm  informasiyalaşdırma  dövrünün  tələbləri  çərçivəsində 
inkişaf etməsi üçün faydalıdır.
Kitabxanalarm  İC-dəki  yeri  və  rolunu  müəyyənləş- 
dirməyin  əsasını  müasir oxucu-informasiya əlaqələri  təşkil 
edir.  Oxucu  ilə  müəllif,  oxucu  ilə  informasiya  mənbəyi 
arasmda  subordinasiya  olmadığından  bu  münasibətlər 
azad  və  könüllü  şəkildə  qurulur.  Eyni  prinsiplə  oxucu  ki- 
tabxanadan  da  istifadə  edir  və  informasiya  ilə  təmin  olu- 
nur.  Demək,  kitabxanalar  İC-in  əsas  meyarlarmdan  olan 
informasiya  azadlığını,  informasiya  əlyetərliyini  təmin 
edən  başlıca  təsisat rolunu  oynayırlar.  Belə  olan  təqdirdə, 
onların  İC  dövründə  faydalılıq  əmsalı  bir  qədər  də  yüksə- 
lir.
Elektron  kataloq  sisteminə  malik kitabxanalar  İnfor- 
masiya cəmiyyətinin  inkişafi  baxımmdan  həm  də ona  görə 
əhəmiyyətlidirlər ki:
-  Belə  kitabxanalar  informasiyam  davamlı  şəkildə 
(hər gün, hər saat) təqdim edə bilir;
-  İnformasiya  təminatmı  İKT-nin  tətbiqi  vasitəsilə 
həyata keçirir;
-  İnformasiyamn çoxistifadəliliyini  təmin edir;
-  İnformasiyanm  etibarlılığına  zəmanət  verir  (İnter- 
netdə  toplanmış  əksər  informasiya  massivlərindən  fərqli 
olaraq);
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  143


-  Qloballaşmanm  və  informasiyalaşdırmanm  tələb- 
lərinə cavab  verir;
-  Milli  özünəməxsusluğu  mühafızə  etməklə  yanaşı, 
mədəni yeknəsəkliyi aradan qaldınr.
Öz  növbəsində  İC  də  kitabxanalarm  inkişafma  öz 
töfhəsini verir.  Belə ki, İC:
-  Kitabxanalarm potensial  oxucu kütləsini  real  oxu- 
cu auditoriyasına çevirir;
-  Kitabxana  resurslarınm  (kataloq  və  kitab  fondu) 
daha  təkmil  formalara  transformasiyasma  və  etibarlı  mü- 
hafizəsinə imkan yaradır;
-  Oxucunun  informasiya  ilə  təminatı  proseslərini 
sürətləndirir və inkişaf etdirir;
-  İnformasiyamn  emal  olunması  və  yayılmasmda 
texnoloji vasitələrin tətbiqinə şərait yaradır;
-  Elektron  kataloq  vasitəsilə  informasiyanın paylan- 
ma miqyasmı  genişləndirir və s.
Buradan  belə  qənaətə  gəlirik  ki,  EK-ə  sahib  olan 
Azərbaycan  kitabxanaları  İnformasiya  cəmiyyətinin  tam- 
hüquqlu  üzvü  kimi  çıxış  edir  və  istənilən  bütün  hallarda 
İC  kitabxanalarm  potensialından  yararlanmaq  məcburiy- 
yətindədir.  Çünki  futuroloqların  XXI  əsrdə  ənənəvi  ki- 
tabxanalarm  elektron  kitabxanalarla  əvəzlənəcəyi  ilə bağlı 
proqııozları  özünü doğrultmur və elektron  kitabxanaşünas-
144  | 
C.A.Cəfarov
lıq  məhz  klassik  kitabxanaşünaslığm  tərkibində  inkişaf 
edərək İnformasiya cəmiyyətinə vəsiqə qazanır.
3.2.  E lektron  kataloqlar elektron  kitabxana
lara əsas  əlyetərlik vasitəsi  kimi
Uzun illərdən bəri aparılan tədqiqatlar və əldə  olunan 
nəticələr  belə  deməyə  əsas  verir  ki,  elektron  kataloq  sis- 
temlərinin  funksiyaları  son 
10
  ildə  dəfələrlə  genişlənib. 
Əgər  son  illərədək  elektron  kataloqlar  ənənəvi  kitabxana 
fondu ilə oxucu (istifadəçi)  arasmda elektron körpü rolunu 
oynayırdısa,  başqa  sözlə,  oxucuya  istənilən  vaxt,  istənilən 
yerdən  fondda  axtarış  aparmağa  imkan  verirdisə,  müasir 
dövrümüzdə  elektron  kataloqlar  yeni  mərhələyə  qədəm 
qoyub.  Belə ki,  son  illər ərzində elektron kataloqlar müasir 
kitabxanalara,  o cümlədən elektron  kitabxanalara əsas  mü- 
raciət vasitəsinə  çevrilib.  Artıq  oxucu elektron  kataloq  va- 
sitəsilə  kitabı  tapmaqla  (sonradan  kitabxanaya  gəlib  onu 
sifariş  etməklə)  kifayətlənmir,  o,  həm  də  kitabm  elektron 
variantım tez bir zamanda əldə edə bilir.
Elektron  kitabxananm  yaradılmasmda  əsas  məqsəd, 
cəmiyyətdə  gedən  proseslərin  operativ  informasiya  təmi- 
natını  həyata  keçirmək,  bəşəriyyətin  malik  olduğu  maddi- 
mənəvi  irsi  gələcək  nəsillərə  daha  təhlükəsiz  şəkildə  çat- 
dırmaq,  sənədlərin  istifadəsi  zamanı  meydana  çıxan  ob- 
yektiv  məhdudiyyətləri  aradan  qaldırmaq,  başqa  sözlə  sə- 
nəd  kütləsinin  çoxistifadəliliyini  təmin  etmək  və  ən  nəha-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  145


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə